Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2127/2020 17.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-961/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəğd şəkildə verilmiş 4500 manat pulun, maddi ziyanla bağl 4000 manat və dövlət büdcəsinə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 8530,40 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 5500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-961/2020 nömrəli(hakim E.Mehdiyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh cəmi 5500 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə yaxın tanışı olan İlqar Həsənquluyevvasitəsi ilə tanış olmuşdur. Qismətlə görüşləri Bakı şəhərində olmuşdur. Həmin görüşdə o, İlqar Həsənquluyev və Cavabdeh iştirak etmişdir.Tanış olduqları vaxt Cavabdeh İlqar Həsənquluyevlə birlikdə tikintidə işləyirdilər.Görüş vaxtı o, İlqar Həsənquluyevə kənd təsərrüfatı ilə məşğul olmaqistəməsini və bununla bağlı pul ödəmək şərti ilə kənd təsərrüfatı təyinatlı torpaq sahələrialmaq istəməsini bildirmişdir. Həmçinin, İlqar Həsənquluyev onun Şəki rayonu Çayqaraqoyunlu kəndində altmış başa yaxın xırdabuyunuzlu heyvanları olduğunu bildirmişdir. Həmin heyvanlara Qismətin qohumu baxırdı. Həmin vaxtQismət onun Şəki rayonu Çayqaraqoyunlukəndində kənd təsərrüfat təyinatlı dörd hektar torpaq sahəsininolduğunu və torpaq sahəsinihazırda satmaq istədiyini bildirmişdir. Bununla bağlı aralarında danışıq aparandan sonra Qismət həmin 4 hektar torpaq sahəsini 4000 manata satacağınıbildirmişdir. O, Qismətin təkilifi ilə razılaşmış və bununla bağlı onlar Şəki rayonu Çayqaraqoyunlukəndində görüşmüşlər. Həmin görüş zamanı o, Qismətin ona satacağı torpaqsahəsinə baxmış və həmin torpaq sahəsini 4000 manata Qismətdən alacağınıbildirmişdir. Bundan sonra o, Şəki rayonu Çayqaraqoyunlu kəndində ElnurƏbdülhəmidovun, Vüqar İsgəndərovun və İlqarHəsənquluyevin yanında 4 hektar torpaq sahəsini almaq üçün Qismətə nəğd şəkildə 4000 manat pulvermişdir. Həmin pul Qismətə 2017-ci ilin avqust ayının əvvəllərində verilmişdir. Bundan birmüddət sonra Qismət ona zəng edərək torpaq sahəsinin onun adınarəsmiləşdirilməsi ilə bağlı əlavə olaraq 500 manatın lazım olduğunu bildirmiş və həminpul nəğd şəkildə Qismətə təqdim edilmişdir. Qismətə 4500 manat pulverildikdən sonra o, Qismətlə maraqlanmış və sənədləşmə işlərinin aparılıb-aparılmaması barədə ondan soruşmuş və Qismətdə ona heç bir narahatçılıq olmadığınıbildirmişdir. Dəfələrlə Qismətdən tələb edilməsinə baxmayaraq Qismət süni şəkildə ona yalançı vədlər verərək onu aldatmış və torpaq sahəsini onun adına rəsmiləşdirməmişdir.Sonda o, Qismətdən pulunu geri istəsə də, Qismət pulunu qaytaracağını deyərək müxtəlif bəhanələrləbu günə qədər həmin 4500 manat pulu ona geri qaytarmamışdır. Bundan əlavə Qismət Zahidovun onu aldatması nəticəsində onaəlavə olaraq 4000 manat maddi ziyan dəymişdir. Belə ki, həmin dövrdə yəni 2017-ci ilinavqust aylarının əvvəllərində Şəki rayonu Çayqaraqoyunlu kəndində torpaq sahəsinin birhektarı 1000 manat civarında olmuşdur. Hazırda isə həmin kənddə torpaq sahəsinin 1 hektarının dəyəri 2000 manatdan da yüksəkdir. Bu əsasa görə ona maddi ziyan dəymişdir. Həmçinin, o, cavabdehin yaşadığı evin həyətində 300 manata tövlə də inşa etdirmişdir. Lakin, hazırda Cavabdeh özünün qəbul etdiyi məbləğdə, yəni 5500 manat pulun alınaraq ona verilməsini tələb edir. Odur ki, Cavabdeh 5500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-961/2020 nömrəli qətnaməsini qeyriobyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, sözügedən münasibətlər 2017-ci ildə yaranmış və həmin vaxtı ona 2500 manat pul vermişlər. Lakin indiyə kimi cavabdeh ondan pulu tələb etməmiş və qanunvericilikdə nəzərədə tutulmuş iddia müddətini ötürmüşdür. Lakin birinci insyansiya məhkəməsində işə baxarkən o, dəfələrlə iddiaçının iddia müddətini ötürdüyünü bildirərək bu əsasla iddia tələbinin rədd edilməli olmasını bildirsə də birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməmişdir. İddia tələbindən də göründüyü kimi iddiaçı ondan 2017-ci ilin fevral-mart aylarında verdiyi pulu tələb edir. Buradan da açıq aydın göründüyü kimi iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi həmin tarixdən iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi müddətə kimi 3 ildən artıq müddət ötmüşdür. Oan görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-961/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də iş görmək məqsədilə iddiaçıdan 2500 manat bir, iki dəfə 500 manat, sonra da hissə-hissə olmaqla ümumilikdə 5500 manat məbləğində pul almışdır. Lakin sonradan anasının xəstəliyi ilə əlaqədar ödəniş edə bilməmişdir. Bu gün də pulu verməkdən yayınmır, sadəcə həmin pulu birdəfəyə ödəməyə imkanı yoxdur. Ona görə də ədalətli qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh hazırki apellyasiya şikayətini verməklə süni şəkildə ödənişlərdən yayınır. Apellyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntualrı (deliklər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının xeyrinə iş görmək üçün ümumilikdə 5500 manat məbləğində pul aldığını, lakin həmin pulu qaytara bilmədiyini etiraf etmişdir. Cavabadehin mübahisələndirdiyi hal əsasən həmin pulun birdəfəyə qaytarmaq imkanının olmamasıdır. Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı tədqiq olunmuş sənədlər əsasında müəyyən olunur ki, İddiaçı 2017-ci ildə Cavabdeh torpaq sahəsinin alınması üçün 4000 manat, torpaq sahəsinin sənədlərinin hazırlanması üçün 500 manat pul vermiş, həmçinin cavabdehin anasının adına olduğunu bildirdiyi və özünün istifadəsində olan torpaq sahəsində tövlə inşa etdirmişdir. Lakin, Cavabdeh İddiaçı aldığı pulun qarşılığında iddiaçıya satmalı olduğu torpaq sahəsini iddiaçının adına rəsmiləşdirməmişdir. Bundan başqa Cavabdeh İddiaçı aldığı pulu, o cümlədən istifadəsində olan həyətində inşa edilmiş tövləyə cəkilmiş xərclə bağlı iddiaçıya hər hansı bir məbləğdə ödəniş etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Buradan da göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları nəinki sübut etməmiş, apellyasiya şikayətini də yalnız özünün formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünheç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-961/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2127/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2127/2020
17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver