Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2083/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Qax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-441/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qax Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(024)-172 nömrəli qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2010-cu il tarixdə doğulmuş X10 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat miqdarında alimentin alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh isə iddianı qəbul etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçi İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Qax Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(024)-172 nömrəli qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2010-cu il tarixdə doğulmuş X10 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat miqdarında alimentin alınıb ona ödənilməsi qət edilmişdir. Hazırda uşaqlar böyümüş və onların maddi ehtiyacları artmışdır. Bu səbəbdən də cavabdehdən tutulan aliment məbləği onların ehtiyaclarını ödəmir. Ona görə də, o alimentin artırılması barədə tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirlmiş və 2020-ci ildə hər uşaq üçün 170 (bir yüz yetmiş) manat müəyyən edilmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(024)-172 nömrəli qətnaməsinə əsasən xx.xx.2009cu il tarixdə doğulmuş X1 və xx.xx.2010-cu il tarixdə doğulmuş X10 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat miqdarında alimentin alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. O, övladlarına aliment ödəməkdən imtina etmir. Lakin iddiaçının tələb etdiyi aliment miqdarı həddindən artıq yüksəkdir. O, ustalıqla məşğul olsa da, hər ay gəlir əldə edə bilmir. Çünki, il ərzində iki və yaxud üç dəfə iş tapa bilir. Hazırda da işləmir. Ona əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən alimenti çətinliklə ödəyir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Qax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-441/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2010-cu il tarixdə doğulmuş X10 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı Nəbi qızına ödədiyi alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 100 (bir yüz) manat məbləğində müəyyən edilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Qax rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(024)-441/2020 saylı qətnaməsi qəbul edilərkən prosesual hüquq normaları pozulmuşdur: Ailə qanunvericiliyin 75, 78-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair AzərbaycanRespublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarı, Yaşayış minimumu haqqında Azərbaycan Respubliksının qanunu, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu, və,s. Məhkəmə hər bir uşaq üçün 100 manat aliment müəyyən etmişdir. Hesab edir ki, məhkəmə azyaşlı uşaqların mənafeinə uyğun qərar qəbul etməmiş, Məhkəmə qərarı qəbul edilərkən maddi və prpsesual hüquq normalarına əməl etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, Qərarına əsasən 1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqıjıda” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimcntin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimcntin miqdarı məhkəmə tərəfindən hər ay ödənilıfıəli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Dövlət rüsumu Haqqında Azərbaycan Respublikasının 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. MPM-nin 119.5-ci maddəsinə əsasən Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd edilənlərə əsasən Qax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(024)-441/2020 saylı qətnaməsini ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Lakin ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını Qax Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiasının tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-441/2020 nömrəli qətnaməsi “xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2010-cu il tarixdə doğulmuş X10 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödədiyi alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 100 (bir yüz ) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməli, Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2010-cu il tarixdə doğulmuş X10 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; -Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İİ № 372827 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 378 nömrə ilə qeydiyyat aparılmışdır. -Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İİ № 545744 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 479 nömrə ilə qeydiyyat aparılmışdır. -Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İ № 204272 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X6 nikahları pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 05 nömrə ilə qeydiyyat aparılmışdır. -Qax Rayon Məhkəməsinin 2(024)-172 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və Salahlı Aylin Məhərrəm qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşaq üçün 60(altmış) manat olmaqla cəmi 120(bir yüz iyirmi) manat miqdarında aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. -Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 2010 saylı arayışdan görünür ki, Cavabdeh Qax şəhəri, M.Əmirov küçəsi, ev 8, döngə 1-də yaşayır. -xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla zaldıla və artırıla bilər. - 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. - 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 170 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-441/2020 nömrəli qətnaməsi “xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2010-cu il tarixdə doğulmuş X10 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödədiyi alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 100 (bir yüz ) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməli, Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2010-cu il tarixdə doğulmuş X10 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-441/2020 nömrəli qətnaməsi “xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2010-cu il tarixdə doğulmuş X10 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödədiyi alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 100 (bir yüz ) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2010-cu il tarixdə doğulmuş X10 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2083/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2083/2020
23.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver