Məhkəmə qərarları › İş №2(107)-2091/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2091/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2091/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dаir ilk, Cavabdeh X3 qarşı "əqdin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(014)-136/2021 nömrəli qətnaməsindən cаvаbdеh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(014)-136/2021 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) ilkin iddia qismən təmin olunmuş, Cavabdeh 8970 (səkkiz min doqquz yüz yetmiş ) manat əsas borc və 500 (beş yüz) manat cərimə borcu, cəmi 9470 (doqquz min dörd yüz yetmiş ) manat borc, 30 manat ödənilmiş dövlət rüsumunu tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İşin halları İddiаçı X4 cаvаbdеh Cavabdeh qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon, Pirəyir kəndində yaşayan Cavabdeh 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8970.00 manat əsas borcu və 5382.00 manat faiz üzrə borcun, cəmi 14352.00 manat borcun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış 09.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən VAZ2107 markalı, ** XU *** dövlət nömrə nişanlı minik avtomaşının alınması məqsədi ilə cavabdehə 48 ay müddətinə, yəni 09.02.2018-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 10080.00 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Cavabdeh 09.02.2014-cü il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə 1110.00 manat pul ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh 10.01.2020-ci il tarixə 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 8970.00 manat təşkil edir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5382.00 manatı tələb edir. Hazırda Cavabdeh ona 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8970.00 manat əsas borc və 5382.00 manat faiz üzrə borcun, cəmi 14352.00 manat borcu yaranmışdır. Cavabdeh ona olan borcunu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasına qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək borcun tam olaraq ödənilməsini və iddia müddətinin bitməsini əsas götürüb iddianın rədd edilməsini, 09 fevral 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını, habelə iddaçının əməllərinədə AR CM-nin 178,192 və 294-cü maddələrinin əlamətləri olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı rayon Məhkəməsinə müraciət edərək 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8970.00 manat əsas borc və 5382.00 manat faiz üzrə borcu, cəmi 14352.00 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ilə bağlı bildirir ki, 09.02.2014cü il tarixində İddiaçıla aralarında bağlanılmış kredit müqaviləsinə əsasən 10080 manat VAZ 2107 markalı 90XU 411 dövlət nişanlı avtomobilin alınması üçün 36 ay müddətinə, ödəmələr vaxtında həyata keçirilməzsə müddəti keçirilmiş dövr ərzində illik 60% məbləğində artırılmış faizləri ödəməklə müqavilə bağlanılmışdır. Müqavilə “X19”sının möhrüylə təsdiqlənmişdir. O müqavilə əsasında götürdüyü pul məbləğini tam şəkildə 36 ay müddətindən tez ödəmişdir. Sübut olaraq Məhkəmənin diqqətinə çatdırır ki, ödənişlə bağlı cavabdehliyini tam bitirəndən sonra Əhmədov Kamran ona sərəncam vermək hüququ ilə bağlı etibarnamə vermək üçün özünün də səlahiyyət müddətinin bitdiyini əsas gətirərək bu etibarnamənin, yəni avtomobilin ilkin sahibi X5 almalı olduğunu bildirmiş, ona görə də avtomobillə bağlı borc pul məbləğini tam ödədiyi üçün avtomobilə tam sahib olmaq hüququnu həyata keçirtmək məqsədiylə X1 hüququ olmaqla etibarnamə almışdır. Əlavə olaraq bildirir ki, borcunu mütəmadi olaraq və tam şəkildə ödədiyini şahidlər: X6, X7 və X14 təsdiq edə bilər. Həmçinin bildirir ki, borcunu tam ödəyib X1 vermək üçün etibarnamə aldıqdan sonra ona nə iddiaçı X8, nə “Okean” mağazası nə də ki, Əhmədov Kamran tərəfindən borcunun olması barəsində nə şifahi nə də ki, yazılı xəbərdarlıq edilməmişdir. O, ödənişləri ödəyərkən ona heç bir kassa mədaxil qəbzləri verilməmiş və sonunda avtomobilin ilkin sahibi tərəfindən ona sərəncam hüququ ilə bağlı etibarnamə verildikdən sonra ona İddiaçı borcunun olmamasıyla bağlı təmizlik kağızı verəcəyini vəd versə də, amma sonralar mağazaya gəlib sənəd istəməyinə baxmayaraq ona təmizlik sənədi verməyə bəhanələr gətirmiş və verməmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, X9 da təsdiq edə bilər ki, ona sərəncam üçün etibarnamə verəndə Əhmədov Kamran etibarnamə vermək səlahiyyəti yox idi. Buna görə də o, etibarnaməni avtomobilin ilkin sahibindən almaq məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, guya onlar kredit müqaviləsini 48 ay müddətinə razılaşmaqla imzalamışlar. İddia ərizəsinə əlavə olunmuş müqavilə və imzalar saxtalaşdırılmışdır. İddiaçının müqaviləni və imzaları saxtalaşdırmaqla əsas niyyəti üç illik iddia müddətini itirmiş və buna görə də müqavilənin müddətini 48 ay olaraq göstərmişdir. Onun 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu qalmayıb və o, borcunu tam olaraq ödəyib bitirmişdir. İddiaçının hər hansı formada ondan pul məbləğini tələb etməsi tamamilə qanunsuz və əsassızdır. Onun hüququnu müdafiə edən vəkil Nümayəndə Azərbaycan Respublikasının Mərkəzi bankına sorğu edərək İddiaçı Rafail oğlunun və “Okean” mağazasının kreditlə pul vermək üçün müvafiq icazəsi-Lisenziyasının olub- olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Sorğuya Azərbaycan Respublikasının Mərkəzi bankı tərəfindən 17.03.2021-ci il tarixdə 16-00671-2021 nömərsi məktubla cavab verilərək İddiaçı Rafail oğluna və “X19”sına kreditlərin verilməsi fəaliyyətini həyata kerçirilməsi üçün Mərkəzi Bank tərəfindən lisenziya verilməməsi bildirilmişdir. Belə hesab edir ki, 09.02.2014-cü il tarixlu kredit müqaviləsi etibarsız hesab olunmalıdır. Onun ödədiyi pul məbləği geri qaytarılmalı və avtomobil Əhmədov Kamrana verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 156.1.2-ci maddəsinə əsasən qarşılıqlı iddianın icraata qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cаvаbdеh Cavabdeh nümayəndəsi X15 məhkəmə iclasında ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilmsi barədə qətnamə, ilkin iddiaçı barəsində isə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdеh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cаvаbdеh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin hakimiylə üz-üzə məhkəmə iclas zalında gəlib ona kreditlə bağlı mübahisəni doğru dürüst danışıb hadisənin necə baş verməsini və borcumun iddiaçıya olmamasını sənədlərlə sübut edib dəfələrlə bildirmişdir. Onun mağazasının fəaliyyətinin kredit verə bilməməsini qanuna zidd hərəkət edib hər kəsi şərləməsi, lisenziyası olmadan Bank vəzifəsi daşımasını məhkəmənin hakiminə bildirməyinə baxmayaraq hakim qanuna zidd qətnamə qəbul etmişdir. Onunla iddiaçı arasında heç bir müqavilə olmayıb. Qətnamədə qeyd edilən borc pul məbləğinin haradan peyda olması hakimi maraqlandırmamışdır. İddiaçı X2 borcun və faizin ödənilməsi tələbi haqqında mülki iş üzrə ərizə ilə məhkəməyə müraciət etmiş və “VAZ 2107” markalı 90XU411 dövlət nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə sənəd məhkəməyə təqdim edə bilməmişdir. Yəni onun borcu olmasını heç bir sənədlə sübuta yetirə bilməmişdir. Ödənişlə bağlı cavabdehliyini tam bitirəndən sonra iddiaçı Ələkbarov Seymurun razılığıyla Əhmədov Kamran sərəncam vermək hüququyla bağlı etibarnamə vermək üçün özünün də səlahiyyət müddətinin bitdiyini əsas gətirərək bu etibarnamənin, yəni avtomobilin ilkin sahibi X5 almalı olduğunu bildirmişdir. Bu faktla bağlı iddianın əsassız olması sübutdur. Yəni iki nəfərin razılığı onu sübut edir ki, borc tam olaraq ödənilmişdir ki, o, avtomobili etibarnamə almaq yoluyla iddiaçının razılığıyla onların adından çıxartdırıb öz mülkiyyətinə keçirmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, guya onlar kredit müqaviləsini 48 ay müddətinə razılaşmaqla imzalamışlar. Ancaq, reallıq ondan ibarətdir ki, o, kredit müqaviləsini 36 ay müddətinə bağlamışdır. İddia ərizəsinə əlavə edilmiş müqavilə və imzalar saxtalaşdırılmışdır. İddiaçının müqaviləni və imzaları saxtalaşdırmaq məqsədi odur ki, üç illik iddia müddətini itirməsi və buna görə də müqavilənin müddətini 48 ay olaraq göstərib. Əsas sübut odur ki, onun 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu qalmayıb və o, borcunu tam olaraq ödəyib bitirmişdir. İddiaçının hər hansı formada ondan pul məbləğini tələb etməsi tamamiylə qanunsuz və əsassızdır. Onun hüququnu müdafiə edən vəkil Nümayəndə Azərbaycan Respublikasının Mərkəzi Bankına sorğu edərək İddiaçı Rafail oğlunun və “Okean” mağazasının kreditlə pul vermək üçün müvafiq icazəsi-Lisensiyasının olub olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Sorğuya Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 17.03.2021-ci il tarixdə 16-00671-2021 nömrəli məktubla cavab verilərək İddiaçı Rafail oğluna və “X19”sına kreditlərin verilməsi fəaliyyətini həyata keçirilməsi üçün Mərkəzi Bank tərəfindən Lisenziya verilməməsi bildirilmişdir. 09.02.2014-cü il tarixli kredit müqaviləsi etibarsız hesab olunmalı və ödədiyi pul məbləği geri qaytarılmalıdır. Avtomobil isə Əsas sahibi sayılan Əhmədov Kamrana qaytarılmalıdır. Ona görə də, sübutlar qəbul edilərək apellyasiya şikayətinə baxılmasını, Ağdaş rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli N°2(014)-136/2021 saylı qətnaməsinin ləğv edilməsini, təqdim olunmuş sübutlar əsasısnda mülki iş üzrə yeni ədalətli qərar qəbul edilməsini, iddia ərizəsinə əlavə edilmiş sənədlərin saxtalığı, qanunsuz sahibkarlığın aşkar edilməsini və etibarından sui istifadə etdiyi üçün Cinayət Məcəlləsinin l78, 192 və 294-cü maddələrini və Mülki prosessual məcəlləsini əsas götürüb barəsində xüsusi qərardad qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiаçı İddiaçı və cаvаbdеh Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdеh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(014)-136/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 349, 442, 443.1, 448.1, 462.1, 463.1, 465.2, 467, 529.1, 529.2, 529.3, 529.4, 529.5 və 529.6-cı maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-ci maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqd etibarsızdır. Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.3-ci maddəsinə əsasən Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 529.4-ci maddəsinə əsasən Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Həmin Məcəllənin 529.5-ci maddəsinə əsasən Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Həmin Məcəllənin 529.6-ci maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış 09.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən VAZ2107 markalı, ** XU *** dövlət nömrə nişanlı minik avtomaşının alınması məqsədi ilə cavabdehə 48 ay müddətinə, yəni 09.02.2018- ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 10080.00 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlin müvafiq olaraq həyata keçirilir. İlkin iddia üzrə cavabdeh 09.02.2014-cü il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə 1110.00 manat pul ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ilkin iddia üzrə Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Cavabdeh borc məbləğini tam ödədiyini, müqavilənin saxtalaşdırıldığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə iclasında təqdim edə bilməmişdir. Beləliklə də ilkin iddia üzrə Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İlkin iddia üzrə Cavabdeh 10.01.2020-ci il tarixə 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 8970.00 manat təşkil edir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5382.00 manatı tələb edir. Hazırda Cavabdeh ona 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8970.00 manat əsas borcun və 5382.00 manat faiz üzrə borcu, cəmi 14352.00 manatı tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, borc müqaviləsi üzrə tələb edilən 5382.00 manat faiz borcu yox, dəbbə puludur, belə ki, tərəflər arasında bağlanmış müqavilədə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 8970.00 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 5382.00 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddiaçının cavabdehdən 5382.00 manat dəbbə pulu tələbinə dair hissəsi qismən – 500 manat həddində təmin edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İlkin iddia qalan hissədə rədd edilməlidir. Qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində guya onlar kredit müqaviləsini 48 ay müddətinə razılaşmaqla imzalamaları, ancaq, reallıqda onun kredit müqaviləsini 36 ay müddətinə bağlaması, iddia ərizəsinə əlavə edilmiş müqavilə və imzalar saxtalaşdırılması, iddiaçının müqaviləni və imzaları saxtalaşdırmaq məqsədi odur ki, üç illik iddia müddətini itirməsi və buna görə də müqavilənin müddətini 48 ay olaraq göstərməsi, onun 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunun qalmaması və onun borcunu tam olaraq ödəyib bitirməsi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilləri mülki işin materialları ilə təkzib edildiyindən məhkəmə kollegiyası tərəfindən inandırıcı qəbul edilməmişdir. (maliyyə arayışı, kredit müqaviləsinə əlavə, borc müqaviləsi və akt) Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cаvаbdеh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(014)-136/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cаvаbdеh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(014)-136/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar