Məhkəmə qərarları › İş №2(107)-217/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-217/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-217/2020 13.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İHakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1169/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1169/2019 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin edilmiş, Cavabdeh 1000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və 1990 manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası və özünə aid borc pullarının Cavabdeh 1000 ABŞ dolları və 1990 manat alınıb ona (vərəsə) İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(039)-1169/2019 saylı qiyabi qətnaməsi ilə Cavabdeh 1000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, 1990 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabheh Cavabdeh məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-1169/2019 saylı qərardadı ilə məhkəmənin xx xxx 2019-cu il tarixli 2(039)- 1169/2019 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh ona məxsus 1000 ABŞ dolları məzənnə üzrə və 1990 manat borcların alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instanisya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək izah etmişdir ki, onun keçmiş rəfiqəsi X4 öz bacısı Cavabdeh ilə onu tanış etmişdir. 2015-ci ilin aprel ayında ondan kosmetoloji aparat almaq üçün borc istəmişdir. May ayında tərəfindən ona 1000 ABŞ dolları və sonra isə 2500 manat borc vermişdir. İyun ayında anası vəfat etmiş və cavabdeh bacısı ilə yasa gəlmişlər. Həmin vaxt Zülfiyyə yenidən ondan 200 manat borc almışdır. 2015-ci ilin avqust və sentyabr aylarında 2 dəfəyə 355 manat, cəmi 710 manat Zülfiyyə borcundan qaytarmışdır. Pulu cavabdehlə həmin vaxt yaxın olduqlarından vermişdir. Cavabdeh pulu 2017-ci ilin may ayına qədər hissə-hissə qaytaracağını bildirmişdir. Lakin, sonradan cavabdeh onun telefon zənglərinə cavab verməmiş və bu günə qədər olan borcunu qaytarmamışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instanisya məhkəməsinə ərizə təqdim edərək izah etmişdir ki, Aygünü bacısı Gülsurənin vasitəsi ilə tanımışdır. Münasibətləri yaxın olduğundan ondan borc pul istəmişdir. Lakin Aygün ona qeyd edilən pulu faiz şəklində yəni sələmə vermişdir. Həmin puldan 710 manatı və qalan borcu və sələmidə qaytarmışdır. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instanisya məhkəməsinin iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərmişdir ki, Zülfiyyəni o da tanıyır. Aygün Zülfiyyəyə borc pul verdiyindən xəbəri var. Zülfiyyə borcu kosmetoloji aparat almaq məqsədi ilə almışdır. Sonuncu pul yəni 200 manat Aygünün anasının yas mərasimində onun iştirakı ilə verilmişdir. Birinci instanisya məhkəməsinin iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərmişdir ki, İddiaçı onun anasıdır. Zülfiyyə əvvəllər onlara tez-tez gəlirdi. Anası Zülfiyyəyə kosmetoloji aparat almaq üçün 1000 ABŞ dolları və 2500 manat borcu evlərində onun yanında vermişdir. Zülfiyyə 2017-ci ilin may ayına qədər borcunu qaytaracağını bildirsə də, borcunu qaytarmadığından anası ilə telefonda mübahisə edirdilər. Sonradan Zülfiyyə telefona cavab vermədi. Birinci instanisya məhkəməsinin iclasında şahid qismində dindirilən X11 ifadə verərək göstərmişdir ki, Zülfiyyə onun baldızıdır. Zülfiyyə rayona gələrkən Aygün adlı şəxsdən sələmə pul götürdüyünü deyirdi. Hətta lotareya oynayaraq pulu borcuna verdiyini deyirdi. Zülfiyyə ona 2017-ci ildə sələmi ödədiyini demişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işə birtərəfli yanaşmış, sübutlara düzgün qiymət verməmiş, iddiaçının mənafeyinə uyğun hərəkət etmişdir. İddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyi halda məhkəmə əsassız və qanunsuz olaraq iddia tələbini təmin etmişdir. Ümumiyyətlə istər şahid ifadələrində, istər iddiaçının ifadəsində, həmçinin məhkəmənin qiymətləndirilməsində pulun qaytarılmasının 2017-ci il kimi göstərilməsi səhvdir. Kosmetoloji avadanlıqların alınması ilə bağlı müddəa da tamamilə yanlışdır. Əslində olan isə belədir. O, 2012-ci ildə iddiaçıdan 1000 manat pulu sələm olaraq almış və 5 ay ərzində də həmin pulları üstləri ilə birlikdə qaytarmışdır. Bundan sonra o, yenə də 2012-ci ildə iddiaçıdan 1500 manat sələmə pul götürmüş və həmin pulu da 2014-cü ildə tam ödəyib qurtarmışdır. Onun 2014-cü ildən etibarən iddiaçıya bir manat da olsun borcu qalmamışdır. Onun bütün qonşuları, ailə üzvləri, qohumları, yaxınları bilirlər ki, o iddiaçıdan götürdüyü pulları artıqlaması iləqaytarmışdır. Və həmin şəxslərin hamısı şahid kimi məhkəmədə bunu təsdiq edə bilərlər. O, özü təhsilsiz və savadsız adamdır. Səhv edərək birinci instansiya məhkəməsində özünə vəkil tutmamışdır. O, iddiaçıdan sələm olaraq iki dəfəyə 1000 və 1500 manat pul almış və aldığı bütün pulları da qaytarmışdır. Əgər qaytarmasaydı iddiaçı bu illər ərzində onu məhkəməyə verərək pulunu tələb edərdi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1169/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul olunaraq iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətində iddiaçıdan 7xx xxxxx 2012-ci ildə alması və həmin pulun əvəzində sələmlə birlikdə 1000 manat qaytarması barədə göstərdiklərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, iddiaçını sələmçi kimi tanıyır, iddiaçıdan cəmi 710 manat sələminə borc almışdır, həmin borcu da 2012-ci ildə 1000 manat sələmi ilə birlikdə qaytarmışdır. Şikayətdə nə yazılmasından asılı olmayaraq o, iddiaçıdan heç vaxt başqa borc pulları almamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1169/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1169/2019 nömrəliqətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı 1000 ABŞ dolları və 1990 manat borcun qaytarılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə оlаn xx xxxx 2018-ci il tarixdə ASAN1 tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi ev 10, mənzil 38-də qeydiyyatdadır. İşdə оlаn DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş arayışın surətindən məlum olur ki, Cavabdeh xx xxxxxxx 1970-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri, Yeni Yevlax küçəsi mənzil 30-da qeydiyyatdadır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 739.1, 739.2 və 740-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124 və 191.3-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müyyən edilmiş hesab edilmişdir ki, Cavabdeh bacısı X3 vasitəçiliyi ilə İddiaçı ilə tanış olmuşlar. Münasibətləri yaxşı olduğundan İddiaçı Cavabdeh 1000 ABŞ dolları və 2700 manat pul vermişdir. Həmin puldan Cavabdeh 710 manatını qaytarmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ona olan borcunu 2017-ci ilin may ayına qədər qaytaracağını bildirdiyindən və vədinə əməl etmədiyindən ondan 1000 ABŞ dolları məzənnə üzrə və 1990 manat borcların cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında pulun ona borca yox faizə verildiyini və pulu qaytardığını bildirmişdir. Lakin pulun qaytarılması və ya faizə verilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan borc aldığını və qalan borcu ödədiyini bildirsə də, qalan borcun qaytarılmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsihesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 1000 ABŞ dolları və 2700 manat pul verilməsi, həmçinin həmin puldan 710 manatı qaytarıldığı sübut olunduğundan və qalan pulun qaytarılmasına dair məhkəməyə sübut təqdim edilmədiyindən, iddia təmin edilməli, Cavabdeh 1000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və 1990 manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası iddianı təmin edərkən iddianın təmin olunması ilə bağlı maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 1000 ABŞ dolları və 1990 manat borc verməsini təsdiq edən hər-hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçıdan 2012-ci ildə birinci dəfə 1000 manat borc almasını və həmin borcu 5 ay ərzində üstü ilə birlikdə qaytarması, həmçinin iddiaçıdan ikinci dəfə 1500 manat borc alması və həmin borcu 2014-cü ildə ödəyib qurtarması barədə göstərdiklərini məhkəmə kollegiyasının iclasında təsdiq etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdikləri digər halları və məhkəmə kollegiyasının iclasında göstərdiklərini işin faktiki hallarına uyğun olduğu üçün inandırıcı qəbul edir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh cəmi 710 manat borc vermiş, Cavabdeh həmin borcu iki dəfəyə olmaqla iddiaçıya qaytarmışdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1169/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı 1000 ABŞ dolları və 1990 manat borcun qaytarılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1169/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 1000 ABŞ dolları və 1990 manat borcun qaytarılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar