Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2155/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı İKB ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğvi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tаrixli, 2(051)-14/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir şəhər Məhkəməsinin (hakim N.Paşayev) 2(51)-14/2011 saylı, 27 avqust 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Cavabdeh2 və onun vəkili Ömərov X1 şəhər Məhkəməsinin (hakim N.Paşayev) 2(51)-14/2011 saylı, 27 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək apellyasiya şikayətinin qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün apellyasiva instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, o Cavabdeh1 həyat yoldaşıdır və cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlakın məhkəmə qətnaməsi ilə əldən çıxması onun mülkiyyət hüquqlarını pozur. Bundan başqa işə məhkəmdə baxılan vaxt məhkəmə onu işə cəlb etməmişdir. Bununla da onun prosessual hüquqları pozulduğundan, onun hazırkı qətnamədən xəbəri olmamışdır. Ona görə də qətnamənin surəti ona rəsmi qaydada verilməmişdir. O səbəbdən də o, qətnaməni mübahisələndirə bilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin qeyd olunan qətnaməsinin surətini o, qeyrirəsmi olaraq 11.08.2021-ci il tarixdə Mingəçevir İcra Şöbəsindən əldə etmişdir. Hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmamaqla qəbul edildiyindən, qanunsuz və əsassızdır. Odur ki, məhkəmədən qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə baxıb yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(051)-14/2011 nömrəli qərardadı ilə həmin məhkəmənin 2(051)-14/2011 saylı, 27 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh2 və onun vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə iş materiallarım araşdıraraq bu qənaətə gəlir ki, Cavabdeh1, qətnamənin surətini alsa da, qətnamə qanuni qüvvəyə mindikdən 10 ilə yaxın müddət keçdikdən sonra qətnamənin icrasına mane olmaq məqsədilə qətnamənin surətini almadığını bildirərək apellyasiya şikayəti vermiş, həmçinin ərizə təqdim edərək apellyasiya şikayətini vermə müddətini keçməsini üzrlü sayılması və buraxılmış müddətin bərpa edilməsini xahiş etmiş, məhkəmənin 12.02.2021-ci il tarixli qərardadı ilə onun vəsatəti təmin edilməmişdir. Bundan sonra Cavabdeh1 arvadı Cavabdeh2 vasitəsilə mülki işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə çalışmışdır. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş Cavabdeh2 məxsus şəxsiyyət vəsiqəsinin surətində onun subay olduğu qeyd olunsa da, şikayətin mətnində ər-arvad olduğunu göstərmiş, lakin nikah hqqında şəhadətnamənin surətini ərizəyə əlavə etməmişdir. Ondan başqa şikayətə əlavə edilmiş dövlət rüsumuna dair qəbzdən görünür ki, banka vəsait Cavabdeh1 tərəfindən ödənilmişdir. Həmçinin, apelyasiya şikayətindəki imza da Cavabdeh2 şəxsiyyət vəsiqəsində olan imzadan xeyli fərqli formada icra edilmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, apelyasiya şikayəti həqiqətən Cavabdeh2 tərəfindən verilsəydi belə, qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldüyündən, apelyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi apellyasiya şikayətinə əlavə edilmiş Cavabdeh2 məxsus şəxsiyyət vəsiqəsinin surətində onun subay olduğu qeyd olunsa da, şikayətin mətnində ər-arvad olduğunu göstərmiş, lakin nikah hqqında şəhadətnamənin surətini ərizəyə əlavə etməmişdir. Ondan başqa şikayətə əlavə edilmiş dövlət rüsumuna dair qəbzdən görünür ki, banka vəsait Cavabdeh1 tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası eyn zamanda iş materiallarında olan sənədlərdə qeyd edilən əmlakların tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olması müəyyən edildiyindən, məhkəmə tərəfindən onun arvadı Könül Hüseynovanın da cavabdeh kimi işə cəlb edilməsi ağlabatan olmamış, iş üzrə tərəf olmadığından məhkəmə qətnaməsi ona göndərilməmişdir. Cavabdeh2 nə vaxtsa Cavabdeh1 ilə rəsmi nikahda olmasını, habelə mübahisəli daşınmaz əmlakların birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə edilməsini və həmin əmlak üzərində paylı və yaxud birgə mülkiyyət hüququnun olmasını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Cavabdeh2 apellyasiya şikayəti verməsi hüququnun pozulmaması əsasından çıxış edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ötürülmüş prosessual müddətin bərpası barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tаrixli, 2(051)-14/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tаrixli, 2(051)-14/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2155/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2155/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver