Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2121/2021 17.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(039)-1180/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(039)-1180/2021 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev:) iddia təmin olunmuş, Cavabdeh 10,000 manat borc, habelə 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 10,030 (on min otuz) manat 40 (qırx) qəpiyin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 10,000 manat məbləğində pulun və banka ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizəsi əsasında Yevlax Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh, ehtiyacı olduğu üçün 2021ci ilin mart ayının 05-də ondan 10,000 manat məbləğində borc pul almış, borcunu bir ay müddətinə qaytarmağa söz vermiş, lakin vədinə əməl etməmişdir. Cavabdehdən ona borclu olduğu 10,000 manat pulu dəfələrlə tələb etsə də, heç bir nəticə olmamış, cavabdeh anası ilə birlikdə onu döymüşlər. Döyülməsi ilə əlaqədar Yevlax Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Özü işləmir, himayəsində azyaşlı uşağı var. Maddi vəziyyəti çətindir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, qardaşının dostu olan Cavabdeh əvvəllər də bir neçə dəfə ona müraciət edərək ondan müxtəlif məbləğlərdə borc pul istəmişdir. Qardaşı ilə yaxşı münasibətləri olduğundan ona maddi köməklik etmişdir. 10,000 manat borc verməmişdən öncə 1,000 manat borc vermişdir. Cavabdeh ondan 10,000 manat deyil 1,000 manat aldığını bildirməklə aldığı borcu qaytarmaqdan yayınmaq istəyir. Belə ki, yazılı qəbzdən başqa Cavabdeh səs yazısı ilə də ondan 10,000 manat aldığını təsdiq etmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı müxtəlif şəxslərə faizlə pul verməklə məşğuldur. Belə ki, bir neçə dəfə ona müraciət edərək ondan müəyyən məbləğlərdə faizlə pul götürmüş və hər dəfə faizi ilə birlikdə pulu qaytarmışdır. Sonuncu dəfə mart ayının əvvəlində ona pul lazım olmuş, Banka borcu olduğu üçün yenidən İddiaçı müraciət edərək ondan 1,000 manat pul borca istəmişdir. İddiaçı bildirmişdir ki, yalnız o şərtlə həmin məbləğdə pulu verə bilər ki, 10,000 manatın borc alınmasına dair qəbz versin. İddiaçı ilə bu barədə telefon danışığının şahidi qonşusu Fəxri Həmidov olmuşdur. Eyni zamanda tanışı Ceyhun Əliyev də İddiaçı borc pul aldığının şahidi olmuşdur. Maddi çətinliyi dözülməz olduğundan İddiaçı qeyd edilən tələbi ilə razılaşmış, 1,000 manat götürsə də, 10,000 manat borc pul almasına dair qəbzi imzalamış və onun tələbi ilə səs yazısı ilə də bunu təsdiq etmişdir. Həmin 1,000 manat pulu İddiaçı ona ödəniş terminalı vasitəsi ilə köçürmüşdür. Razılığa görə bu məbləğin müqabilində ona 1,500 manat pul qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Sonradan maddi durumu daha da pisləşdiyindən həmin pulu qaytara bilməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehin vəsatəti üzrə şahid X4 bildirmişdir ki, Cavabdeh onun qonşusudur. Təxminən 2021-ci ilin fevral ayında onunla birlikdə olan zaman Ağası bildirmişdir ki, 1,000 manat pula ehtiyacı var. Borc almaq məqsədi ilə Ağası onun yanından İddiaçı zəng etmiş və ondan borc pul istəmişdir. Ağasının yanında dayandığı üçün İddiaçı telefon danışığını eşitmişdir. Günel Ağasıya bildirmişdir ki, 1,000 manat pul verməsi üçün Ağası 10,000 manat alması barədə qəbzə imza etməlidir. Ağası da buna razılıq bildirmişdir. Günel Ağasıya pul verən zaman, habelə qəbzi imzalayan zaman onların yanında olmamışdır. X3 bildirmişdir ki, Cavabdeh onun tanışıdır. İddiaçı isə müxtəlif şəxslərə faizə pul verən şəxs kimi tanıyır. Ağası ailə quran zaman 650 manat pulu Güneldən alıb ona vermişdir. Bir müddət sonra Ağasının anası 650 manat pulu ona vermiş, o isə həmin pulu Günelə qaytarmışdır. Pulu Günelə qaytaran zaman Günel bildirmişdir ki, Ağasının ona daha 1,500 manat borcu var. Sonradan eşitmişdir ki, Ağası ilə Günel arasında pula görə mübahisə olmuşdur. 10,000 manat pula dair qəbz imzalanan zaman və həmin pul verilən zaman onların yanında olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş audio yazı olan disk məhkəmə iclası zamanı cavabdehin razılığı ilə dinlənilmiş, həmin yazıda Cavabdeh bildirir ki, İddiaçı 10,000 manat pul almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(039)-1180/2021 saylı qətnaməsindən narazıdır. Həmin qətnaməni qeyri-qanuni və əsassız hesab edir. Məhkəmə işə birtərəfli və səthi yanaşmışdır. O, iddaçı İddiaçı 10000 manat deyil, 1000 manat borc pul götürmüşdür və bu pulu iddaçıdan götürən zaman yanında adam olmuşdur. Odur ki o, iddaçıya 1000 manat borcu olduğunu qəbul edir, qalanını isə qəbul etmir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(039)- 1180/2021 nömrəli qətnaməsin dəyişiklik etməklə faizlərin silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, iddiaçıdan 1000 manat borc almışdır, hal-hazırda da həmin borcu qaytarmamışdır. İddiaçının ondan tələb etdiyi 10000 manatın 9000 manata aid hissəsi sələm faizidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(039)-1180/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(039)-1180/2021 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin olunmuş 9000 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan qəbzdə qeyd olunur ki, “Mən Bağırlı X2 Günel Əziz qızından 10,000 min (on min manat) pul borca alıram özümə maşın almaq məqsədi ilə 1 aya qaytaracam özüm yazdım öz xəttimdi qolumla təsdiq edirəm”. Tarix 2021-ci il 03.05. Digər qəbzdə qeyd olunur ki, “mən X1 Günel Əziz qızından 1,000 azn (min azn) pul aldım 1 ay müddətində qaytarmaq şərti ilə”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 739.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 05 mart 2021-ci il tarixdə borc pul almışdır. Bu zaman Cavabdeh yazılı qəbz təqdim edərək 10,000 manat pulu İddiaçı borc aldığını və bir ay müddətində qaytaracağını qeyd etmişdir. Lakin, Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Həmin zaman Cavabdeh razılığı ilə İddiaçı onun səsini audio yazıya qeyd etmiş və bu barədə onun özünü xəbərdar etmişdir. Həmin audio yazıda da Cavabdeh 10,000 manat borc aldığını etiraf etmişdir. Bu halları Cavabdeh məhkəmə iclası zamanı tam olaraq etiraf etmişdir. İddiaçı həmin əqdə istinad edərək əqddə qeyd edilmiş 10,000 manat pulu tələb etmişdir. Cavabdeh həmin qəbzdə olan imzanın ona məxsus olduğunu etiraf etmiş, lakin iddiaçıdan 1,000 manat aldığını bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdehin vəsatəti üzrə ifadə verən şahidlər isə tərəflər arasında pul verilən, qəbz yazılan zaman orada iştirak etmədiklərini bildirdiklərindən onların ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. X12 İddiaçı danışığını bilavasitə eşitdiyini bildirsə də, qəbz yazılan, pul verilən zaman orada olmadığını bildirdiyindən onun ifadəsi hər hansı faktın təsdiqi kimi qəbul edilə bilməz. Bundan başqa, Cavabdeh ona ödəniş terminalı vasitəsi ilə cəmi 1,000 manat köçürüldüyünü qeyd etsə də, bunun təsdiqi olaraq hər hansı sübut təqdim etməmişdir. İddiaçı isə Cavabdeh 1,000 manat borc verilməsinə dair qəbz təqdim edərək köçürmənin həmin borca aid olduğunu bildirmişdir. Beləliklə, tərəflər arasında borc müqaviləsinin 10,000 manata dair bağlandığı cavabdeh tərəfindən imzalanmış qəbzlə və onun səs yazısı ilə təsdiq olunur ki, bu sübutu təkzib edə biləcək mötəbər sübutlar müəyyən edilməmişdir Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, 10,000 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçıdan 10000 manat deyil, 1000 manat borc aldığı qalan 9000 manatın isə sələm faizi olması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh göstərdiklərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(039)-1180/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş mübahisələndirilən 9000 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(039)-1180/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş mübahisələndirilən 9000 manata aid hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Məlikov Vəzirxan Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2121/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2121/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver