Məhkəmə qərarları › İş №2(107)-2065/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2065/2020

04.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2065/2020 04.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, Cavabdeh, maraqlı şəxs Qəbələ rayon X4 sədri X1 iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Qəbələ rayon X2rşı “bağlanmış yolun məcburi qaydada açılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(025)-68/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(025)-68/2020 nömrəli qətnаməsi ilə(hakim Elman İsayev) iddia təmin edilmiş, Qəbələ rayonu Çuxur Qəbələ kəndində İddiaçı mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinə gedən yolun (ekspert rəyinə uyğun olaraq) istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və yol bağlanmasında istifadə edilmiş tor hasarın cavabdehin hesabına sökülməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh və maraqlı şəxs Qəbələ rayon X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Çuxur Qəbələ kəndi ərazisində onun mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinə gedən yolun istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, yolun bağlanmasında istifadə edilmiş tor setkanın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu, Çuxur Qəbələ kəndində mülkiyyətinə 0,03 ha torpaq sahəsi verilmişdir. Həmin 0,03 ha torpaq sahəsi adına xx.xx.2019-cu il tarixdə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin tam mülkiyyətçisidir. Mülkiyyətində olan 0,03 ha torpaq sahəsi üzərində hüquqları cavabdeh tərəfindən pozulur. Belə ki, torpaq sahəsinə gedən yol bir hissədə ağac əkməklə və hasar çəkməklə daraldılaraq yolun sonuna yaxın hissədə Fərasət Qaçayevin torpaq sahəsinin yolla sərhəddindən tor hasarla bağlanılıb. Bağlanılan yol əvvəllər gediş-gəliş yolu olmaqla ərazinin xəritəsində də gediş-gəliş yolu kimi göstərilmişdir. Cavabdehdən bağlanmış yolun açılmasını xahiş və tələb etsə də nəticəsi olmamışdır. X9 kənd İƏN-ə kənd Bələdiyyəsinə bağlanmış yolun açılması tələbi ilə müraciət etmişdir. Çuxur Qəbələ kənd Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 30 saylı məktubundan da görünür ki, cavabdeh həqiqətən onun mülkiyətində olan 0,03 ha torpaq sahəsinə gedən yolu zəbt edərək bağlamışdır. Ərizə əsasında bələdiyyə əməkdaşları onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə gedən yolun açılmasını cavabdehdən tələb etsələr də nəticəsi olmamış və ona görə də ona aidiyyəti orqanlara müraciət etməyi tövsiyyə olunmuşdur. Göründüyü kimi, cavabdeh mülkiyyətindən ictimai yola çıxan zəruri yol yerini zəbt edərək tor hasarla bağlamış, istifadəyə imkan vermir. Müvafiq orqanların təklif və tələblərini dinləmir, zəruri yol yerini açmaqdan bilərəkdən yayınır. Nəticədə onun torpaq üzərində hüquqlarının pozulmasına səbəb olan hərəkətlər edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələblərini müdafiə edərək verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirmiş, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı tələbləri tamamilə əsassızdır, iddiaçının qeyd etdiyi ərazidə gedişgəliş yolu olmayıb, sadəcə bir cığır olub. Həmin ərazi onun ata-baba bağıdır. İddiaçı həmin ərazidən maşın yolu açıb, əslində iddiaçını öz ərazisinə keçmək üçün daha yaxşı yolu mövcuddur. Açılması tələb olunan ərazi onun bağ torpaqlarına aiddir. Təqdim edilmiş ekspertiza rəyi ilə qismən razıdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında maraqlı şəxs Qəbələ rayon X4 sədri X3 izahatında bildirmişdir ki, Cavabdeh Qəbələ rayon X4 mülkiyyətində olan torpağı zəbt etmişdir. Ona dəfələrlə ərazinin açılmsı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Sonda isə verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırda qətnamədən ona görə narazıdır ki. ekspertiza tədqiqatı aparılan zaman həmin sözügedən torpaq sahəsinə başqa digər tərəfdən 40 ildən artıqdır ki, istifadə etdikləri yol var və istifadə edirlər. Ona görə də apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Belə ki, o, İddiaçı Niyazi oğlunun gediş-gəliş yolunu kəsməmişdir və həmin torpaq sahəsindən iddiaçıya istifadəsində hər hansı bir maneçilik törətmir. Bu tamamilə absurd bir iddiadır, ona görə ki, sözügedən torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir və həm o biri tərəfdən yolu var və oradan istifadə edir, həm də onun tərəfdən piyada yol yeri var və oradan istifadə edir. İddiaçı Niyazi oğlu hazırda onun tərəfdə olan piyada yol yerindən istifadə edir və həmin yol yerinin genişlədiriliməsini və avtomaşın keçə biləcək enlikdə yol yeri açılmasını istəyir. Yəni İddiaçı Niyazi oğlu iddianı tamamilə səhv olaraq qaldırmışdır. Belə ki, İddiaçı Niyazi oğlu onun torpaq sahəsinə istifadəyə törədilən manelərə son qoyulması və yol yerinin bağlanmasında istifadə etdiyi tor hasarın sökülməsini istəmişdir. Nəticədə Ekspertlər və Qəbələ Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir ki, həmin yol yeri açılmalıdır. Lakin, məhkəmə araşdırılması deyilən bir qanun var və buna hamılıqla tətbiq olunmalıdır. Həmin yol yerinin bağlanması və ya əlavə bir hasarın çəkilməsi yoxdur və tam olaraq aydınlıqla da öz əksini tapmışdır ki, həmin yerdən avtomaşın yolu olmayıb və o, heç bir yol yerini zəbt etməmiş və ya bağlamamışdır, ya da heç kimin mülkiyyətində olan torpaq sahəsinin istifadəsinə manelər törətməmişdir. O, güya məhkəmədə demişdir ki, oradan iddiaçı həmin ərazidən maşın yolu açıb. O, belə bir ifadə işlətməmiş və həmin ərazidə maşın yolu olmayıb, belə ki, həmin əraziyə baxış keçirilərkən müəyyən oluna bilər ki, həmin ərazidə maşın yolu olmayıb və o, hər hansı bir yol yerini qəstlə bağlamamışdır. Həmin sözügedən torpaq sahəsinə gedən yol yerinin və digər tərəfdən olan yol yerinin fotoşəkillərlə də öz əksini tapır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(025)- 68/2020 nömrəli qətnaməsini ləğv edib, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclаsında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Qəbələ Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(025)-68/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclаsında maraqlı şəxs Qəbələ rayon X4 sədri X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Qəbələ Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(025)-68/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(025)-68/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0.03 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 170 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı? - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020- ci il tarixli, 32418 saylı məktubundan görünür ki, 2(025)-1461/2019 saylı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən imtina edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı? - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 275 saylı ekspert rəyindən görünür ki, hüquqmüəyyənedici sənədlərə, torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritə materiallarına, iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi ümumi istifadədə olan yol kimi göstərilmişdir. Hal-hazırda həmin mübahisəli ərazi Cavabdeh faktiki istifadəsindədir. Xəritə məlumatları və digər sənədlər nəzərə alınmaqla, iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Kompleks Yerquruluşu xəritəsində iki BEF (X7) torpağı arasından keçən ümumi gediş-gəliş yolu kimi göstərlmişdir. Qaydalara əsasən ümumi istifadə üçün nəzərdə tutulan gediş-gəliş yolları və ya təsərrüfat arası yollar bələdiyyə mülkiyyəti hesab olunur. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 152.1-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən0.03 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçının yol kimi istifadə etdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. Cavabdeh qeyd olunan ərazini zəbt etmişdir və iddiaçıya həmin torpaq sahəsindən öz mülkiyyətində olan torpaq sahəsinə gedib-gəlməsinə maneə yaradır. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan yuxarıda göstərilən maddi hüquq normalarına istinad edən birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının, həmçinin maraqlı şəxs olan Bələdiyyənin mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli və Qəbələ rayonu Çuxur Qəbələ kəndində İddiaçı mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinə gedən yolun (ekspert rəyinə uyğun olaraq) istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun və yol bağlanmasında istifadə edilmiş tor hasarın cavabdehin hesabına sökülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Qəbələ Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(025)-68/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(025)-68/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar