Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2118/2020 13.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1442/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və Cavabdehtərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24734.60 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1442/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 19191.60 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı və Cavabdehtərəfindən apelyasiya şikаyətləri verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsinə münasibətdə işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddia təmin edilməyən hissədə də təmin edilməlidir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1442/2020 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsinə münasibətdə işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının oğlu X6 ilə xx xxxxxxx 2016-cı il tarixdə faktiki ailə münasibətləri olub. Həmin münasibətlərdən xx xxx 2017-ci il tarixdə X4 dünyaya gəlmişdir. Umudov Pünhan polis zabiti işləyir. Pünhan Umudovla münasibətləri korlandığından o məcbur qalıb Respublikanın səlahiyyətli orqanlarına ərizə ilə müraciət etmişdir. Pünhanın atası İddiaçı onunla görüşmüş və övladından şikayətçi olmasın deyə müraciət etdi. xx xxxxxx 2018-ci ildə notarial qaydada İddiaçı ona on min manat bəxşiş etmişdir. O isə bunun müqabilində Pünhan Umudovdan heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada ərizə vermişdir. Həmin on min manata Ucar rayonunda iki otaqlı ev almışdır. Həmçinin İddiaçı ona pul bəxşiş edərkən ona evinin təmiri üçün 20000 manat civarında köməklik edəcəyini də vəd etmişdir. Hazırda İddiaçı ondan 24000 manat pul tələb edir. Qeyd edir ki, İddiaçı özünə məxsus tikinti materialları mağazası mövcuddur. Göstərilən fakturalarda qeyd edilən məbləğlərdə tikinti materiallarını o həqiqətən də alımışdır. Lakin 5543 rəqəmi qeyd edilən faktura ilə razı deyil. Bundan başqa İddiaçı evdə təmir işləri aparan ustaya da 4000 manat pul vermişdir. Həmçinin İddiaçı 1500 manat borc almışdır və bu barədə ona yazılı izahat da vermişdir. Hər bir faktura sənədi tələfindən imza etdirilməklə verilmişdir. Həmin nisyə verilən tikinti materialları və iddiaçı tərəfindən verilmiş ustanın zəhmət haqqı ona İddiaçı tərəfindən verilən vədin nəticəsində baş vermişdir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1442/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onun tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1442/2020 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1442/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Məmmədov Fərhad Möhübbət oğlu Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1442/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1442/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini məhkəmə iclasında iştirak edən şəxslərin izahatını və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1442/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan və məhkəmə koleegiyasının iclasında tədqiq edilən: -xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 1291.20 manat dəyərində tikinti materialları verilmişdir. - xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 831.80 manat dəyərində tikinti materialları verilmişdir. - xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 58.20 manat dəyərində tikinti materialları verilmişdir. - xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 232.40 manat dəyərində tikinti materialları verilmişdir. - xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 145.60 manat dəyərində tikinti materialları verilmişdir. - xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 8 manat dəyərində tikinti materialları verilmişdir. - xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 43.60 manat dəyərində tikinti materialları verilmişdir. -xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 167.30 manat dəyərində tikinti materialları verilmişdir. - xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 1507.60 manat dəyərində tikinti materialları verilmişdir. - xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 85.50 manat dəyərində tikinti materialları verilmişdir. - xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 964.80 manat dəyərində tikinti materialları verilmişdir. - xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 935.80 manat dəyərində tikinti materialları verilmişdir. -xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 123 manat dəyərində tikinti materialları verilmişdir. - ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh tikinti materialları qeyd edilməyən 5543 rəqəmi qeyd edilən fakturaya imza etmişdir. -xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 2000 manat dəyərində tikinti materialları verilmişdir. -xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 74.50 manat dəyərində tikinti materialları verilmişdir. -xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 256.50 manat dəyərində tikinti materialları verilmişdir. -xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 57.60 manat dəyərində tikinti materialları verilmişdir. -xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 918.10 manat dəyərində tikinti materialları verilmişdir. -xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 201.70 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 431.10 manat dəyərində tikinti materialları verilmişdir. -xx xxxxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 293 manat dəyərində tikinti materialları verilmişdir. -xx xxxxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 224 manat dəyərində tikinti materialları verilmişdir. -xx xxxxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 117.50 manat dəyərində tikinti materialları verilmişdir. -xx xxxxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 292.80 manat dəyərində tikinti materialları verilmişdir. -xx xxxxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 442 manat dəyərində tikinti materialları verilmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, ustadır və ev təmirləri ilə məşğul olur. Qahirənin evində ustalıq edərək, təmir işləri görmüşdür. Ev sahibindən pul istəyərkən ona pulu İddiaçı verəcəyini bildirmişdir. Onun 6000 manat məbləğində zəhmət haqqısını İddiaçı vermişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, İddiaçı məxsus tikinti materilları mağazasında satıcı işləyir. Qahirə evinin təmiri üçün tikinti materialları nisyə götürmüşdür. Bu barədə qaimə fakturaları yazmış və Qahirə həmin fakturaları imzalamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, sürücü işləyir. Cavabdeh İddiaçı məxsus tikinti materialları mağazasından material alarkən, həmin materialları Qahirənin evinə öz avtomobili ilə o daşımışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, fəhlə işləyir. Qahirə İddiaçı məxsus tikinti materialları mağazasında material alarkən, həmin materialları avtomobilə yükləyərək, Qahirənin evinə getmiş və oraya materialları boşaltmışdır. Məhkəmə kollegiyası iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı övladı Pünhan Umudovla tanış olub münasibət qurmuşlar. Cavabdeh Ucar rayonuna köçərək orada yaşamağa başlamışdır. Cavabdeh Pünhan Umudovla münasibətləri korlandığından hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Cavabdeh ilə İddiaçı razılığa gələrək sonuncu Cavabdeh 10000 manat pul bəxşiş etmiş və Cavabdeh Pünhan Umudovdan heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiqlənmiş ərizə vermişdir. Cavabdeh həmin pula Ucar rayonunda ev almışdır. Ev şəraitsiz olduğundan təmir və yenidən qurma işlərinin aparılmasına zərurət yaranmışdır. Həmin təmir tikinti işlərinin aparılması üçün Cavabdeh İddiaçı məxsus tikinti materialları mağazasından nisyə materiallar almış və evini təmir etdirmişdir. Həmçinin evin təmirini aparan ustanın da zəhmət haqqısını İddiaçı vermişdir. Bundan başqa Cavabdeh iddiaçıdan 1500 manat borc pul almışdır. İddiaçı cavabdehdən cəmi 24734.60 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 5543 manat istisna olmaqla tikinti materiallarını nisyəyə götürməsini, onun yerinə iddiaçı ustaya 4000 manat pul verməsini və iddiaçıdan 1500 manat borc aldığını etiraf etmişdir. Lakin həmin tikinti materiallarının və 4000 manat ustanın əmək haqqısının iddiaçı ona oğlu Pünhandan şikayətiçi olmasın deyə ona 10000 manat pulu notarial qaydada bəxşiş edilərkən verilən şifahi vədin nəticəsində olmuşdur. Cavabdeh hazırda iddiaçıya cəmi 1500 manat borcu olduğunu bildirmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən, Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinə münasibətdə iş üzrə verilmiş apelyasiya şikayətinin qətnamənin qismən ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçı ******* saylı qaimə fakturada qeyd olunan 5543 manat pulun cavabdehə satıcı tərəfindən nəğd şəkildə verilməsini bildirsə də, həmin qəbz sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin fakturada yalnız rəqəmlər göstərilmiş, həmin rəqəmlərin hansı məna daşıması qeyd edilməmişdir. Həmçinin fakturanın hansı tarixdə yazılması qeyd edilməmişdir. Bu hallar da iddiaçının həmin dəlilinin mötəbər olmasını istisna edir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinə münasibətdə iş üzrə verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddianın təmin edilmiş hissəsinin əsaslı olması qaimələr, şahid ifadələri, cavabdehin etirafları və işin digər halları ilə öz təsdiqini tapmışdır. Cavabdeh həmin məbləğlərin borc olmadığını, iddiaçının öz vədini yerinə yetirdiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərində göstərdiklərinə bir daha münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilən qanun normalarının tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh və İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri təmin edilmədən, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1442/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və Cavabdehtərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1442/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-2118/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2118/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver