Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-212/2021 01.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(025)-460/2020 saylı qətnaməsindən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(025)-460/2020 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 28.10.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı kredit müqaviləsi üzrə 5.159,53 manat məbləğində kredit borcu, 1.052,69 manat məbləğində faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 6.312,22 (altı min üç yüz on iki manat iyirmi iki qəpik) manat və 30 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28.10.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı kredit müqaviləsi üzrə 6535,83 manat əsas, 2627,03 manat faiz və 2348,18 manat cərimə olmaqla, cəmi 11511,04 manat məbləğində borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28.10.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC tərəfindən 12 ay müddətinə illik 26 faizlə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 10 iyul 2017-ci il tarixə Cavabdeh3 banka 28.10.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı kredit müqaviləsi üzrə 6535,83 manat əsas, 2627,03 manat faiz və 2348,18 manat cərimə olmaqla, cəmi 11511,04 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh3 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. 16.01.2018-ci il tarixdə Qəbələ Rayon Məhkəməsi tərəfindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair 2(025)-111/2018 saylı mülki iş üzrə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh3 fərmanın təsir dairəsinə düşmədiyi barədə Şəki Apellyasiya Məhkəməsinə ərizə təqdim etməklərinə baxmayaraq Şəki Apellyasiya Məhkəməsi tərəfindən 23.07.2019-cu il tarixdə 2(107)- 280/2019 nömrəli mülki iş üzrə qərardad çıxarılmışdır. Qərardada əsasən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin nümayəndəsi X9 göstərmişdir ki, hazırkı iddia tələbi ilə əvvəl də məhkəməyə müraciət olunmuş və Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2(025)-111/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermiş və Şəki Apelyasiya Məhkəməsinin 23.07.2019-cu il tarixli 2(107)-280/2019 nömrəli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının icra olunması üçün baxılmamış saxlanılmışdır. Lakin Cavabdeh3 ilə bağlanmış 28.10.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı kredit müqaviləsi fərmanın təsir dairəsinə düşməmişdir. Belə olub yenidən əvvəlki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Həmçinin Cavabdeh3 apelyasiya şikayətinə baxılan zaman Şəki Apelyasiya Məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18 iyun 2019-cu il tarixli rəy verilmişdir. Hal-hazırda Cavabdeh3 isə məhkəməyə əsassız etirazlar göndərərək məhkəmə prosesini uzatmaq istəyir. Göstərilənlərə əsasən hazırkı iddia tələbi ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2019-cu il tarixli rəyinin iş materiallarına əlavə edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi ilə öhdəliklərini vaxtında icra etmədiyi üçün, məhkəməyə müraciət edilən tarixdə 6535.83 manat əsas borc, 2627.03 manat faiz, 2348.18 manat cərimə və ümumilikdə 11511.04 manat borcu qalmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23.07.2019-cu il tarixli, 2(107)-280/2019 saylı qərardadı ilə Cavabdeh3 apellyasiya şikayətinin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinə baxılan zaman Şəki Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18 iyun 2019-cu il tarixli rəy verilmişdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş 18 iyun 2019cu il tarixli ekspert rəyində ödənişlər ümumi borcdan çıxılmış və Cavabdeh3 102.LN.2102.281014.00002 nömrəli, 28.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu 5159.53 manat əsas və 1052.69 manat faiz məbləği kimi müəyyən edilmişdir. Qəbələ Rayon Məhkəməsi Şəki Apellyasiya Məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş ekspert rəyini əsas götürərək 15.09.2020-ci il tarixdə qətnamə qəbul etmişdir. Belə ki, 3757 nömrəli, 18 iyun 2019-cü il tarixli ekspert rəyi üzrə ekspert tərəfindən təhqiqatın hansı metodlarla aparılması, ekspertizanın rəyinin düzgün olub-olmaması müəyyən edilməmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ekspertiza keçirən zaman kredit müqaviləsi üzrə gecikdirilmiş faizlərini nəzərə almamışdır. Hesab edir ki, ekspert rəyində düzgün nəticəyə gəlməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(025)-460/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmamış, borc məbləğini müəyyən etmək üçün ekspertiza təyin etməmişdir. Məhkəmə eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə işə təkrarən baxmışdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(025)-460/2020 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Qəbələ Rаyon Məhkəməsinin 15 sentyabr 2020-ci il tаrixli, 2(025)-460/2020 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-i ilə Cavabdeh3 arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh3 illik 26 faizlə 12 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 565 nömrəli 10 iyul 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 kredit müqaviləsinə əsasən hal-hazırda 6535,83 manat əsas borc, 2627,03 manat faiz borcu, 2348,18 manat cərimə borcu, ümumilikdə 11511,04 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 28.10.2014-cü il tarixli kredit müqaviləsinə əlavə kreditin ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh3 15.000 manat məbləği 12 ay müddətinə illik 26% faizlə hər ay 1432,95 manat, sonuncu ay isə 1432,98 manat annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 28.10.2014-cü il tarixli 102.CL.281014.00002/b saylı zaminlik müqaviləsindən görünür ki, Rəhimov X1 Mahmud Qənbər oğlunun “xxxx”dan götürdüyü kredit üzrə öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 28.10.2014-cü il tarixli 102.CL.281014.00002/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh3 “xxxx”dan götürdüyü kredit üzrə öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 25.09.2017-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə pul öhdəliklərinin təmin edilməsi üçün aidiyyəti üzrə məhkəmə orqanlarına göndəriləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş DİN MAPS şöbəsi tərəfindən verilmiş 21.08.2017-ci il tarixli arayışdan görünür ki, xx.xx.1980-ci ildə Ağdam rayonu Şurabad kəndində anadan olmuş Cavabdeh3 Ağdam rayonu Şurabad kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş DİN MAPS şöbəsi tərəfindən verilmiş 04.02.2016-ci il tarixli arayışdan görünür ki, xx.xx.1977-ci ildə Göyçay şəhərində anadan olmuş Cavabdeh2 Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş DİN MAPS şöbəsi tərəfindən verilmiş 21.08.2017-ci il tarixli arayışdan görünür ki, xx.xx.1976-ci ildə Qəbələ rayonu Laza kəndində anadan olmuş Cavabdeh1 Qəbələ rayonu Laza kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 18 iyun 2019-cu il tarixli, № 3757 nömrəli ekspert rəyində və rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh3 15.01.2019-cu il tarixə ödəməli olduğu borc məbləği 6.212,21 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 5.159,53 manat, faiz borcu 1.052,69 manat. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, 28.10.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ASC tərəfindən 12 ay müddətinə illik 26 faizlə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. İddiaçı cavabdehlərə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə mürraciət etmiş, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Qətnamədən narazı qalan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 apellyasiya şikayətləri vermişlər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, faiz borcunun hesablanması müqavilə müddəti qurtardığı andan dayandırılır. Birinci instansiya məhkəməsi qətnamədə 18 iyun 2019-cu il tarixli, № 3757 nömrəli ekspert rəyinə istinad edərək Cavabdeh3 15.01.2019-cu il tarixə ödəməli olduğu borc məbləğini qət etmişdir. Halbuki, iddiaçı iddia ərizəsində Cavabdeh3 10 iyul 2017-ci il tarixə (iddia ərizəsinə əlavə edilmiş maliyə arayışında da cavabdehin 10.07.2017-ci ii tarixə olan borcu göstərilmişdir) olan əsas, faiz və cərimə borcunu tələb etmişdir. Azərbaycan Republikası MPM-in 218.3-ci maddəsində göstərilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göründüyü kimi, birinci instansiya məhkəməsi idia tələbindən kənara çıxmışdır. İş üzrə qаnuni və obyektiv qərаr qəbul edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2020-ci il tarixli, 2(107)-2254/2020 saylı qərardadı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspertizanın aparılması nəticələrinə dair rəy verilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2021-ci il tarixli, 9/5836 nömrəli rəyindən görünür ki, Cavabdeh3 İddiaçı ASC-yə 10.07.2017-ci il tarixə olan əsas borcu 5159,53 manat, faiz borcu 662,14 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, sözü gedən ekspert rəyinə hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir. “X4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası, ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 460.1-ci mаddəsində göstərilmişdir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470-ci mаddəsinə əsаsən zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditoru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissə-hissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 462.1-ci mаddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin 463.1-ci mаddəsində yаzılmışdır ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci mаddəsinə əsаsən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 467-ci mаddəsinə əsasən, məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianın 2348,18 manat məbləğində dəbbə pulunun (cərimə) azaldılması hissəsində düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən əsaslı saysa da, faiz borcunun müəyyən edilməsində səhvə yol vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğ edilməsi barədə dəlillərini əsassız sayır. Belə ki, hazırkı işin icaratına xitam verilməsi və ya iddia tələblərinin tam təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən qismən təmin edilməli, Qəbələ Rаyon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(025)-460/2020 saylı qətnaməsi kredit müqaviləsi üzrə 1052,69 manat faiz borcunun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 662,14 manat olmaqla cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı olan cəmi məbləğ 5921,67 manat müəyyən edilməli, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçı ASC-dən, 25 manatı isə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Qəbələ Rаyon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(025)-460/2020 saylı qətnaməsi kredit müqaviləsi üzrə 1052,69 manat faiz borcunun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 662,14 manat olmaqla cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı olan cəmi məbləğ 5921,67 manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçı ASC-dən, 25 manatı isə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-212/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-212/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver