Məhkəmə qərarları › İş №2(107)-2113/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2113/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2113/2020 27.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə X4 “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-495/2020 nömrəli qərardadından iş üzrə X4 “xxxxxxxxx” ASC-nin ləğvedicisi X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X4 "xxxxxxxxx" ASC-nin ləğvedicisi X3 iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2965,5 manat əsas, 1901,15 manat faiz, 1788,09 manat cərimə, 444,03 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla, cəmi 7098,77 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxxxxxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-495/2020 nömrəli (hakim R.Şirinov) qərardadı ilə X4 “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. X4 “xxxxxxxxx” ASC-nin ləğvedicisi X3 şikayət verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-495/2020 nömrəli qərardadının ləğv edilməsini və yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrasını təmin etmək məqsədi ilə xx xxx 2019-cu il tarixdə X2 rəsmi internet səhifəsində elan verilərək vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31, ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Restrukturizasiyanın aparılmasını təmin etmək üçün əsas şərtlərdən biri borcalan fiziki şəxslərin ləğvediciyə müraciət etməsidir. Belə bir müraciət olmadığı təqdirdə borcalan fiziki şəxslərlə restrukturizasiyanın aparılması qeyri mümkündür. Cavabdeh1 lazımınca xəbərdar edilməsinə baxmayaraq güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi bağlanması üçün xx xxxx 2020- ci il tarixdə banka müraciət etmişdir. Cavabdeh1 tərəfindən vaxtında belə bir müraciət olmadığı üçün restrukturizasiya aparılmamışdır. Cavabdehlərin məlum nömrələri ilə əlaqə saxlamaq mümkün olmamışdır. Belə olan halda iddia ərizəsinin qərardadda göstərilən əsaslarla baxılmamış saxlanılması kredit tələbi ilə bağlı iddia müddətinin ötürülməsi ilə nəticələnər. Göstərilən qərardad əsassız olduğundan ləğv edilməsi və icraatın təzələnməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(037)-495/2020 nömrəli qərаrdаdı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-495/2020 nömrəli qərardadından X4 “xxxxxxxxx” ASC-nin ləğvedicisi X3 tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2(037)-495/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. X4 "xxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli 082/15 nömrəli kredit müqaviləsi üzrə borc məbləği vaxtı keçmiş kredit borclarına aid olduğundan, lakin iddiaçı tərəfindən həmin kredit borcunun restrukturizasiya olunması, kreditə hesablanmış faizlərin silinməsi və məhkəmədə olan işin geri çağırılmasını təmin edən tədbirlər görülməsi barədə məhkəməyə hər hansı sənəd təqdim edilmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən əlavə olaraq iddiaçıya izah olunur ki, fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X4 “xxxxxxxxx” ASC-nin X1 Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-495/2020 nömrəli nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar