Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-214/2025 04.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «əsassız varlanmaya əsasən əldə olunmuş pul məbləğinin geri qaytarılması, vurulmuş mənəvi ziyan» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul, mənəvi ziyan tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «əsassız varlanmaya əsasən əldə olunmuş pul məbləğinin geri qaytarılması, vurulmuş mənəvi ziyan» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1206/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı «əsassız varlanmaya əsasən əldə olunmuş pul məbləğinin geri qaytarılması, vurulmuş mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında olan şifahi razılaşmaya əsasən ondan aldığı 45000 manat əvəzinə ödədiyi 122000 manat puldan əsassız varlanma nəticəsində əldə etdiyi 77000 manat pulun, ona vurduğu 25000 manat mənəvi zərərin, tərəfindən ödənilmiş 392 manat dövlət rüsumu olmaqla, ümumilikdə 102392 manat pulun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını; Cavabdeh əməlində AR CM-nin 178-ci maddəsinin dispozisiyasında göstərilən cinayət tərkibinin əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmşdır ki, Cavabdeh onun həyat yoldaşı tərəfindən uzaq qohumudur. Uzun müddət onunla münasibətləri normal olmuşdur. Cavabdeh ayrı-ayrı şəxslərə sələmə pul verir. Onun özünə də lazım olduğundan ayrıayrı vaxtlarda ümumi olaraq 45000 manat pulu Badamdan almışdır. O həmin pulu alarkən maddi vəziyyəti çox ağır idi və Badam da bu vəziyyətdən sui-istifadə edərək qohumlarının yanında onu biabır edəcəyi ilə hədə qorxu gələrək aryı-ayrı vaxtlarda ondan ümumilikdə 122000 manat pul almışdır. Sonradan aralarında olan haqq hesab zamanı aydın oldu ki, Badamın ona verdiyi pulun təxminən üç qat artıq qaytardığını bildi və ondan artıq ödədiyi pulları geri istəmişdir. Cavabdeh ona bildimişdir ki, onu və ailə üzvlərini biabır etmək hədəsi ilə hüquq mühafizə orqanlarına guya ona qarşı dələduzluq etməkləri ilə bağlı şikayət edəcək. Hətta sosial şəbəkələrdə onun və ailə üzvlərinin şəkillərindən videoçarxlar hazırlayaraq yaymışdır. Cavabdeh ona verdiyi borc puldan daha artıq məbləğdə ondan geri almaqla heç bir bank fəaliyyəti ilə məşğul olmadan və vergi ödəmədən əsassız varlanmışdır. Ona görə də tərəfindən Cavabdeh artıq ödənilmiş 77000 manat pulun geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmşdır. Bundan başqa Cavabdeh onu maddi vəziyyətdə özündən asılı vəziyyətə salmaqla həm də mənəvi iztirab yaşatmışdır ki, cavabdehin qanunsuz əməlləri ilə bağlı ona mənəvi zərər də vurulmuşdur. Bununla bağlı o həm psixoloji, həm də fizioloji xəstəliklərə durçar olaraq müalicə almışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmənin əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkli Vəkil1 izah etmişdir ki, iddiaçı cavabdehdən ayrı-ayrı vaxtlarda cəmi 45000 manat pul almışdır. Pul faizə verilmişdir. Lakin həmin puldan iddiaçının ailəsinin məlumatı yox idi. 45000 manatın əvəzinə cavabdehə 122000 manat pul ödənilmişdir. İddiaçı hesab edir ki, cavabdehin ondan aldığı 77000 manat onun əsassız varlanmasına səbəb olmuşdur. Bu səbəbdən də pullarını geri istəyir.
4. İddiaçı nümayəndəsi və vəkli Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddia ərizəsinin məhkəmə iclasında verdiyi izahatını məhkəmə çıxışı kimi qəbul edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək izah etmişdir ki, Günel xanım onun uzaq qohumudur. İddiaçı ilə lotareya oynamışlar. Həmçinin maşın və qızıl al-veri etmişlər. Belə ki iddiaçının qohumu vuruq maşınları gətirib təmir etdirib satırdı və ondan gəlir əldə edirdilər. Yəni pullar lotareya, maşın və qızıl alveri məqsədi ilə verilmişdir. Müxtəlif vaxtlarda onun iş yoldaşlarından və qohumlarından da pul alıb qaytarmışdır. Həmin 122000 manatı ondan nəğd şəkildə hissə hissə alıb və hissə-hissə bank kartına atmışdır. İddiaçıya məsələn 13000 manat pul verirdi, o da alver edib ona 5000 manat qazanc olduğundan ona 1000 manat qazancdan pul verirdi. Həmin pullar ona alverdən qazanc kimi verilmişdir.
6. Cavabdeh vəkili Vəkil3 çıxış edərək iddianın rədd edilməsini xahiş etdi.
7. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1206/2024 nömrəli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı «əsassız varlanmaya əsasən əldə olunmuş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi ziyan» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid ediməsi qət edilmişdir.
8. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər uzaq qohumdular. İddiaçı cavabdehdən pul almışdır. Həmçinin iddiaçı cavabdehə 122000 manat pul göndərmişdir. İddiaçı cavabdehdən 45000 manat faizə pul götürdüyünü və 122000 manat qaytardığını bildirir. Cavabdehdən 77000 manat əsassız varlanmaya görə və 25000 manat mənəvi zərərə görə pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşmaya əsasən aralarında müxtəlif vaxtlarda və məbləğlərdə pul dövriyyəsi olmuşdur. 77000 manat pulu iddiaçı öz iradəsi və aralarında olan razılığa əsasən cavabdehə vermişdir. İddiaçı cavabdehə 77000 manat artıq pulun verildiyini bildirsə də, pulun hansı məqsədlə və cavabdehin əsassız varlanmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa təqdim edilmiş qəbzlərin şəkillərindən pulların kim tərəfindən və kimə göndərilməsi məlum deyil.
10. İddianın mənəvi ziyan tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçıya cavabdehin hər hansısa hərəkətin nəticəsində mənəvi ziyanın dəyməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir.
11. Cavabdeh əməlində AR CM-nin 178-ci maddəsinin dispozisiyasında göstərilən cinayət tərkibinin əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2(039)-1206/2024 saylı xüsusi qərardadı ilə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş telefon yazışmalarında pulun üstünün verilməsi sözləri əks olunduğundan cinayət əlamətlərinin (qanunsuz sahibkarlıq ilə bağlı) olub-olmaması araşdırılması və müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir. Ki, İddiaçı Cavabdeh qarşı «əsassız varlanmaya əsasən əldə olunmuş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi ziyan» tələbinə dair iddiası rədd edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddənin İİ hissəsi, 127-ci maddənin Vİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1091.1, 1092.1, 1093.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 81, 88, 217.4-cü maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarına, İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, hazırkı halda tərəflər arasında predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamışdır. Belə olduğu təqdirdə hər bir tərəf aldıqlarını geri qaytarmalı və ilkin vəziyyət bərpa olunmalı idi. Odur ki, qeyd olunan hüquq normalarının təhlilindən sonra iddiaçının cavabdehdən almış olduğu 45000 manatın qarşılığında artıq olaraq ödəmiş olduğu 77000 manat pul cavabdehən alınıb ona verilməli idi. Lakin nədənsə məhkəmə qeyd olunan hüquq normalarına ümumiyyətlə istinad etməmişdir.
16. Cavabdeh iddiaçıdan vermis olduğu borc məbləğindən dəfələrlə artıq pul tələb etməklə, onu maddi vəziyyətdə özündən asılı vəziyyətə salmaqla həm də mənəvi iztirab yaşatmışdır ki, cavabdehin qanunsuz əməlləri ilə bağlı ona mənəvi zərər də vurulmuşdur. Bununla bağlı o həm psixoloji, həm də fizioloji xəstəliklərə durçar olaraq müalicə almışdır. Belə olduğu təqdirdə iddiaçının mənəvi zərər uğramasını əlavə olaraq tədiqləyəcək xəstəxana sənədlərinə ehtiyac yoxdur. Çünki istənilən şəxsin başına belə bir hadisə gəldiyi zaman onun psixoloji və mənəvi sarsıntı keçirməsi qaçınılmaz olur.
17. Hazırki mülki işdə də əsassız varlanma faktı açıq-aşkar görünməkdədir. Cavabdeh lisenziyaya malik olmadan sələmçilik fəaliyyəti göstərərək iddiaçıya vermiş olduğu borcun qarşılığında əsassız olaraq 77000 manat varlanmışdır. Məhkəmə iclasında pulu almasını etiraf etdiyindən, sələmçilik fəaliyyəti ilə məşğul olmadığını, ümumiyyətlə pulun hansı məqsədlə alınmasını sübut etməli olan tərəf cavabdeh olduğu halda bunu etməmiş və məhkəmə də qanunsuz olaraq onu sübutetmə vəzifəsindən azad etmişdir.
18. Məhkəmə iddiaçının təqdim etmiş olduğu qəbzlərə tənqidi yanaşaraq oradakı məbləğin kim tərəfindən kimə göndərilməsinin məlum olmadığını qeyd etmişdir. Lakin növbəti xanada geniş şəkildə yazmış olduğu cavabdehin məhkəmədəki izahatında o, 122000 manatın ona verilməsini etiraf etmişdir. Lakin həmin məbləği gah qazanc məqsədilə ona verilməsini, gah da geri qaytarmasını qeyd etmişdir. Belə olduğu təqdirdə iddiaçının təqdim etmiş olduğu qəbzə tənqidi yanaşan məhkəmə, cavabdehin irəli sürmüş olduğu arqumentlərə hansı sübuta əsaslanaraq inandığını qeyd etməmişdir. Çünki 122000 manatı aldığını etiraf etdiyi andan iddiaçı həmin məbləği sübutetmə yükündən azad olmuş, həmin məbləğin aqibətinin necə olmasını iddia edən cavabdeh həmin aqibəti sübut etməli idi. Lakin biz cavabdeh tərəfindən heç bir sübut əlavə edilməməsinə baxmayaraq məhkəmənin qanunsuz və ədalətsiz qətnamə çıxarmasının şahidi olurlar.
19. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırkı halda isə cavabdeh iddiaçıdan 122.000 manat məbləğində pul vəsaitini aldığını bildirdiyindən iddiaçı həmin pul vəsaitinin cavabdehə verilməsini sübutetmə yükündən azad olmuş, cavabdehin həmin pul vəsaitinin həqiqətən iddiaçıya qaytarmasını və ya iddia etdiyi digər halları sübutetmə vəzifəsi yaranmışdır.
20. Cavabdehin pulu almasını etiraf etməsinə baxmayaraq məhkəmə qəbzlərin mötəbərliyini şübhə altına almışdır. Əgər məhkəmə həmin qəbzlərin iddiaçının cavabdehə göndərmiş olduğu pul olmasına inanmırdısa, ən azından banka sorğu verərək pul çıxan və pul daxil olan kart hesablarının kimə məxsus olmasını araşdırmalı idi. Çünki həmin məlumatlar bank sirri olduğundan vətəndaşa və vəkilə təqdim edilmir.
21. Cavabdeh məhkəmə iclasında özü 122000 manat aldığını etiraf etmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd edilir ki, “Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək izah etmişdir ki, Günel xanım onun uzaq qohumudur. İddiaçı ilə lotareya oynamışlar. Həmçinin maşın və qızıl al-veri etmişlər. Belə ki iddiaçının qohumu vuruq maşınları gətirib təmir etdirib satırdı və ondan gəlir əldə edirdilər. Yəni pullar lotareya, maşın və qızıl alveri məqsədi ilə verilmişdir. Müxtəlif vaxtlarda onun iş yoldaşlarından və qohumlarından da pul alıb qaytarmışdır. Həmin 122000 manatı ondan nəğd şəkildə hissə hissə alıb və hissə-hissə bank kartına atmışdır. İddiaçıya məsələn 13000 manat pul verirdi, o da alver edib ona 5000 manat qazanc olduğundan ona 1000 manat qazancdan pul verirdi. Həmin pullar ona alverdən qazanc kimi verilmişdir”.
22. Göründüyü kimi cavabdeh iddiaçının irəli sürmüş olduğu məbləği qəbul etdiyini etiraf etmişdir. Belə olduğu təqdirdə həmin məbləği iddiaçıya qaytarmasını sübutetmə yükü onun üzərinə keçmiş və iddiaçı 122000 manatlıq iddianı sübutetmə yükündən azad olmalı idi. Lakin məhkəmə açıq aşkar etirafı görməzlikdən gəlmiş, guya iddiaçı tərəfindən sübut təqdim edilməməsinə əsaslanaraq iddiasını rədd etmişdir. Halbuki iddiaçı tərəfindən köçürmələr də əlavə edilmiş, ən əsası isə cavabdeh bunu qəbul etmişdir. Belə olduğu təqdirdə sübut edilməli məqam cavabdehin bildirdikləri olmalı idi ki, məhkəmə nədənsə bu hissədə araşdırma aparmamışdır.
23. Odur ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1206/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1206/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, cavabdehin vəkili Vəkil3 kollegiyanın iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasına göndərdiyi məlumatında Bakı Apellyasiya Məhkəməsində 2, Bakı Ağır Cinayətlər Məhkəməsində 3 məhkəmə iclası olduğundan məhkəmə iclasının 15 gün müddətinə təxirə salınmasını xahiş etmiş, cavabdehin vəkili Vəkil3 isə məhkəmə kollegiyasına göndərdiyi ərizəsində onların iştirakı olmadan apellyasiya şikayətini təmin etməyərək, Yevlax Rayon Məhkəməsinin qətnaməsinin dəyişdilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər özləri isə məhkəmə kollegiyasının iclasına gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin və onların vəkillərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakındanməhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başadüşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan)əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
34. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1206/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)- 1206/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh uzaq qohumdular. İddiaçı Cavabdeh pul almışdır. Həmçinin İddiaçı Cavabdeh 122000 manat pul ödəmişdir. İddiaçı ödədiyi 122000 manatdan 45000 manatını faizə götürdüyünü, 45000 manatdan əlavə olaraq cavabdehə faiz şəklində 77000 manat da pul vəsaitini ödədiyini, beləliklə cavabdehə ödənilmiş 122000 manatdan 77000 manat həddində cavabdehin əsassız varlandığını əsas gətirərək həmin məbləği, həmçinin cavabdehin hərəkətinin onda mənəvi iztirab yaşatmasını, cavabdehin qanunsuz əməlləri ilə bağlı ona mənəvi zərərin də vurulduğunu əsas gətirərək, həmçinin 25000 manat mənəvi zərərin də alınaraq ona ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmiş, onun iddiaçıya verdiyi 122000 manatın iddiaçı tərəfindən ona qaytarıldığını bildirmiş, iddia tələbini əsassız hesab etmişdir. Tərəflər arasında pul vəsaitinin alınıb verilməsinə dair yazılı müqavilə münasibəti mövcud olmamaqla yanaşı, cavabdehin iddiaçının hesabına əsassız varlanması və cavabdehin iddiaçıya mənəvi zərər vurması öz təsdiqini tapmamışdır.
39. Məhkəmə kollegiyası apelyasiya şikayətinin iddiaçının cavabdehdən almış olduğu 45000 manatın qarşılığında artıq olaraq ödəmiş olduğu 77000 manat pulun cavabdehdən alınıb ona verilməli olması, hazırki mülki işdən də əsassız varlanma faktının açıq-aşkar görünməsi, cavabdehin iddiaçıya vermiş olduğu borcun qarşılığında əsassız olaraq 77000 manat varlanması, pulun hansı məqsədlə alınmasını sübut etməli olan tərəfin cavabdeh olduğu halda bunu etməməsi, cavabdehin 122000 manatın ona verilməsini etiraf etməsi, 122000 manatın allınmasının etiraf edildiyi andan iddiaçının həmin məbləği sübutetmə yükündən azad olması, cavabdehin həmin pul vəsaitinin həqiqətən iddiaçıya qaytarılmasını sübutetmə vəzifəsinin yaranmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
40. Belə ki, nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
42. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
43. Kollegiya qeyd edir ki, cavabdeh 122000 manatın ona verilməsini etiraf etməklə yanaşı, həmin məbləğdən 45000 manatının onun tərəfindən əvvəlcədən iddiaçıya verilən məbləğ olması, 77000 manatın isə 45000 manata əlavə şəklində iddiaçı tərəfindən ona qaytarılması kimi bir halı etiraf etməmiş, onun tərəfindən iddiaçıya elə əvvəlcədən 122000 manat pul vəsaitinin verildiyini göstərmişdir. Beləliklə cavabdeh tərəfindən iddiaçının hesabına əsassız varlanması halı etiraf edilməmiş, iddiaçı tərəfindən isə cavabdehin onun hesabına 77000 manat məbləğində əsassız varlanması sübuta yetirilməmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız olaraq varlanması halı müəyyən edilmədiyindən apellyasiya şikayətinin cavabdehin iddiaçıdan vermis olduğu borc məbləğindən dəfələrlə artıq pul tələb etməklə, onu maddi vəziyyətdə özündən asılı vəziyyətə salmaqla həm də mənəvi iztirab yaşatması, cavabdehin qanunsuz əməlləri ilə bağlı ona mənəvi zərər də vurulması, bununla bağlı onun həm psixoloji, həm də fizioloji xəstəliklərə durçar olaraq müalicə almasına dair dəlilləri özü-özlüyündə əsassızdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı qanunsuz hərəkətlərin törədilməsi öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini 25000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi hissəsində də də təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
46. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
47. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
48. Məhkəmə kollegiyası apelyasiya şikayətinin cavabdehin pulu almasını etiraf etməsinə baxmayaraq məhkəmənin qəbzlərin mötəbərliyini şübhə altına alması, məhkəmənin qəbzlərin iddiaçının cavabdehə göndərmiş olduğu pul olmasına inanmadığı təqdirdə, banka sorğu verərək pul çıxan və pul daxil olan kart hesablarının kimə məxsus olmasını araşdırmalı olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 122000 manat pul vəsaitinin verilməsi, iddiaçı tərəfindən isə cavabdehə həmin məbləğdə pul vəsaitinin qaytarılması onların tələb və etirazları ilə təsdiq edildiyi, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun müqavilə münasibətinin mövcudluğu müəyyən edilmədiyi halda, bununla bağlı banka əlavə olaraq hər hansı bir sorğunun verilməsi zərurəti müəyyən edilməmişdir.
49. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh İddiaçı hesabına əsassız varlanması, Cavabdeh tərəfindən İddiaçı mənəvi zərər vurulması hallarının müəyyən edilməməsinə dair gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir.
50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları nəzərə almış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1206/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1206/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.