Məhkəmə qərarları › İş №2(107)-2033/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2033/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2033/2020 20.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-476/2020 nömrəliqərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1117,91 manat əsas borc, 376,78 manat faiz borcu, 677,37 manat cərimə, 173,12 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 2345,18 manat kredit borcunun və 30 manat dövlət rüsumununmüştərək qaydada alınaraq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-476/2020 nömrəli (hakim R.Şirinov) qərardadı ilə iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-476/2020 nömrəli qərardadından narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini və cavabdehin hüquqi varisi müəyyən olunanadək icraatın dayandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ölüm haqqında şəhadətnaməyə əsasən mülki işi Cavabdeh2 vərəsəsi müəyyən olunanadək dayandırmaq əvəzinə əsassız olaraq icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. O, məhkəmənin iş üzrə icraata xitam verilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərardadını əsassız və qanunsuz hesab edir. Ona görə də həmin qərardadın ləğv edilməsini, cavabdehin hüquqi varisi müəyyən olunanadək icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-476/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şəki Apelliyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, iş üzrə Cavabdeh2 öldüyündən və o, öldükdən sonra mübahisəli hüquq münasibətləri üzrə hüquq varisliyinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxx 2015-ci il tarixli 074/15 nömrəli kredit müqaviləsindən görünür ki, həmin tarixdə bank tərəfindən borclu Cavabdeh2 24 ay müddətinə illik 27% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. xx xxxx 2016-cı il tarixli AZ-İ № 803262 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxx 2016-cı il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarından göründüyü kimi xx xxx 2015-ci il tarixli 074/15 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 27% dərəcəsi ilə 2000 manat məbləğində kredit verildikdən sonra xx xxxx 2016-cı il tarixdə Cavabdeh2 vəfat etmişdir. İddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərmiş və vəfat etmiş şəxsi cavabdeh qismində məhkəməyə vermişdir. Halbuki, iddiaçı təşkilat tərəfindən vəfat etmiş şəxsin vərəsəsi müəyyən edilməli, bundan sonra həmin vərəsəyə qarşı ümumi qaydada məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir Kollegiya qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Belə ki, Mülki Prosessual Məcəllənin 39.2.-ci maddəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Belə bir sənəd isə təqdim edilmiş ərizəyə əlavə edilməmişdir. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, iş üzrə Cavabdeh2 barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək öldüyündən və o, öldükdən sonra mübahisəli hüquq münasibətləri üzrə hüquq varisləri müəyyən edilmədən ölmüş şəxsə qarşı məhkəməyə müraciət edildiyindən, ona münasibətdə iş üzrə icraata xitam verilməlidir. . Kollegiya qeyd edir ki, iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi X2 ilk növbədə Cavabdeh2 qanun (və ya vəsiyyətnamə) üzrə vərəsəsinin olub-olmaması, mirası qəbul edib-etməmələrini müəyyən etməli, bundan sonra aidiyyəti tələblə məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası da hesab edir ki, iş üzrə icraata xitam verməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-476/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-476/2020 nömrəliqərardadıdəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar