Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2084/2020 02.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlu oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyan” tələbinə dair mülki iş üzrə çıxarılmış Qax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-385/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəymiş 500 manat maddi ziyan və onun iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun Almalı kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə qəbul edilənə qədər iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Qax Dövlət X13 hesabladığı 810 kq buğdanın hər kq-nın 0.35 manatdan hesablanmasına etiraz etmədiyini bildirmişdir. Qax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-385/2020 nömrəliqətnaməsi ilə iddia təmin edilərək Cavabdeh dəymiş maddi ziyana görə 283.50 manat pul və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-385/2020 nömrəli Qətnamədən aşağıda qeyd olunan səbəblərə görə narazıdır və dəyişdirilməsini xahiş edir. Belə ki, işin mahiyyəti üzrə bildirir ki, ailə üzvlərilə birlikdə müvəqqəti olaraq Qax rayonunun Almalı kəndində yaşayır. Ailəliklə Kəlbəcər rayonundan məcburi köçkün olaraq Almalı kəndinin ərazisi olan Qanıq çayının yanında, Gürcüstan Respublikası ilə həmsərhəd olan sərhəd zolağmdakı binədə özlərinə aid olan xırdabuynuzlu davarlarını saxlayaraq 5(beş) nəfərlik ailə üzvlərini dolandırır. xx xxxxxx 2020-ci il tarixli, 2(024)-386/2020 saylı Qax rayon Məhkəməsinin qəbul etdiyi Qətnamədən göründüyü kimi İddiaçı dəymiş maddi ziyanın alınaraq ona verilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamə İddiaçı xeyrinə olaraq, cavabdeh qismində ondan 283.50 manat pul və 20 manat dövlət rüsumu alınaraq ona verilməsini nəzərdə tutmuşdur. Qətnamə Azərbaycan Dövlətinin adından qəbul edildiyi üçün hörmətlə yanaşır. Ancaq Məhkəmə iclasında qeyd etdiyi bir sıra hallar iclas protokolunda öz əksini tapmamışdır. Hesab edir ki, məhkəmə onun məhkəmə iclasında qeyd etdiyi bu halları nəzərə almamaqla əslində maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyil. Qeyd olunanlara əsasən Qax rayon Məhkəməsinin 2(024)-386/2020 saylı, xx xxxxxx 2020 - ci il tarixli Qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Qax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-385/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavbdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-385/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən, Qax rayonu Almalı kəndində yerləşən 2.5476 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh otardığı iribuynuzlu mal-qara iddiaçıya məxsus həmin torpaq sahəsində buğda məhsuluna ziyan vurmuşlar. Məhkəmənin sorğusu əsasında Qax Dövlət X13 mütəxəssisləri tərəfindən tərtib edilmiş “Rəy”də sözügedən buğda sahəsinə baxış keçirilən zaman iribuynuzlu heyvan izləri müşahidə olunduğu, həmin heyvanların sahədəki sünbülləri həm yeyərək, həm də əzərək ziyan vurması və iddiaçıya dəyən ziyanın 8.1sent (810 kq) həcmində olması müəyyən edilmişdir. “xxxxxxxxx” MMC-nin məktubuna əsasən hazırda 1 kq buğdanın bazar qiyməti 0.45 manat təşkil etsə də, iddiaçı buğdanın 1 kq-nın orta bazar qiymətinin 0.35 manatdan hesablanmasına etiraz etməmiş və cavabdehdən 810 kq buğdaya görə 283.50 manat maddi ziyan tələb etmişdir. Beləliklə iddiaçıya dəymiş ziyan 0.35x810 kq=283.50 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh mallarnı sahəyə girdiyi günü həyat yoldaşını diş həkiminə apardığını, malları isə 10 yaşlı oğluna tapşırdığını, heyvanların uşağın nəzarətindən yayınaraq iddiaçıya məxsus buğda sahəsinə girdiyini göstərmişdir. Həmçinin məhkəmə iclasında şahidlər cavabdehin otardığı mal-qranın bir-neçə dəfə iddiaçıya məxsus buğda sahəsinə daxil olaraq otladığını təsdiq etmişlər. İddiaçı birinci insatnsiya məhkəməsində həm də kollegiyanın iclasında verdiyi izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Qax rayonu Almalı kəndində yaşayır.xx.xx.2019-cu il tarixdə 2.54 ha pay torpaq sahəsi almışdır. 2019-cu il tarixdə həmin torpaq sahəsinə buğda əkmişdir. Məhsul yetişməyə az qalmış həmkəndlisi X2 Bayram Süleyman oğluna məxsus 23 baş iribuynuzlu mal-qaranı buğda əkilmiş sahəyə salıb otarmışdır. Cavabdehin mal-qaranı ona məxsus buğda sahəsinə dəfələrlə saldığını görüb aidiyyatı təşkilatlara dəfələrlə məlumat versələr də, heç bir nəticəsi olmamışdır. Belə ki, bu barədə Almalı ƏİD-nə və Bələdiyyə sədrinə məlumat verilmişdir. Lakin cavabdeh bunların heç birinə əhəmiyyət verməyərək mal-qaranı həmin sahəyə salıb otarmışdır. xx xxxx 2020ci il tarixdə məhsul yığımına az vaxt qalmış Cavabdeh yenidən mal-qaranı ona məxsus 2.54 ha biçilməmiş buğda sahəsinə salaraq otarmış, nəticədə buğda məhsulu məhv olmuşdur. Bundan xəbər tutaraq sahəyə getdikdə isə cavabdehin otardığı mal-qaranın buğda sahəsinə girərək otladığını görmüş, malların şəklini çəkmişdir. Bundan sonra onun müraciəti əsasında Qax rayon DAİM-nin mütəxəssisləri tərəfindən həmin sahəyə baxış keçirilmişdir. Rəydə göstərilən məhv olmuş buğdanın çəkisinin 810 kq olması ilə razılaşır. Hal-hazırda bir kq buğdanın bazar qiyməti 35-45 qəpik arasında dəyişir. Buğdanın hər kiloqramının aşağı həddə, yəni 35 qəpikdən hesablanmasına etiraz etmir. Bundan əlavə məhkəmədə iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləği də cavabdehdən tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 283.50manat maddi ziyanın və onun iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun Qax rayonu Almalı kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh birinci insatnsiya məhkəməsinin iclasında verdiyi izahatında göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. O, uzun illərdir ki, fermer Bayram Həsənova çobanlıq edərək ona məxsus mal-qaranı otarır. xx xxxx 2020-ci il tarixdə həyat yoldaşını diş həkiminə aparmışdır. Həmin günü mallara nəzarət etməsini 10 yaşlı oğluna tapşırmışdır. Mallar da uşağın nəzarətindən çıxaraq iddiaçıya məxsus buğda sahəsinə girmişdir. İddia tələbində göstərilən maddi ziyan məbləği ilə razılaşmır. Belə ki, malların oraya girərək həmin məbləğ həcmində maddi ziyan vurması mümkün deyildir. İddianı qəbul etmir. X1 birinci insatnsiya məhkəməsinin iclasında verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh otardığı malların iddiaçı Abdulla Abdullayevə məxsus sahəyə daxil olaraq otladığını görmüşdür. Onun da həmin ərazidə torpaq sahəsi vardır. Cavabdeh dəfələrlə məhsul biçiminə bir-neçə gün qalmış mal-qaranın ona məxsus torpaq sahəsinə də salaraq otarmışdır. Dəfələrlə cavabdehə mal-qaranı ona məxsus sahəyə salmaması barədə xəbərdarlıq etmişdir. X5 birinci insatnsiya məhkəməsinin iclasında verdiyi izahatında göstərmişdir ki, o x xxxx 2020-ci il tarixdə cavabdehin mal-qarasının iddiaçıya məxsus buğda sahəsinə girdiyini görmüşdür. Cavabdeh nəinki iddiaçının, hətta əvvəllər də onlara məxsus olmuş əkin sahəsinə də mal-qaranı salaraq otarmışdır. X3 birinci insatnsiya məhkəməsinin iclasında verdiyi izahatında göstərmişdir ki, o, Qax rayonu Almalı kəndində yaşayır. 15 ildir ki, Cavabdeh orada mala baxır. xx xxxx 2020-ci il tarixdə və əvvəllər də dəfələrlə Cavabdeh malları İddiaçı məxsus buğda sahəsinə salaraq otardığını görmüşdür. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Almalı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 502 saylı arayışdan görünür ki, Kəlbəcər rayon Ahırızalar kənd sakini Cavabdeh Qax rayonu Almalı kəndində Qanıx çayı ətrafında maldarlıq təsərrüfatı ilə məşğul olur və ərazidə qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Almalı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 467 saylı arayışından görünür ki, İddiaçı Qax rayonu Almalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışın sürətindən görünür ki, Qax rayonu Almalı kəndində yerləşən 2.5476 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Qax Dövlət X13 mütəxəssislərinin “Rəy”indan görünür ki, onların tərəfindən Qax rayonu Almalı kəndində yerləşən 2.54 ha pay torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı biçinə iki gün qalmış taxıl sahəsinə daxil olmuş iribuynuzlu mal-qaranın izləri və təzə peeyin aydın görünmüşdür. Heyvanlar sahədəki sünbülləri həm yeyərək, həm də əzərək ziyan vurmuşlar. Alınan məlumata əsasən həmin ərazilərdə əkilmiş buğdanın ortalama məhsuldarlığı 27 sentner təşkil edir. Dəyən ziyan ümumi sahənin təxmini 0.3 ha əhatə etdiyini nəzərə alınsa, vətəndaşa vurulan ziyan 0.3x27sent=8.1sent (810 kq) həcmində olmuşdur. İş materiallarına əlavə edilmiş, “xxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli 81 saylı məktubundan görünür ki, hazırda 1 kq buğdanın bazar qiyməti 0.45 manat təşkil edir. İş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazdan görünür ki, o həmin etirazda iddia tələbini əsassız hesab etdiyini göstərərək, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Konstitusiyasının 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual əsasları düzgün müəyyən edilmiş, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-385/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-385/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz
Məhkəmə qərarları › İş №2(107)-2084/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2084/2020
02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver