Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2112/2021 15.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(051)-1574/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(051)-1574/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia tələbi qismən təmin olunmuş, Mingəçevir şəhər Məhkəməsinin 13 mart 2012-ci il tarixli 2(051)-432/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa 80 manat, cəmi 160 manat məbləğində aliment tutulub İddiaçı verilməsi, artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ödənilməli olan alimentin miqdarının artırılmasını və hər ay hər uşağa 170 manat, cəmi 340 manat miqdarında alimentin tutularaq onun xeyrinə aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X4 adlı iki nəfər uşaqları olmuşdur. Tərəflər ailə münasibətlərinə daxil olanda yaşı az olduğu üçün rəsmi nikah bağlamamışlar, sonradan cavabdeh müxtəlif bəhanələrlə nikah bağlamaqdan yayındı, bu azmış kimi ailə münasibətlərindən doğulmuş uşaqlarına atalıq verməkdən imtina etdi. Rəsmi nikah bağlamaması və ailə münasibətlərindən doğulmuş uşaqlara atalığın verməməsi, cavabdehin ər və ata kimi öz vəzifələrini icra etməməsi idi. Tərəflər faktiki olaraq ayrı yaşayır. iddiaçı məhkəməyə atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizə ilə müraciət etdi, işə baxılarkən cavabdeh faktiki ailə münasibıətlərindən doğulmuş uşaqlara atalıq verdiyi üçün, iddia tələbimin həmin hissəsinə xitam verildi. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-432/2012 saylı 13 mart 2012-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, Mingəçevir şəhəri Tərəvəzçilik sovxozundakı Əkinçi döngəsində 12 saylı evdə yaşayan Cavabdeh 27 dekabr 2008-ci ildə doğulmuş X5 və 06 dekabr 2009- cu ildə doğulmuş X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün, hər uşağa 50 (əlli) manat tutulub, Ağdam şəhəri Fizuli küçəsindəki 90 saylı evdə qeydiyyatda olan İddiaçı qızna verilməsi qət edilmişdir. Cavabdeh müəyyən olunmuş aliment miqdarını ödəməkdən qərəzli olaraq yaynır. Uşaqlar böyümüşdür. Məktəblidirlər. Hər şeyin qiyməti qalxıb, o cümələdən məktəb ləvazimatı və ərzaq məhsulları, geyim əşyaları. Qiymətlərin qalxması iddiaçıya tək ana kimi müəyyən olunmuş aliment miqdarı ilə uşaqlara baxmağda çətinlik yaradır. Gündəlik təlabat malları və geyim əşyaları gözəçarpacaq dərəcədə demək olar ki, 100 faiz bahalaşmışdır. Cavabdeh fərdi işlə məşğuldur. Yaxşı qazancı vardır. Qazancı dəyişkəndir. Türkiyə Respublikasına gedib-gəlir. 2012-ci ildə müəyyən olunmuş aliment məbləği uşaqların saxlanılması üçün yetərli deyil. Uşaqların saxlanmasında çətinlik çəkir. Faktiki nikahlarından doğulmuş uşaqlara iddiaçı valideynlərinin köməkliyi ilə baxıra. Hazırki vaxta 12-13 yaşlı uşaqlara 50 manat alimentlə baxmaq mümkün deyil. Cavabdeh kifayət qədər gəlirə malikdir. Onun uşaqların saxlanması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı vardır. Ona görə də məhkəmədən Cavabdeh 27.12.2008ci il təvəllüdlü X1 və 06.12.2009- cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ödənilməli olan alimentin miqdarının artırılmasını və hər ay hər uşağa 170 manat, cəmi 340 manat miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, Cavabdeh ilə rəsmi nikah qeyd etdirmədən ailə münasibətlərinə daxil olmuşdur. Onların faktiki ailə münasibətlərindən 27 dekabr 2008-ci ildə Çinarə və 06 dekabr 2009-cu ildə isə Sadiq adlı iki nəfər uşaqları dünyaya gəlmişdir. Onlar ailə münasibətlərinə daxil olanda yaşı az olduğu üçün rəsmi nikah bağlamamışlar, sonradan cavabdeh müxtəlif bəhanələrlə nikah bağlamaqdan yayınmışdır, bu azmış kimi ailə münasibətlərindən doğulmuş uşaqlarına atalıq verməkdən imtina etmişdir. Rəsmi nikah bağlamaması və ailə münasibətlərindən doğulmuş uşaqlara atalığın verməməsi, onun ər və ata kimi öz vəzifələrini icra etməməsi idi. Onlar faktiki olaraq ayrılmışlar. O, məhkəməyə atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizə ilə müraciət etmişdir, işə baxılarkən cavabdeh faktiki ailə münasibətlərindən doğulmuş uşaqlara atalıq verdiyi üçün, iddia tələbinin həmin hissəsinə xitam verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-432/2012 saylı 13 mart 2012-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, Mingəçevir şəhəri Tərəvəzçilik sovxozundakı Əkinçi döngəsində 32 saylı evdə yaşayan Cavabdeh 27 dekabr 2008-ci ildə doğulmuş X5 və 06 dekabr 2009-cu ildə doğulmuş M əmmədzadə Sadiq Qədir oğlunun yetkinlik yaşma çatana kimi saxlanması üçün, hər uşağa 50 (əlli) manat tutulub, Ağdam şəhəri Fizuli küçəsindəki 90 saylı evdə qeydiyyatda olan İddiaçı, yəni mənə verilməsi qət edilmişdir. Cavabdeh müəyyən olunmuş aliment miqdarını ödəməkdən qərəzli olaraq yayınır. Uşaqlar böyümüşdür. Məktəblidirlər. Hər şeyin qiyməti qalxıb, o cümələdən məktəb ləvazimatı və ərzaq məhsulları, geyim əşyaları. Qiymətlərin qalxması mənə tək ana kimi müəyyən olunmuş aliment miqdarı ilə uşaqlara baxmağda çətinlik çəkir. Gündəlik təlabat malları və geyim əşyaları gözə çarpacaq dərəcədə, demək olar ki, 100 faiz bahalaşmışdır. Cavabdeh fərdi işlə məşğuldur. Yaxşı qazancı vardır. Qazancı dəyişkəndir. Türkiyə Respublikasına gedib-gəlir. 2012-ci ildə müəyyən olunmuş aliment məbləği uşaqların saxlanılması üçün yetərli deyil. Uşaqların saxlanmasında çətinlik çəkir. Faktiki nikahlarından doğulmuş uşaqlara o, valideynlərinin köməkliyi ilə baxır. Hazırki vaxta 12-13 yaşlı uşaqlara 50 manat alimentlə baxmaq mümkün deyil. Cavabdeh kifayət qədər gəlirə malikdir. Onun uşaqların saxlanması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı vardır. 13.03.2012-ci il tarixli qətnamənin qəbulundan 9 il 6 ay vaxt keçmiş, bu illər ərzində uşaqlar böyümüş, dollar iki dəfə devalivasiya etmiş, ərzaq məhsullarının qiyməti 3-4 dəfə artmışdır. Ona görə də, Mingçevir Şəhər Məkəməsinin 30 avqust 2021-ci il tarixli 2(051)- 1574/2021 nömrəli qətnaməsinin dəyişdirilərək, Cavabdeh 27.12.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanması üçün sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat və 06.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(051)- 1574/2021 nömrəli qətnaməsi 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutulub İddiaçı verilməli olan aliment məbləği hər ay hər uşağa 120 manat, cəmi 240 manat müəyyən edilməklə dəyişdirilməli, qətnamənin iddianın təmin edilməmiş mübahisələndirilən hər uşaq üçün 50 manat olmaqla iki uşaq üçün cəmi 100 manata aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X4 adlı uşaqların atası kimi Cavabdeh, anası kimi İddiaçı göstərilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 13 mart 2012-ci il tarixli, 2(051)- 432/2012 saylı qətnaməsindən görünür ki, 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment cavabdeh X6 tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 112.1-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə, Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3, 5 və 13-cü maddələrinə və «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X4 iddiaçının yanındadır. Alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Çinarə və Sadiq adlı uşaqlar böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyyədədir və o uşağını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay hər uşağa 80 manat, cəmi 160 manat miqdarında tutulmasını məqsədə uyğun sayır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin 2(051)-432/2012 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat miqdarında müəyyən edilməli və hər ay tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-432/2012 saylı 13 mart 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər üşaq üçün 50 manat olmaqla iki uşağa görə cəmi 100 manat aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 170 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh hər ay bir uşaq üçün sabit pul məbləğdə 80 manatdan daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmaması barədə sübut təqdim etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-432/2012 saylı 13 mart 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər üşaq üçün 50 manat olmaqla iki uşağa görə cəmi 100 manat aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat müəyyən etməklə düzgün nəticəyə gəlmədiyindən və işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(051)-1574/2021 nömrəli qətnaməsi 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutulub İddiaçı verilməli olan aliment məbləği hər ay hər uşağa 120 manat, cəmi 240 manat müəyyən edilməklə dəyişdirilməli, qətnamənin iddianın təmin edilməmiş mübahisələndirilən hər uşaq üçün 50 manat olmaqla iki uşaq üçün cəmi 100 manata aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(051)- 1574/2021 nömrəli qətnaməsi 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutulub İddiaçı verilməli olan aliment məbləği hər ay hər uşağa 120 manat, cəmi 240 manat müəyyən edilməklə dəyişdirilsin. Qətnamənin iddianın təmin edilməmiş mübahisələndirilən hər uşaq üçün 50 manat olmaqla iki uşaq üçün cəmi 100 manata aid hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2112/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2112/2021
15.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver