Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-207/2023 24.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(063)-903/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ilə Cavabdeh 09 sentyabr 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 29 sentyabr 2007-ci il təvəllüdlü X7 anadan olmuşdur. Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433/2011 nömrəli qətnaməsi ilə 29 sentyabr 2007-ci ildə doğulmuş X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hazırkı iş üzrə Cavabdeh 40 manat sabit pul məbləğində alimentin tutulub hazırkı iş üzrə İddiaçı verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehə qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar Rayon Məhkəməsinin 2(063)-433/2011 saylı, 31 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan 29 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını və mediasiya üçün ödədiyi 50 manat rüsumun da cavabdehə aid edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, o, 09 sentyabr 2008-ci ildə cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından üç övladları var 03 fevral 2002-ci il təvəllüdlü X9, 28 oktyabr 2003-cü il təvəllüdlü X10 və 29 sentyabr 2007-ci il təvəllüdlü X7 var. Ucar Rayon Məhkəməsinin 2(063)- 130/2010 saylı, 06 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahlarından olan 03 fevral 2002-ci il təvəllüdlü X4, 28 oktyabr 2003-cü il təvəllüdlü X5 və 29 sentyabr 2007ci il təvəllüdlü X3 onun yanında qalmasının müəyyən olunması qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-433/2011 saylı, 31 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə 31 oktyabr 2011-ci il tarixdən başlayaraq 28 oktyabr 2003-cü il təvəllüdlü X5 və 29 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 40 manat olmaqla, cəmi iki uşağa görə 80 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Həmin vaxt birgə nikahlarından olan 03 fevral 2002-ci il təvəllüdlü X9 atasının yanında yaşadığından onun saxlanması üçün aliment müəyyən olunmamışdır. Birgə nikahlarından olan 03 fevral 2002-ci il təvəllüdlü X9 və 28 oktyabr 2003-cü il təvəllüdlü X10 yetkinlik yaşlarına çatıblar. Hazırda o, 40 manat məbləğində alimentlə oğlunu saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2022-ci il respublikada uşaqlar üçün yaşayış minimumunun 193 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Ucar Rayon Məhkəməsinin 2(063)-433/2011 saylı, 31 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan 29 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanması üçün ona verilməlidir.
4. İddiaçıya məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddia ərizəsinə əlavə olunmuş ərizədən görünür ki, o, Sumqayıt şəhərində yaşayır, yolun uzaq olması ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir, ona görə də keçiriləcək bütün məhkəmə iclaslarına onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə iki uşağının saxlanılması üçün iddiaçının xeyrinə hər ay, hər uşağa 40 manat olmaqla, cəmi 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir, 28 oktyabr 2003-cü ildə doğulmuş oğlu Rəvan hazırda yetkinlik yaşına çatmışdır, digər uşağı-29 sentyabr 2007-ci ildə doğulmuş Fikrətin yetkinlik yaşma çatana qədər saxlanılması üçün məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının qismən artırılmasına, yəni hər ay 80 manat sabit pul məbləğində müəyyən edilməsinə razıdır, belə ki, daimi iş yeri, qazancı və gəliri yoxdur, həmçinin digər yetkinlik yaşına çatmış uşaqlarına da hazırda maddi cəhətdən köməklik edir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433/2011 nömrəli qətnaməsi ilə 29 sentyabr 2007-ci ildə doğulmuş X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hazırkı iş üzrə cavabdehdən 40 manat sabit pul məbləğində alimentin tutulub hazırkı iş üzrə iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və 29 sentyabr 2007-ci ildə doğulmuş X7 üçün 193 manat alimentin cavabdehdən alınmasım tələb etmiş, lakin cavabdehin həmin məbləği ödəməyə imkan verən gəlirlərinin olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə bu nəticəyə gəlir ki, uşağın mənafeyi, habelə hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu (2011- ci ildə 76 manat, 2022-ci ildə isə 193 manat olması) nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmaqla hər ay üçün 110 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
8. Məhkəmə, cavabdehin izahatı ilə bağlı qeyd edir ki, aliment ödəyən valideynin işləməməsi və ya kifayət qədər qazanca malik olmaması onun uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir.
9. İş materiallarında olan mediator T.Şahbazov tərəfindən verilmiş 05 may 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili S.Qasımov ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
10. Məhkəmədə qeyd edir ki, ödənilmiş 50 manat mediasiya xərci məhkəmə xərclərinə aid edilməli və cavabdehdən tutulub iddiaçıya verilməlidir.
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1 -ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin məhkəmənin hazırkı iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan tutulması qeyd edilməlidir.
12. Ucar Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(063)-903/2022 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia qismən təmin olunmuş, 29 sentyabr 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011 -ci il tarixli, 2(063)- 433/2011 nömrəli qətnaməsinə əsasən sabit pul məbləğində tutulan 40 (qırx) manat alimentin miqdarının artırılaraq hər ay üçün 110 (bir yüz on) manat müəyyən edilməsi və həmin miqdarda alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub 29 sentyabr 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi, Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin tutulub İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 112-ci maddələrinə və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 13 və 19-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
14. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ata Cavabdeh və ana X11 olan X7 29 sentyabr 2007-ci ildə doğulmuşdur.
15. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 Cavabdeh qarşı aliment tələbi barədə iddiası qismən təmin edilmiş, Cavabdeh 31 oktyabr 2011-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 80 (səksən) manat, hər uşağa 40 (qırx) manat alimentin tutulub 28 oktyabr 2003-cü ildə anadan olmuş Rəvanın və 29 sentyabr 2007-ci ildə anadan olmuş Fikrətin yetkinlik yaşma çatana kimi saxlanılması üçün X8 verilməsi, Cavabdeh 29 manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
16. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və MAPS şöbəsinin 06 aprel 2022-ci il tarixli arayışından görünür ki, iddiaçı, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatdadır.
17. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və MAPS şöbəsinin 06 aprel 2022-ci il tarixli arayışından görünür ki, cavabdeh, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatdadır.
18. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 110 manat məbləğində alimentlə bir ay ərzində uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumu 2022-ci ildə uşaqlar üçün 193 manat məbləğində müəyyən olunub. Mən iddia tələbimdə uşağa görə 193 manat aliment tələb etmişəm. Hesab edirəm ki, məhkəmə 2022-ci il üçün yaşayış minimumu haqqında qanunun tələbinə əsasən 193 manat aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir.
20. Halbuki qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qəbul etdiyi qətnamədə uşağın mənafelərini üstün tutmamışdır. Məhkəmə qanunun tələbini pozmuşdur.
21. Ona görə də, Ucar Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(063)- 903/2022 nömrəli qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
25. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1, 75.4. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
26. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.
27. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
28. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
30. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
33. Cavabdeh Ucar Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(063)- 903/2022 nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş alimenti hər ay bir uşaq üçün sabit pul məbləğində 110 manat miqdarında müəyyən etməklə reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
35. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
36. Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 193 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir.
37. Məhkəmə kollegiyası uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olmasını, cavabdehin uşaqların saxlanılmasına könüllü olaraq heç bir yardım göstərməməsini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar mövcuddur.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(063)-903/2022 nömrəli qətnaməsi dəyişdirilməli, 29 sentyabr 2007-ci il tarixdə doğulmuş X3 29 sentyabr 2007-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh tutulub İddiaçı İddiaçı verilməli olan alimentin məbləği dəyişdirilərək 140 (bir yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməli, hər ay sabit pul məbləğində 140 manat aliment Cavabdeh tutulub i İddiaçı verilməlidir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ucar Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(063)-903/2022 nömrəli qətnaməsi dəyişdirilsin. 29 sentyabr 2007-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh tutulub İddiaçı verilməli olan alimentin məbləği dəyişdirilərək 140 (bir yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin. Hər ay sabit pul məbləğində 140 manat aliment Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamə mübahisələndirilən – iddianın təmin olunmamış 53 manata aid olan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev