Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-214/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1466/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1466/2020 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin edilmiş, Cavabdeh 18000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması - pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 18000 manat pulun və dövlət rüsumu hesabına ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili X1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflər bir-birlərini tanıyırlar. İddiaçı cavabdehə etibar etdiyindən bir neçə dəfə ona borca pul vermişdir. Cavabdeh həmin borcun bir hissəsini qaytarmış və qalıq borcu qalmışdır. Uzun müddətdir ki, aralarında bu münasibət davam edir. xx xxxxx 2019-cu il tarixə cavabdehin iddiaçıya 18000 manat borcu yaranmışdır. Cavabdeh öz xətti ilə qəbz imzalayaraq iddiaçıya olan borcunu kredit götürüb qaytaracağını bildirmişdir. Lakin vədinə əməl etməmiş və borcunu ödəməmişdir. Ona görə də, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh bildirmişdir ki, Züleyxa ilə borc münasibətləri var. xx xxxxx 2019-cu il tarixdə iddiaçıya 18000 manat borcu olmağı ilə bağlı qəbz də yazıb vermişdir. Lakin onun o qədər borcu yoxdur və olan borcun əvəzinə iddiaçıya girov olaraq qızıl zinət əşyaları vermişdir. Ona təcili pul lazım olduğundan məcbur olub xx xxxxx 2019-cu il tarixdə həmin qəbzi yazmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax şəhər sakini, cavabdeh İddiaçı sələmçi kimi tanımışdır. Müxtəlif vaxtlarda o, cavabdeh İddiaçı faizlə pul götürüb qaytarmışdır. 2011-ci ildə ehtiyacı olduğu üçün özünə məxsus olan 9 adda olan qızıl zinət əşyalarını cavabdeh İddiaçı girov qoyaraq 3500 manat məbləğində 12 faizlə sələm götürmüşdür. Hər ay ona 400 manat pul ödəmiş, lakin son 2 ildə faiz pulu verə bilməmişdir. Sonradan ehtiyacı olduğuna görə qızılların bir hissəsinin qaytarılmasını tələb etdikdə yaşadığı evin sənədini girov qoymağını tələb etmişdir. O, evinin sənədini girov qoyduqdan sonra qızılları qaytarmadığı üçün məcburiyyət qarşısında qalıb cavabdeh İddiaçı 18 min manat borcunun olmasına dair qəbz yazıb verərək evin sənədini ondan almışdır. Həmin qəbzin əsasında Yevlax Rayon Məhkəməsi tərəfindən ondan 18000 manat məbləğində pulun alınıb cavabdeh İddiaçı verilməsi barədə qətnamə çıxarılmışdır. Məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul edilərkən bütün bunlar nəzərə alınmamışdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1466/2020 saylı qətnаməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1466/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh xx xxxxx 2019-cu il tarixdə qəbzdən məlum olur ki, o, İddiaçı borc aldığı 18000 manat borcu bankdan götürüb yarısını verəcək, sonra isə yarısını verəcək. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda18000 manat məbləğində borc pul vermişdir. Cavabdeh bu barədə xx xxxxx 2019-cu il tarixdə qəbz yazmışdır. Cavabedeh iddiaçıdan borc pul alsa da, borcunu qaytara bilməmişdir. İddiaçı cavabdehə qarşı qeyd oluna borc məbləğinin qaytarılması barədə iddia qaldırmışdır. Birinci instansiyaməhkəməsi iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çırarmış, həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında İddiaçı 18000 manat borcunun olduğunu və bu barədə qəbz imzaladığını etiraf etmiş və həmin borcun müqabilində özünə məxsus qızıl-zinət əşyalarını girov qoyduğunu bildirmişdir. Apellyasiya şikayətində də həmin xüsusat qeyd edilmişdir. Lakin cavabdeh, iddiaçıya olan borcun qaytarılmasına, həmçinin qızıl-zinət əşyalarının girov qoyulmasına dair məhkəmələrə hər hansı sübut növü təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin iddiaçıya borcunun olmasını sübutetmə yükü iddiaçının, cavabdehin iddiaçıya olan borcunu qaytarması, həmçinin qızıl-zinət əşyalarının girov qoymasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunun qeyd olunan normasından da göründüyü kimi hazırkı mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olubolmaması yoxlanılmalıdır. Cavabdeh yazılı qəbz (iltizam) əsasında iddiaçıya 18000 manat borc pulun yarısını bankdan götürüb qayataracağını, daha sonra da ikinci yarısını ödəyəcəyi ilə bağlı vəd vermişdir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, sonuncu apellyasiya şikayətində qeyd etdiyi halları sübut edən dəlilləri məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Beləliklə, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Halbuki, Mülki Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1466/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1466/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-214/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-214/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver