Məhkəmə qərarları › İş №2(107)-209/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-209/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-209/2024 31.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(024)-427/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh1 Qax rayonu Güllük kəndində yerləşən 0,54 ha pay torpaq sahəsini aldığını iddia edir. xx.xx.2021-ci il tarixli yazılı qəbzlə Cavabdeh1 torpaq sahəsini İddiaçı satmağa razılıq vermiş, sonuncudan 400 manat beh götürmüşdür. Hazırda həmin torpaq sahəsi iddiaçıdan alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 1500 (bir min beş yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə “məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı barədə” ərizə təqdim edərək Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasına etiraz etmədiyini bildirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 (bir min beş yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmənin 17 iyul 2023-cü il tarixli 2(024)-427/2023 saylı qərardadına əsasən Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində işə cəlb edilməsi və İddiaçı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 (bir min beş yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2021-ci il tarixdə Cavabdeh1 Qax rayonu Güllük kəndində yerləşən 0,54 ha pay torpaq sahəsinin alınması üçün yazılı əqd bağlamışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh1 400 manat pulu yazılı əqd əsasında vermişdir. Təxminən 1 ay sonra Cavabdeh1 qardaşı Qənimət öz torpaq sahəsində olan payına görə oğlu-X2 həmin torpaq sahəsi üçün 500 manat pul götürmüşdür. Aralarında olan razılaşmaya görə torpaq sahəsinə görə o, 1800 manat pul ödəməli idi. Lakin, sonradan cavabdeh həmin torpaq sahəsinə görə ondan 5000 manat pul tələb edir. Əslində isə o, 1996-cı ildən həmin torpaq sahəsini mülkiyyətçilərin razılığı ilə icarə əsasında istifadə etmiş və torpaq sahəsinin vergilərini ödəmişdir. Hazırda isə, sonradan mülkiyyətçilər torpaq sahəsini onlara bildirmədən başqa şəxslərə satmışlar. Halhazırda torpaq sahəsindən istifadə edə bilmirlər. Məhsulu mənimsənilmişdir. Bununla da Cavabdeh1, onun qardaşı Qənimət və Münəvvərin oğlu Çingiz onların etibarından suiistifadə edərək ona qarşı dələduzluq etmişlər. Yəni onları aldadaraq ümumilikdə 1500 manat maddi ziyan vurmuşlar. Dəfələrlə cavabdehdən pulun qaytarılmasını tələb etsə də, o hər dəfə onu aldadaraq pulunu qaytarmaqdan yayınmışdır. Hesab edir ki, cavabdeh onun etibarından sui-istifadə etməklə 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bu barədə dəfələrlə Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət edərək, Qax rayonu Güllük kənd sakini Cavabdeh1 ona qarşı dələduzluq etməsi barədə şikayət etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh1 1500 (bir min beş yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, 1996-cı ildən Cavabdeh1 qardaşı Qənimət Musayevdən 0.54 ha torpaq sahəsini icarəyə götürmüşdür. Razılaşmalarına görə Qənimət Musayev həmin sahəni 1800 manata ona satmalı idi. Ona görə də, o ilkin olaraq Qənimətin oğlu Cavabdeh2 500 manat pul vermişdir. Sonradan cavabdehlər ondan 5000 manat pul tələb etmiş, vermədikdə onu həmin sahədən çıxartmışlar. Nəticədə qulluq etdiyi torpaq sahəsindən gəlir götürə bilməmiş və 1500 manat ziyana getmişdir. Ona görə də, cavabdehlər Münəvvər və Cavabdeh2lərdən ona vurlmuş 1500 manat ziyanı və ödənilmiş 35 manat dövlət rüsumunu tələb edir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sübutetmə yükü üzərinə düşən İddiaçı cavabdehlər Münəvvər və Cavabdeh2lərə görə 1500 manat ziyana düşməsi ilə əlaqədar məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi əl yazısı ilə yazılan qəbzdə isə Cavabdeh1 400 manat pulu iddiaçıdan götürməsi qeyd edilsə də, qəbz Cavabdeh1 tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanmışdır. Ona görə də, həmin qəbz məhkəmə tərəfindən mötəbər sübut hesab edilə bilməz.

8. Qax Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(024)-427/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehdən1500 (bir min beş yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi tələbi”nə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: şəxsiyyət vəsiqəsinin məlumatları xx.xx.2023-cü il tarixli ödəniş qəbzi

10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı 2021-ci il tarixdə Cavabdeh1 Qax rayonu Güllük kəndində yerləşən 0,54 ha pay torpaq sahəsinin alınması üçün yazılı əqd bağlamışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh1 400 manat pulu yazılı əqd əsasında vermişdir. Təxminən 1 ay sonra Cavabdeh1 qardaşı torpaq sahəsində olan payına görə oğlu-X2 həmin torpaq sahəsi üçün 500 manat pul götürmüşdür. Aralarında olan razılaşmaya görə torpaq sahəsinə görə o, 1800 manat pul ödəməli idi. Lakin, sonradan cavabdehhəmin torpaq sahəsinə görə iddiaçıdan 5000 manat pul tələb etmişdir. Əslində isə o, 1996-cı ildən həmin torpaq sahəsini mülkiyyətçilərin razılığı ilə icarə əsasında istifadə etmiş və torpaq sahəsinin vergilərini ödəmişdir. Vermədikdə onu həmin sahədən çıxartmışlar. Nəticədə qulluq etdiyi torpaq sahəsindən gəlir götürə bilməmiş və 1500 manat ziyana getmişdir. Ona görə də, cavabdehlər Münəvvər və OrxanMusayevlərdən ona vurlmuş 1500 manat ziyanı tələb edir.

12. Ona görə də, Qax Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(024)- 427/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(024)-427/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3-ci maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Qax Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(024)-427/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən 400 manat pula aid hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası bu qətnamənin 1-ci bəndində göstərilənlərdən əlavə qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli qəbzi Cavabdeh1 tərəfindən imzalanmadığından sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh1 həqiqətən həmin tarixdə iddiaçıdan 400 manat pul aldığını etiraf etmiş, lakin həmin pulu torpaq sahəsini satmaq üçün deyil, icarəyə vermək üçün aldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 106.3-cü maddəsinə görə Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bundan əlavə, həmin Məcəllənin 77-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan hazırki halda, iddiaçı qəbzdə qeyd olunan 400 manatın Cavabdeh1 verilməsini sübut etmə vəzifəsindən azad olduğu halda, Cavabdeh1 həmin pulu torpağı icarəyə vermək məqsədilə aldığını sübut etmə vəzifəsi daşıyır. Cavabdeh1 həmin halı təsdiq edəcək hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının həmin torpaq sahəsini 2021-ci ilədək aralarında olan şifahi razılaşma ilə icarədar kimi istifadə etməsini göstərmiş, cavabdeh də həmin halı mübahisələndirməmişdir. İddiaçı cavabdehə birdəfəyə 400 manat pul verməklə qalan pulu sonradan ödəmək şərtilə cavabdehlə torpaq sahəsinin alınmasına dair nisyə alqı-satqı müqaviləsi ilə bağlı razılaşdığını sübut edə bilmişdir. Kollegiya o cümlədən qeyd edir ki, xx.xx.2021-ci il tarixli qəbzdə pulun beh olaraq verilməsi göstərilsə də, hazırki halda 400 manatın verilmə məqsədi ilə bağlı tərəflər arasında mübahisə olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.3-cü maddəsinin tələbinə əsasən həmin pul avans şəklində verilmiş hesab olunmalıdır. Ona görə də, kollegiya hesab edir ki, iddiaçı həmin 400 manatı Cavabdeh1 tələb etməkdə haqlı, birinci instansiya məhkəməsi isə iddianı həmin hissədə rədd etməkdə haqsız olmuşdur.

23. İddia tələbinin qalan hissəsi, o cümlədən Cavabdeh2 qarşı olan hissəsi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı həmin hissələrdə məhkəməyə heç bir sübut təqdim etmədiyindən birinci instansiya məhəkməsi iddianı həmin hissələrdə təmin etməməkdə haqlı olmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın rədd edilmiş Cavabdeh1 qarşı 400 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(024)-427/2023 nömrəli qətnaməsi iddianın rədd edilmiş Cavabdeh1 qarşı 400 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1500 manat pul tələbinə dair iddiası Cavabdeh1 qarşı 400 manata aid hissədə təmin edilməli, Cavabdeh1 400 manat pul alınıb İddiaçı verilməli, dövlət rüsumu olaraq ödənilmiş 35 manat pulun 9.1 manatı Cavabdeh1 alınaraq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qax Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(024)-427/2023 nömrəli qətnaməsi iddianın rədd edilmiş 400 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1500 manat pul tələbinə dair iddiası 400 manata aid hissədə təmin edilsin. Cavabdeh1 400 manat pul alınaraq İddiaçı verilsin. Dövlət rüsumu olaraq ödənilmiş 35 manat pulun 9.1 manatı Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar