Məhkəmə qərarları › İş №2(107)-2051/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2051/2020

05.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2051/2020 05.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qaşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair, Qarşılıqlı iddia üzrə iddiaçılar ilkin iddia üzrə cavabdeh İddiaçı2, İddiaçılar İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 cavabdehlər İddiaçı1, Cavabdeh2, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X23rşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və onlar tərəfindən hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-52/2020 nömrəli qətnaməsindən iş üzrə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdeh İddiaçı2 tərəfindən mülkiyyətində olan torpaqdan istifadəyə maneə olan hallara son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2010-cu ildə X2 paylı mülkiyyət hüququ əsasında aqrar islahatı zamanı onlara verilmiş 0,334317 ha torpaq sahəsi almışdır. Paylı mülkiyyətin mülkiyyətçiləri X3, X1 Fatma Ramiz qızı, X5, X11 və X6 olmuşlar. Alqı-satqı müqaviləsi xx xxxxxx 2010-cu ildə Qəbələ rayon notariat kontorunda aparılmış və mülkiyyətçilərin hamısı buna razılıq vermişlər. Alqı-satqı müqaviləsi əsasında adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində xx xxxxxxx 2016-cı il tarixdə A № 106268 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və DƏDRX 9 saylı Qəbələ ərazi idarəsindən həmin tarixdə Seriya RX № ******* saylı adına “Çıxarış” almışdır. Torpağın təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı üçün müəyyən edilmişdir. O, alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsindən istifadə edə bilmir. Çünki, cavabdeh və onun ailə üzvləri onu həmin torpaq sahəsinə keçməyə imkan vermirlər. Belə ki, hər dəfə hansısa işi görmək üçün torpaq sahəsinə getmək istəyəndə cavabdeh ünvanına çox nəlayiq söyüşlər söyür, onu hədələyir və bildirir ki, həmin torpaqdan onu istifadə etməyə qoymayacaqdır. Bu səbəbdən də torpaqdan istifadə edə bilmir. Bununla əlaqədar olaraq o, kənd icra nümayəndəsinə və bələdiyyəyə müraciət etmişdir. Lakin nəticəsi olmamışdır. Bütün bunları nəzərə alaraq hüquqların məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. İddiaçı (cavabdeh) İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun xx xxxxxx 2019-cu il il tarixdə keçirilən birinci instansiya məhkəməsinin iclasında izahat verib, iddiaçıların (cavabdehlərin) ərizəsinə münasibət bildirərək göstərdi ki, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Torpaq sahəsini 2010-cu ildə alqı-satqı müqaviləsi əsasında almışdır. Torpaq sahəsi ona verilərkən bələdiyyənin nümayəndələri ona bildirmişlər ki, ola bilsin ki, həmin torpaq sahəsində bələdiyyəyə məxsus torpaq sahəsi də vardır. Bu da gələcəkdə elektronlaşdırma zamanı məlum olacaqdır. Torpaq sahəsinin istifadəçisi onun özü olduğuna görə torpaq sahəsini ala biləcəyini bildirmişlər. Torpaq sahəsini alqı-satqı yolu ilə necə qəbul etmişsə, elə də qalır. Həmin torpaq sahəsindəki hasar isə 80-ci illərdə çəkilmişdir. Hasarın onun vəsaiti hesabına sökülməsini tələb etsələr də, hasar onun tərəfindən çəkilməmişdir. Məhkəmə iclasında iddiaçı (cavabdeh) İddiaçı1 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 iddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehin törətdiyi maneələr dedikdə bütövlükdə İddiaçı1 mülkiyyətində olan torpaq sahəsindən istifadəyə törədilən maneələr nəzərdə tutulur. Yol yerindən işləməyə qoymur, təhqir edir. Onların torpaq sahələri yanaşıdır. Baş yoldan İddiaçı1 torpaq sahəsinə yol vardır, lakin İddiaçı3 ona həmin yoldan istifadə etməyə imkan vermir. Azərbaycan Respublikası İqtisadyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin tərtib etdiyi mütəxəssis rəyində JN-173 A nömrəli (kod 40613018) şəhadətnamə əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi-**********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi -xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestindən Çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 Oktay oğlunun və İddiaçı5 Oktay qızının birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin 0,0588 ha hissəsinin cavabdeh İddiaçı1, 0,20 ha hissəsinin Cavabdeh2 Ağəli qızının istifadəsində olduğu qeyd olunmuşdur. 0,0588 ha hissəsinin İddiaçı1 tərəfindən tutulmasına etiraz etmir, lakin iddialarını da müdafiə edərək təmin təmin olunmasını məhkəmədən xahiş etməklə, İddiaçı1a qarşı olan iddia üzrə qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. İddiaçılar İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 cavabdehlər İddiaçı1, Cavabdeh2 və Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X23rşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və onlar tərəfindən hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1xx xxx 40613018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli, reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında xüsusi mülkiyyətlərinə verilmiş 1,14 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlərin çıxarılması, hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh İddiaçı1 tərəfindən qanunsuz bağlanılmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması və ödədiyi 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1460/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair iddiası üzrə 2(025)-1359/2019 nömrəli mülki iş, iddiaçılar İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 cavabdehlər X24, Cavabdeh2 və Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi və müstəqil tələb irəli sürməyən şəxs Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X23rşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və onlar tərəfindən hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması” tələbinə dair iddia üzrə 2(025)-1460/2019 nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 iddia tələblərini onunla əsaslandırmışlar ki, onlara, yəni - İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 və Babayeva (Osmanova) Türanə Oqtay qızına Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisindən Qəbələ rayon X10 xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı fərdi yaşayış evi tikmək məqsədilə 1.14 ha həyətyanı torpaq sahəsinə JN-172A Kod 40613018 olan «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə, sahiblik və sərəncam vermək hüquqları yaranmış, hər il rəsmi sənəd üzrə müəyyən olunmuş torpaq sahəsinə görə vergi ödəmişlər. JN-172A Kod 40613018 olan «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»si əsasında xx.xx.2015-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX №0592522, reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan Çıxarış da alınmışlar. Mülkiyyətlərinə həyətyanı torpaq sahəsi verilərkən onlara sərhəd nöqtələri dəqiqliklə tanıdılmamış, ona görə də iddiaçı kimi o, (İddiaçı2) cavabdeh DTXK-nın Qəbələ rayon şöbəsinə qarşı JN-172A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin naturada tanıdılması tələbinə dair məhkəmədə iddia qaldırmış və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2/025-235/2010 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Qəbələ rayon X10 xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-172A Kod 40613018 olan şəhadətnamə üzrə İddiaçı2 və dörd nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,14 hektar torpaq sahəsi naturada tanıdılmaqla İddiaçı2 verilməsi və qeyd olunan 1,14 ha torpaq sahəsinin naturada ölçülməklə İddiaçı2 verilməsi DTXK-nın Qəbələ rayon şöbəsinə həvalə olunması qət edilmişdir. xx xxxxxx 2010-cu il tarixli 2/025-235/2010 saylı qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Qəbələ rayon İcra Şöbəsinə icra vərəqəsi göndərilmişdir. Qanunu bilmədiklərindən qətnamənin icra olunması üçün məhkəmə tərəfindən Qəbələ rayon İcra Şöbəsinə göndərilmiş, icra vərəqəsi bir neçə il icra olunmamışdır. Nəhayət, məhkəməyə qaytarılmış icra vərəqəsinin yenidən icra olunması üçün Qəbələ rayon İcra və Probasiya Şöbəsinə verilməsi barədə ərizə təmin olunmuş və icra vərəqəsi yenidən icra olunması üçün aidiyyatı üzrə göndərilmişdir. Qəbələ rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra vərəqəsi üzrə icra işi açılmış və icra tədbirlərinə başlanılaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xitmətinin (bundan sonra DƏDRX-nin) 9 saylı X27 və Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssislərinin iştirakı ilə də xx xxxx 2019-cu il tarixdə, qeyd olunan torpaq sahəsinin məhz JN-172 A saylı kod 40613018 olan şəhadətnaməyə uyğun vəziyyətinin araşdırılması məqsədi ilə, İddiaçı2 və dörd nəfər ailə üzvlərinin istifadəsində olan ümumilikdə torpaq sahəsinin faktiki vəziyyətinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xitməti tərəfindən qeyd olunan torpaq sahəsinin yerləşmə sxemi tərtib edilərək Qəbələ rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx xxxx 2019-cu il tarixdə qeyd olunan məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə JN-172A saylı kod 40613018 olan şəhadətnaməyə uyğun vəziyyətinin və yerində koordinatlarının göstərilməsi məqsədi ilə təyin edilmiş icra tədbirləri zamanı mütəxəssislər tərəfindən sözü gedən sxem üzrə “1-ci nöqtədən qərbə doğru, daha dəqiqi 30-cu nöqtədən qərbə doğru 10.51 metr, torpaq sahəsinin cənubundakı 26-cı nöqtədən 9.54 metr qərbə, 26-cı nöqtədən cənuba doğru 20.66 metr, yekun olaraq 26-cı nöqtədən verilmiş qərbə doğru 9.54 metr, cənuba doğru 20.66 metrdən sonra qoyulmuş nöqtə düz xətt üzrə 18 və 17 nöqtənin arasına qədər uzanmaqla həmin noqtədə sıfırlandığı” bildirilmişdir. DƏDRX-nin 9 saylı X27 Qəbələ rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********24 saylı məktubunda göstərilmişdir ki, Ərazi İdarəsində mövcud olan DWJ baza məlumatına görə torpaq sahəsinin naturada müəyyən olunmuş koordinatlara əsasən aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Şəki LTİ-nin xx.xx.2019-cu il tarixdə tərtib etdiyi torpaq sahəsinin yequruluşu sxemində torpaq sahəsinin cənub sərhəddi boyunca göstərilən torpaq sahəsinin 18 nömrəli döngə nöqtəsindən 26 nömrəli döngə nöqtəsinə qədər və torpaq sahəsinin qərb sərhəddi boyunca 26 nömrəli döngə nöqtəsindən 30 nömrəli döngə nöqtəsinə qədər olan və həmin istiqamətdə X17 istifadəsində olmayan sxemdə qırmızı xətlə işarələnən sahə bələdiyyə mülkiyyətinə aiddir. Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin Qəbələ rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 46 saylı məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sxemə əsasən 30-cu nöqtədən qərbə doğru 10.51 metr, torpaq sahəsinin cənubundakı 26-cı nöqtədən qərbə döğru 9.54 metr torpaq sahəsi İddiaçı1 istifadəsindədir.(sxemdə rənglənmiş hissə) 26-cı nöqtədən qərbə doğru 9.54 metr, 26-cı nöqtədən cənuba doğru 20.66 metrdən sonra qoyulmuş nöqtə düz xəttlə 18-ci nöqtəyə qədər hissə(sxemdə rənglənmiş hissə) Cavabdeh2 tərəfindən istifadə olunur. Həmçinin 20 ilə yaxındır ki, həyətyanı torpaq sahələrinin zəbt olunmuş hissəsi tərəfdə gediş-gəliş yolu da mövcud olmuşdur ki, həmin ümumi gediş-gəliş yolu da İddiaçı1 tərəfindən qanunsuz bağlanıldığından hal-hazırda istifadə etməkləri mümkün deyildir. Ona görə də İddiaçı1 tərəfindən qanunsuz bağlanılmış gediş-gəliş yolunun əvvəlki vəziyyətə qaytarılaraq açılması üçün məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh (iddiaçı, həm də iddiaçılar İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı və İddiaçı6 nümayəndəsi) İddiaçı3 vəkili Vəkil2 iddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmakın Kadastr və ünvan reyestri Xidmətinin Şəki LTİ-nin rəyində İddiaçı2 faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəinin 0.0759 ha hissəsi Mirzəbəyli bələdiyyəsinin torpaqlarıdır. Buna etiraz etmirlər, lakin onlara məxsus torpaq sahəsinin 0.0588 ha hissəsi cavabdeh İddiaçı1 və 0.20 ha hissəsi cavabeh Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Cavabdeh İddiaçı1 sənədi üzrə 0.33 ha torpaq sahəsi olsa da faktiki istifadəsində 1 hektardan da çox torpaq sahəsi vardır. 1.14 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulsa da reallıqda belə bir yol mövcud deyildir. Buna görə də iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı (cavabdeh, həm də iddiaçılar İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı və İddiaçı6 nümayəndəsi) İddiaçı3 məhkəmə iclasında iddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, istifadəsində 1.50 ha torpaq sahəsi vardır. Lakin həmin torpaq sahəsinin rəsmi sənədi yoxdur. Torpaq sahəsini vaxtilə Rafik Vartanovdan almışdır. Azərbaycan Respublikası İqtisadyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mütəxəssis rəyində JN-173 A nömrəli (kod 40613018) şəhadətnamə əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi – **********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestindən Çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 Oktay oğlunun və İddiaçı5 Oktay qızının birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin 0,20 ha hissəsinin cavabdeh olaraq onun istifadəsində olduğu göstərilmişdir. Buna etiraz edir, çünki heç kimə məxsus torpaq sahəsini zəbt etməmişdir.1992-ci ilin iyun ayının 18-də həmin həyətə köçmüşdür. Həyətin divarları (hasarı) və qapısı həmin müddətdən bu yana necə vardırsa elə də qalmışdır. Buna görə də ona qarşı olan iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdeh Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin sədri (nümayəndəsi) X28 verdiyi izahatında göstərmişdir ki, İddiaçı1 sənəd üzrə 0.33 hektar torpaq sahəsi vardır. Lakin onun istifadəsində olan torpaq sahəsi 1 hektardan çoxdur. Yaşadıqları ərazidə aqrar islahatları 1996-1998-ci illərdə keçirilmişdir. 2003-cü ildə tərtib olunmuş xəritə mövcuddur. Aparılmış ekspertiza araşdırılması zamanı İddiaçı2 mülkiyyətinə gedən yol yerinin İddiaçı1 tərəfindən tutulduğu müəyyən edilmişdir. Həmin yol yeri Mirzəbəyli bələdiyyəsinin mülkiyyətindədir və Mirzəbəyli bələdiyyəsi həmin ərazidən (qərbdən şimala doğru, əsas yol istiqamətində 6 metr enində, uzunluğu həmin yola qədər) İddiaçı2 yol yerilməsinə etiraz etmir. Buna görə də məhkəmədən qanuni və ədalətli qərar qəbul olunmasını xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X27 nümayəndəsi X4 çıxışında ədalətli və qanuni qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-52/2020 nömrəli (hakim A.Əliyev) qətnaməsi ilə İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair iddiası təmin edilməməsi, iddiaçilar İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 cavabdehlər X24, Cavabdeh2, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi və müstəqil tələb irəli sürməyən şəxs Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X23rşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və onlar tərəfindən hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ına əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı5 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində 1,14 ha həyətyanı torpaq sahəsinin 0,0588 ha hissəsindən cavabdeh İddiaçı1, 0,20 ha hissəsindən Cavabdeh2 çıxarılsın və hörülmüş dəmir tor hasar onların hesabına sökülməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ına əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı5 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində 1,14 ha həyətyanı torpaq sahəsinə Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan, İddiaçı1 tərəfindən bağlanmış gedişgəliş yolunun açılması və X24 tərəfindən manelər aradan qaldırılması, aparilmiş ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun cavabdehlər İddiaçı1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, aparilmiş mütəxəssis tədqiqatlarının dəyəri – 295,10 (iki yüz doxsan beş manat on qəpik) manat məbləğində pul cavabdehlər İddiaçı1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməsi, ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmış dır ki,işə baxılarkən iş tam və hərtərəfli araşdırılmamış, Azərbaycan Respublikası MPM-nin 9, 14, 77, 88, 217, 218. -ci və s. maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə qeyd etmişlər “mülki işin materialları ilə müəyyən edilmişdir ki, mənim tərəfindən çəkilmiş tor hasar iddiaçının torpaq sahəsinin 0.20 ha azalmasına səbəb olmuşdur. Mühəndis texniki ekspertizanın rəyi ilə Qəbələ rayonu, Mirzəbəyli kəndində İddiaçıya məxsus torpaq sahəsinin əksik olması ilə bağlı heç bir fakt müəyyən olunmur.” İstifadəmdə 1.50 ha torpaq sahəsi vardır. Torpaq sahəsini vaxtilə Rafık Vartanovdan almışam. Azərbaycan Respublikası İqtisadvvat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mütəxəssis rəyində JN- 173 A nömrəli (kod 40613018) şəhadətnamə əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestindən Çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 Oktay oğlunun və İddiaçı5 Oktay qızının birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin 0,20 ha hissəsinin mənim istifadəmdə olduğu göstərilmişdir. Buna etiraz edirəm, çünki heç kimə məxsus torpaq sahəsini zəbt etməmişəm. 1992-ci ilin iyun ayının 18-də həmin həyətə köçmüşəm. Həyətin divarları (hasarı) və qapısı həmin müddətdən bu yana necə vardırsa elə də qalmışdır. Göründüyü kimi sözügedən torpaq sahəsi qonşu sahələrlə əhatə olunmuş başqa sözlə qonşu sahələrin də dəmir torlarla mövcuddur. Lakin ekspert bu məsələyə heç bir münasibət bildirməmişdir. Hesab edirik ki, mübahisəni doğru-düzgün araşdırmaq üçün ekspert qarşısında iddiaçının iddia etdiyi kimi yolun mənim istifadəmdə olan temir torun mane olub-olmadığı və digər mühüm suallar qoyulmalı idi. Yalnız bundan sonra həqiqət üzə çıxa bilərdi. Bundan başqa DƏDRX mütəxəssisləri tərəfindən iddiaçının torpaq sahəsinin hüdudları müəyyən olunsada mənə aid torpaq sahəsinin hüdudları və kordinantları müəyyən olunmamışdır. Ümumiyyətlə isə işin gedişində mübahisəli dəmir torun mövcud olub-olmadığı və iddiaçıya aid torpaq sahəsinin mənim istifadəmdə olan torpaq sahəsinin hansı kordinanlardan hesablandığı belə müəyyən olunmamışdır. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə birtərəfli yanaşmış, yalnız qarşı tərəfin qeyri-səmimi ifadəsinə "hüquqi” qiymət vermişdir. Bununla da məhkəmə qanun və məhkəmə qarşısında bərabərlik və çəkişmə prinsipinin tələblərini pozmuşdur. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci və 127-ci maddələrində, "Məhkəmələr və hakimlər” haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində də təsbit olunmuşdur. Şəxslərin qanun və məhkəmə qarşısında bərabərliyi cəmiyyətdə fiziki və hüquqi şəxslərin hüquqi statusunun elementidir. Ona görə də bu prinsip təkcə prosessual hüquq normalarında deyil, həm də maddi hüquq normalarında təsbit edilmişdir. Azərbaycan Respublikası MPMnin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipi məhkəmədən tələb edir ki, işdə iştirak edən şəxslərə istinad etdikləri halları və faktları mötəbər sübutlarla əsaslandırmalı olduqlarını izah etsin, qəbul etdiyi hər bir məhkəmə aktında (o cümlədən məhkəmə qətnaməsində) yalnız öz təsdiqini tapmış faktlara istinad etsin və həmin faktlardan məntiqi olaraq doğan nəticəyə gəlsin. Sübutlar məhkəmə tərəfindən məcmu halda qiymətləndirilməlidir. Bu zaman məhkəmə baxılan iş üzrə aydınlaşdırılmalı olan hər hansı hala və ya fakta aid olan müxtəlif sübutlardan həmin hal və ya faktla bağlı irəli gələn məlumatları müqayisəli təhlil etməlidir. Eyni hala və ya fakta dair müxtəlif sübutların doğurduğu məlumatlar fərqli olduqda məhkəmə öz aktında bu fərqi izah etməli, nəyə görə məhz konkret sübuta üstünlük verdiyini obyektiv və inandırıcı surətdə əsaslandırmalıdır. Qeyd edirik ki, mövcud qətnamədə belə olmamış, nəticədə qeyri-obyektiv qətnamə qəbul edilmişdir. Həmçinin qeyd edirik ki, məhkəmə qətnaməsi tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsində deyilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə qətnaməsi haqqında" AR Ali Məhkəməsi Plenumunun Qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.Hesab edirik ki, məhkəmənin sözü gedən qətnaməsi maddi və prosessual tüquq normalarının pozulması ilə qəbul edilmiş və bu səbəbdən ləğv edilməli, ddiaçı X12 iddiasının təmin edilməsinə və İddiaçı2 X18 qarşı olan hissəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-52/2020 nömrəli qətnaməsini ləğv edib X12 iddiasının təmin edilməsinə və İddiaçı2 X18 qarşı olan hissədə təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 onun tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-52/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və X12 iddiasının təmin edilməsinə və İddiaçı2 X18 qarşı olan hissədə təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-52/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; -xx xxxxxx 2010-cu il tarixdə Qəbələ rayon dövlət notariat kontorunda 4Ə /1-26 nömrəsi ilə qeydə alınmış AN-İ ******* nömrəli «Daşınmaz əmlakın alqısatqı müqaviləsi»ndən (torpaq sahəsinə dair) görünür ki, X3, X8, X16, X5, X11 və X6 DƏDRXnin X27 xx.xx.2010-cu il tarixdə verilmiş 152 nömrəli arayışına əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,334317 ha torpaq sahəsini (Qəbələ rayon X10 xx.xx.1998ci il tarixli, 09 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-123, kod 40613018 nömrəli dövlət aktı əsasında onların mülkiyyətindəki) aralarında bağlanmış bu müqaviləyə əsasən İddiaçı1 4000.00 manata satmaqla onun mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X27 seriya RX ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0.334317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 tam paylı mülkiyyətinə verilməklə (daşınmaz əmlakın reyestr nömrəsi **********90)danışmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx xxxxxx 1993-cü il tarixdə Qəbələ rayon dövlət notariat kontorunda qeydə alınmış müqavilənin surətindən müəyyən edilir ki, Qəbələ rayonu Mirzəbəyli kəndində X19 1200 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evini Cavabdeh2 satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X27 xx.xx.2016-cı il tarixdəİddiaçı1 Quban oğlunun adına tərtib etdiyi A 106268 nömrəli «Torpaq sahəsinin planı vəölçüsü»ndə 0.334317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kadastr göstəriciləri, əsas döngə nöqtələrinin koordinatları və s. göstərilmişdir. - JN-172 A, kod 40613018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon X10 xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə Qəbələ rayonu Mirzəbəyli kəndində X17, İddiaçı4, İddiaçı3 Oqtay oğlunun, İddiaçı6 və X9 mülkiyyətinə 1.14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X27 seriya RX ******* nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı2 paylı mülkiyyətinə verilməklə (daşınmaz əmlakın reyestr nömrəsi **********4) danışmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Paylı torpaq sahəsinin hüquq sahibləri olaraq çıxarışda onunla birlikdə ümumi birgə mülkiyyətçilər kimi İddiaçı4, İddiaçı3, İddiaçı6 Oktay oğlu və İddiaçı5 qeyd olunmuşlar. - «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin Şəki layihə-tədqiqat İdarəinin xx.xx.2019-cu il tarixli arayışında JN-172 A saylı şəhadətnamənin uyğun vəziyyətinin DWG baza məlumatlarına əsasən araşdırılaraq naturada tanıdıldığı, qeyd olunan sərhədlər daxilində Oqtay Babayevin istifadəsində olmayan torpaq sahəsinin kimin mülkiyyətində olduğuna dair MMC-yə icra və probasiya şöbəsindən ünvanlanmış məktubda göstərilən suala cavab kimi arayışa əlavə olunmuş sxemdə 18-ci nöqtədən qərbə doğru 26-cı nöqtəyə qədər və 26-cı nöqtədən şimala doğru 30-cu nöqtəyə qədər olan qonşu torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X27 xx.xx.2019-cu il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə ünvanladğı məktubda da eynilə qeydlər aparılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə tərəflər arasında yaranmış torpaq mübahəisəsinin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməklə ədalətli və qanuni qərar qəbul olunması məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 5449 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyində qeyd olunmuşdur: qərardadın birinci sualı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi- **********90; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2016) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0.334317 ha torpaq sahəsinin hüdudları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, JN-172 A nömrəli (kod 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi- **********44; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi -xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 Oktay oğlu və İddiaçı5 Oktay qızının birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin hüdudları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, JN-172 A nömrəli (kod 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi- **********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 Oktay oğlu və İddiaçı5 Oktay qızının birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinə şərq tərəfdən gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda belə bir yol mövcuddur. Sözügedən 1.14 ha torpaq sahəsinə qərb tərəfdən gediş-gəliş yolu mövcud deyil. Qərardadın üçüncü sualı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, 4. JN-172 A nömrəli (kod 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi- **********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 Oktay oğlu və İddiaçı5 Oktay qızının birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin 0,0588 ha cavabdeh İddiaçı1, 0,20 ha hissəsi Cavabdeh2 istifadəsindədir. İddiaçı2 faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəsinin 0,0759 ha hissəsi Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan torpaqlarda yerləşməsini müəyyə edilmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X27 seriya RX ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0.334317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 tam paylı mülkiyyətinə verilməklə (daşınmaz əmlakın reyestr nömrəsi **********90) danışmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin hazırda onun istifadəsində 1 hektardan artıq torpaq sahəsi vardır. Onun iddia tələbi üzrə cavabdeh İddiaçı2 tərəfindən həmin torpaq sahəsi tutulmamış və İddiaçı1 mülkiyyətindəki torpaq sahəsindən istifadə olunmasında ona sonuncu tərəfindən heç bir maneələr törədilmir. Mülki iş üzrə təyin olunmuş məhkəmə mühəndis-texniki ekspertizasının və mütəxəssis rəyi ilə də sübut edilmişdir ki, İddiaçı2 iddiaçı Namaz Quliyevin mülkiyyətindəki torpaq sahəsinin tutmamışdır. Birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərinə görə iddia tələbinin əsaslandığı hallara dair sübutların məhkəməyə təqdim olunması ilə sübutetmə vəzifəsi və yükü iddiaçının üzərinə düşdüyü halda İddiaçı1 mülkiyyətindəki 0,33 ha torpaq sahəsindən istifadə olunmasında cavabdeh Oqtay Babayev tərəfindən ona maneələrin törədilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də kollegiya məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı1 cavabdeh İddiaçı2 qarşı «mülkiyyətində olan torpaq sahəsindən istifadəyə mane olan hallara son qoyulması» tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir” mövqeyi ilə razılaşır. Bundan başqa məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X27 seriya RX ******* nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı2 paylı mülkiyyətinə verilməklə (daşınmaz əmlakın reyestr nömrəsi **********4) daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Paylı torpaq sahəsinin hüquq sahibləri olaraq çıxarışda onunla birlikdə ümumi birgə mülkiyyətçilər kimi İddiaçı4, İddiaçı3, İddiaçı6 Oktay oğlu və İddiaçı5 qeyd olunmuşlar. Bununla baglı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020- ci il tarixli 5449 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyi və mütəxəssis rəyləri ilə sübut olunmuşdur ki, İddiaçı2 faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəsinin 0,0759 ha hissəsi Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan torpaqlarda yerləşir. JN-172 A nömrəli (kod 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********44; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyeestrindən çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 Oktay oğlu və İddiaçı5 Oktay qızının birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinə şərq tərəfdən gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda belə bir yol mövcuddur. Sözügedən 1.14 ha torpaq sahəsinə qərb tərəfdən gediş-gəliş yolu mövcud deyil. RX seriyalı ******* (reyestr nömrəsi **********4; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi-xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 Oktay oğlu və İddiaçı5 Oktay qızının birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin 0,0588 ha hissəsi cavabdeh İddiaçı1, 0,20 ha hissəsi Cavabdeh2 qanunsuz istifadəsindədir. Bununla yanaşı, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi- **********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyeestrindən çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 Oktay oğlu və İddiaçı5 Oktay qızının birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinə gedən yol yeri Mirzəbəyli bələdiyyəsinin mülkiyyətindədir. Lakin yol yeri cavabdeh X24 tərəfindən bağlanmışdır. Mülki işin məhkəmə araşdırılması zamanı bələdiyyənin sədri (nümayəndəsi) Vüqar Əliyev verdiyi izahatında həmin ərazidən (qərbdən şimala doğru, əsas yol istiqamətində 6 metr enində, uzunluğu həmin yola qədər) İddiaçı2 yol yerilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, həmin torpaq sahələrindən cavabdehlər İddiaçı1 və Cavabdeh2 çıxarılmalı, onlar tərəfindən hörülmüş dəmir tor hasar öz hesablarına sökülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. -170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası MülkiMəcəllənın 175.1-cimaddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Qanunun mənasından göründüyü kimi, öz sahəsindən ictimai yola keçidi olmayan torpaq sahəsinin mülkiyyətçisi qonşulardan tam əvəzi ödənilməklə ona zəruri keçid ayırmasını tələb edə bilər və tələb ilk növbədə keçidin daha yolverilən və daha az zərər vurduğu qonşuya yönəlməli qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Apelyasiya şikayətləriinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. “X13rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətləindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayələri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-52/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar