Məhkəmə qərarları › İş №2(107)-2114/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2114/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2114/2020 02.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair ərizəsinin baxılmamış saxlanılması barədə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)- 598/2020 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X1 nümayədəsi Qanuni nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X3 iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1824,29 manat əsas borc, 1252,08 manat faiz borcu, 1049,51 manat cərimə, 272 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla, cəmi 4397,88 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Ülviyyə Qarazadə iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, xx xxxx 2015-ci il tarixli 0150/15 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər tərəfindən kredit müqaviləsinin şərtləri pozulduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh yeni müqavilə bağlanılması ilə bağlı kredit təşkilatına müraciət etsə də və onun müraciəti qeydiyyata alınsa da güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması üçün Prezidentin məlum Fərmanı ilə verilmiş müddət bitmişdir. Hazıkı vəziyyətdə cavabdehlə yeni kredit müqaviləsi bağlanılmamışdır. Ona görə də iddia tələbinin təmin olunaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1824,29 manat əsas borc, 1252,08 manat faiz borcu, 1049,51 manat cərimə, 272 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla, cəmi 4397,88 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, İddiaçı ASC tərəfindən 2015-ci ildə Cavabdeh2 3500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə o, Cavabdeh2 zamin durmuşdur. İlk aylarda kredit borcundan ödənişlər aparılsa da bank bağlandığından kredit borcunu hara ödənilməsini bilmədiklərindən ödənişləri dayandırmışlar. İddiaçı ASC-nin keçmiş əməkdaşından aylıq ödənişlərin hara ödənilməsi ilə bağlı maraqlansalar da, heç bir məlumat əldə edə bilməmişlər. Bankın bağlanmış filialından onlara gözləmələri bildirilmişdir. Ona görə də kredit borcu ödənilməmiş qalmışdır. Onların kredit borcu Prezidentin məlum Fərmanının təsir dairəsinə düşmüşdür. Vaxtında iddiaçı tərəfindən lazımı qaydada onlara məlumat verilsəydi göstərilən sərfəli şərtlərlə yeni müqavilə bağlayardılar. Bir müddət əvvəl yeni kredit müqaviləsi bağlamaq üçün Cavabdeh2banka ərizə ilə müraciət etmiş, ərizəsi qeydiyyata alınmışdır və yeni müqavilə bağlanılacağı bildirilmişdir. İddiaçının hazırkı tələblə onlara qarşı iddia qaldırmasını əsassız hesab edərək iddia tələbinin baxılmamasını xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə Cavabdeh2 iştirakı olmadan baxılması qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-598/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiаçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X1 nümayədəsi Qanuni nümayəndə şikаyət verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-598/2020 nömrəli qərardadının ləğv edilməsini və icraatın təzələnməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(037)-598/2020 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-598/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-598/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. xx xxxxxx 2020-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh2 kredit borcunun 60 ay müddətinə hissə-hissə ödənilməsinə dair ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 müraciət etmiş, ərizə həmin tarixdə Fond tərəfindən qəbul olunmuşdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh2 1824,29 manat qalıq borcu qalmışdır. Hazırda cavabdehlərdən kredit müqaviləsi üzrə 1824,29 manat əsas borc, 1252,08 manat faiz borcu, 1049,51 manat cərimə, 272 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla, cəmi 4397,88 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu borc tələb olunur. Cavabdeh2 ayrılmış kredit məbləği Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşsə də, kredit borcunun restrukturizasiya olunması, bank tərəfindən qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılması barədə cavabdehlərə göndərilən bildirişlərin onlar tərəfindən alınmasını təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. İddiaçının nümayəndəsi Cavabdeh2 kredit təşkilatı ilə yeni kredit müqaviləsi bağlamadığını bildirərək iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasına gəlməsə də, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 yeni kredit müqaviləsi bağlanılmasına dair müraciətini məhkəməyə göndərmişdir. Müraciəti qeydiyyata alınsa da nəticəsi barədə məlumat yoxdur. Cavabdeh1 məhkəmə iclasında bankın filialı bağlandığından aylıq kreditləri hara ödənilməsini bilmədiklərini, yeni kredit müqaviləsi bağlanılması ilə bağlı vaxtında onlara məlumat verilmədiyini, əsas cavabdehin yeni kredit müqaviləsi bağlanılması ilə bağlı ərizəsinin qeydiyyata alındığını göstərmişdir. Ona görə də iddiaçının hazırkı tələblə onlara qarşı iddia qaldırmasını əsassız hesab edərək iddia tələbinin baxılmamasını xahiş edir. Hazırkı iddia ərizəsi icraata götürüldüyündən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır İddiaçıya izah olunmuşdur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-cı maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-598/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X1 nümayədəsi Qanuni nümayəndə tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-598/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar