Məhkəmə qərarları › İş №2(107)-2099/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2099/2021

10.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2099/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı «qanunsuz bağlanmış çirkab suların axıdılması üçün nəzərdə tutulmuş su yolunun açılması, su yolunun əvvəlki vəziyyətə salınması və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması» tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(014)-53/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(014)-53/2021 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia təmin olunmuş, Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsinin küçəyə paralel hissəsinə torpaq tökməklə qanunsuz bağladığı Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsində mövcud olan çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolunun cavabdehin hesabına açılaraq əvvəlki vəziyyətinə salınması və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması, aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat ekspertiza xərcinin Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 95 (doxsan beş) manat ekspertiza xərcinin isə Cavabdeh alınıb Kapital Bank ASC-nin Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ********************, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRZƏİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı «qanunsuz bağlanmış çirkab suların axıdılması üçün nəzərdə tutulmuş su yolunun açılması, su yolunun əvvəlki vəziyyətə salınması və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsinin küçəyə paralel hissəsinə torpaq tökməklə qanunsuz bağladığı Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsində mövcud olan çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolunun cavabdehin hesabına açılaraq əvvəlki vəziyyətinə salınmasına və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə Ağdaş rayonunu Ləki qəsəbəsində qonşu olmaqla eyni küçədə yaşayırlar. Küçlərinə çirkab sularının axıdılması üçün kanalizasiya xətti olmadığına görə küçə sakinlərinin çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolu (şirə arxı) mövcuddur. Cavabdeh tərəfindən çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolu heç bir hüquqi əsası olmadan torpaqla doldurularaq qarşısı kəsilmişdir. Su yolunun qarşısının kəsilməsi, suyun axıdılması üçün çıxış olmadığına görə su arxına yığılmış çirkab suları şişərək küçəyə və həyətyanı torpaq sahələrinə axması nəticəsində onlar və ailə üzvləri dözülməz şəraitdə yaşamağa məcbur olmuşlar. Cavabdeh çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolunun sərbəst axımına əvvəldə süni maneələr yaratdığına görə məhkəmə qərarı ilə onun barəsində inzibati tənbeh tədbiri görülərsə də, cavabdeh bundan nəticə çıxarmamış, qanunsuz hərəkətlərini bu gün də davam etdirir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində çirkab və şirə suları küçəyə, həyətlərinə axdığından onlar və ailə üzvləri, küçədə, həyətlərində və evlərində üfunət iyindən nəfəs ala bilmirlər, həyətlərinə əkdikləri ağaclar quruyur, yaşayış evləri özülü və fəsadı sürətlə eroziyaya məruz qalır, bütün bunlar dözülməz və yolverilməzdir. Qanunsuz bağlanmış çirkab və şirə sularının axıdılması üçün nəzərdə tutulmuş su yolunun açılmasını onlar, kənd icra nümayəndəliyi və bələdiyyəsi dəfələrlə cavabdehdən xahiş və tələb etməklərinə baxmayaraq cavabdeh qanunsuz bağladığı su yolunun açılmasından birmənalı şəkildə imtina etmiş, küçə sakinləri tərəfindən su yolunun açılaraq əvvəlki vəziyyətdə bərpa olunmasına imkan verməyərək qanunsuz hərəkətlərini bu gün də davam etdirir. Cavabdeh onlara və ailə üzvlərinə qarşı özbaşına, qanunsuz, eləcə də, qonşuluğa zidd hərəkətlərini bu gün də davam etdirməkdədir. Bütün bunlar da vətəndaş kimi onların sağlam yaşamaqlarını məhdudladırır, qanunla qorunan digər hüquqularını pozur. Cavabdehin özbaşına qanunsuz hərəkətləri ucbatından dözülməz şəraitdə yaşayırlar. Ona gör də ona qarşı hazırki iddia tələbi ilə məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı2 birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 məhkəmə iclasında İddiaçı2 izahatına uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişlərdir. İddiaçı6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, iddiaçının məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı rədd edərək bildirmişdir ki, Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsində iddiaçılarla qonşuluqda yaşayır. İddiaçılar açılmasını və təmizlənməsini iddia etdikləri su kanalı mövcutdur. Həmin su kanalına çirkab sularının axıdılması onun həyətindən və torpaq sahəsindən istifadəsinə maneələr yaratdığından onu torpaqla dolduraraq qarşısını kəsmişdir. Həmin su kanalının onun evinin qarşısından keçməsi özü və ailəsinin həyatı üçün təhlükə yaradır. Bundan əlavə iddiaçılarının bu tipli iddiası əvvəllər məhkəmənin icraatında olmuş, onun xeyrinə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmışdır. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə bugünədək iddiaçıların etdiyi özbaşınalıqları, özlərinin qanunsuz bağladığı çirkab su yolunu, digər etdikləri qanunsuzluqlarını nəzərə almadan, araşdırma aparmadan, işə düzgün baxmadan iddia tələbini təmin etmişdir. Ağdaş rayon məhkəməsi 05 avqust 2021-ci il tarixli 2(014)-53/2021 saylı qətnaməsi ilə iddiaçıların şişirdilmiş və əsassız iddia tələbini təmin etmişdir. Həmin qərar ilə razı deyil. İddiaçılar məhkəməyə əsassız sübutlar təqdim etmiş, məhkəmə isə əsassız olaraq onun hüquqlarını pozaraq iddianı təmin etmişdir. Həmçinin iddiaçılar yalan və saxta sübutlarla məhkəməni yanıltmışdır. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(014)- 53/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-75/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı6 və İddiaçı7 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(014)-53/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 06 iyun 2018-ci il tarixli 2(014)-934/2018 saylı qətnamənin surətindən məlum olur ki, iddiаçılar İddiaçı2, İddiaçı1, X3, İddiaçı5, İddiaçı3 və X1 cаvаbdеh Cavabdeh qаrşı «cavabdeh tərəfindən bağlanmış su yolunun məcburi açılması və təmizlənməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020- ci il tarixli 337 saylı arayışdan məlum olur ki, İddiaçı2 həqiqətən Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsi 20 saylı evdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020- ci il tarixli 339 saylı arayışdan məlum olur ki, İddiaçı5 həqiqətən Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsi 22 saylı evdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020- ci il tarixli 338 saylı arayışdan məlum olur ki, İddiaçı3 həqiqətən Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsi 18 saylı evdə yaşayır. İş materiallarında olan Ağdaş rayon İHB-nın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020- ci il tarixli 336 saylı arayışdan məlum olur ki, İddiaçı1 həqiqətən Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsi 24 saylı evdə yaşayır. İş materiallarında olan Ağdaş rayon İHB-nın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020- ci il tarixli 232 saylı arayışdan məlum olur ki, İddiaçı4 həqiqətən Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayır, qeydiyyatdadır. İş materiallarında olan Ağdaş rayon İHB-nın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020- ci il tarixli 233 saylı arayışdan məlum olur ki, İddiaçı6 həqiqətən Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayır, qeydiyyatdadır. İş materiallarında olan Ağdaş rayon Ləki Bələdiyyəsi tərəfindən verilmiş 11 avqust 2020-ci il tarixli № 26 saylı arayışdan məlum olur ki, X2 yaşadığı küçədə şirə kanalı mövcuddur və halhazırda qonşusu Cavabdeh həmin kanalın öz qapısından keçən hissəsinə torpaq tökmüşdür. İş materiallarında olan Ağdaş rayon Ləki Bələdiyyəsi tərəfindən verilmiş 30 aprel 2018-ci il tarixli arayışdan məlum olur ki, sözü gedən su yolu çirkab suların axıdılması üçün nəzərdə tutulmuşdur. Həmin şirə arxı sakinlərin müraciəti əsasında icra hakimiyyətinin köməkliyi ilə təmizlənmişdir. Həmin şirə keşkəli hal-hazırda işlək vəziyyətdədir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-411F (kod ********) saylı şəhadətnamədən məlum olur ki, Cavabdeh və ailə üzvlərinə Ağdaş rayonu, Nehrəxəlil kənd ərazisində 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 24.02.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli MA ******* seriyalı, əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun surətindən məlum olur ki, Ağdaş rayon, Ləki qəsəbəsi, C.Kərimv küçəsi 20-də yerləşən 0.08 hektar fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 mülkiyyətindədir. Mülki işdə olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan reyestr xidməti tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli **********86 saylı mütəxəssis rəyindən məlum olur ki, iddiaçıların cə cavabdehin iştirakı cavabdehin həyətyanı torpaq sahəsindən kənarda gediş-gəliş yolunun kəsişdiyi yerdə, çirkab suların axıdılması üçün su yolu kimi nəzərdə tutulan və bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsində yerləşən mövcud su yolunu (arxının) qarşısının kəsildiyi müəyyən edildi. Baxış zamanı cavabdeh su arxının bir hissəsinin qarşısını onun özü tərəfindən kəsildiyini bildirdi. Alternativ yollardan istifadə etmək üçün əlavə torpaq sahəsi mövcud deyildir. Mülki işdə olan Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli 2(014)-53/2021 saylı qərardaddan məlum olur ki, İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı «qanunsuz bağlanmış çirkab suların axıdılması üçün nəzərdə tutulmuş su yolunun açılması, su yolunun əvvəlki vəziyyətə salınması və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması»tələbinə dair mülki iş üzrə ekspert rəyinin alınması üçün ekspertizanın təyin edilməsi qərara alınmışdır. Mülki işdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli 10/2208 saylı ekspert rəyindən məlum olur ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan reyestr xidməti tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli **********86 saylı mütəxəssis rəyindən göründüyü kimi, iddiaçıların və cavabdehin iştirakı ilə cavabdehin həyətyanı torpaq sahəsindən kənarda gediş-gəliş yolunun kəsişdiyi yerdə, çirkab suların axıdılması üçün su yolu kimi nəzərdə tutulan və bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsində yerləşən mövcud su yolunu (arxının) qarşısının kəsildiyi müəyyən edildi. Baxış zamanı cavabdeh su arxının bir hissəsinin qarşısını onun özü tərəfindən kəsildiyini bildirdi. Alternativ yollardan istifadə etmək üçün əlavə torpaq sahəsi mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 170.1, 170.2, 170.3, 170.4, 171.1, 175.1 və 225.4cü maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3.1, 3.2, 48.5, 54.3, 54.4, 84.1, 84.3 və 111.3-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. Həmin Məcəllənin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin maddənin 4-cü bəndində torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsi ilə keçmək barədə həmin sahəyə servitut müəyyən edilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsindən kənarda gediş-gəliş yolunun kəsişdiyi yerdə, çirkab suların axıdılması üçün su yolu kimi nəzərdə tutulan və bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsində yerləşən mövcud su yolunu (arxının) qarşısı kəsilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsinin küçəyə paralel hissəsinə torpaq tökməklə qanunsuz bağladığı Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsində mövcud olan çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolu cavabdehin hesabına açılaraq əvvəlki vəziyyətinə salınmalı və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulmalıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 95 (doxsan beş) manat ekspertiza xərci isə Cavabdeh alınıb Kapital Bank ASC-nin Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ********************, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRKƏZİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçıların məhkəməyə əsassız sübutlar təqdim etməsi, məhkəmənin isə əsassız olaraq onun hüquqlarını pozaraq iddianı təmin etməsi, həmçinin iddiaçıların yalan və saxta sübutlarla məhkəməni yanıltması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh qeyd etdiklərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən onun göstərdikləri inandırıcı deyildir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(014)-53/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(014)-53/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar