Məhkəmə qərarları › İş №2(107)-2136/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2136/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2136/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akifoğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi vəCavabdeh2 оğlunun iştirakı ilə, X2 İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)- 1184/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1184/2020 nömrəli qətnаməsi ilə (hakim Cahid İmanov) iddiа qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1647,05 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1060,45 manat faizin, 200 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1647.05 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1060.45 manat faiz, 2026.21 manat cərimə, xx.xx.2020-ci il tarixə 251.16 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 4984.87 manat məbləğində və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən X3 ‘'İddiaçı'’ ASC-dən illik 21.2%-lə 18 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilənin bitmə tarixi xx.xx.2017-ci ildir. Halhazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə 1647.05 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1060.45 manat faiz, 2026.21 manat cərimə, xx.xx.2020-ci il tarixə 251.16 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 4984.87 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Həmçinin bildirdi ki, sözügedən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşsə də, cavabdehlər dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Ləğv Prosesində olan İddiaçı ASC-nə bu barədə rəsmi olaraq müraciət etmədiklərindən restrukzasiya edilməklə bağlı yeni müqavilə bağlanılmasına nail ola bilməmişlər. İddianı müdafiə edir və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq birinci instansiya məhkəməsinin iclasına gəlməmişlər. Lakin Cavabdeh2 xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək, hal-hazırda işi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmənin 15-20 gün sonraya təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh2 və Cavabdeh1 аpelyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, iddiaçı həmin tələbində haqlı olduğu halda belə, o, hazırki iddiası üçün iddia müddətini həm əsas borcluya münasibətdə, həm də zaminə münasibətdə ötürmüşdür. Göründüyü kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsi bağlanmışdır və borc müqavilələri üzrə iddia müddəti 3 il təkil edir. İddiaçı "İddiaçı" ASC həmin müqavilənin tələblərindən irəli gələn hüquqları ilə bağlı, yəni borc mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 il müddətində məhkəməyə müraciət etməli olduğu halda, həmin müddət ərzində bu hüququndan istifadə etməmişdir. Yəni, Cavabdeh2 ilə iddiaçı "İddiaçı” ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsinin müddəti xx xxxx 2017-ci il tarixdə bitmişdir. Belə ki, iddiaçı "İddiaçı” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin icrası vaxtı xx xxxx 2017-ci il tarixdə başa çatmışdır. İddiaçı "İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsində kreditin verilmə müddəti göstərilməmişdir. Belə müddət təyin edilmədiyindən Cavabdeh1 zaminliyi ilə onun təmin etdiyi xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni xx xxxx 2018-ci il tarixədək İddiaçı ASC Cavabdeh1 qarşı iddia irəli sürməli idi. Lakin, iddiaçı "İddiaçı” ASC bu müddəti ötürdükdən sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə iddiaçı "İddiaçı” ASC qarşısında olan zaminliyinə məhkəmə tərəfindən birbaşa xitam verilməli və iddia tələbi məhz bu səbəbdən Cavabdeh1 qarşı hissədə təmin edilməməli idi. Yəni, məhkəmə tərəfindən zaminə qarşı olan hissədə iddia müddəti birbaşa tətbiq edilməli idi. Lakin, məhkəmə tərəfindən işin bu halı diqqətdən yayınmışdır. Həmçinin, iddiaçı "İddiaçı” ASC əsas borclu olan iş üzrə Cavabdeh2 qarşı da borc tələbləri üzrə 3 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, Cavabdeh2 hazırki iş üzrə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 11:00-da keçirilməli olan məhkəmə iclasının 15-20 gün müddətinə təxirə salınması ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixdə, saat 10:00-da məhkəməyə teleqram vursa da, məhkəmə tərəfindən həmin teleqram diqqətə alınmadan və birinci məhkəmə baxışı iclasında Cavabdeh2 iştirakı olmadan qətnamə çıxarılmışdır. Halbuki, Cavabdeh2 həmin gün üzürlü səbəbdən, yəni barəsində başlanılmış və Şəki ŞRPŞ-də istintaqı aparılan cinayət işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmiş, bu səbəbdən də məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edə bilməmişdir. Qanunvericiliyin tələslərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İdda müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin, Cavabdeh2 teleqramı nəzərə alınmadığına və məhkəmə iclası təxirə salınmadığıma görə Cavabdeh2 məhkəmə qərarı çıxarılanadək məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edə bilməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2 (075)- 1184/2020 nömrəli qətnaməsini iddia müddətinin ötürülməsi əsasına görə ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavadbeh Cavabdeh2 оğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2 (075)- 1184/2020 nömrəli qətnaməsini iddia müddətinin ötürülməsi əsasına görə ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. X2 İddiaçı ASC-nin nümayəndəsi vəCavabdeh1 lazımı qaydada məhkəmə kollegiyasının iclaslarına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclaslarına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1184/2020 nömrəli qətnаməsi ləğv edilməli, iddiаçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “1647.05 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1060.45 manat faiz, 2026.21 manat cərimə, xx.xx.2020-ci il tarixə 251.16 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 4984.87 manat məbləğində və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dаir iddiаsı üzrə iddia müddəti tətbiq edilməli və iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh2 18 ay İşdə olan materiallarında olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki,Cavabdeh1Cavabdeh2 xx.xx.2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İşdə olan xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə 1647.05 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1060.45 manat faiz, 2026.21 manat cərimə, xx.xx.2020-ci il tarixə 251.16 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 4984.87 manat məbləğində borc yaranmışdır Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 448.1, 448.2, 465.2, 467, 472.1, 739 və 741-ci mаddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki xx.xx.2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən X3 ‘'İddiaçı'’ ASC-dən illik 21.2%-lə 18 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh2 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit və zaminlik müqavilələri üzrə üzərilərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. İddiaçı ASC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 2026,21 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1647,05 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1060,45 manat faiz, 200 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Cavabdeh2 tərəfindən məhkəmə kollegiyasına tədim edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(075)-90/2020 nömrəli qərarından görünür ki, Cavabdeh2 barəsində əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə-xx xxxxxx 2020-ci il tarixədək həbs növündə qətimkan tədbiri seçilmişdir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etməmiş, xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək, hal-hazırda işi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmənin 15-20 gün sonraya təxirə salınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə həmin teleqramı nəzərə almadan işə baxaraq yekun qərar qəbul etmişdir. Ancaq buna baxmayaraq Cavabdeh2 Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1184/2020 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikaytində iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini və L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxx 2008-ci il tarixli qərarındakı Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini əsas götürmüşdür. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun x xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.1-ci mаddəsinə əsаsən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.1-ci mаddəsinin tələblərinə əməl etmədiyindən iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını nəzərə аlmаyаn Şəki Rayon Məhkəməsi iddiаnı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən və birinci instаnsiyа məhkəməsi tərəfindən qətnаmə qəbul olunаrkən yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı pozulduğundаn cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin olunаrаq Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1184/2020 nömrəli qətnаməsi ləğv edilməli, iddiаçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “1647.05 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1060.45 manat faiz, 2026.21 manat cərimə, xx.xx.2020-ci il tarixə 251.16 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 4984.87 manat məbləğində və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dаir iddiаsı üzrə iddia müddəti tətbiq edilməli və iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1184/2020 nömrəli qətnаməsi ləğv edilsin. X2 İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “1647.05 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1060.45 manat faiz, 2026.21 manat cərimə, xx.xx.2020-ci il tarixə 251.16 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 4984.87 manat məbləğində və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dаir iddiаsı iddia müddəti ötürüldüyündən rədd edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar