Məhkəmə qərarları › İş №2(107)-207/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-207/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-207/2022 02.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi» tələbi barədə Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(051)-22/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(051)-22/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia tələbi qismən təmin olunmuş, 11.07.2014cü il tarixli 111LN.2004.110714.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 178007.12 manat əsas, 21671.91 manat faiz, 2000 manat cərimə olmaqla, cəmi borcu 201679.03 manat məbləğində borcun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti 50B saylı qeyri-yaşayış binasına 0.0098 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 340000 manat müəyyən edilməsi, həmin qeyri-yaşayış binasının torpaq sahəsilə birlikdə açıq hərracda satılması və borcun qeyri-yaşayış binasının açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, Cavabdeh1 məxsus olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 50B saylı qeyri-yaşayış binasından istifadə hüquqlarının itirilmiş hesab edilməsi və boşaldılması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 0.40 manat xidmət haqqının və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulub İddiaçı ASC-nə ödənilməsi, iş üzrə 145 manat məbləğdə ekspertiza xərcinin cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək: 1. 11.07.2014-cü il tarixli 111LN.2004.110714.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 178007.12 manat əsas, 21671.91 manat faiz, 15912.55 manat cərimə olmaqla, cəmi borcu 215591.58 manat məbləğində borcun tutulması; 2. Tutmanın Cavabdeh1 məxsus Mingəçevir şəh., H.Əliyev prospekti, ev.50B saylı qeyri-yaşayış binasına 0.0098 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin qeyri-yaşayış binasının torpaq sahəsilə birlikdə açıq hərracda satılması və borcun qeyri-yaşayış binasının açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi; 3. Cavabdeh1 məxsus olan Mingəçevir şəh., H.Əliyev prospekti, 50B saylı qeyri-yaşayış binasından istifadə hüquqlarının itirilmiş hesab edilməsi və boşaldılması; 4. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 0.40 manat xidmət haqqının və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 11.07.2014-cü il tarixli 111.LN.2004.110714.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 6% 60 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. 11.07.2014-cü il tarixli 111.LN.2004.110714.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında 11 iyul 2014-cü il tarixli 111.CL.110714.00001/a saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Mingəçevir şəhər, H.Əliyev prospekti 50B saylı qeyri-yaşayış binasına 0.0098 ha torpaq sahəsi ilə birlikdə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 11.07.2014-ci il tarixli 111.LN.2004.110714.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 17.07.2018-ci il tarixə olan borcu 178007.12 manat əsas, 21671.91 manat faiz, 15912.55 manat cərimə olmaqla, cəmi borcu 215591.58 manat təşkil edir. Qeyd olunanlara əsasən: 1. 11.07.2014-cü il tarixli 111LN.2004.110714.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 178007.12 manat əsas, 21671.91 manat faiz, 15912.55 manat cərimə olmaqla, cəmi borcu 215591.58 manat məbləğində borcun tutulması; 2. Tutmanın Cavabdeh1 məxsus Mingəçevir şəh., H.Əliyev prospekti, ev.50B saylı qeyri-yaşayış binasına 0.0098 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin qeyri-yaşayış binasının torpaq sahəsilə birlikdə açıq hərracda satılması və borcun qeyri-yaşayış binasının açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi;

3. Cavabdeh1 məxsus olan Mingəçevir şəh., H.Əliyev prospekti, 50B saylı qeyri-yaşayış binasından istifadə hüquqlarının itirilmiş hesab edilməsi və boşaldılması; 4. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 0.40 manat xidmət haqqının və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birincisi, o, borc məbləği ilə razı deyil. Hələ məhkəmə gedişində mühasibatlıq ekspertizası təyin edilən zaman, onun da ekspert qarşısında suallar qoymaq hüququnun olmasını bildirsə də, bu hal nəzərə alınmamışdır. İkincisi, banka ödədiyi pulların çekləri, ödəniş qəbzlərinin ekspertizaya göndərilməsini tələb etsə də, bu hal da nəzərə alınmamışdır. Üçüncüsü, ipoteka predmeti olan daşınmaz əmlakın qiyməti ilə bağlı məhkəmə yalnız iddiaçının təqdim etdiyi qiymətləndirmə aktını əsas götürmüşdür, halbuki, məhkəmə proseslərində o, həmin qiymətlə razılaşmadığını, əmtəəşünaslıq ekspertizasının keçirilməsini tələb etsə də, bu hal da nəzərə alınmamışdır. Dördüncüsü, ipoteka predmeti olan əmlakdan onun istifadə hüququna xitam verilməsi və ya istifadə hüququnu itirməyilə bağlı məhkəmənin gəldiyi nəticəni tamamilə əsassız və qanunsuz hesab edir. Əmlakdan istifadə hüququ ilə bağlı məhkəmədə heç bir məsələyə toxunulmamış, heç bu məsələ barədə heç bir araşdırma belə aparılmamışdır. Beşincisi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı İpoteka haqqında Qanunun müddəalarına riayət edilməmişdir. Məhkəmə iddiaçıdan həmin prosedura əməl edilməsini təsdiq edən sənədləri tələb etməmişdir. Halbuki, o, məhkəmə prosesində dəfələrlə tələb etmişdir ki, məhkəməyə müraciət etməzdən öncə ipoteka predmetinə tutmanın yönəldilməsinə əməl olunub-olunmaması barədə sənədlər təqdim edilməlidir. Lakin məhkəmə bu məsələni də araşdırmamışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(051)- 22/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və mübahisə ilə bağlı yeni qərar qəbul edilməsini xahiş edir.

Tərəflərin izahatları

İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Hüquqi məsələlər

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(051)-22/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinə əlavə olunmuş 11 iyul 2014-cü il tarixli 111.LN.2004.110714.00001 №li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" ASC ilə müqavilə bağlayaraq, illik 6 faiz əlavəsi ilə, 60 ay müddətinə 200000 manat məbləğdə kredit götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş 18.07.2018-ci il tarixədək Cavabdeh1 İddiaçı ASC-nin Mingəçevir filialına olan borcunun hesablanmasına dair arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 11.07.2014-cü il tarixli, 0111.LN.110714.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehin 178007.12 manat kredit borcu, 21671.91 manat kreditdən istifadəyə görə faiz borcu, 15912.55 hesablanmış faiz borcu yaranmışdır. Məhkəməyə təqdim olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəh., H.Əliyev prospekti, 50 B ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, 0.0098 ha torpaq sahəsində yerləşən, 228.53 kv.m, ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 02.03.2013-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəməyə təqdim olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəh, H.Əliyev prospekti., 50B ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, 0.0098 ha torpaq sahəsində yerləşən, 228.53 kv.m, ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi 11.07.2014-cü ildə qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 21 iyun 2021-ci il tarixli, 9/958 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nə 178.007,12 manat məbləğdə əsas, 21.671.91 manat məbləğdə faiz borcu yaranmışdır. İşdə olan Əmlakın qiymətləndirilməsi MMC “Law Consulting” Company 22 oktyabr 2020-ci il tarixli 25/2020 saylı mütəxəssis rəyindən görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 50B ünvanında yerləşən, 0.0098 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 228.53 kv.m ümumi sahədən ibarət üç mərtəbəli qeyri-yaşayış binasının hazırki bazar dəyərini müəyyən etmək üçün ərazi üzrə monitorinq təşkil edilərək qiymətləndirmə işi aparılmışdır. Bazar dəyəri 320000 manat və likvid qiyməti 340000 manat məbləğdə qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə olunmuş xəbərdarlıq və bildirşlərdən görünür ki, iddiaçı dəfələrlə cavabdehə borcun ödənilməsi barədə cavabdehə məlumat vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 317.1, 385, 386.1, 425.1, 442, 443.1, 448.1, 449, 462.1, 463.2, 467, 470, 472.1, 472.2, 739 və 742.1-ci maddələrinə və Azərbaycan Respublikası «İpoteka haqqında» Qanununun 1.0.6, 39.1, 41.1 və 59-cu maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 470-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 59-cu maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, həmin yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İş materiallarından görünür ki, ipoteka qoyanın özü və ailə üzvləri mübahisəli mənzilin ipotekaya qoyulmasına və həmin evə tutma yönəldilməsinə, evi qeyd-şərtsiz təhvil verməyə razı olduqları barədə notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri vermişlər. Buna görə də məhkəmə hesab edir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda, cavabdehlər həmin mənzili ən geci bir ay ərzində boşaltmalıdırlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı borcalana krediti ödəmədiyi üçün 15912.55 manat məbləğdə cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 15912.55 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətində olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, borcludan 2000 manat miqdarda dəbbə pulu alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun ipoteka ilə təmin edilən tələbin həcmini müəyyən edən 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 0.40 manat xidmət haqqının pulun iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Sadalanan hallar və hüquq normaları cavabdehdən borcun ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 145 manat məbləğdə ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Daha dəqiq olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin borc məbləği ilə razı olmamasını və işin hallarını nəzərə alan birinci instansiya məhkəməsi məhkəməmühasibatlıq ekspertizası keçirmiş və alınmış ekspert rəyini qəbul etdiyi qətnamədə sübut kimi qəbul etmişdir. Həmin rəy verilərkən, edilmiş ödənişlər və qalan borc tam nəzərə alınmışdır. Cavabdeh konkret olaraq hansı halı mübahisələndirdiyini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi qiymətləndiricinin verdiyi rəydə göstərilən 320000 manat likvid qiyməti deyil, 340000 manat bazar qiymətini ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən etmişdir. Həmin qiyməti iddiaçı mübahisələndirmədiyindən o hissədə araşdırma aparılmamışdır. İpoteka predmeti olan əmlakdan istifadə hüququna xitam verilməsini iddiaçı tələb etmişdir və həmin tələbin qanuni əsaslarını iddiasında göstərmişdir. Məhkəmə həmin tələbi iddia həcmində təmin etməkdə haqlı olmuşdur. Məhkəməyədək pretenziya qaydalarına riayət olunması iş materialları ilə təsdiq edilir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(051)-22/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(051)-22/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar