Məhkəmə qərarları › İş №2(107)-2166/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2166/2020

24.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2166/2020 24.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dаir mülki iş üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1128/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxx 2006-cı il təvəllüdlü Nurcan, xx xxxx 2006-cı il təvəllüdlü Elcan adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay, hər bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat miqdarında aliment tutulması müəyyən olunması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1128/2020 nömrəli (hakim T.Qubadov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Şəki rayonu Qaratorpaq kəndində yaşayan Cavabdeh tutulan alimentin məbləği artırılaraq, xx xxxx 2006-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, xx xxxx 2006-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat müəyyən edilməsi və hər ay tutularaq, ünvan 1 mənzil 25 ünvanda yaşayan İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğdə dövlət rüsumu alınıb dövlət hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlanması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Həsənov X2 Şəhər Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(051)-1128/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan xx xxxx 2006-cı ildə Nurcan və Elcan adlı uşaqları doğulmuşdur. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah ləğv edilmiş, cavabdehdən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 160 manat miqdarında aliment tutulub ona verilməsi qət edilmişdir. Məhkəmənin xx xxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı artırılaraq, ayda 220 manat miqdarında tutulub ona verilməsi qət edilmişdir. Lakin cavabdehin ödədiyi alimentlə uşaqların maddi tələbatını ödəmək çox çətindir. Uşaqlar böyüdükcə onların tələbatları da artır. Odur ki, cavabdehdən hər ay xx xxxx 2006-cı il təvəllüdlü Nurcan və xx xxxx 2006-cı il təvəllüdlü Elcan adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay, hər bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat miqdarında aliment tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla, işin faktiki hallarını araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, hazırkı iddianı qəbul etməmişdir. Çünki, qeyd olunan məbləğ onun hazırkı vəziyyətinə uyğun deyildir. Çünki, bu vəziyyətdə qəbul olunan qərar ədalətli ola bilməz. O, ailə qurmuş, yeni nikahından 2 yaşında bir qızı, yaxın zamanda isə digər övladı dünyaya gələsidir. Kənd yerində yaşayır. Heç bir işi, qazancı yoxdur. Müəllim işləyir, əmək haqqı 301 manatdır. O, bu qazancla evini və ailəsini saxlayır. Bu səbəbdəndə o, qaldırılan məbləği ödəmək iqtidarında deyil. Adına heç bir torpaq sahəsi mövcud deyildir. Özü şəkər xəstəsidir, insulinlə yaşayır. Bu o deməkdir ki, sağlamlığı çox aşağı vəziyyətdədir. Hesab edir ki, məhkəmə ədalətli qərar qəbul etməmişdir. İddiaçı Mingəçevir şəhərində bazarla üzbəüz gözəllik salonu işlədir. Xeyli sayda işçisi var. Aylıq qazancı 2000 manatdan artıqdır. Buna görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1128/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, kənd məktəbində idman müəllimi işləyir. 350 manat əmək haqqı alır. Başqa gəlir mənbəyi yoxdur. İkinci dəfə ailə həyatı qurmuş və təzə ailəsindən də bir uşağı var. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı hazırda kənddə mağaza işlədir, həm də fərdi təsərrüfata malikdir. Himayəsində olan uşaq xəstədir və mütəmadi olaraq həkim müayinəsinə ehtiyac olur. Bundan əlavə uşaq böyüdükcə onun tələbatları da günbəgün artır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx xxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxx 2006-cı il təvəllüdlü X3 valideynləri Cavabdeh və X4r. Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(051)2085/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda cəmi 220 manat miqdarında aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında nikah xx xxxxxx 2019-cu il tarixdə ləğv edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx xxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxx 2006-cı il təvəllüdlü X3 valideynləri Cavabdeh və X4r. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaq-la-rın qayğısına qal-maq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nə-zarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də bor-cudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apellyasiyainstansiyaməhkəməsihesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün əsas ola bilməz. Belə ki, apelyаsiyа şikаyətinin dəlillərində cavabdeh rəsmi qaydada işləməməısini, əlavə gəlirinin olmadığını, maddi imkanı olmadığı üçün müəyyən edilmiş alimenti ödəyə bilmədiyini və iddianın rədd edilməsini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi hər ay hər uşaq üçün 130 manat alimentin miqdarını müəyyənləşdirərkən işin bütün hallarını, hər iki valideynin uşağın saxlanılması üçün məsuliyyət daşıdığını, cavabdehdən uşaqları üçün aliment tutulmayacağı təqdirdə uşağın saxlanılması ilə bağlı bütün ağırlığın iddiaçının üzərinə düşəcəyini, onun da uşağı saxlamağa maddi imkanı olmamasını və müəyyənləşdirilmiş məbləğin bir ay ərzində uşağın dolanışığını təmin etmək üçün yetərliliyini nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsaslı hesab etmir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işdən görünür ki, Cavabdeh İddiaçı alimentin artırılması tələbi ilə bağlı hissəsindən şikayət vermişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı üçün hər ay hər uşaq üçün 110 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin hər aya hər uşaq üçün 170 manat, cəmi 340 manata artırılmasını tələb edir. Deməli iddiaçının hazırkı tələbinin məbləği 120 manat (340- 220=120) təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə iddianın qiyməti 1440 (12x120) manat təşkil edir. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsi 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1128/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar