Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-205/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(063)-502/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə xx xxxxxx 2018-cı il tarixli, 177GTKR180290001 nömrəli kredit müqaviləsi üzrə 3867.81 manat əsas, 548.92 manat faiz, cəmi 4416.73 manat borcun, xx xxxx 2017-ci il tarixli, **********01944103 nömrəli kredit xətti müqaviləsi üzrə 238.29 manat əsas, 79.91 manat faiz, cəmi 318.20 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(063)-502/2019 saylı qətnаməsi ilə iddiа təmin edilmiş, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, 177GTKR180290001 nömrəli kredit müqaviləsi üzrə 3867 (üç min səkkiz yüz altmış yeddi) manat 81 (səksən bir) qəpik əsas, 548 (beş yüz qırx səkkiz) manat 92 (doxsan iki) qəpik faiz, cəmi 4416 (dörd min dörd yüz on altı) manat 73 (yetmiş üç) qəpik borc və xx xxxx 2017-ci il tarixli, **********01944103 nömrəli “Birkart” bank məhsulu, kredit və digər bank xidmətlərinə dair müqavilə üzrə 238 (iki yüz otuz səkkiz) manat 29 (iyirmi doqquz) qəpik əsas, 79 (yetmiş doqquz) manat 91 (doxsan bir) qəpik faiz, cəmi 318 (üç yüz on səkkiz) manat 20 (iyirmi) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ASC- yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, bəzi məbləğlərdə şişirtmələr olmuşdur. İş üzrə ekspertiza təyin edilməli olduğu halda təyin edilməmişdir. Ona görə də qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(063)-502/2019 saylı qətnаməsi ləğv edilməli, ekspertiza təyin edilməklə yeni qətnamə qəbul edilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(014)-2352/2017 saylıqətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflər sərbəst surətdə və şərtlərini müəyyənləşdirməklə kredit və “Birkart” bank məhsulu, kredit və digər bank xidmətlərinə dair müqavilələlər bağlamışlar, müqavilələrdə tərəflərin hüquq və vəzifələri müəyyən olunmuşdur. borc alan-cavabdeh borc verən-iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2020ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh iddiaçı İddiaçı ASC- yə xx xxxxxx 2018-ci il tarixli, 177GTKR180290001 nömrəli kredit müqaviləsi üzrə 3797 (üç min yeddi yüz doxsan yeddi) manat 54 (əlli dörd) qəpik əsas, 481 (dörd yüz səksən bir) manat 63 (altmış üç) qəpik faiz borcu olmaqla, cəmi 4279 (dörd min iki yüz yetmiş doqquz) manat 17 (on yeddi) qəpik borcu vardır . Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(063)-502/2019 saylı qətnaməsi qismən dəyişdirilməli, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, 177GTKR180290001 nömrəli kredit müqaviləsi üzrə 3797 (üç min yeddi yüz doxsan yeddi) manat 54 (əlli dörd) qəpik əsas, 481 (dörd yüz səksən bir) manat 63 (altmış üç) qəpik faiz borcu olmaqla, cəmi 4279 (dörd min iki yüz yetmiş doqquz) manat 17 (on yeddi) qəpik borc məbləği tutularaq İddiaçı ASC- yə ödənilməli, qətnamə qalan hissədə yəni, xx xxxx 2017-ci il tarixli, **********01944103 nömrəli “Birkart” bank məhsulu, kredit və digər bank xidmətlərinə dair müqavilə üzrə 238 (iki yüz otuz səkkiz) manat 29 (iyirmi doqquz) qəpik əsas, 79 (yetmiş doqquz) manat 91 (doxsan bir) qəpik faiz, cəmi 318 (üç yüz on səkkiz) manat 20 (iyirmi) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(063)-502/2019 saylı qətnaməsi qismən dəyişdirilməli, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, 177GTKR180290001 nömrəli kredit müqaviləsi üzrə 3797 (üç min yeddi yüz doxsan yeddi) manat 54 (əlli dörd) qəpik əsas, 481 (dörd yüz səksən bir) manat 63 (altmış üç) qəpik faiz borcu olmaqla, cəmi 4279 (dörd min iki yüz yetmiş doqquz) manat 17 (on yeddi) qəpik borc məbləği tutularaq İddiaçı ASC- yə ödənilməli, qətnamə qalan hissədə yəni, xx xxxx 2017-ci il tarixli, **********01944103 nömrəli “Birkart” bank məhsulu, kredit və digər bank xidmətlərinə dair müqavilə üzrə 238 (iki yüz otuz səkkiz) manat 29 (iyirmi doqquz) qəpik əsas, 79 (yetmiş doqquz) manat 91 (doxsan bir) qəpik faiz, cəmi 318 (üç yüz on səkkiz) manat 20 (iyirmi) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(063)-502/2019 saylı qətnaməsi qismən dəyişdirilsin. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, 177GTKR180290001 nömrəli kredit müqaviləsi üzrə 3797 (üç min yeddi yüz doxsan yeddi) manat 54 (əlli dörd) qəpik əsas, 481 (dörd yüz səksən bir) manat 63 (altmış üç) qəpik faiz borcu olmaqla, cəmi 4279 (dörd min iki yüz yetmiş doqquz) manat 17 (on yeddi) qəpik borc məbləği tutularaq İddiaçı ASC- yə ödənilsin. Qətnamə qalan hissədə yəni, xx xxxx 2017-ci il tarixli, **********01944103 nömrəli “Birkart” bank məhsulu, kredit və digər bank xidmətlərinə dair müqavilə üzrə 238 (iki yüz otuz səkkiz) manat 29 (iyirmi doqquz) qəpik əsas, 79 (yetmiş doqquz) manat 91 (doxsan bir) qəpik faiz, cəmi 318 (üç yüz on səkkiz) manat 20 (iyirmi) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ASC- yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat pulun 75 mantı İddiaçı ASC-dən 75 manatı isə Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ **********0000003944, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-205/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-205/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver