Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2077/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1169/2021 nömrəli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6330 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1169/2021 nömrəli qiyabi qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Cavabdeh 6330 manat pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə İddiaçı digər cavabdeh X2 qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1168/2021 nömrəli qiyabi qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mövcuddur. Həmin iş üzrə işin halları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 6340 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1168/2021 nömrəli qiyabi qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, cavabdeh X1 6340 manat pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hər iki iş üzrə İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatlarında iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 2020-ci ilin oktyabr ayında X3, Cavabdeh və X2 Göyçay rayonu Çərəkə kəndi ərazisindən xurma meyvəsi alaraq onlara verməyi ilə bağlı razılaşmış, ümumilikdə 31 nəfər kənd sakinindən 19500 manat dəyərində meyvə alaraq cavabdehə vermişdir. Meyvənin pulunu nəğd şəkildə verəcəyini bildirsə də meyvə yük maşınına yığılandan sonra Cavabdeh malın pulunu 3-4 günə verəcəklərini bildirmişdir. Əvvəl razılaşmamış sonradan cavabdehin çoxsaylı xahişindən sonra xurmaları nisyə olaraq Cavabdeh vermişdir. 2-3 ay keçməsinə baxmayaraq Cavabdeh borclu olduğu 6330 manat pulu qaytarmamışdır. Kənd sakinlərindən xurmanı yığdığı üçün sakinlər pulunu ondan tələb edirlər. Kənd sakini şəhid atası X4 19500 manat borc alaraq xurma aldığı şəxslərin pulunu qaytarmışdır. Həmin vaxtdan dəfələrlə Cavabdeh ona borclu olduğu pulu tələb etsə də müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. 24.02.2021-ci il tarixdə Göyçay rayon PŞ-nə ərizə ilə müraciət etmiş, cavabdeh polis şöbəsində izahat vermişdir. Göyçay rayon PŞ-nin TB-nin Cavabdeh barəsində 06.03.2021-ci il tarixdə Cinayət işinin başlanlmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Polis şöbəsində izahat verən cavabdeh ona borclu olduğu 6330 manatı etiraf etmişdir.Buna görə də cavabdehdən 6330 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hər iki iş, eyni iddiaçının - İddiaçı fərqli cavabdehlərə - müvafiq olaraq Cavabdeh və X2 qarşı yuxarıda göstərilən qaydada əlaqəli tələblərə – müvafiq olaraq 6330 manat və 6340 manat pul tələbinə dair işlər olduğundan bu işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə görə birbiri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.4-cü maddəsinə görə bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1169/2021 nömrəli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işin məhkəmə iclasında İddiaçı və Cavabdeh iştirak edərək hazırki işin İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddiası üzrə işlə birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1168/2021 nömrəli qiyabi qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işin məhkəmə iclasında cavabdeh X5 iştirak etmədiyindən onun işlərin bir icraatda birləşdirilməsi məsələsinə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hər iki iş üzrə işin hallarını çəkişmə prinsipinə əməl etməklə öyrənərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1169/2021 nömrəli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə 2(107)-2077/2021 nömrəli iş İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1168/2021 nömrəli qiyabi qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə olan 2(107)-1998/2021 nömrəli iş ilə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 43, 169, 263-264 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1169/2021 nömrəli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə 2(107)-2077/2021 nömrəli iş birlikdə baxılması üçün İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1168/2021 nömrəli qiyabi qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə olan 2(107)-1998/2021 nömrəli işə birləşdirilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2077/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2077/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver