Məhkəmə qərarları › İş №2(107)-2054/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2054/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2054/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tаrixli, 2(039)-1391/2021 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 658,65 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2(039)-1391/2021 saylı qərardadı ilə (hakim G.Cavadova) iş üzrə icraata xitam verilmişdir. Yevlax Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tаrixli, 2(039)-1391/2021 saylı qərardadı ilə (hakim G.Cavadova) Yevlax Rayon Məhkəməsinin 2(039)-1391/2021 saylı iş üzrə qəbul etdiyi 03 avqust 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş şikayəti onu vermiş şəxsə qaytarılması qərara edilmişdir. Həmin qərardaddan iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tаrixli, 2(039)- 1391/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli iş üzrə Yevlax Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tаrixli, 2(039)-1391/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. X3 Azərbaycan Respublikasının Qanununun 9.1.17-ci maddəsinə əsasən icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azaddır. Göründüyü kimi icraata xitam verilməsi barədə qərardadlardan şikayət verilərkən rüsum ödənilməsi nəzərdə tutumuşdur. Ona görə də şikayət təmin edilə bilməz.

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəllə: 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

qərara aldı:

Yevlax Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tаrixli, 2(039)-1391/2021 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilən şikayət təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tаrixli, 2(039)-1391/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar