Məhkəmə qərarları › İş №2(107)-2055/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2055/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2055/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(016)-3430/2016 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstəmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-in Ağsu filialından illik 26 faiz ödəmək şərtilə 18 ay müddətinə Cavabdeh1 12700 ABŞ dolları məbləğində kredit ayrılmışdır. xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 10825.89 ABŞ dolları təşkil edir və ödəmə müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar. Cavabdeh1 banka xx.xx.2016-cı il tarixə 9860.40 ABŞ dolları məbləğində əsas borcu, 71.21 ABŞ dolları məbləğində faiz borcu, 788.33 ABŞ dolları məbləğində cərimə, cəmi 10719.94 ABŞ dolları məbləğində borcu vardır. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, buna baxmayaraq borcu ödəməkdən yayınmışdırlar. İddiaçı ASC cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 9860.40 ABŞ dolları məbləğində əsas borcu, 71.21 ABŞ dolları məbləğində faiz borcu, 788.33 ABŞ dolları məbləğində cərimə, cəmi 10719.94 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına və tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı “xxxx” ASC-in nümayəndəsi X1 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsinin iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(016)-3430/2016 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 788.33 ABŞ dolları məbləğində dəbbə pulu 88.00 ABŞ dolları məbləğinədək azaldılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə qətnamənin icra edildiyi günə manatın məzənnəsinə müvafiq olaraq 9860.40 ABŞ dolları məbləğində əsas borcu, 71.21 ABŞ dolları məbləğində faiz borcu, 88.00 ABŞ dolları məbləğində cərimə, cəmi 10019.61 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumu olan 30 manatdan 27 manat 90 qəpik alınaraq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 7 faizi, yəni 2 manat 10 qəpik iddiaçıya aid edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qətnamənin mahiyyəti ilə tanış olaraq belə hüquqi nəticəyə gəlir ki, qətnamə yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmış, iş üzrə zərur olmasına baxmayaraq ekspertiza həyata keçirilməmiş, iddiaçı bankın şişirdilmiş borc tələbi üzrə qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçının faiz borcun tələbi üzrə iddiası tamamilə əsassızdır. Məhkəmə iddiaçının göstərdiyi xüsusatlara qiymət vermiş, heç bir hüquqi əsasa dayanmayan qətnamə qəbul etmişdir. Belə bir qətnamə üzrə heç bir məhkəmə təcrübəsində yoxdur. Həmin qətnamə ilə onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən də qətnamə ləğv edilməli və iddia tələbi üzrə əsas və faiz borcu əsaslı şəkildə azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur, həmin maddədə göstərilir ki, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməsi hüquq normalarında müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən Apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli 2(016)-3430/2016 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(016)-3430/2016 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC tərəfindən borclu Cavabdeh1 18 ay müddətinə 26 faiz ödəmək şərtilə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. -xx.xx.2014-cü il tarixli, 450006167/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1ə illik 18 ay müddətinə 26 faiz ödəmək şərtilə 12700 ABŞ dolları məbləğində verilmiş kreditin, hesablanmış faizlərin vaxtında qaytarılmasına təminat verir və borc verən qarşısında borc alanla birgə məsuliyyət daşıyırlar. -İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il 01 nömrəli Əlavə Sazişə əsasən İddiaçı ASC-in Ağsu filialının Cavabdeh1 12700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 10825.89 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2017-ci il tarixə kimi uzadılmışdır. -İddiaçı ASC-in Ağsu filialı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2016-cı il tarixli, 111xx/xx/450006167/70026827 saylı xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə 15 gün müddətində qalıq kreditin və mövcud olan faiz borclarının icra edilməsi barədə xəbərdar edilmiş, əks halda qanunvericiliklə nəzərdə tutulan tədbirlər görüləcəyi bildirilmişdir. -xx.xx.2016-cı il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 9860.40 ABŞ dolları məbləğində əsas borcu, 71.21 ABŞ dolları məbləğində faiz borcu, 788.33 ABŞ dolları məbləğində cərimə, cəmi 10719.94 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC tərəfindən borclu Cavabdeh1 18 ay müddətinə 26 faiz ödəmək şərtilə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Zamin Cavabdeh2 xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1ə illik 18 ay müddətinə 26 faiz ödəmək şərtilə 12700 ABŞ dolları məbləğində verilmiş kreditin, hesablanmış faizlərin vaxtında qaytarılmasına təminat verir və borc verən qarşısında borc alanla birgə məsuliyyət daşıyırlar. İddiaçı ASC-in Ağsu filialının Cavabdeh1 12700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 10825.89 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2017-ci il tarixə kimi uzadılmışdır. İddiaçı ASC-in Ağsu filialı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2016-cı il tarixli, 111xx/xx/450006167/70026827 saylı xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə 15 gün müddətində qalıq kreditin və mövcud olan faiz borclarının icra edilməsi barədə xəbərdar edilmiş, əks halda qanunvericiliklə nəzərdə tutulan tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdeh1 9860.40 ABŞ dolları məbləğində əsas borcu, 71.21 ABŞ dolları məbləğində faiz borcu, 788.33 ABŞ dolları məbləğində cərimə, cəmi 10719.94 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq edərək nəticəyə gəlmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə görə 9860.40 ABŞ dolları məbləğində əsas borcu, 71.21 ABŞ dolları məbləğində faiz borcu, 88.00 ABŞ dolları məbləğində cərimə, cəmi 10019.61 ABŞ dolları məbləğində borc cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin “birinci instansiya məhkəməsi tərəfindən iddiaçı bankın şişirdilmiş borc tələbi üzrə qətnamə qəbul edilmişdir” dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh şikayətində borcun şişirdildiyini bildirsə də bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(016)-3430/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(016)-3430/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar