Məhkəmə qərarları › İş №2(107)-2043/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2043/2020

10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2043/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, Cavabdeh Tacəddin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Tacəddin oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dаir mülki iş üzrə çıxarılmış Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)- 508/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh Tacəddin oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh Tacəddin oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-1051/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq xx xxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh Tacəddin oğlundan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-508/2020 nömrəli (hakim H.Səlimov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-1051/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxx 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Tacəddin oğlundan hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh Tacəddin oğlundan 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Cirinqov X2 Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(019)-508/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-1051/2018 saylı qətnaməsinə əsasən onun Cavabdeh Tacəddin oğluna qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(019)-914/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamənin qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxx 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh Tacəddin oğlundan hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh Tacəddin oğlundan 30 (otuz) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Uşağın hazırda maddi tələbatı artmış, alimentin müəyyən edilmiş miqdarı uşağın adi tələbatının ödənilməsinə kifayət etmir. O, uşağın saxlanmasında çətinlik çəkir. Cavabdehdən hər ay uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması haqqında Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-1051/2018 saylı qətnaməsinin qəbul edilməsindən 2 ilə yaxın müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Digərtərəfdən «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-1051/2018 saylı qətnaməsi ilə övladı xx xxxxx 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh Tacəddin oğlundan hər ay onun xeyrinə tutulması müəyyən edilən 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq uşaqlar üçün 2020-ci il üçün müəyyən edilmiş yaşayış minimumundan çox aşağıdır. Bu səbəbdən də cavabdehlə birgə nikahlarından olan uşağın anası olaraq onun himayəsində olmasını, uşaqlar üçün qanunvericilikdə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-1051/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx xxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh Tacəddin oğlundan tutularaq ona verilməlidir. Ona görə də alimentin miqdarının artırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh Tacəddin oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-508/2020 nömrəli qətnaməsi əsassız olduğuna görə ləğv edilməli və yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla, işin faktiki hallarını araşdırmadan, onun təqdim etdiyi sübutlara düzgün qiymət vermədən əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, 2018-ci ildə rəsmi nikahla başqa bir qadınla evlənmiş və iki uşaqları vardır. O, əvvəl müəyyən edilmiş 130 manat alimenti ödəməkdə çətinlik çəkirdir. Onun məhkəmə tərəfindən müəyyən edilmiş iddiaçının tələb etdiyi 150 manat alimenti ödəməyə maddi imkanı yoxdur. Buna görə də mülki işə apelyasiya qaydasında yenidən baxılmalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-508/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Tacəddin oğlu apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Məhkəmə tərəfindən müəyyən edilmiş alimenti ödəməkdə çətinlik çəkir. Ona görə də alimentin azaldılmasına dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZseriyalı 272952 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Tacəddin oğlu və X10 arasında olan nikah ləğv edilmişdir. Volqoqrad Mərkəzi r-nu administrasiyasının VVAQ şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş İİ-PK seriyalı 684226 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Sardin Nurullahoviç xx xxxxx 2012-ci il tarixdə anadan olmuş, atası Cavabdeh Tacəddin oğlu, anası X10 yazılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-1051/2018 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddia qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(019)-914/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdlirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxx 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Tacəddin oğlundan hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Balakən rayon Şambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Tacəddin oğlu ilə X11 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Cirinqova soyadı verilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 161448 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci ildə anadan olmuş, atası Cavabdeh Tacəddin oğlu, anası X11 yazılmışdır. xx xxxx 2020-ci il tarixdə verilmiş AZİV seriyalı 407395 nömrəli doğum haqqında şəhadətinamənin surətindən görünür ki, X1 xx.xx.2020-ci ildə anadan olmuş, atası Cavabdeh Tacəddin oğlu, anası X9 yazılmışdır. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13 və 19-cu maddələri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, və 112.1-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cü və 34.4-cü maddələrinə görə, uşaq-la-rın qayğısına qal-maq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nə-zarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də bor-cudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı xx xxxx 2009-cu ildə rəsmi nikah bağlamaqla Cavabdeh Tacəddin oğlu ilə evlənmiş, onların birgə nikahlarından xx xxxxx 2012-ci il tarixdə X5 adında bir uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar tərəflər ayrılmışlar. Balakən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(019)-914/2017 nömrəli qətnaməsi ilə iddiaçı X10 ilə Cavabdeh Tacəddin oğlu arasında bağlanmış nikahın pozulması, onların birgə nikahdan olan uşaqları-xx xxxxx 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Tacəddin oğlundan hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X7 verilməsi qət edilmişdir. Bundan sonra Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-1051/2018 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 130 manat sabit pul məbləğində alimentin Cavabdeh Tacəddin oğlundan alınıb X7 verilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin, apelyasiya şikayətində, göstərdiyi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağın saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işdən görünür ki, iddiaçıalimentin artırılması tələbi ilə bağlı hissədən şikayət vermişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı üçün hər ay 130 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin 170 manat məbləğində artırılmasını tələb edir. Deməli iddiaçının hazırkı tələbinin məbləği 40 manat (170-130=40) təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə iddianın qiyməti 480 (12x40) manat təşkil edir. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsi 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Tacəddin oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-508/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar