Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2153/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçılar İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X3 Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(051)- 208/2021 nömrəli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(051)-208/2021 nömrəli qətnaməsinə əsasən İddia tələbi qismən təmin edilmiş, Cavabdeh 37131 (otuz yeddi min bir yüz otuz bir) manat alınıb iddiaçılar İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X4 verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. Qətnamədən Cavabdeh 07 sentyabr 2021-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(051)-208/2021 nömrəli (hakim N.Paşayev) qərardadına əsasən iddiaçılar İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X3 Cavabdeh qarşı «cinayət əməli nəticəsində dələduzluq yolu ilə vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(051)-208/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilərək Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(051)-208/2021 nömrəli qərardadından Cavabdeh şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(051)-208/2021 nömrəli qərardadını ləğv edib apelyasiya şikayətinə baxılması üçün işi Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(051)-208/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 1(051)-41/2019 saylı hökmü ilə o Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki penitensiar müəssisəsindən cəzasını tam çəkərək azad olunmuş, cəzaçəkmə müəssisəsində olduğu üçün Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsini almadığını və bu səbəbdən vaxtında apellyasiya şikayəti verə bilmədiyini göstərmişdir. Məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, müdafiə hüququ pozulmuşdur. Məhkəməyə 17 avqust 2021-ci il tarixdə müraciət edərək Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsinin surətini almışdır. Qətnamədən narazıdır. Ona görə də məhkəmənin qeyd olunan qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materialından görünür ki, iş üzrə Cavabdeh keçirilən məhkəmə iclasında iştirak etməmişdir. İş materialından görünür ki, cavabdeh İsayev X1 Şəhər Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 1(051)-41/2019 saylı hökmü ilə o Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(051)-208/2021 nömrəli qətnaməsinin surəti cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, lakin həmin qətnamənin sonuncuya rəsmi qaydada verilməsi iş materialları ilə sübut olunmur. İş materialından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(051)-208/2021 nömrəli qətnaməsinin surətinin Cavabdeh göndərilməsi barədə 16.02.2021-ci il tarixli bildirişdə sonuncunun qeyd edilən qətnamənin göndərilməsi barədə qəbzin əlavə edilməsi müəyyən edilməmişdir. Qətnamə rəsmi təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apelyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, Cavabdeh keçirilən 16 fevral 2021-ci il tarixli, 2(051)-208/2021 nömrəli qətnaməsinin surəti cavabdehin qeydiyyatda olduğu yəni cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki penitensiar müəssisəsinə rəsmi qaydada göndərilməsinə baxmayarq onun Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(051)-208/2021 nömrəli qətnaməsini rəsmi qaydada alması iş materialları ilə öz təsdiqini tapmır. Göründüyü kimi Cavabdeh qətnaməni rəsmi qaydada almadığından vaxtında apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsi səbəbi ilə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamış, apelyasiya şikayətini geri qaytarakən prosessual normanın tələblərini düzgün təfsir etməmişdir. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(051)-208/2021 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(051)- 208/2021 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməli və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(051)-208/2021 nömrəli qərardadı ləğv edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(051)-208/2021 nömrəli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Mahir Əsədli Hakimlər Ayaz Mahmudov Ələddin Məcidov
Məhkəmə qərarları › İş №2(107)-2153/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2153/2021
04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver