Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2142/2020 02.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair ərizəsinin baxılmamış saxlanılması barədə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)- 681/2020 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin nümayədəsi X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2015-ci il tarixli 20 USD nömrəli kredit müqaviləsi üzrə 1346,37 ABŞ dolları əsas borc, 614,03 ABŞ dolları faiz borcu, 1212,93 ABŞ dolları cərimə, 201,78 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 3375,11 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ləğv prosesində olan "xxxxxxxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, o, 2015-ci ildə "İddiaçı" ASC-dən 3000 ABŞ dolları məbləğində kredit götürmüş və Cavabdeh2 ona zamin durmuşdur.İlk aylarda kredit borcundan ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Sonradan bank bağlandığından kredit borcunu hara ödəməsini bilmədiyindən aylıq ödənişləri dayandırmışdır. Bir neçə bankın, həmçinin “xxxxxxxxx” ASC-nin keçmiş əməkdaşından aylıq ödənişlərin hara ödənilməsi ilə bağlı maraqlansa da, bank əməkdaşları da bu barədə hər hansı məlumatlarının olmadıqlarını bildirmişlər. Ona görə də kredit borcu ödənilməmiş qalmışdır. Onun kredit borcu Prezidentin məlum Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin bank tərəfindən ona yeni müqavilə bağlanılması ilə bağlı bildiriş göndərilməmişdir. Qeyd etdikləri nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 Cavabdeh1 zamin durduğunu bildirmiş və Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-681/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiаçı ləğv prosesində olan "İddiaçı" ASC-nin nümayədəsi X2 şikаyət verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-681/2020 nömrəli qərardadının ləğv edilməsini, mülki işin növbəti məhkəmə iclasına təyin edilməsi barədə qərardad qəbul edilməsini, şikayət təmin edilmədikdə isə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(037)-681/2020 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-681/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-681/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh1 müvafiq qaydada 1564,51 manat kompensasiya verilmiş və 2288,83 manat qalıq borcu qalmışdır. Hazırda cavabdehlərdən kredit müqaviləsi üzrə 1346,37 ABŞ dolları əsas borc, 614,03 ABŞ dolları faiz borcu, 1212,93 ABŞ dolları cərimə, 201,78 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 3375,11 ABŞ dolları məbləğində kredit borcu və 30 manat dövlət rüsumu borc tələb olunur. Cavabdeh1 ayrılmış kredit məbləği Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşsə də, kredit borcunun restrukturizasiya olunması, bank tərəfindən qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılması barədə cavabdehlərə göndərilən bildirişlərin onlar tərəfindən alınmasını təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. Hazırkı iddia ərizəsi icraata götürüldüyündən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah olunmuşdur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-cı maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-681/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin nümayədəsi X2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-681/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2142/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2142/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver