Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-204/2022 02.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X5 və üçüncü şəxs Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialına qarşı «pul» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli 2(051)-1255/2021 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli 2(051)-1255/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, cavabdeh X1 1445 (bir min dörd yüz qırx beş) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh X1 1445 (bir min dörd yüz qırx beş) manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o – İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur, ünvan 1 ünvanda qeydiyyatda olmağına baxmayaraq, bacısı Zöhrəyə məxsus ünvan 22 nömrəli evdə müvəqqəti yaşayır. O şəhid anasıdır (vəsiqə № 003048). Onun yeganə övladı olan, oğlu –X19 44 günlük Vətən müharibəsində hərbi qulluqçusu kimi iştirak etmiş və “hərbi əməliyyatlar zamanı partlayış və qəlpələrlə törənən zədələnmə nəticəsində” 06.10.2020-ci il tarixdə döyüş meydanında şəhid olmuş, 10.10.2020-ci il tarixdə nəşi gətirilmiş və 11.10.2020-ci il tarixdə dəfn olunmuşdur. Onun adına 11 noyabr 2020-ci il tarixli 394 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. O – İddiaçı şəhid ailəsi üzvü statusu verilmiş və 22.02.2021-ci il tarixli 003048 №- li şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. O iddiaçı – Rzayeva X2 “ASAN xidmət”in notariat ofisinə müraciət edərək, mərhum şəhid oğlu – X13 qanun üzrə vərəsəsi kimi tanınmış və ona vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmçinin cavabeh – Cavabdeh da mərhum şəhid oğlu – X13 həyat yoldaşı kimi və oğlunun bir azyaşlı övladı da qanun üzrə vərəsələr kimi tanınmışlar. O – iddiaçı Rzayeva X2 “ASAN xidmət”in notariat ofisinə, mərhum şəhid oğlu – X13 vərəsəsi kimi onun əmək haqqı kartında və bank hesabında olan pul məbləğinin ona düşən hissəsini almaq məqsədi ilə ona köməklik edilməsi ilə əlaqədar müraciət etmişdir. Mingəçevir “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinin Xüsusi notariusu N.Rzayev 27 aprel 695 saylı sorğu məktubu ilə Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialına mərhum şəhid oğlu – X13 bank hesablarında (********************, ********************0) pul olub – olmadığı barədə sorğu edilmiş və Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialının müdiri T.R.Hüseynlinin 27 aprel 2021-ci il tarixli 96 saylı məktubunda bildirilmişdir ki, mərhum şəhid oğlu – X13 bank hesablarında pul vəsaitləri mövcud deyildir. Bundan sonra, o – İddiaçı Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialına müraciət edərək, mərhum şəhid oğlu – X13 bank hesablarından onun həlak olduğu gündən sonra hansı məbləğlərdə pul vəsaitləri çıxarılması ilə bağlı müraciət etmişdir. Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialının hesabdan çıxarışdan görünür ki, 01 sentyabr 2020-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək bu: 1. 23.10.2020-ci il tarixdə - 1.019,24 manat, 2. 16.11.2020-ci il tarixdə - 145,65 manat, 3. 23.11.2020-ci il tarixdə - 1.000.00 manat, 4. 23.11.2020-ci il tarixdə - 164.00 manat, 5. 15.12.2020-ci il tarixdə - 1.053.90 manat, 6. 12.01.2021-ci il tarixdə - 500.00 manat, 7. 12.01.2021-ci il tarixdə - 554.00 manat məbləğlərdə pul vəsaitləri çıxarılmışdır. Mərhum oğlu – X13 bank hesablarından o, həlak olandan sonra ümumilikdə cəmi – 4.336 manat pul çıxarılmışdır. Həmin pul vəsaitlərini mərhum şəhid oğlu – X13 Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialının bank hesablarından (********************, ********************0) 4.336 manat pulun hamısını cavabdeh – Cavabdeh tərəfindən çıxarılmışdır. Cavabdeh – Cavabdeh Sədar qızı tərəfindən mərhum oğlu – X13 həlak olmasından sonra bank hesablarından onun da vərəsə kimi razılığı olmadan çıxarılmış 4.336 manat pulun 1/3 hissəsi qanun üzrə vərəsə kimi o – İddiaçı ödənilməlidir. O – İddiaçı hazırda yeganə övladı olan, mərhum oğlu – X13 şəhid olması ilə əlaqədar dövlət tərəfindən verilən təqüddən (müavinətdən) (1/3 hissəsi) başqa heç bir gəlir yeri yoxdur, səhhətində yaranmış ciddi problemlərlə bağlı heç bir yerdə işləmir və işləmək imaknı yoxdur. O – İddiaçı mərhum oğlu –X13 qanun üzrə vərəsəsi kimi onun bank hesablarından cavabdeh – Cavabdeh tərəfindən çxıarılmış 4.336 (dörd min üç yüz otuz altı) manat pulun 1/3 hissəsinin, yəni 1445 (bir min dörd yüz qırx beş) manatının alınıb ona verilməsi tələb edir. Ona görə də məhkəmədən cavabdeh - X1 1445 (bir min dörd yüz qırx beş) AZN manat pulun alınıb o – İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili X18 məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi və vəkili X6 növbəti məhkəmə iclasının 07.10.2021-ci il tarixdə keçiriləcəyinə dair bildirişə imza atsa da, məhkəmə iclasına gəlməmişdir. Gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi qaydada heç bir məlumat verməmişdir. Odur ki məhkəmə hesab edir ki, işə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkündür. Cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi və vəkili X6 əvvəlki məhkəmə baxış iclaslarında iddia tələbini qismən qəbul edərək məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, iddia tələbində göstərilən məbləğ yanlışdır. Belə ki, həmin bank hesabında 4436 manat deyil, 2218 manat məbləğində pul olmuşdur. Odur ki hesab edir ki, 2218 manat məbləğində pulun 1/3 hissəsi qanun üzrə vərəsə İddiaçı çatmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X9 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X9 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddia tələbində göstərilən məbləğ yanlışdır. Həmin bank hesabında 4436 manat deyil, 2218 manat məbləğində pul olmuşdur. Odur ki hesab edir ki, 2218 manat məbləğində pulun 1/3 hissəsi qanun üzrə vərəsə kimi İddiaçı çatmalıdır. O da hesab edir ki, İddiaçı AR Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən, vəfat etmiş oğlu X13 qanun üzrə vərəsəsidir və həmin şəxs qanun üzrə birinci növ vərəsəlik kateqoriyasına şamil olunur və onun pay hüququ vardır. Onun yoldaşı X4 Müharibəsində şəhid olmuşdur, lakin o, onun əmək haqqı kartından 2218 manat pul çıxartmışdır və onda başqa bir ödəniş kartı olmamışdır. Belə ki, Azərbaycan Beynəlxalq Bankının 03.11.2021 -ci il tarixli məktubundan da görünür ki, şəhid X15 məxsus əmək haqqı kartından (5167*****8928 RBS ********************) 23 noyabr 2020-ci il tarixdə X22 bankomat vasitəsilə 1000 azn və 164 azn, 12 yanvar 2021 -ci il tarixdə Atm RİM MİN 5+ M Nizamidə bankomat vasitəsilə 500 azn və 554 azn, ümumilikdə 2218 AZN (iki min iki yüz on səkkiz manat) vəsait çıxarılmışdır. Məhkəməyə sübut növü kimi Azərbaycan Beynəlxalq Bankının 03.11.2021 -ci il tarixli 3211 saylı arayışını təqdim etmişdir. Göründüyü kimi, həmin bank hesabında yəni, 5167*****8928 RBS ******************** saylı ödəniş kartından 4436 manat deyil, 2218 manat məbləğində pul çıxarılmışdır. Odur ki hesab edirik ki, 2218 manat məbləğində pulun 1/3 hissəsi qanun üzrə vərəsə İddiaçı çatmalıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1255/2021 saylı iş üzrə 07.10.2021 -ci il tarixli qətnaməsinin qismən ləğv edilib, cavabdehdən 4436 manatın 1/3-i deyil, 2218 manat pulun 1/3 hissəsi, yəni 739,33 manat pulun ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli 2(051)-1255/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli 2(051)-1255/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş 705.7 manata aid hissəsində ləğv edilməli, İddiaçı cavabdeh X5 və üçüncü şəxs Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialına qarşı 1445 manat pul tələbinə dair iddiası 705.7 manata aid hissədə rədd edilməli, iddia üzrə təmin olunmuş 739.33 manat pul cavabdeh X1 alınıb İddiaçı ödənilməlidir. İşə əlavə olunmuş AZ-İİ seriyalı 132801 №-li Ölüm haqqında şəhadətnamədən görünür ki, X19 06 oktyabr 2020-ci ildə hərbi əmıliyyatlar nəticəsində digər növ partlayıcı və qəlpələrlə törədilən zədələnmə səbiblə Döyüş meydanında ölmüşdür. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 003048 №-li Şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İşə əlavə olunmuş "xxxx" ASC-in Yevlax Filialı tərəfindən verilmiş olan hesabdan çıxarışdan görünür ki, X13 hesabında cəmi 4336 manat məbləğində pul olmuşdur və həmin məbləğ arvadı Cavabdeh tərəfindən götürülmüşdür. İşə əlavə olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X10 vərəsələri: 1. Anası – İddiaçı 2. Arvadı – Cavabdeh 3. Oğlu – X14r. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1.1, 1274 və 1276-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, , X19 Azərbaycan Repsublikasının işğal olunmuş ərazilərinin işğaldan azad olunması uğrunda gedən “Vətən müharibəsi”ndə şəhid olmuşdur. O geriyə vəsiyyətnamə qoymadığından onun qanun üzrə vərəsləri müəyyənləşdirilmişdir. Ondan qalan əmlaka qanun üzrə 3 vərəsə: anası, həyat yoldaşı və uşağı göstərilmiş və onlara qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. X11 qalan bütün əmlak qanun üzrə vərəsələr arasında bərabər şəkildə, yəni 1/3 hissədə müəyyən edilmişdir. Buna baxmayaraq onun Azərbaycan Beynəlxalq Bank” ASC-dəki hesabında olan 4336 manat məbləğin pul mərhum X13 arvadı X16 ərinin anası X7 da vərəsə olduğunu nəzərə almadan bank hesabında olan pulun tamını götürmüşdür. Hazırda isə İddiaçı məhkəmədə iddia qaldırmasına səbəb oğlundan miras qalmış əmlakın naturada ayrılaraq ona çatası payın cavabdehdən alınıb ona verilməsidir. İddiaçı X13 əmlakının 1/3 bir hissədə vərəsəsidir. X13 hesabında olan 4336 manat məbləğində pul vərəsələr arasında bərabər şəkildə bölünməli və bu qayda ilə hər birinə 1445 manat məbləğində pul verilməli idi. Buna baxmayaraq Cavabdeh İddiaçı payını da özünə götürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 1445 manat məbləğində pulu iddiaçı X8 qaytarmalıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin olunmalı və cavabdeh X1 1445 (bir min dörd yüz qırx beş) manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı tam təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin edərkən iddianın təmin olunmuş 705.7 manata aid hissəsində əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Mülki işin materiallarında olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş 27.04.2021 tarixli 01 oktyabr 2020 – 27 aprel 2021-ci il arası dövrə aid hesabdan çıxarışda ümumilikdə 4336 manat pula aid hesabat göstərilmişdir. Bunlardan 2218 manatı hesabdan məxaric, 2118 manatı isə hesaba mədaxil qeydləridir. (i/v 8) Mülki işin materaillarında olan Azərbaycan Beynəlxalq Bankı Mingəçevir filialı tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli 321 nömrəli arayışda göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Mingəçevir filialı yazıb Sizə bildirmək istəyir ki, şəhid X15 məxsus əmək haqqı kartından (5167*****8928 RBS ********************) 23 noyabr 2020-ci il tarixdə X22 bankomat vasitəsilə 1000 azn və 164 azn, 12 yanvar 2021-ci il tarixdə Atm RİM MİN 5+ M Nizamidə bankomat vasitəsilə 500 azn və 554 azn, ümumilikdə 2218 AZN (iki min iki yüz on səkkiz manat) vəsait çıxarılmışdır. (i/v 77) İddiaçı X13 əmlakının 1/3 bir hissədə vərəsəsi olduğundan və 2218 manat məbləğində pul vərəsələr arasında bərabər şəkildə bölünməli olduğundan 739.33 manat pul cavabdeh X1 alınıb İddiaçı ödənilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə iddianın təmin olunmuş 705.7 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli 2(051)-1255/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş 705.7 manata aid hissəsində ləğv edilməli, İddiaçı cavabdeh X5 və üçüncü şəxs Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialına qarşı «pul» tələbinə dair iddiası həmin hissədə rədd edilməli, 739.33 manat pul cavabdeh X1 alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli 2(051)-1255/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş 705.7 manata aid hissəsində ləğv edilsin. İddiaçı cavabdeh X5 və üçüncü şəxs Azərbaycan Beynəlxalq Bank ASC-in Mingəçevir filialına qarşı 1445 (min dörd yüz qırx beş) manat «pul» tələbinə dair iddiası 705.7 manata aid hissədə rədd edilsin. Qətnamənin iddianın təmin edilmiş 739.33 manatın cavabdeh X1 alınıb İddiaçı ödənilməsi hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-204/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-204/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver