Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2150/2020 01.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun ödənilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı ASC-yə qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dаir qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-23/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı cəmi 1782.26 manat kredit borcun və 20 manat dövlət rüsumunun ödənilməsi barədə məhkəmə əmri çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə 1782.26 manat kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı ASC-yə ödənilməsi barədə xx.xx.2018-ci il tarixli əmr vermişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə həmin əmrə etiraz vermiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə əmr ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh1 qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək 646.04 manat artıq ödənilmiş pulun geri qaytarılmasını tələb etmiş, sonra iddia tələbinin həcmini artıraraq 1088.27 manat pulun İddiaçı ASC-dən alınıb ona verilməsini xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(051)-23/2020 nömrəli (hakim M.Kərimova) qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun ödənilməsi tələbinə dair ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ASC-dən 1088.27 (bir min səksən səkkiz manat iyirmi yeddi qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutulub iddiaçı Cavabdeh1 Aslan oğluna verilməsi, iş üzrə ekspertiza xərci olan cəmi 350 (üç yüz əlli) manat İddiaçı ASCdən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 3000 manat məbləğində kredit vermişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilə üzrə götürdükləri öhdəlikləri tam yerinə yetirmədikləri üçün 747.72 manat əsas borc, 249.43 manat faiz borc, 785.11 manat cərimə olmaqla, cəmi 1782.26 manat kredit borcları qalması müəyyən edilmiş, ona görə də bank həmin borcun cavabdehlərdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 isə kredit borcun nəinki tam ödənilməsini, həmçinin, təkcə ondan 1088.27 manat pulun artıq tutulmasını, həmin pulun qaytarılmasını xahiş edir. Hesab edir ki, bank öz tələbində haqlıdır. Qanuna müvafiq qətnamə çıxarılmasını xahiş edir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC ona illik 26 faiz hesablanmaqla 24 ay müddətinə 3000 manat kredit vermişdir. Kreditin ödənilməsinin təminatı olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC kredit borcun tutulması üçün məhkəmə əmrinin verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, tələb üzrə məhkəmə əmri verilmiş, o, əmrə etiraz etdiyi üçün iş iddia icraatına keçirilmişdir. Bankla aralarında bağlanmış kredit müqaviləsinin 12-ci bəndinə əsasən kredit borcunun müqaviləyə uyğun olaraq ödənilməsi gecikdirildikdə bank borcalanın bankda olan bütün bank hesablarından, pensiya kartlarından kredit üzrə borcun, faizlərin, dəbbə pulunnun və vurulmuş zərərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir. O, pensiyaçıdır, pensiyanı da İddiaçı ASC-dən alır. Eləcə də zamin Cavabdeh2 da əmək haqqını həmin bank vasitəsi ilə alır. O, kredit borcun hesablanmasından narazı olduğuna, onun kredit borcu qalmadığına görə iş üzrə məhkəmə-mühasıbatlıq ekspertizası keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. İş üzrə keçirilmiş bir neçə ekspertiza rəylərində də məlum olmuşudr ki, onun banka borcu qalmamışdır. Sonuncu məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, onun kredit borcu qalmamışdır, əksinə 1388.27 manat artıq pul ödənilmişdir. Həmin puldan da 1088.27 manat ondan, 300 manat isə zamin kimi Cavabdeh2 tutulmuşdur. Ona görə də ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilməsini, İddiaçı ASC-dən 1088.27 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də Mingəçevir şəhər Məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadeh Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını və Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmnə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onıarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 23/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 3-xx.xx.2014-SM 2 №li xx xxxxxx 2014-cü il tarixli Təminatsız Kredit müaviləsindən (pensiyaçılar üçün kredit) görünür ki, bank Cavabdeh1 24 ay müddətinə illik 36 faiz hesablanmaqla 3000 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdələrinə götürmüşlər. İddiaçı ASC ilə Cavabdeh2 Məbud qızı arasında bağlanmış 3-xx.xx.2014-SM2 №-li xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviəsindən görünür ki, zamin Cavabdeh2 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən 3000 manat məbləğində verilən krediti və ona hesablanmış faizləri qaytarılmasını öhdəsinə götürür. Məxaric orederin surətindən görünür ki, xx xxxxxx 2014-cü ildə Cavabdeh1 “xxxx” ASCdən 2850 manat kredit verilmişdir. Məhkəmə-mahsibatlıq ekspertizasının 31741 №-li xx xxxx 2019-cu il tarixli rəyində göstərilir ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və xx xxxxxx 2014-cü il tarixli 3-2-.08.2014-SM2 №-li kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1xx xxxxxxx 2018-ci il tarixə banka 462,91 manat artıq ödənişi olması müəyyən edilir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 17944 №-li xx xxxxxxx 2020-ci il tarixli rəyində göstərilir ki, Cavabdeh1 banka 462,91 manat artıq ödənişin olması müəyyən edilir. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/1792 №-li xx xxxx 2020-ci il tarixli rəyində göstərilir ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərnə dair hesabdan çıxarış, arayış və xx xxxxxx 2014-cü il tarixli 3-xx.xx.2014-SM2 №-li kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx xxx 2020-ci il tarixə (son ödəniş tarixinə) banka 1388,27 manat artıq ödənişi olması müəyyən edilir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və ilk iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Əvvəla ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İkincisi, iddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etsə, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı ilk iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi ilk iddia tələbini əsassız olduğundan rədd edərkən haqlı olmuşdur. Cavabdehin qarşılıqlı iddiasında isə görünür ki, tərəflər arasında bağlanmış 3xx.xx.2014-SM2 №li xx.xx.2014-cü il tarixli kredi tmüqaviləsi üzrə banka 1388.27 manat artıq ödəniş olmuşdur. İşə əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, 300 manat Mingəçevir şəhər Mərkəzi Xəstəxanada işləyən zamin Cavabdeh2 əmək haqqından, 1038.27 manat isə Cavabdeh1 pensiyasından tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə düzgün qənaətə gələrək, qarşılıqlı iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-23/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2150/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2150/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver