Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2041/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tutmanın girov predmentinə yönəldilməsi tələbinə dair mülki işin icraatına xitam verilməsi barədə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1204/2020 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı borc tələbi və tutmanın girov predmentinə yönəldilməsinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 163,37 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 169,26 ABŞ dolları faiz, 219,51 ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 20,28 ABŞ dolları borc olmaqla, cəmi 572,42 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun Cavabdeh mülkiyyətindəki 1 ədəd 19,4 qram çəkidə boyunbağı, 1 ədəd 9 qram çəkidə üzük, 1 ədəd 9,6 qram çəkidə qolbağı, 1 ədəd 3,7 qram çəkidə sırğadan ibarət olan qızıl- zinət əşyalarına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun silinməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nargilə Tağıyeva teleqram ilə məhkəməyə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində göndərilmiş rəsmi məhkəmə bildirişi Yevlax poçt şöbəsi tərəfindən “vəfat edib” qeydi ilə geri qaytarılmışdır. Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1204/2020 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tutmanın girov predmentinə yönəldilməsinə dair mülki işin icraatına xitam verilmişdir. İddiаçı-ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nümayəndəsi X3 şikаyət verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1204/2020 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)-1204/2020 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-1204/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq iddiaçı-ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1204/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinə Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim olunmuş xx xxxx 2020-ci il tarixdə verilmiş N seriyalı 337 №li ölüm haqqında şəhadətnamədən müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh xx xxxxx 2017-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 05-ci ayının 04cü günündə 152 № ilə qeyd edilmişdir. İddiaçının Cavabdeh qarşı irəli sürdüyü iddia tələbini özündə əks etdirən iddia ərizəsi Məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsi əsasında hazırki mülki işin icraatı başlanmışdır. İşin Məhkəmədə mahiyyəti üzrə baxılması zamanı isə müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2017-ci il tarixdə, yəni iddiaçı hazırki iddia ilə Məhkəməyə müraciət etməmişdən əvvəl ölmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsi Məhkəməyə daxil olan zaman Cavabdeh artıq öldüyündən o, hazırki iş üzrə tərəf olmamış və iş üzrə tərəf olmadığı üçün tərəf kimi sıradan çıxmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1204/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400, 402-403, 404 və 405-ci mаddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nümayəndəsi X3 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1204/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2041/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2041/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver