Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2069/2020 17.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-490/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3900 (üç min doqquz yüz) manat pulun, evin bünövrəsi üçün çəkilmiş 2820 (iki min səkkiz yüz iyirmi) manat pulun və 30 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, o, evin bünövrəsi üçün çəkilmiş 2820 (iki min səkkiz yüz iyirmi) manat pulla bağlı işi cavabdehlərlə məhkəmədənkənar qaydada həll edə bilməsə, gələcəkdə məhkəmədə bununla bağlı iddia qaldıracağını bildirərək, 2820 (iki min səkkiz yüz iyirmi) manat pul tələbi hissəsində iddia tələbinin həcmini azaldaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3900 (üç min doqquz yüz) manat pulun və 30 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-490/2020 nömrəli (hakim Z.Tahirov) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3900 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özü Zaqatala rayon Yanğından mühafizə hissəsində işləyir. Yaşayış üçün evi olmadığına görə torpaq sahəsi alaraq, ev tikdirmək qərarına gəlmişdir. Buna görə də soraqlaşıb həyətyanı torpaq sahəsi axtarmışdır. Dostları ona Cavabdeh1 onlara məxsus olan torpaq sahəsini satmaq istədiklərini bildirmişdir. O, Cavabdeh2 məxsus olan torpaq sahəsi ilə tanış olmuş və torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. Həmin vaxt Cavabdeh1 və atası Cavabdeh2 torpaq sahəsinin sənədlərinin tam qaydasında olmadığını, lakin az müddətdə torpağın sənədlərini düzəldəcəyini bildirdi. O, cavabdehlərdən aldığı torpaq sahəsinin hansı kateqoriyadan olduğunu və ev tikmək üçün icazənin olub-olmadığını soruşmuşdur. Cavabdehlər ona həmin torpaq sahəsinin həyətyanı torpaq sahəsi olduğunu və ev tikmək üçün hər hansı qadağanın olmadığını bildirmişlər. O, cavabdehlərlə 5 sot torpaq sahəsi və hər sotunu 1250 manat olmaqla bağlı razılaşmışdır. Əvvəlcə onlara 3900 (üç min doqquz yüz) manat beh pul vermiş, geridə qalan pulu isə alqı-satqı müqaviləsi bağladıqdan sonra verəcəyini demişdir. Alqı-satqı müqaviləsi bağlananadək cavabdehlər satdıqları torpaq sahəsində evin bünövrəsini qoymağı xahiş etdilər. O, cavabdehlərə inanaraq, şifahi qaydada razılaşdıqları torpaq sahəsində evin bünövrəsini tikdirmişdir. Bunun üçün torpaq sahəsini qazdıraraq, ora beton tökdürmüşdür. Bunun üçün 2820 (iki min səkkiz yüz iyirmi) manat pul xərcləmişdir. Belə ki, qapı açdırmaq üçün oradan keçən qaz xəttinin aşağı salınması üçün 410 manat xərcləmiş, 850 manat dəyərində 100 torba 500 markalıq Akkord sementi almışdır. 100 manat dəyərində 2 maşın beton üçün qum almışdır. 250 manat dəyərində 16 mm armatur almışdır. 500 manat ustaya pul vermişdir. 180 manat mikserə pul vermişdir. 80 manat fəhləyə pul vermişdir. 250 manat kanalizasiya tikilməsi üçün pul vermişdir. 200 manat orada əkilən ağacları kəsmək, oranı təmizləmək üçün vermişdir. Tikəcəyi ev üçün layihəsmeta sənədləri hazırlamaq üçün Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Bölməsinə müraciət edərkən məlum oldu ki, ev tikəcəyim torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və orada ev inşa etmək qadağandır. Bundan sonra memarlıqdan, reyestr xidmətindən və bələdiyyədən mütəxəssislər də həmin torpaq sahəsinə baxış keçirərək, orada evin inşa edilməsinin qanunsuz olduğunu bildirmişlər. Cavabdehlər onu bilərəkdən aldadaraq, onun pulunu ələ keçirmişlər. Bununla bağlı cavabdehlərə kəskin etirazını bildirmiş və torpaq sahəsinə görə verdiyi pulu və çəkdiyi 2820 manat xərci onlardan ona ödənilməsini tələb etmişdir. Cavabdehlər 3900 (üç min doqquz yüz) manat pulu xərclədiklərini, həmin pulu az-az ödəyəcəklərini, amma evin bünövrəsi üçün çəkilmiş 2820 manat pulu isə ödəməyəcəklərini bildirmişlər. O isə onlara bildirmişdir ki, onu torpaq sahəsinin kateqoriyası ilə bağlı aldatmasaydılar, o, 2820 manat ziyana düşməyəcəkdi. 3900 manat pulun verilməsini, evin bünövrəsinin qoyulması ilə bağlı görülən işlərlə cavabdehləri məlumatlandırmaqla videoçəkiliş aparmışdır. Bütün bunlarla bağlı diskləri işə əlavə etmişdir.Cavabdehlər may ayının sonunadək pulun bir hissəsini ödəyəcəklərini bildirsələr də, hazıradək pulu ödəməmişlər. O, cavabdehlərdən 3900 manat pulun alınıb ona ödənilməsini tələb edir. Buna görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Balakən Rayon Məhkəməsinin hakimi qətnamə çıxararkən iş üzrə tələb edilən məbləğlə bağlı ətraflı araşdırma aparmamışdır. Çünki həmin mübahisə predmeti olan torpaq sahəsində iddiaçı tərəf xeyli dəyişiklik etmişdir və nəticədə onlara ziyan dəymişdir. Onu da qeyd edirlər ki, mübahisə predmeti olan torpağı satarkən qarşı tərəfə evin sənədlərini də təqdim etmişlər və qarşı tərəf bağı gördükdən sonra 5 sot torpaq sahəsinin qarşılığında 6250 manat məbləğində onlara pul ödəyəcəyinə söz vermişdir. Halbuki orada 39 ha torpaq sahələri var. Eyni zamanda bir başqa şəxsədə torpaq sahəsi satmışlar. Belə ki, onlar İddiaçı yalan deməmişlər. Onlar torpağın kənd təsərrüfatı təyinatlı olduğunu bilirmiş və bunu bilərəkdən onlara məxsus fındıq və qoz ağaclarını kəsmişdir. Eyni zamanda qarşı tərəf onlara qalan məbləği verməkdən boyun qaçırmışdır. Onlar hər il həmin bağdan gəlir əldə edirlər və ailələrini dolandırırlar. Qarşı tərəf isə onları bundan məhrum qoyaraq polisə və məhkəməyə müraciət edərək onlardan pul tələb edir. Əgər İddiaçı belə bir addım atacağını bilsəydilər ona həmin torpaq sahəsini satmaqdan imtina edərdilər. Onlar artıq sözügedən torpağın İddiaçı məxsus olduğunu zənn edərək 20 illik fındıq və qoz ağaclarının kəsilməsinə etiraz etməmşlər. Əgər belə bir hal olacağını qabaqcadan bilsəydilər əlbəttə o ağacların kəsilməsinə və bağın məhv edilməsinə qarşı çıxardılar, buna imkan verməzdilər.Onlar məhkəmənin sonuncu baxışı iclasında razılığa gəldikləri və bir-birinə qarşı heç bir öhdəliyin olmadığı qənaətinə gəlmişlər. Amma qətnaməni rəsmi qaydada aldıqdan sonra görmüşlər ki, onlara qarşı tərəfə 3900 manat məbləğində pul ödəməli və eyni zamanda onların qarşılıqlı iddialarına münasibət bildirilməmişdir. Halbuki onlara həmin bağın məhv edilməsi nəticəsində 9000 manat məbləğində ziyan dəymişdir. Onlar bununla bağlı sənədləri məhkəmə iclası zamanı təqdim etmişlər. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir, həqiqətən də iddiaşıya 3900 manat məbləğində pul verməlidir. Sadəcə həmin pulu birdəfəyə qaytarmaq imkanına malik deyil. Əgər iddiaçı razı olsa hissə-hissə ödəyə bilər. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, əgər iddiaçı razılaşarsa hər ay 200 manat ödəyə bilər. Odur ki, apellyasiya şikayətini təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlərin səhlənkarlığı nəticəsində xeyli məbləğdə ziyan çəkmiş, ailəsi ilə birlikdə kirayədə yaşamağa məcbur olmuşdur. Apellyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlər hazırki apellyasiya şikayətini verməklə süni şəkildə ödənişlərdən yayınır. Apellyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir Hüquqi məsələlər : Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)- 490/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, İddiaçı ona və atası Cavabdeh2 qarşı 3900 manat iddia tələbini qəbul və etiraf edir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntualrı (deliklər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nə-ticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əm-lakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödə-nil-məlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vur-ma-yan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər iddiaçıya 3900 manat məbləğində pul verməli olduqlarını inkar etmirlər. Cavabadehlərin mübahisələndirdiyi hal əsasən həmin pulun birdəfəyə qaytarmaq imkanlarının olmamasıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Buradan da göründüyü kimi, cavabdehlər iddiaçıya münasibətdə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları nəinki sübut etməmiş, apellyasiya şikayətini də yalnız özünün formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-490/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2069/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2069/2020
17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver