Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2031/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, e-2(025)- 1098/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1005,20 (bir min beş manat iyirmi qəpik) manat əsas borcun, 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik manat bank xidmət haqqının, ümumilikdə isə 1035,60 (bir min otuz beş manat altmış qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev ) 11 avqust 2021-ci il tarixli, e-2(025)- 1098/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 702,8 (yeddi yüz iki manat səksən qəpik) manat əsas borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı, ümumilikdə isə 733,2 (yeddi yüz otuz iki manat iyirmi qəpik) manat borcun (pul) tutularaq İddiaçı hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Qəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzildə müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçının yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabına yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00830 saylı qaz hesabında ödənilməmiş 5395,30 manat borc vardır, həmin borcun 4660,80 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 734,40 manat hissəsi isə həmin ünvanda təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, sayğac göstəricisi ilə aparılmış hesabata görə yaranmış 4660,80 manat borcun 4390 manat hissəsinin tutulması ilə bağlı əvvəli tarixdə İddiaçı məhkəməyə müraciət etmiş və iddia tələbi Qəbələ Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli e-2(025)-444/2020 saylı qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh Qəbələ rayonu, Çarxana kəndində yaşayan Cavabdeh 2449,8 (iki min dörd yüz qırx doqquz manat səkkiz qəpik) manat əsas borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı, ümumilikdə isə 2479,48 (iki min dörd yüz yetmiş doqquz manat qırx səkkiz qəpik) manat borc (pul) tutularaq İddiaçı hesabına ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Beləliklə, hazırda 1005,20 manat iddia tələbinin sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış 270,80 manat borc (4660.80 m – 4390 m = 270.80 m) Qəbələ Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli e-2(025)- 444/2020 saylı qətnaməsinin təsir dairəsinə düşmür. Ona görə də iddia tələbində göstərilən sayğac göstəricinə əsasən yaranmış 69,80 manat borc həmin ünvanda istismarda olan G-4 markalı **********8 saylı sayğacın 10 m3 göstərici ilə müəyyən edilmişdir. Digər tərəfdən İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 15.02.2021-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15.02.2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş, istehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 18.02.2021-ci il tarixli tələbnaməsi ilə 7344 m3 (və ya 734,40 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Həmçinin cavabdehə məxsus məznildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. Eyni zamanda Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair AR EN X2 Agentliyi tərəfindən 26.04.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən Azərbaycan Respublikası Energetika Nazirlyinin 16.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh 100 manat həcmində cərimə edilmişdir. Beləliklə qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 11.08.2021 -ci il tarixli e-2(025)-1098/2021 saylı qətnaməsi çıxarılarkən iddia tələbinin təmin edilməyən hissədə maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyət etibarilə düzgün hüquqi qiymət versə də iddia tələbinin sayğacdan kənar xəttə münasibətdə tambaşqa sözlə istismarda olan avadanlıq üzrə aparılmış hesabat əsasında dəymiş ziyanın tam təmin edilməməsində səhv nəticəyə gəlmişdir. Cavabdehə məxsus fərdi yaşayış evində istismarda olan qaz sayğacından kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etməsi mülki işin mübahisəsiz halıdır və birinci instansiya məhkəməsində öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh proses zamanı, mənzildə istismarda olan qaz avadanlıqlarının inventarizasiyası üzrə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15.02.2021- ci il tarixli aktda qeyd olunan dəmir sobanın 2 ədəd olduğunu etiraf etmişdir. Belə ki, izahatında cavabdeh hamam otağında olan digər ikinci dəmir sobaya iddiaçının nümayəndələri tərəfindən baxış keçirərkən cavabdeh müdaxilə edərək nümayəndələrin foto və video çəkiliş aparmasına mane olmuş və onları hamam otağından kənarlaşdırmışdır. Mülki işin faktiki halı ondan ibarətdir ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 15.02.2021-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15.02.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 18.02.2021-ci il tarixli qərarı ilə 7344 rn5 (və ya 734.40 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Həmçinin cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. Eyni zamanda Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair AR EN X2 Agentliyi tərəfindən 16.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 100 (bir yüz) manat həcmində cərimə edilmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, birinci instansi məhkəməsi işin həqiqi hallarına diqqət yetirmədən sonda düzgün olmayan nəticəyə gəlməklə zərərin məbləğini azaltmışdır. Birinci halda məhkəməyə təqdim edilmiş video çəkilişdən də göründüyü kimi cavabdehin qeyri qanuni qazdan istifadə etmə halı sayğacın giriş yivli birləşməsindən rezin boru vasitəsilə həyata keçirilmişdir və onun vizual müşahidə edilməsi mümkündür. İkinci halda qanunsuz birləşmə aşkar edilən tarixədək olan dövrlə və sonra sayğacın qeydə aldığı sərfiyyatları müqaisələndirdiyimiz zaman onlar arasında kəskin fərqin olması müşahidə edilməkdədir. Həmçinin cavabdeh fiziki zor tətbiq etməklə, iddiaçının nümayəndələrini hədələməklə qaz təminatının dayandırılmasına imkan vermir və bu günədək cavabdehin mənzilində sayğacdan kənar qeyri-qanuni qoşulma vasitəsilə istifadə olunan təbii qazın sayğac üzrə hesabatı aparılmadan, talama yolu ilə qazdan istifadə olunur. Bu da ona əsas veriri ki, cavabdeh uzun müddətdir qanunsuz qazdan istifadə edir. Üçüncü halda məhkəmə sübut etmə yükünü iddiaçının üzərinə qoysa da özü belə dəymiş zərərin azaldılmasını maddi hüquqi normalarla əsaslandırmamış və bu qənaətə hansı kriteriyalara yanaşmaqla gəlməsi göstərilməmişdir. Dördüncü halda məhkəmə qətnaməsindən də göründüyü kimi cavabdeh tərəf izahatında zərər məbləğinin yüksək olmasını heç bir halda mübahisələndirməmişdir. Onun izahatında belə bu öz əksini tapmamışdır. Göründüyü kimi məhkəmə o halda zərər məbləğinin azaldılması halına baxa bilərki həmin məbləğin yüksək olması cavabdeh tərəfindən mübahisələndirsin. Prosseual qanunverciliyin nörmalarından da bəllidir ki, məhkəmə yalnız mübahisələndirilən hissədə tələb hüquqi qiymət verməlidir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, e-2(025)- 1098/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 17.06.2020-ci il tarixli, AKX-0227525/06-2020 №-li müqavilədən görünür ki, müqavilə üzrə paylayıcı adlanacaq İddiaçı bir tərəfdən və bundan sonra istehlakçı adlanacaq Cavabdeh ilə müqavilə aşağıdakı şərtlərlə bağlamışlar, paylayıcı bu müqavilə müəyyən edilmiş şərtlərə uğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 18 fevral 2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, İddiaçı İB-nə 7344 m3 ziyan dəymişdir. Eyni zamanda fərdi evdə sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbbi qazdan istifadə olunduğu aşkar olunmuşdur. Sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması planlaşdırılmışdır. İddiaçı İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 15.02.2021-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, sayğaca baxış keçirilərkən qeyriqanuni sayğacdan kənar qaz xətti çəkildiyi aşkar olunmuşdur. Abonent saldosundan görünür ki, Qəbələ rayonu Çarxana kəndi ev o, mənzil 152 **********01520 nömrəli abonent, 4 nəfər ailə tərkibi olan Cavabdeh cəmi 5395,30 manat borc vardır, həmin borcun 4660,80 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 734,40 manat hissəsi isə həmin ünvanda təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Qəbələ Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli e2(025)-444/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh Qəbələ rayonu, Çarxana kəndində yaşayan Cavabdeh 2449,8 (iki min dörd yüz qırx doqquz manat səkkiz qəpik) manat əsas borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı, ümumilikdə isə 2479,48 (iki min dörd yüz yetmiş doqquz manat qırx səkkiz qəpik) manat borc (pul) tutularaq İddiaçı hesabına ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. AREN X3 Agentliyinin Şəki filialının rəisi X4 tərəfindən Cavabdeh barəsində tərtib olunmuş 26.04.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən Qəbələ rayonu Çarxana kəndində yerləşən fərdi yaşayış evində 15.02.2021-ci il tarixdə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 734,40 manat məbləğində ziyan vurulmuşdur. Nəticədə Cavabdeh tərəfindən AzərbaycanRespublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi göstərilmişdir. AREN X3 Agentliyinin Şəki filialının rəisi X1 İnzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, 16may 2021-ci il tarixli qərarındangörünürki,Cavabdeh 15.02.2021ci il tarixdə Qəbələ rayonu, Çarxana kəndində yerləşən fərdi evində qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbbi qazın talanması nəticəsində 734,40 manat məbləğində ziyan vurduğundan, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” barədə 17.06.2020-ci il tarixli, AKX-0227525/06-2020 №-li müqavilədən görünür ki, Cavabdeh bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsini öz üzərinə götürmüşdür. İddiaçı tərəfdən cavabdehə məxsus ünvanda 15.02.2021-ci il tarixdə cavabdehin qaz sayğacından kənar əlavə xətt şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə halı aşkar edilmişdir. Faktla bağlı qaz cihazlarının invertarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15.02.2021- ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nərəzə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 18.02.2021-ci il tarixli qərarı ilə 7344 m3 (və ya 734,40 manat) həcmində müəyyən edilmişdir İddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı yalnız dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na (Əlavə olunur) əsasən müəyyən edilməsini şikayətində qeyd etmişdir. Həmçinin şikayətdə göstərilmişdir ki, həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Məhkəm kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi sənəd o vaxt sübut kimi qəbul edilə bilərdi ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Lakin həmin sənəd vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”nı sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, e-2(025)- 1098/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellsiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, e-2(025)- 1098/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2031/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2031/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver