Məhkəmə qərarları › İş №2(107)-21/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-21/2020

18.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-21/2020 18.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın boşaldılması” tələbinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)- 3821/2018nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-3821/2018nömrəli qətnaməsi (sədrlik edən hakim Cahid İmanov) ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın boşaldılması” tələbi barədə iddiаsı təmin edilmişdir. Həmin qətnаməyə əsаsən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilsin və həmin fərdi yaşayış evinin boşaldılması və iddianın qaldırılması üçün ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı ASC iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması, istifadə hüquqlarına xitam verilməsi, tərəflərindən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumuna dair xərcin cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı ASC-nin nümayəndəsi X14 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılması, onların istifadə hüquqlarına xitam verilməsi və tərəflərindən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumuna dair xərcin cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnаmə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iclаsı zamanı iddiаçı İddiaçı ASC-nin nümayəndəsi X9 bankın iddiasını müdafiə edərək göstərdi ki, İddiaçı ASC ilə X8 arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 768/EBRR/YF saylı kredit müqaviləsinin şərtlərinə əsasən ona illik 20 faizlə 36 ay müddətinə 100 000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bir neçə əmlak, həmçinin Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi çıxış etmişdir. Həmin müqavilənin şərtləri yerinə yetirilmədiyindən sözügedən daşınmaz əmlaka Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-8/2015 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən xx xxxxxxx 2017-ci il tarixdə “X7” MMC tərəfindən hərrac keçirilmiş, hərracın yekunları barədə protokola əsasən İddiaçı ASC əmlak üzərində qalib elan edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********19-10301), RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlara əsasən əmlak mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsusdur. Lakin cavabdehlər bu günə qədər əmlakə boşaltmamış və mülkiyyətçi İddiaçı ASC-nin hüquqlarını kobud şəkildə pozmuşlar. Buna görə də iddiаçı İddiaçı ASC hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh2 qeyd olunan qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin sözügedən qətnaməsindən narazıdır. Onun yaşadığı evin satılmasından xəbəri olmayıb. Hakim bunu nəzərə almayıb. İş ilə bağlı digər faktiki halları apellyasiya məhkəməsi iclasında göstərəcəkdir. Odur ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-2821/2018 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı: İddiaçı ASC teleqram ilə məhkəmə kollegiyasına müraciət edərək iş üzrə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxıldı. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)- 3821/2018nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-8/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin iddiası qismən təmin olunaraq, xx xxxxxx 2008-ci il tarixli K-380/EBRR/YF saylı kredit müqaviləsi üzrə 98.556 ABŞ dolları əsas borc, 23.068,8 ABŞ dolları faiz borcu, 15.000 ABŞ dolları dəbbə pulu, xx xxxxxxx 2009-cu il tarixli K- 761/YF saylı kredit müqaviləsi üzrə 57.296 ABŞ dolları əsas borc 18077,96 ABŞ dolları faiz borcu 8000 ABŞ dolları dəbbə pulu məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə, xx xxxxx 2010-cu il tarixli 717/EBRR/YF saylı kredit müqaviləsi üzrə 110.584,07 manat əsas borc, 45.022,86 manat faiz borcu, 6560 manat dəbbə pulu, xx xxxx 2010-cu il tarixli 768/EBRR/YF saylı kredit müqaviləsi üzrə 87.469,4 manat əsas borc, 35.461,48 manat faiz borcu, 2822,14 manat dəbbə pulu, xx xxxx 2010-cu il tarixli, 785/EBRR/YF saylı kredit müqaviləsi üzrə 427.442 manat əsas borc, 160.603,22 manat faiz borcu, 35.702,98 manat dəbbə pulu cavabdeh X3 tutularaq İddiaçı ASC-yə ödənilməli, xx xxxxxx 2008-ci il tarixli K-380/EBRR/YF saylı, xx xxxxxxx 2009-cu il tarixli K761/YF saylı, xx xxxxx 2010-cu il tarixli 717/EBRR/YF saylı, xx xxxx 2010-cu il tarixli 768/EBRR/YF saylı, xx xxxx 2010-cu il tarixli, 785/EBRR/YF saylı kredit müqavilələri üzrə kredit borcunun ödənilməsini təmin etmək məqsədi ilə X1 mülkiyyətində olan Şəki şəhəri Şərbablar küçəsi döngə 1-də yerləşən 2 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 120.000 manatla, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri 20 yanvar küçəsində yerləşən 10 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 40.000 manatla, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri F.X.Xoyski küçəsi döngə 2-də yerləşən 4 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 35.000 manatla, X4 mülkiyyətində olan Şəki şəhəri Bünyad Sərdarov küçəsində yerləşən 8A saylı fərdi yaşayış evi ilkin qiyməti 60.000 manatla, X6 mülkiyyətində olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti dalan 7-də yerləşən 3 saylı fərdi yaşayış evi ilkin qiyməti 90.000 manatla, X2 mülkiyyətində olan Şəki şəhəri Calğalı Bulaq küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 100.000 manatla, “xxxx” ASC-nin mülkiyyətində olan Qax şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 4 nömrəli qeyri-yaşayış binası ilkin satış qiyməti 850.000 manatla açıq hərracda satılması, X1 mülkiyyətində olan Şəki şəhəri Şərbablar küçəsi döngə 1-də yerləşən 2 saylı fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaitindən xx xxxxxx 2008-ci il tarixli K-380/EBRR/YF saylı kredit müqaviləsi üzrə X5 İddiaçı ASCyə olan 98.556 ABŞ dolları əsas borc, 23.068,8 ABŞ dolları faiz borcu, 15.000 ABŞ dolları dəbbə pulu, X6 mülkiyyətində olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti dalan 7-də yerləşən 3 saylı fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaitindən xx xxxxxx 2008-ci il tarixli K380/EBRR/YF saylı kredit müqaviləsi üzrə X5 İddiaçı ASC-yə olan 98.556 ABŞ dolları əsas borc, 23.068,8 ABŞ dolları faiz borcu, 15.000 ABŞ dolları dəbbə pulu, xx xxxxx 2010-cu il tarixli 717/EBRR/YF saylı kredit müqaviləsi üzrə 110.584,07 manat əsas borc, 45.022,86 manat faiz borcu, 6560 manat dəbbə pulu, X2 mülkiyyətində olan Şəki şəhəri Calğalı Bulaq küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaitindən xx xxxxxx 2008-ci il tarixli K380/EBRR/YF saylı kredit müqaviləsi üzrə X5 İddiaçı ASC-yə olan 98.556 ABŞ dolları əsas borc, 23.068,8 ABŞ dolları faiz borcu, 15.000 ABŞ dolları dəbbə pulu, xx xxxxx 2010-cu il tarixli 717/EBRR/YF saylı kredit müqaviləsi üzrə 110.584,07 manat əsas borc, 45.022,86 manat faiz borcu, 6560 manat dəbbə pulu, xx xxxx 2010-cu il tarixli 768/EBRR/YF saylı kredit müqaviləsi üzrə 87.469,4 manat əsas borc, 35.461,48 manat faiz borcu, 2822,14 manat dəbbə pulu, X4 mülkiyyətində olan Şəki şəhəri Bünyad Sərdarov küçəsində yerləşən 8A saylı fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaitindən xx xxxxx 2010-cu il tarixli 717/EBRR/YF saylı kredit müqaviləsi üzrə X5 İddiaçı ASC-yə olan 110.584,07 manat əsas borc, 45.022,86 manat faiz borcu, 6560 manat dəbbə pulu, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri 20 yanvar küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaitindən xx xxxx 2010-cu il tarixli 768/EBRR/YF saylı kredit müqaviləsi üzrə X5 İddiaçı ASC-yə olan 87.469,4 manat əsas borc, 35.461,48 manat faiz borcu, 2822,14 manat dəbbə pulu, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri F.X.Xoyski küçəsi döngə 2də yerləşən 4 saylı fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaitindən xx xxxx 2010-cu il tarixli 768/EBRR/YF saylı kredit müqaviləsi üzrə X5 İddiaçı ASC-yə olan 87.469,4 manat əsas borc, 35.461,48 manat faiz borcu, 2822,14 manat dəbbə pulu, X1 mülkiyyətində olan Şəki şəhəri Şərbablar küçəsi döngə 1-də yerləşən 2 saylı fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaitindən xx xxxxxx 2008-ci il tarixli K-380/EBRR/YF saylı kredit müqaviləsi üzrə X5 İddiaçı ASCyə olan 98.556 ABŞ dolları əsas borc, 23.068,8 ABŞ dolları faiz borcu, 15.000 ABŞ dolları dəbbə pulu, xx xxxxxxx 2009-cu il tarixli K761/YF saylı kredit müqaviləsi üzrə 57.296 ABŞ dolları əsas borc 18.077,96 ABŞ dolları faiz borcu 8000 ABŞ dolları dəbbə pulu, “xxxx” ASC-nin mülkiyyətində olan Qax şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 4 nömrəli qeyri-yaşayış binasının satışından əldə edilən pul vəsaitindən xx xxxx 2010-cu il tarixli, 785/EBRR/YF saylı kredit müqaviləsi üzrə X5 İddiaçı ASC-yə olan 427.442 manat əsas borc, 160.603,22 manat faiz borcu, 35.702,98 manat dəbbə pulu ödənilməsi qət olunmuşdur. İşdə olan Cavabdeh2 və Cavabdeh3 xx xxxx 2010-cu il tarixli ərizələrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC ilə X8 arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 768/EBRR/YF saylı Kredit müqaviləsinin və ediləcək bütün əlavələrin təminatını təşkil edən xx xxxx 2010-cu il tarixdə bağlanmış İ-768/YF/A saylı İpoteka müqaviləsinə ediləcək bütün əlavələrə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47.4 kv.m yaşayış, 109.0 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipoteka kimi qoyulmasına öz razılığını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduğu fərdi yaşayış evini könüllü boşaltmağı və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxxx 2017-ci il tarixli 49 nömrəli hərracın yekunları barədə protokolun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47.4 kv.m yaşayış, 109.0 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ilkin satış qiyməti 40000 manat müəyyən olunmuş, ilkin hərracdan satılmadığından ikinci hərracda 25% endirimlə 25500 manata İddiaçı ASC-yə satılmışdır. İşdə olan Azərbaycan Respublikası DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx xxxx 2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 156.4 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nə məxsusdur. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçılar Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən «X7» MMC tərəfindən keçirilmiş xx xxxxxxx 2017-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında cavabdeh «xxxx» ASC-nin adına verilmiş RX seriyalı, ******* saylı reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, «X7» MMC-nin hərracın yekunları barədə xx xxxxxxx 2017-ci il tarixli 49 nömrəli protokolu və həmin protokol əsasında «X7» MMC ilə «xxxx» ASC arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar «xxxx» ASC-nin adına verilmiş xx xxxx 2018-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən və Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən narazı qalan cavabdehlər tərəfindən verilmiş müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəsini almışdır. Beləliklə məhkəmə kollegiyasının iclasında myəyyən edildi ki, hazırkı iş üzrə iddia ərizəsinin təmin edilməsi üçün əsas olmuş «X7» MMC-nin hərracın yekunları barədə xx xxxxxxx 2017-ci il tarixli 49 nömrəli protokolu, həmin protokol əsasında «X7» MMC ilə «xxxx» ASC arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmiş və «xxxx» ASC-nin adına verilmiş xx xxxx 2018-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Ona görə də iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməklə işin hazırki faktiki hallarına uyğun olmayan nəticəyə gəldiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, həmçinin iddianın təmin edilməsi üçün əsasların aradan qalxdığından, yəni X7» MMC-nin hərracın yekunları barədə xx xxxxxxx 2017-ci il tarixli 49 nömrəli protokolu, həmin protokol əsasında «X7» MMC ilə «xxxx» ASC arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməsi və «xxxx» ASC-nin adına verilmiş xx xxxx 2018-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi kimi halların mövcud olması nəzərə alınaraq Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)- 3821/2018nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia tələbi rədd edilməlidir. İddiaçının ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qət etdi Cavabdeh2 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-3821/2018 tarixli qətnaməsi ləğv edilsin. İş üzrə iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. İddiaçının ödədiyi dövlət rüsumu özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən : Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar