Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2085/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağayar oğluna və X1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Qax rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-301/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Bank “xxxx” ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli FN-00278-05/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 4385.33 manat əsas borc, 288.62 manat faiz borcu, 267.44 manat dəbbə borcu, ümumilikdə 4941.39 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi işə iddiaçının etibarnamə üzrə nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Bank “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank “xxxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli FN- 00278-05/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 5000 (beş min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixdə iddiaçıyla FNEZ-00278-05/18A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1nın həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Həmçinin, Cavabdeh3 xx.xx.2018-ci il tarixdə iddiaçıyla FNZ-00278-05/18A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 4385.33 manat əsas borc, 288.62 manat faiz borcu, 267.44 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2020-ci il tarixinə ümumi borcu 4941.39 manat təşkil edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli FN-00278- 05/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 4385.33 manat əsas borc, 288.62 manat faiz borcu, 267.44 manat dəbbə borcu, ümumilikdə 4941.39 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qax rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-301/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli FN-00278-05/18A saylı kredit müqaviləsinin ləğv edilməsi ,həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 4385.33 manat əsas borc, 288.62 manat faiz borcu, 27 manat dəbbə borcu, ümumilikdə 4700.95 manat məbləğində borc, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı “Bank “xxxx”ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Mülki məcəllənin 477.0.4. maddəsində qeyd edilir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəii sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən iddiaçı tərəfindən ondan bir il ərzində pul tələb edilməmişdirsə ona qarşı iddia qaldırıla bilməzdi. Qeyd edilənlərə əsasən Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-301/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin mənə aid olan hissəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişlər. İddiaçı Bank “xxxx” ASC-nin nümayəndəsi Nihad Abbasov teleqram göndərərək iştirakları olmadan məhkəmə prosesini keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Qax rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-301/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; - Cavabdeh1 iddiaçı Bank “xxxx” ASC-nin “Promo” filialına yazdığı ərizədən görünür ki, o iddiaçıdan ona istehlak məqsədi ilə 5000 manat kredit ayrılmasını xahiş etmişdir. - İddiaçı Bank “xxxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli FN-00278-05/18A saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 5000 (beş min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. - Bank “xxxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018ci il tarixli FNEZ-00278-05/18A saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 əsas borclu Cavabdeh1 bank qarşısında öhdəliklərinin icrasını öz üzərinə götürmüşdür. -Bank “xxxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh3 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış FNZ-00278-05/18A saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 əsas borclu Cavabdeh1 bank qarşısında öhdəliklərinin icrasını öz üzərinə götürmüşdür. -xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 iddiaçıdan 5000 manat kredit məbləğini qəbul etmiş və bu barədə qəbzə imza etmişdir. -Maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun xx.xx.2020-ci il tarixinə iddiaçıya ödənilməmiş 4385.33 manat əsas borc, 288.62 manat faiz borcu, 267.44 manat dəbbə borcu vardır. - xx.xx.2019-cu il tarixli PROF415 saylı bildirişlərin surətlərindən görünür ki, Bank “xxxx” ASC tərəfindən cavabdehlərdən kredit müqaviləsi üzrə borcunu ödəmələsi tələb olunmuş, borcunu ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2019cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 Qax şəhəri, H.Əliyev prospekti, ev 1B, mənzil 10-da qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2019cu il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 40, mənzil 58-də qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2019cu il tarixli arayışdan görünür ki, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 74 B-də qeydiyyatdadır. -xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün banka 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı Bank “xxxx” ASCnin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli FN-00278-05/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 5000 (beş min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixdə iddiaçıyla FNEZ- 00278-05/18A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1nın həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Həmçinin, Cavabdeh3 xx.xx.2018-ci il tarixdə iddiaçıyla FNZ-00278-05/18A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 4385.33 manat əsas borc, 288.62 manat faiz borcu, 267.44 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2020-ci il tarixinə 4941.39 manat ümumi borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 425.1-ci maddəsinə əsasən öz. hüquqlarım həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığını tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidirlər. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqda icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyən edilir. -477.0.4-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. -471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. - 472.1-ci maddəsinə müvafiq olaraq borclu öz üzərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin kreditor qarşısında borclu ilə birgə, eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin “zaminlik müqaviləsində müddət qurtardıqda, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir” dəliləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı Bank “xxxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli FNEZ-00278-05/18A saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə 36 ay müddətinə bağlanmışdır. Müqvilənin bitmə tarixi isə xx.xx.2021-ci ildir.Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilli əsasızdır, formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Qax rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-301/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-301/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-2085/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2085/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver