Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-211/2023 22.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 qarşı evin inşa edilməsinə görə çəkilmiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 Bəybala oğlunun və Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 qarşı evin inşa edilməsinə görə çəkilmiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli 2(037)-113/2022 saylı qətnaməsindən Cavabdeh1 Bəybala oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı1la Cavabdeh1 qardaşdırlar. Cavabdehlər İsmayıllı rayonu Qurbanəfəndi kəndi ərazisində özlərinə məxsus olan 0,12 hektar həyətyanı torpaq sahəsində iddiaçıların öz hesablarına fərdi yaşayış evi inşa edərək orada yaşamaqlarına razılıq vermişlər. Əldə olunmuş ümumi razılıq əsasında bir müddət sonra cavabdehlərin adına olan 0,12 hektar torpaq sahəsinin bir hissəsini iddiaçılar öz vəsaitləri hesabına yararlı vəziyyətə gətirərək həmin ərazidə fərdi yaşayış evi inşa etmişlər. İddiaçılarla cavabdehlər arasında mübahisə baş vermiş və həmin mübahisədən sonra cavabdehlər iddiaçılardan tikinti işlərinin dayandırılmasını və torpaq sahəsindən çıxmasını tələb etmişlər. Hazırda iddiaçılar tərəfindən cavabdehlərdən evin tikintisinə çəkilmiş xərclər və mənəvi zərərin kompensasiyası tələb olunur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcə görə 21730 manat, evin təmir işlərinin görülməsi üçün zəhmət haqqı olaraq ustaya ödənilmiş 8170 manat, fərdi yaşayış evinə qaz xəttinin və işıq sayğacının quraşdırılması üçün çəkilmiş 600 manat, mənəvi ziyana görə 55000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 320 manat dövlət rüsumunun tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, İddiaçı2 ilə rəsmi nikah əsasında ailə qurmuş və İsmayıllı rayonu Qurbanəfəndi kəndində yaşayırlar. Birgə nikahlarından övladları yoxdur. Evliliklərinin ilk günündən cavabdehlərlə birlikdə valideyinlərinə məxsus fərdi yaşayış evində yaşamışlar. Onlar orada yaşadıqları müddətdə cavabdehlərlə evə görə aralarında mübahisələr baş vermişdir. Baş verənləri qohum-əqrabanın bilməməsi üçün çalışmışlar ki, ata yurdunda kimin yaşayacağını cavabdehlərlə öz aralarında həll etsinlər. Aparılmış danışıqlardan sonra cavabdehlər ata yurdunda, onlar isə kənd ərazisində cavabdehlərə məxsus 0,06 hektar həyətyanı torpaq sahəsində öz hesablarına fərdi yaşayış evi inşa edərək orada yaşamalarına razılaşmışlar. Əldə olunmuş ümumi razılıq əsasında bir neçə aydan sonra onlar cavabdehlərin adına olan 0,06 hektar torpaq sahəsini öz vəsaitləri hesabına yararlı vəziyyətə gətirərək həmin ərazidə fərdi yaşayış evinin bünövrəsini qoymuş, orada iki yaşayış otağından və dəhlizdən ibarət kürsülü ev inşa etdirmişlər. Bundan sonra inşa etdirdikləri evə qaz və işıq xətti çəkdirmişlər. Ötən dövr ərzində dəfələrlə cavabdehlər onların yaşadıqları evə qonaq gəlmişlər. Bir müddət sonra onlar mənzil şəraitlərini yaxşılaşdırmaq və yaşayış otaqlarının sayını artırmaq qərarına gəlmişlər. Həmin evdə ümümilikdə üç yaşayış otağı, dəhliz, mətbəxt və sanitar qovşaq tikilmişdir. Bundan sonra dam örtüyünün və digər işlərin görülməsi üçün ustalarla zəhmət haqqı danışılaraq tikinti işlərinin başlanılması üçün evə dəvət olunmuşlar. Həmin vaxt onlarla cavabdehlər arasında mübahisə baş vermiş və həmin mübahisədən sonra Cavabdeh1 tikinti aparılan həyətə daxil olaraq ustalara ağır sözlər işlədərək tikinti işlərinin dərhal dayandırılmasını və həyətyanı torpaq sahəsindən dərhal çıxıb getmələrini təkidlə tələb etmişdir. Cavabdeh1 0,06 hektar torpaq sahəsinin onlara məxsus olduğunu, orada inşa olunmuş fərdi yaşayış evindən çıxmaqlarını və həmin evə daxil olmalarını onlara qadağan etdiyini, əks halda evi sökəcəyini bildirərək onları hədələmişdir. Cavabdehlər onlara inşa etdikləri evdə yaşamağa imkan vermədiyindən və gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq məqsədi ilə evdən çıxmaq məcburiyyətində qalmışlar. Baş vermiş hadisədən sonra həyat yoldaşı İddiaçı2 yaşadığı iztirab və əziyyətlərə görə ürək ağrısı keçirmiş, bunun üçün tibb müəsisəsinə müraciət etmiş və uzun müddət xəstəxanada müalicə olunmuşdur. Baş verən hadisələrdən sonra cavabdehlərə qonşuları, kənd ağsaqqalları, qohum-əqrəba həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin bünövrəsinin onlar tərəfindən qoyulduğunu, evin inşa olunmasında bütün xərclərin onlar tərəfinən çəkildiyini diqqətinə çatdırılsalar da, onlar buna əhəmiyyət verməmiş və bu istiqamətdə aparılmış danışıqların heç bir nəticəsi olmamışdır. Bu səbəbdən onlar fərdi yaşayış evinin təmirinə çəkdikləri xərcin və mənəvi zərərin onlara ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmin evdə heç kəs yaşamır. Evin divarları, eləcə də iki yaşayış otağı, dəhliz və mətbəxtdə vurulan döşəmə və tavana yağan yağışın təsirindən istifadə olunmuş tikinti materialları yararsız hala düşmuşdür. Nəticədə onlara xeyli məbləğdə həm maddi, həm də mənəvi zərər dəymişdir. Həmin evin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin müəyyən olunması üçün qiymətləndirici təşkilata müraciət olunmuşdur. Qiymətləndirici təşkilatın inşa edilmiş tikintinin tam başa çatmaması və yaşayış evin tikilişinə sərf olunmuş yekun xərclər smetasının umumilikdə dəyəri 21730 manat məbləğində müəyyən edilmişdir. Lakin qiymətləndirici təşkilatın tərtib etdiyi smeta hazırki bazar qiyməti ilə uyğun gəlmir və həqiqəti əks etdirmir. Fərdi yaşayış evinin tikintisinə sərf olunan materiallar qeyd olunan məbləğdən daha çoxdur. Ona görə ki, hazırda həmin tikinti materialları, ötən dövrdən iki-üç dəfə bahalaşmışdır. Belə ki, 2017-ci ildə aldıqları taxtanın bir kubu hal-hazırda bazar qiyməti 460 manat olmuş və dam örtüyünün bir kvadratmetri 12-35 manat arası dəyişmişdir. Bundan başqa 50 kiloqram sementin bir kisəsi 7 manat olmuş və digər tikinti-materallarının qiyməti də qalxmışdır. Həmin materiallar iki dəfə alınmışdır. Qiymətləndirici təşkilatın qoyduğu qiymətlə üç yaşayış otağı, dəhliz və sanuzel inşa etmək olmaz. İsmayıllı rayonu Qurbanəfəndi kəndində 0,06 hüktar torpaq sahəsində inşa olunmuş bir mərtəbəli, kürsülü, üç yaşayış otağından, dəhliz, mətbəx va sanitar qovşağdan ibarət yaşayış evinin təmirinə çəkilmiş xərc 21730 manat, evin təmir işlərinin görülməsi üçün ustaya zəhmət haqqı olaraq 8170 manat, eləcə də qaz xətti və işıq sayğacının quraşdırılması üçün 600 manat dəyərində xərc çəkilmişdir. Onlar mənəvi ziyanı 55000 manat qiymətləndirirlər. Cavabdehlərdən müştərək qaydada fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcə görə 21730 manat, evin təmir işlərinin görülməsi üçün zəhmət haqqı olaraq ustaya ödənilmiş 8170 manat, fərdi yaşayış evinə qaz xəttinin və işıq sayğacının quraşdırılması üçün çəkilmiş 600 manat, mənəvi ziyana görə 55000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 320 manat dövlət rüsumunun tutularaq onlara verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. İddiaçı2 İddiaçı1 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı1 onun qardaşıdır. O, İsmayıllı rayonu Qurbanəfəndi kəndində yaşayır. İddiaçı1 toyunu o etmişdir. İddiaçılar ailə qurduqdan sonra onun yaşadığı evdə yaşamışlar. Bir müddət sonra iddiaçılarla aralarında mübahisə baş vermişdir. Bundan sonra iddiaçılar onların razılığı olmadan mülkiyyətlərində olan 0,06 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Hazırda aralarında baş verən mübahisələrə görə öz torpaq sahəsini iddiaçılara vermək istəmir. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
6. Cavabdeh2 Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Cavabdehlərin nümayəndəsi Nümayəndə sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı1la Cavabdeh1 qardaşdırlar. Cavabdehlər İsmayıllı rayonu Qurbanəfəndi kəndi ərazisində özlərinə məxsus olan 0,06 hektar həyətyanı torpaq sahəsində iddiaçıların öz hesablarına fərdi yaşayış evi inşa edərək orada yaşamaqlarına razılıq vermişlər. Əldə olunmuş ümumi razılıq əsasında bir müddət sonra cavabdehlərin adına olan 0,06 hektar torpaq sahəsini iddiaçılar öz vəsaitləri hesabına yararlı vəziyyətə gətirərək həmin ərazidə fərdi yaşayış evi inşa etmişlər. İddiaçılarla cavabdehlər arasında mübahisə baş vermiş və həmin mübahisədən sonra cavabdehlər iddiaçılara tikinti işlərinin dayandırılmasını və evdən çıxmasını tələb etmişlər. İddiaçıların inşa etdikləri evdə yaşamalarına cavabdehlər imkan vermədiyindən iddiaçılar evdən çıxmaq məcburiyyətində qalmışlar.
9. Məhkəmə cavabdehlərin iddiaçıların onlara məxsus torpaq sahəsində onların razılıqları olmadan fərdi yaşayış evi inşa etdikləri barədə verdikləri izahata münasibətdə qeyd edir ki, cavabdehlərin onlara yaxın olan ərazidə uzun müddət ərzində iddiaçıların yaşayış evi inşa etməklərindən məlumatlı olmaması ağlabatan mühakimə deyildir. Cavabdehlərə məxsus torpaq sahəsində iddiaçıların fərdi yaşayış evi inşa etməsinə və orada yaşamalarına cavabdehlərin uzun müddət dözümlülük göstərməsi bunu eməyə əsas verir ki həmin ev tərəflər arasında olmuş ümumi razılaşmaya əsasən inşa edilmişdir. Cavabdehlərin izahatları etdikləri hərəkətlər nəticəsində iddiaçılara vurduqları ziyana görə maddi məsuliyətdən yayınmaq niyyəti güdür. Ona görə də cavabdehlər iddiaçılara vurduqları ziyana görə maddi məsuliyət daşıyırlar.
10. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc hissəsinə münasibətdə qeyd edir ki, ekspert rəyinə əsasən İsmayıllı rayonu Qurbanəfəndi kəndİ ərazisində yerləşən, mübahisə predmeti olan tikilinin tikilməsinə sərf edilə biləcək pul vəsaitinin (xidmət haqqı və tikinti materialları nəzərə alınmaqla) məbləği, tikilinin faktiki vəziyyəti və təmirlik dərəcəsi nəzərə alınmaqla, hazırda tikilinin 1,0 m2 -nin təmirinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə dəyəri təqribən 150 manat təşkil edir. Belə olan halda, tədqiq olunan tikilinin ümumi sahəsinin 140,0 m2 (13,60m x 10,30m) olduğunu nəzərə alaraq, həmin tikilinin tikintisi üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 21000 manat (140,0 m2 x 150 manat) məbləğində müəyyən edilmişdir. Ekspert rəyində həmin evə çəkilən xərclər (xidmət haqqı və tikinti materialları) ümumi olaraq göstərilmişdir. Məhkəmə ekspert rəyinə əsaslanaraq hesab edir ki, fərdi yaşayış evinin tikintisinə çəkilmiş 21000 manat xərc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc hissəsində qismən – 21000 manat məbləğində təmin edilməlidir.
11. Məhkəmə iddia tələbinin evin təmir işlərinin görülməsi üçün zəhmət haqqı olaraq ustaya ödənilmiş 8170 manat, fərdi yaşayış evinə qaz xəttinin və işıq sayğacının quraşdırılması üçün çəkilmiş 600 manat hissələrinə münasibətdə qeyd edir ki, ekspert rəyində həmin evə çəkilən xərclər (xidmət haqqı və tikinti materialları) ümumi olaraq göstərilmişdir Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi evin təmir işlərinin görülməsi üçün zəhmət haqqı olaraq ustaya ödənilmiş 8170 manat, fərdi yaşayış evinə qaz xəttinin və işıq sayğacının quraşdırılması üçün çəkilmiş 600 manat hissələrində rədd edilməlidir.
12. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 55000 manat hissəsinə münasibətdə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları 55000 manat mənəvi zərər dəyməsini hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır.
13. İddiaçılar cavabdehlərin onlara 55000 manat mənəvi ziyan vurmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədilər. Həmin faktlar məhkəmə iclasında da öz təsdiqini tapmadı. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi mənəvi ziyana görə 55000 manat hissəsində də rədd edilməlidir.
14. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə təmin edilmiş tələbin məbləği 21000 manatdır. Ona görə də cavabdehlərdən müştərək qaydada 21000 manat fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc və həmin məbləğə uyğun olaraq 153 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçılara ödənilməlidir. Mülki iş üzrə ödənilmiş 347 manat dövlət rüsumunun 194 manatı iddiaçıların özlərinə aid edilməlidir.
15. İsmayıllı Rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli 2(037)-113/2022 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 müştərək qaydada 21000 manat fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc və 153 manat ödənilmiş dövlət rüsumu – cəmi 21153 (iyirmi bir min bir yüz əlli üç) manatın alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş 347 manat dövlət rüsumunun 194 manatının iddiaçılar İddiaçı1 və İddiaçı2 özünə aid edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 560-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
17. JN-032A KOD 40727028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu Qurbanəfəndi kəndi ərazisindən 0,12 hektar həyətyanı torpaq sahəsi X7, X3 və X4 mülkiyyətinə verilmişdir.
18. JN-183A KOD 40727028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu Qurbanəfəndi kəndi ərazisindən 0,20 hektar həyətyanı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir.
19. İsmayıllı rayon İHB-nin Qurbanəfəndi kənd İƏD üzrə Nümayəndəliyinin 03 dekabr 2021-ci il tarixli 233 nömrəli arayışından görünür ki, İsmayıllı rayonu Qurbanəfəndi kənd sakini İddiaçı1 kənd ərazisində Cavabdeh1 Bəybala oğluna məxsus olan 0,06 hektar torpaq sahəsində iki otaqlı ev inşa edərək orada ailəsi ilə birlikdə 2021-ci ilin avqust ayınadək yaşamışdır.
20. "xxxx" MMC-nin 02 dekabr 2021-ci il tarixli 21 nömrəli mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu Qurbanəfəndi kəndində İddiaçı1 tərəfindən inşa edilmiş tikintisi tam başa çatmamış fərdi yaşayış evinin tikintisinə sərf olunmuş yekun xərclər smetası 21730 manat həddindədir.
21. Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1905 nömrəli ekspert rəyindən görünür ki, İsmayıllı rayonu Qurbanəfəndi kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikilinin tikilməsinə sərf edilə biləcək pul vəsaitinin (xidmət haqqı və tikinti materialları nəzərə alınmaqla) məbləği, tikilinin faktiki vəziyyəti və təmirlik dərəcəsi nəzərə alınmaqla, hazırda tikilinin 1,0 m2-nin təmirinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə dəyəri təqribən 150 manat təşkil edir. Belə olan halda, tədqiq olunan tikilinin ümumi sahəsinin 140,0 m2 (13,60m x 10,30m) olduğunu nəzərə alaraq, həmin tikilinin tikintisi üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 21000 manat (140,0 m2 x 150 manat) məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir.
22. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçılar tərəfindən məhkəməyə müraciət etmək üçün 347 manat dövlət rüsumu ödənilmişdir.
23. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 Bəybala oğlu аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh X8 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş materiallarından və eləcə də iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından bəlli olur ki, iddiaçılarla cavabdehlər arasında torpaqdan istifadəyə dair hər hansı bir razılaşma olmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 mülkiyyətlərində olan 0,06 hektar həyətyanı torpaq sahəsini özbaşına zəbt etmiş, həmin torpaq sahəsində cavabdehlərin razılığı olmadan fərdi yaşayış evi inşa etmişlər. İddiaçılar özləri də etiraf edirlər ki, Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 mülkiyyətlərində olan 0,06 hektar həyətyanı torpaq sahəsində tikinti işləri aparmağa mane olmuşlar.
25. Göründüyü kimi iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, tərəflər arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. İddiaçılarla cavabdehlər arasında öhdəlik hüquq münasibətinin yaranması üçün əsasların heç biri mövcud olmayıb. Belə ki, müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətməyiblər.
26. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli 2(037)- 113/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 və onların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin İsmayıllı Rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli 2(037)-113/2022 saylı qətnaməsinin ləğv edilməli və iddianın rədd olmasına dair dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 əlavə olaraq bildirdilər ki, onlar İsmayıllı rayonu Qurbanəfəndi kəndində Alik Məcidovun ata yurdunda olan evdə yaşamışlar və yaşayırlar. İddiaçılar da əvvəllər həmin evdə yaşamışlar. Aralarında yaranmış münasibətlər pozulduğundan ümumi razılıqları əsasında iddiaçılar həmin kəndin ərazisində yerləşən onlara məxsus 0.12 ha həyətyanı torpaq sahəsinin bir hissəsində özlərinə məxsus ev tikmiş və orada yaşamağa başlamışlar. İddiaçıların evlərinin tikintisinə onlar da xeyir-dua verməklə bərabər 32 baş qoyun və 2 baş inək verməklə maddi yardım da göstərmişlər. Lakin, son zamanlar iddiaçılar onları özlərinə məxsus həyətyanı torpaq sahəsinin boş qalan hissəsindən istifadə etmələrinə maneəçilik törətmiş, özlərinin tikdikləri evə əlavə artırmalar etməklə torpaq sahəsinin daha artıq hissəsindən istifadə etməyə başlamışlar. Bu zəmində aralarında mübahisə yaranmış və iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Onlar idddiaçıların ev tikdikləri torpaq sahəsini birincilərə əvəzsiz vermişlər və həmin evdən istifadələrinə heç bir maneə yaratmırlar, əksinə iddiaçılar onların torpaq sahəsinin bütün hissəsinin birincilərə verilməsini tələb edirlər.
29. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli 2(037)-113/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, İsmayıllı rayonu Qurbanəfəndi kəndi ərazisində cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi mövcud olmuşdur ki, sonuncular da həmin torpaq sahəsini onlara daimi istifadə etməyə və üzərində ev tikərək yaşamaq üçün vermişlər. İddiaçı olaraq onlar həmin torpaq sahəsində özləri üçün 2017-ci ildən sonra birmərtəbəli 3 yaşayış otağından, dəhlizdən, mətbəxdən və sanitar qovşağından ibarət ev tikməklə orada yaşamağa başlamışlar. Son dövrlər onlar həyətlərində evə əlavə qoşma olaraq artırma işləri görərkən cavabdehlər tərəfindən təhqirlərə məruz qalmışlar. Cavabdehlər onların torpaq sahəsindən tam istifadə etmələrinə imkan verməməklə həmin evdən də istifadələrində problemlər yaratmışlar. Əslində cavabdehlər bütün torpaq sahəsini onlara vermələrinə baxmayaraq hal-hazırda yalnız evin yerləşdiyi ərazidən istifadə etmələrinə icazə verdiklərini bildirirlər.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 -ci maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. 1091.1-1092.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
33. Cavabdeh Mecidov X5 Rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli 2(037)- 113/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən və iddianın predmeti bölünməz olduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə, həmçinin bu qətnamənin 11-ci bəndində göstərilmiş hissədə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissələrdə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
35. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, birinci olaraq məhkəmə iddia tələbinin qanuni əsasının olub-olamamasını müəyyən etməlidir. Həmin əsaslar isə kimin kimdən nəyi hansı əsasla tələb-etməsindən ibarətdir.
36. Hazırki iş üzrə iddiaçılar cavabdehlərdən müştərək qaydada cavabdehlərə məxsus olan torpaq sahəsində tikdikləri fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcə görə 21730 manat, evin təmir işlərinin görülməsi üçün zəhmət haqqı olaraq ustaya ödənilmiş 8170 manat, fərdi yaşayış evinə qaz xəttinin və işıq sayğacının quraşdırılması üçün çəkilmiş 600 manat, mənəvi ziyana görə 55000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 320 manat dövlət rüsumunun tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kolelgiyasının araşdırmaları zamanı tərəflərin verdikləri izahatlardan və işin materiallarından bəlli olmuşdur ki, cavabdehlərə məxsus İsmayıllı rayonu Qurbanəfəndi kəndində 0.12 ha həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsinin bir hissəsində iddiaçılar özlərinə məxsus ev tikmiş və orada yaşamağa başlamışlar. İddiaçıların evlərinin tikintisinə qeyri-rəmi olaraq cavabdehlər razılıq vermiş və onalara maddi yardım da göstərmişlər. Son zamanlar tərəflər arasında istifadə olunan torpaq sahəsinin həcmi ilə bağlı mübahisə yaranmış, iddiaçılar torpaq sahəsinin bütün hissəsinin onların istifadəsinə verilməsini, cavabdehlər isə iddiaçıların tikdikləri evin yerləşdiyi torpaq sahəsinin və onun əhatəsində olan yardımçı sahənin iddiaçıların istifadəsində olmasını tələb etmişlər.
37. İddiaçılar tərəfindən evin tikilməsi üçün xərc çəkilmişdir, lakin bu xərcin çəkilməsi ilə əlaqədar tərəflərin arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçılar ilə cavabdehlər arasında tikinti işlərinin aparılması ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır. Bu qənaətini məhkəmə kollegiyası aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən, tikinti işlərinin görüldüyü zaman torpaq sahəsi cavabdehlərə aid olan torpaq sahəsi olmuşdur. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmamışdır. İddiaçı tikinti xərcini öz ailəsinin maraqları naminə çəkmişdir. Hazırda cavabdehlər iddiaçıların torpaqdan çıxarılmasını tələb etmir. Cavabdehlər əsassız varlanmamışlar. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Belə tələblər yolverilməzdir. Cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətməmişlər. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi bu tələbi qismən də olsa təmin etməklə iddianın təmin edilmiş hissəsində, həmçinin bu qətnamənin 11-ci bəndində göstərilmiş hissədə düzgün nəticəyə gəlməmişdir, həmin hissələrdə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsaslar mövcuddur.
38. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Bəybala oğlu izahatında bildirmişdir ki, onun iddiaçıların evdə yaşamaları ilə problemi yoxdur. İddiaçılar onu 6 sot olan öz torpağına girməyə qoymurlar. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, onlar iddiaçıları evdən çıxartmamışlar. Ev iddiaları yoxdur. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili Nümayəndə Novruz oğlu izahatında bildirmişdir ki, cavabdehlərin evdə qarşı tərəfin qalması ilə bağlı problemi yoxdur. Sadəcə torpaqla bağlı mübahisədir. Qalan torpaq sahəsinin əkib becərməsinə mane olurlar.
39. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müyyən olundu ki, cavabdehlər tərəfindən iddiaçıların inşa etdikləri fərdi yaşayış evindən çıxarılmaları halı mövcud deyildir. Belə olan halda, iddiaçıların inşa etdikləri və yaşadıqları fərdi yaşayış evindən yaşamağa davam etmələri ilə bağlı mübahisə olmadığından sonuncuların həmin fərdi yaşayış evinə çəkdikləri xərcin və mənəvi zərərin ödənilməsini tələb etmələri üçün əsas qalmır. Hazırki işin tərəfləri arasında torpaq sahəsi ilə bağlı mübahisə mövcuddur ki, həmin mübahisə hazırki iddia tələbinin predmeti olmadığından məhkəmə həmin mübahisəni araşdırmır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
40. Məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərərə görə pulun ödənilməsi hissəsinin təmin edilməməsi qərarına gələrkən hazırki qətnamənin 12-13-cü bəndlərində göstərilmiş hallara istinad etməkdə haqlı olmuşdur.
41. Birinci instansiya məhkəməsi iddia tələbinin evin təmir işlərinin görülməsi üçün zəhmət haqqı olaraq ustaya ödənilmiş 8170 manat, fərdi yaşayış evinə qaz xəttinin və işıq sayğacının quraşdırılması üçün çəkilmiş 600 manat hissəsini təmin etməyərkən ekspert rəyində həmin evə çəkilən xərclərin (xidmət haqqı və tikinti materialları) ümumi olaraq göstərildiyini əsas götürmüşdür ki, hazırki vəziyyətdə iddia tələbinin həmin hissədə də qanuni əsası mövcud olmadığından birinc instansiya məhkəməsinin iddianı o əsasla rədd etməsi ilə razılaşmır. Hazırki qətnamənin 35-37-ci bəndlərində göstərilmiş əsaslarla iddia tələbi həmin hissədə də rədd edilməlidir.
42. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın təmin edilmiş hissəsində, həmçinin bu qətnamənin 11-ci bəndində göstərilmiş hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissələrdə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissələrdə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh1 Bəybala oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli 2(037)-113/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində, həmçinin bu qətnamənin 11-ci bəndində göstərilmiş hissədə ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 qarşı evin inşa edilməsinə görə çəkilmiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası həmin hissələrdə də rədd edilməlidir. İddia tələbi rədd edildiyindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçılardan tutulmalı, həmçinin ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 Bəybala oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli 2(037)-113/2022 saylı qətnaməsi iddianın təmin edilmiş - cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 müştərək qaydada 21000 manat fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc və 153 manat ödənilmiş dövlət rüsumu – cəmi 21153 (iyirmi bir min bir yüz əlli üç) manatın alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi hissəsində, həmçinin iddia tələbinin evin təmir işlərinin görülməsi üçün zəhmət haqqı olaraq ustaya ödənilmiş 8170 manat və fərdi yaşayış evinə qaz xəttinin və işıq sayğacının quraşdırılması üçün çəkilmiş 600 manata aid - rədd edilmiş hissəsində ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 qarşı evin inşa edilməsinə görə çəkilmiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası həmin hissələrdə rədd edilsin. 50 (əlli) manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Mülki iş üzrə ödənilmiş 153 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev