Məhkəmə qərarları › İş №2(107)-214/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-214/2020

07.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-214/2020 07.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X3 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-848/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mənzilinə vurulan maddi maddi ziyanı 20 Yanvar küçəsi 168 saylı evin 15 saylı mənzilində yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6, belə ki, tikinti-texniki ekspert rəyi 527 manat və onun mətbəx mebelinə dəyən ziyan nəzərə alınmayıb və onun təmiri üçün lazım olan xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-848/2019 nömrəli (hakim Ə.Hüseynov) qətnaməsi ilə iddiа tələbi təmin edilərək, Cavabdeh1,Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı mənzilinə dəyən ziyana görə 527 (beş yüz iyirmi yeddi) manat, mətbəxt mebelinə dəyən ziyana görə isə 400 (dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşma İdarəsinin №157 saylı arayışına əsasən yuxarıda adları çəkilən 15 saylı mənzilin yaşayışçıları mütəmadi olaraq öz mənzilindən su axıdaraq, yararsız hala salaraq ona maddi ziyan vurmaqda davam edirlər. Bunun əsasında xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə Bakı şəhərindən Tikinti – texniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 27162 nömrəli rəyinə əsasən Mingəçevir şəhər məhkəməsi xx xxxxxx 2017-ci il tarixdə qətnamə çıxardaraq Cavabdeh1 727 manat pul alınıb ona verilməli idi. xx.xx.2016-cı il tarixdən bu günə qədər yuxarıda adı çəkilənlər, yəni 15 saylı mənzilin sakinləri 7-8 dəfə su axıdıblar. Axrlncı dəfə xx.xx.2018-ci il tarixdə yenə su axıdıblar və buna aid akt tərtib edilib. Beləliklə onun məxbəxt mebelinə ziyan vurulub. 1500 manat ödədiyi mətbəxt mebelinin bərpası üçün ən azı 500 manat pul lazımdır. Bununla əlaqədar xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. Məhkəmə 2 dəfə Tikinti-Texniki eksperti təyin etmiş və 527 manat təyin etdilər. Amma məxbəxt mübelinə dəyən ziyan nəzərə alınmadı. Bundan başqa Cavabdeh1 mənzilinin santexnik bərpa işlərin 2 saylı MİS-in köməkliyi ilə 200 manat pul xərcləyərək düzəltmişdir. Bununla əlaqədar akt tərtib edilmişdir. Ona görə də mənzilinə vurulan maddi maddi ziyanı 20 Yanvar küçəsi 168 saylı evin 15 saylı mənzilində yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6, belə ki, tikinti0texniki ekspert rəyi 527 manat və onun mətbəx mebelinə dəyən ziyan nəzərə alınmayıb və onun təmiri üçün lazım olan xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəıbul etmişdir. Belə ki, iddiaçının göstərdikləri tamamilə əsassızdır. Onlar iddiaçının yaşadığı mənzilə su axıtmamış, ona mənzilinə və əmlakına qəsdən ziyan vurmamışlar. Bütün mübahisənin əsası iddiaçının öz mənzilində özbaşına konstruktiv dəyişikliklər aparması və bu zaman divarlarda söküntü-bərpa işlərinin keyfiyyətsiz həyata keçirilməsi ilə bağlı olmuşdur. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-848/2019 nömrəli qətnaməsi ləğv edilməlidir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlər onun qonşusu olmaqla, ondan üst mərtəbədə yaşayırlar. Lakin cavabdeh tərəf qonşuluq qaydalarına əməl etmir. Belə ki, cavabdehlər dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq yuxarı mərtəbədən suyun axıdılmasını davam etdirir. Məhz həmin suyun axıdılması nəticəsində onun mənzilinə, mətbəx mebelinə xeyli məbləğdə ziyan dəymişdir. Ona görə də apelyasiya şikayətinə etiraz edir və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdelər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. (X2 Cavabdeh4 Nürəddin oğlunun etibarnamə üzrə nümayəndəsi olması barədə məhkəməyə etibarnamə təqdim etsə də, məhkəmə etibarnamədə xüsusi səlahiyyətlər qeyd olunmadığından onu nümayəndə qismində qəbul etməmişdir).Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-848/2019 nömrəli qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Mənzil Kommunal Təsərrüfatı X1 və Abadlaşdırma İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı evin 15 saylı mənzilində yaşayan Cavabdeh1 mənzilindən su axıdılaraq 13 saylı mənzilin mətbəxinin tavan hissəsinə axıdılan su nəticəsində mətbəxt mebelinə də ziyan vurulmuşdur. 15 saylı mənzildən 13 saylı mənzilə dəfələrlə su axıdılmışdır. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı evin 13 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 27162 saylı rəyinin nəticə hissəsindən görünür ki, Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 168 saylı evin 13 saylı mənzilinə həmin binanın 15 saylı mənzilindən su axıdıldığı müəyyən edilmişdir. Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 168 saylı evin 13 saylı mənzilin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 727 manat məbləğində olduğu müəyyən edilmişdir. İşdə olan 1265 saylı xx xxx 2018-ci il tarixli ekspert rəylərindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Mİngəçevir şəhərinin 20 Yanvar küçəsindəki 168 saylı evin 13 saylı mənzilinə həmin binanın 15 saylı mənzilindən su axıdıldığı müəyyən edilmişdir. Mingəçevir şəhəri 20 Yanvar küçəsindəki 168 saylı evin 13 saylı mənzilin tikintilərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 527 manat məbləğində olduğu müəyyən edilir. 18213 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəylərindən görünür ki, təqdim edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən Mİngəçevir şəhər 20 Yanvar küçəsi ev 168, mənzil 13 ünvanına həmin binanın 15 saylı mənzilindən su axıdılması nəticəsində, qabaq qapıları və arxa hissəsi MDF materialdan hazırlanmış və artıq yararsız hala düşmüş, ümumi dəyəri 1500 manat olan mətbəx mebelinin təmiri 400 manat müəyyən olunur. Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsı xx xxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Həsənоvа Elmirа Həsən qızının аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 23 fevrаl 2017-ci il tаrixli qətnаməsi qismən, yəni cavabdeh Həsənоvа Elmirа Həsən оğlundаn 277 manat mаddi ziyаnın аlınaraq iddiаçı İddiaçı оğlunа verilməsi ilə bаğlı hissədə ləğv edilmiş, qətnаmə cаvаbdehdən iddiаçının xeyrinə 450 mаnаt məbləğində pul tutulmаsı və məhkəmə xərcləri ilə bаğlı hissəsində dəyişdirilmədən sаxlаnılmışdır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə hesаb edir ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.Həmin qərara əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının cavabdehə qarşı ziyanı ödənilməsi tələbi əsaslıdır. Məhkəmə iddia ərizəsi və ekspert tərəfindən verilmiş ekspert rəyi müqayisəli şəkildə təhlil edərək ekspertizanın ərizəyə uyğun olması və real olması müşahidə olunmuşdur. İş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdehin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya-mənzil sahibinə ziyan dəymişdir. Həmin ziyan isə cavabdehlər tərəfindən ödənilməmişdir. İddiaçıya ziyan dəyməsi iş materiallarında olan sənəd və ekspert rəyləri ilə sübut təqdim etmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi cavabdehdən dəymiş ziyanın məbləğinin alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir. İşdəki sübutlаrlа, о cümlədən ekspert rəyi ilə müəyyən edilir ki, cаvаbdehin mənzilindən iddiаçının mənzilinə su sızmаsı nəticəsində iddiаçının mənzilində və mətbəx mebelində qüsurlаr yаrаnmış və sоnuncuyа mаddi zərər vurulmuşdur. Оnа görə də cаvаbdeh həmin zərəri ödəməlidir. Zərərin miqdаrınа gəldikdə isə kоllegiyа qeyd edir ki, iddiаçı əvvəlki iddia tələbində оnа vurulmuş zərərin dəyərini 450 mаnаt məbləğində göstərmiş, məhz həmin zərərin ödənilməsini tələb etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclsaında həmin məbləğin cavabdehlər tərəfindən ona ödənildiyini də etiraf etmişdir. Lakin birinci instansiya məhkəməsi mübahisənin bu hissəsinə xüsusi diqqət yetirməyərək, iddia tələbini həmin hissədə tam təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, mənzilə dəymiş ziyandan, yəni ekspert rəyi ilə müəyyən olunmuş 727 manatdan əvvəlki qətnamə ilə iddiaçıya ödənilmiş 450 manat çıxılmalı, mənzilə dəymiş ziyanla bağlı yalnız qalıq fərq, yəni 277 manat iddiaçıya ödənilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Оnа görə də kоllegiyа hesаb edir ki, аpellyаsiyа şikаyəti qismən təmin edilərək, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsinin qətnаməsi qismən, yəni 450 manat (727-450=277 mаnаt) məbləğlə bаğlı hissədə ləğv edilməli, qаlаn 277 mаnаtlа bаğlı hissədə, həmçinin mətbəx mebelinə dəyən 400 manat məbləğində zərərə görə dəyişdirilmədən sаxlаnmаlıdır. İddiаçının öz mənzilində kоnstruktiv dəyişikliklər аpаrаrаq divаrlаrı sökməsi bаrədə cаvаbdehin аpellyаsiyа şikаyətinin dəlilləri ilə bаğlı kоllegiyа qeyd edir ki, əvvəlа, cаvаbdeh məhkəməyə bununlа bаğlı sübut təqdim etməmişdir, digər tərəfdən isə, iddiаçının mənzilinə suyun məhz cаvаbdehin mənzilindən sızmаsı аrtıq sübut оlunmuşdur və divаrlаrın sökülməsi ilə suyun sızmаsı аrаsındа hər hаnsı əlаqənin оlmаsı müəyyən edilmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Həsənоvа Elmirа Həsən qızının аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-848/2019 nömrəli qətnаməsi qismən, yəni cavabdeh Həsənоvа Elmirа Həsən qızından 450 manat mаddi ziyаnın аlınaraq iddiаçı İddiaçı оğlunа verilməsi ilə bаğlı hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnаmə cаvаbdehlərdən iddiаçının xeyrinə 277 (iki yüz yetmiş yeddi) mаnаt və mətbəx mebelinə dəyən 400 (dörd yüz) manat məbləğində zərərə görə pul tutulmаsı hissəsində dəyişdirilmədən sаxlаnsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. . Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar