Məhkəmə qərarları › İş №2(107)-2096/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2096/2020

10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2096/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə İddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızının Cavabdeh qarşı uşağın saxlanması üçün sabit pul məbləğində ödənilən alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-1586/2019 nömrəli qətnaməsindəniddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qasımova (Tağıyeva) Afət Rüfət qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Tağıyev Müşfiq Rahil oğlundan xx xxxx 2009-cu il təvəllüdlü Aydan, xx xxx 2011-ci il təvəllüdlüNəzrin adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay, hər bir uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat miqdarında aliment tutulması müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-1586/2019 nömrəli qətnaməsi ilə (hakim H.Mirzəliyev) iddia qismən təmin edilmiş, Mingəçevir şəhəri M.Maqomayev prospekti, ev 81, mənzil 44 ünvanda yaşayan Tağıyev Müşfiq Rahil oğlundan tutulan alimentin məbləğinin artırılaraq, xx xxxx 2009-cu ildə anadan olmuş Tağıyeva Aydan Müşfiq qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün 115 (bir yüz on beş) manat, xx xxx 2011-ci ildə anadan olmuş Tağızadə Nəzrin Müşfiq qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün 115 (bir yüz on beş) manat olmaqla, cəmi 230 (iki yüz otuz) manat müəyyən edilməsi və hər ay tutularaq, Tərtər rayonu M.F.Axundov küçəsi ev 55 ünvanda yaşayan Qasımova (Tağıyeva) Afət Rüfət qızına verilməsi, Tağıyev Müşfiq Rahil oğlundan 30 (otuz) manat məbləğdə dövlət rüsumunun alınıb dövlət hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlanması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızının nümayəndəsi və vəkili Vəkil аpelyаsiyа şikаyəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-3070/2019 nömrəli (sədrlik edən R,Rəfiyev, G.Abbasov, M.Hüseynov) qətnaməsinə əsasən iddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(051)-1586/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızının nümayəndəsi və vəkili Vəkil kassasiya şikаyəti verərək Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-3070/2019 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-2385/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-3070/2019 nömrəli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, İ̇ddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızının vəkili Vəkil birinci instansiya məhkəməsinin iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, iddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızı ilə cavabdeh Tağıyev Müşfiq Rahil oğlu arasında nikah xx xxxxxx 2013-cü il tarixdə məhkəmə qaydasında ləğv edilmişdir. Tərəflərin birgə nikahdan xx xxxx 2009-cu ildə Aydan, xx xxx 2011-ci ildə Nəzrin adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq, ayda cəmi 200 manat miqdarında alimentin tutulması qət edilmişdir. Təyin olunmuş alimentlə uşaqları saxlamaq çətindir. Uşaqlar böyüdükcə onların tələbatları da artır. Valideynlərinin köməkliyi ilə uşaqlara baxır. Halbuki, cavabdeh uşağı saxlamaqda ona kömək etməyə borcludur. Odur ki, cavabdehdən tutulan alimentin miqdarının artırılıb xx xxxx 2009-cu il təvəllüdlü Aydan, xx xxx 2011-ci il təvəllüdlü Nəzrin adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay, hər bir uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat miqdarında aliment tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmayan hissəsindən narazıdır. Belə ki, onunla Cavabdeh arasındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Onların birgə nikahlarından xx xxxx 2009-cu il təvəllüdlü Aydan və xx xxx 2011-ci il təvəllüdlü Nəzrin adlı uşaqları olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay hər uşağa 103 manat aliment ödənilməsi qət edilmişdir. Cavabdehin ödədiyi alimentlə uşaqları təmin edə bilmir. Uşaqların bütün qayğısı onun üzərindədir. Bu azmış kimi övladlarının da payı olan mənzili sənədləri saxtalaşdırmaqla banka girov qoyub 35000 manat kredit götürüb onu bankla qarşı-qarşıya qoymuşdur. Hazırda cavabdehin maddi vəziyyəti yaxşılaşmış və o, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşıdır və aylıq pul təminatı 556 manatdır. Buna baxmayaraq məhkəmə uşaqlar üçün aylıq alimentin miqdarını 12 manat artırmaqla araşdırmanı yekunlaşdırmışdır. O, cavabdehin gəlirinə uyğun olaraq ondan hər ay hər uşağa 200 manat aliment tutulmasını tələb etmişdir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi heç də qətnamədə göstərdiyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun mövqeyi ilə uzlaşmır. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(051)-1586/2019 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı və cavabdeh həmçinin istifadələrində olan müvafiq olaraq 055 61846 13 və 055 ******* mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşlar. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)- 1586/2019 nömrəli qətnaməsi alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və kollegiya tərəfindən tədqiq edilmiş; Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx xxxx 2009-cu il təvəllüdlü Tağıyeva Aydan Müşfiq qızı və xx xxx 2011-ci il təvəllüdlü Tağızadə Nəzrin Müşfiq qızının valideynləri Tağıyev Müşfiq Rahil oğlu və Qasımova (Tağıyeva) Afət Rüfət qızıdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli2(051)-444/2015 nömrəliqətnaməsinin surətindən görünür ki, Tağıyev Müşfiq Rahil oğlundanxx xxxx 2009cu il təvəllüdlü Tağıyeva Aydan Müşfiq qızı və xx xxx 2011-ci il təvəllüdlü Tağızadə Nəzrin Müşfiq qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqarı artırılaraq, ayda cəmi 200 manat miqdarında aliment tutulub Qasımova (Tağıyeva) Afət Rüfət qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyəİ̇darəsinin 09 avqust2019-cu il tarixli, 21/1520 №li arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Tağıyev Müşfiq Rahil oğlunun hesablanmış aylıq pul təminatı 556,80 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apelyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən apelyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər uşaq üçün 115 manat olmaqla, cəmi 230 manat müəyyən edilməsini qət etmişdir. Yuxarıda qeyd edildiyi kimi tərəflərin birgə nikahlarından iki uşaqları doğulmuşdur və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə azyaşlı uşaqların anasının yanında qalması, yetkinlik yaşına çatanadək saxlanmasına görə atadan hər uşağa görə 115 manat olmaqla, cəmi 230 manat sabit pul məbləğində alimentin tutulması da qət edilmişdir. Sözügedən qətnamə 2015-ci ildə qəbul edilmişdir. Cavabdehin hazırda isə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmaqla, aylıq əmək haqqının 556 manat təşkil etməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsi və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması halında mümkündür. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin aylıq gəlirinin əvvəlki qətnamə qəbul edilən vaxt üçün əldə etdiyi gəlirdən dəfələrlə artması, yəni maddi vəziyyətinin yaxşılaşması iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaq-la-rın qayğısına qal-maq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nə-zarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də bor-cudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən; 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır(8.4-cü bənd). Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın(gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa(məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə uşaqların olması və.s) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi(məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqında qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqında yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. (8.6-cı bənd). Apelyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, birinci instаnsiyа məhkəməsi аlimentin miqdаrını müəyyən edərkən səhvə yоl vermişdir. Belə ki, məhkəmə аlimentin miqdаrını müəyyən edərkən müəyyən edilən məbləğin uşağın normal saxlanılmasına, inkişafına yetərli olub-olmamasına diqqət yetirməmişdir. Uşаğın sаxlаnılmаsındа hər iki vаlideyn iştirаk etsə də, uşaqların ananın himayəsində olmasını, bununla bağlı gündəlik əlavə xərclərin də yaranması və həmin xərclərin də ana tərəfindən qarşılanmasını nəzərə alınmamışdır. Eyni zamanda cаvаbdehin alimenti ödəmək imkаnının оlmаsı da nəzərə alınan amillərdəndir. Qeyd edilənlərə əsаsən məhkəmə kоllegiyаsı hesаb edir ki, Tağıyev Müşfiq Rahil oğlundan xx xxxx 2009-cu il təvəllüdlü Aydan, xx xxx 2011-ci il təvəllüdlü Nəzrin adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən аlınаn аlimentin məbləği hər ay hər uşaq üçün 130 mаnаtdan az olmamaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Mülki Prоsessuаl Məcəllənin 384.0.3-cü mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirə bilər. Оnа görə də məhkəmə kollegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyəti qismən təmin edilməli, birinci instаnsiyа məhkəməsinin qətnаməsi tutulmаlı оlаn аlimentin miqdаrı hissəsində dəyişdirilməli və аliment hər ay hər uşaq üçün 130 mаnаt, cəmi 260 manat miqdаrındа müəyyən edilməlidir. Hazırki işdən görünür ki, iddiaçıalimentin artırılması tələbi ilə bağlı hissədən şikayət vermişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı üçün hər ay, hər uşaq üçün 103 manat, cəmi 206 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin 200 manat məbləğində artırılmasını tələb edir. Deməli iddiaçının hazırkı tələbinin məbləği hər uşaq üçün 97 manat (200-100=97), cəmi 194 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə iddianın qiyməti 2328 (12x194) manat təşkil edir. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-1586/2019 nömrəli qətnaməsi xx xxxx 2009-cu ildə anadan olmuş Tağıyeva Aydan Müşfiq qızının və xx xxx 2011-ci ildə anadan olmuş Tağızadə Nəzrin Müşfiq qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızının xeyrinə tutulmаlı оlаn аlimentin miqdаrı ilə bаğlı hissədə dəyişdirilsin və həmin аlimentin miqdаrı hər ay bir uşaq üçün 130 (yüz otuz) mаnаt olmaqla, cəmi 260 (iki yüz altmış) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar