Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2076/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququ, maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(025)-623/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********61 olan, qeydiyyat nömrəsi ********** olan qeydiyyat tarixi 18.09.2019 olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesrindən “Çıxarış”la mülkiyyətinə verilmiş 0,016 ha torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yaşayış məntəqəsinin torpaqlarında sahibkarlıq məqsədilə Qəbələ Regional “Asan xidmət” mərkəzinin notariat ofisində Daşınmaz əmlakın 16.03.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən 0,016 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi 18.09.2019-cu il tarixdə ********** Qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət qeydiyyatına alınmaqla hüquq sahibi olaraq adına çıxarış hazırlanıb verilmişdir. Bundan əlavə DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən həmin əraziyə dair 18.09.2019-cu il tarixdə A№417437 saylı Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq verilmişdir. Qeyd olunan avtomobillərə texiki xidmət üçün əldə etdiyi və qanuni əsaslarla mülkiyyətimdə olan 0,016 ha torpaq sahəsindən təyinatına uyğun istifadə edə bilmir. Belə ki, Qəbələ rayonununun Nic qəsəbə sakinləri Cavabdeh1 və X1 tərəfindən əraziyə tikinti materiallarının gətirilməsinə, ustaların işləməsinə onlara hədə-qorxu gəlməklə imkan verilmir. Dəfələrlə yerli idarə orqanlarına müraciət etsə də nəticəsi olmayıb. Məcbur olub Dövlət Reystrindən “Çıxarış”a əsasən mülkiyyətimdə olan 0.016 ha torpaq sahəsinin sərhədlərinin konktet olaraq yerində tanıdılması ilə bağlı ƏMDX-nin yanında DƏDDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə 12.03.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. 15.03.2021-ci il tarixli məktubla bildirmişdir ki, ərazidə mübahisə olduğundan torpaq sahəsi üzərində sərhəd tanıtma işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə cavbdehlərin qanunsuz olaraq mülkiyyətində olan 0,0016 ha torpaq sahəsi üzərində iş aparmağa maneələr törətmələrinin qarşısını almaq və belə məsələlərə son qoymaq məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(025)-623/2021 saylı qətnaməsi ilə (hakim E.İsayev) iddia təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına (reyestr nömrəsi – **********61; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.09.2019- cu il) əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən İddiaçı tam mülkiyyətində olan 0,016 ha torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,016 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına (reyestr nömrəsi – **********61; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.09.2019-cu il) əsasən iddiaçının mülkiyyətindədir. Cavabdehlər qeyd olunan əraziyə tikinti materiallarının gətirilməsinə, ustaların işləməsinə imkan verməyərək, iddiaçının torpaq sahəsindən istifadə etməsinə maneə yaradır. Hazırda iddiaçı Qəbələ rayon Nic qəsəbəsində ona məxsus 0,016 ha torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması tələb edir. Bundan əlavə məhkəmə müəyyən etmişdir ki, İddiaçı Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.016 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ 18.09.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 177 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.08.2021-ci il tarixli **********09 saylı mütəxəssis rəyindən görünür ki, **********61 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Nic qəsəbəsində X3 xüsusi mülkiyyətində olan 0,0160 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına (reyestr nömrəsi – **********61; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.09.2019-cu il) əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən İddiaçı tam mülkiyyətində olan 0,016 ha torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 152.1-ci, 152.2-152.4cü, 152.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi onun obyektinə gedən yol yeridir. Həmin torpaq sahəsinin nə vaxt satılması ona bəlli deyil. İddiaçı məhkəməyə təqdim etdiyi sənəd qanunda nəzərdə tutulmuş qaydada verilməmiş, Yuriyə satılan mübahisəli torpaq sahəsi düzgün satılmamışdır. Reyestr idarəsinin nümayəndələri əraziyə gələndə onun xəbəri olmamışdır. Bu səbəblərdən də İddiaçı tələbləri tamamilə əsassızdır. Bundan başqa İddiaçı zəbt etdiyi torpaq sahəsi digər cavabdehin (Cavabdeh2) sexinin qabağıdır. O köhnə bələdiyyənin icazəsi ilə həmin ərazidə sex tikmişdir. Sonradan həmin bələdiyyə sədri rəhmətə getmişdir. İddiaçı gəlib sexin qabağında yerləşən torpaq sahəsini zəbt edib və yolu bağlamışdır. Həmin torpaq sahəsində tikinti aparılarsa onun sexinin qabağı bağlanır. Mübahisəli torpaq sahəsinin alqı-satqısı həyata keçirilərkən ilk növbədə onlardan razılıq əldə olunmalı olduğunu hesab etmişlər. İddiaçı iddiasının təmin olunması onların hüquqlarını pozulmasına gətirib çıxarmışdır. Onların sex və kafe fəaliyyəti zədələnir. Bununla da həmin obyektlərdə işləyən işçilərin aylıq gəlirlərinə, ailələrinin maddi vəziyyətinə təsir edir. Qeyd olunanalara əsasən Qəbələ Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(025)-623/2021 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(025)-623/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Qəbələ Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(025)-623/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, düzgün olaraq iddianı təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(025)-623/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,016 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına (reyestr nömrəsi – **********61; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.09.2019-cu il) əsasən iddiaçının mülkiyyətindədir. Cavabdehlər qeyd olunan əraziyə tikinti materiallarının gətirilməsinə, ustaların işləməsinə imkan verməyərək, iddiaçının torpaq sahəsindən istifadə etməsinə maneə yaradır. Hazırda iddiaçı Qəbələ rayon Nic qəsəbəsində ona məxsus 0,016 ha torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması tələb edir. Bundan əlavə məhkəmə müəyyən etmişdir ki, İddiaçı Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.016 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ 18.09.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 177 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. **********61 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Nic qəsəbəsində X3 xüsusi mülkiyyətində olan 0,0160 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmamışdır. Bununla belə mütəxəssislər tərəfindən mübahisəli əraziyə baxış keçirilərkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirmişlər ki, X3 xüsusi mülkiyyətində olan 0,0160 ha torpaq sahəsində hər hansı bir tikinti işi apardığı təqdirdə tərəfimizdən ona maneələr yaradılacaq. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandımış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı təmin etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi sənəd qanunda nəzərdə tutulmuş qaydada verilməmiş, Yuriyə satılan mübahisəli torpaq sahəsi düzgün satılmamışdır. Mübahisəli torpaq sahəsinin alqı-satqısı həyata keçirilərkən ilk növbədə onlardan razılıq əldə olunmalı olduğunu hesab etmişlər. İddiaçı iddiasının təmin olunması onların hüquqlarını pozulmasına gətirib çıxarmışdır. Onların sex və kafe fəaliyyəti zədələnir. Bununla da həmin obyektlərdə işləyən işçilərin aylıq gəlirlərinə, ailələrinin maddi vəziyyətinə təsir edir. Şikayətin dəlilləri əsassızdır. İddiaçı Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.016 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ 18.09.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 177 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi sənəd mübahisələndirilməmişdir. Qanunvericiliyin tələbinə görə Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kollegiyanın iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında bildirmişlər ki, X3 xüsusi mülkiyyətində olan 0,0160 ha torpaq sahəsində hər hansı bir tikinti işi apardığı təqdirdə tərəflərindən ona maneələr yaradılacağı barədə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən hallar həqiqəti əks etdirir. Yəni mane olacaqlarını demişlər. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən cavabdehlərin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, düzgün olaraq iddianı təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(025)-623/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-2076/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2076/2021
09.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver