Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-217/2025 11.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Yadigar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evdən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Yadigar qızının, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Yadigar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evdən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli, e-2(075)-1744/2024 nömrəli qətnaməsindən İddiaçı Yadigar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Yadigar qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2 övladı ilə birgə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixində, Şəki rayon Qeydiyyat Şöbəsində, 92 sayla qeydə alınmaqla, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.1984-cu il doğumlu Cavabdeh2, onunla AZ- İ 482786 saylı “X8” verilməklə, nikahı bağlanmışdır. O, qeyd edilən gündən köçüb, cavabdehin daimi qeydiyyatda və həm də mülkiyyət payının olduğu, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 121 ünvanında yerləşən, fərdi yaşayış evində yaşamağa başlamış və həmin evdə onun, xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X12 adlı iki övladı doğulmuşdur. Övladları hal-hazırda onun himayəsində, ünvan 1 ünvanında yaşayırlar. Şəki Rayon Məhkəməsinin (hakim: E.Vəliyev) xx.xx.2024-cü il tarixli, e-2(075)-1228/2024 saylı qətnaməsi ilə,xx.xx.2009-cu il tarixdə, ünvan 4 ünvanında yaşayan, hazırkı iş üzrə cavabdehlərdən biri, xx.xx.1984cu il doğumlu Cavabdeh2, onunla AZ- İ 482786 saylı “X8”si verilməklə bağlanmış nikahının pozulması, həmin nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü İnci və xx.xx.2013-cü il təvəllüdlü X3 onun himayəsində saxlanılması qət edilmişdir. Adı yuxarıda qeyd edilən ünvandakı fərdi yaşayış evinə köçüb gələndən, yaşadığı bütün müddət ərzində iş üzrə Cavabdeh2, onun qeyd edilən ünvana daimi pasport qeydiyyatına düşməyi barəsindəki bütün müraciətləri cavabsız qalmış, əlavə iş üzrə cavabdeh, bu yaxında həmin evə olan mülkiyyət hüquqlarından imtina edərək, mövcud hüquqlarını bacısı, ünvan 5 ünvanında qeydiyyata olmaqla yaşayan Cavabdeh1 (Əliyeva)ya ötürmüş və bununla da, onun bu evə qeydiyyata alınmağıını və istifadə hüquqlarını bloklamağa çalışmışdır. Ancaq onun bu evdə, yuxarıda da qeyd edildiyi kimi, iş üzrə cavabdehlə birgə nikahından doğulmuş və bu evdə daimi qeydiyyatda olmaqla, onun himayəsində yaşayan 2 övladı var ki, onlar səbəbli onun bu evə istifadə hüquqları tanınmalıdır. Əlavə olaraq qeyd etməlidir ki, o, 2 övladı ilə birgə hal-hazırda da, qeyd edilən ünvanda yaşayır və cavabdehin bu evlə əlaqədar, evin satışa çıxarılması ilə bağlı şifahi elanları və bildirişləri, onun evə istifadə hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətini yaratmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı Yadigar qızı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, rəsmi olaraq 2023-cü ilin dekabr ayından ev onun mülkiyyətindədir. Əvvəllər nənəsinin mülkiyyətində olub. Evin bir hissəsi atasının, digər hissəsi isə əmisinin payına düşmüşdür. Bütün vərəsələr paylarından imtina etmişlər. Əmisi isə özünə düşən payı ona bağışlamışdır.
6. Şəki Rayon Məhkəməsinin (hakim K.Musayev) xx.xx.2024-cü il tarixli, e-2(075)- 1744/2024 nömrəli qətnaməsi ilə, İddiaçı Yadigar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qarşı “evdən istifadə hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Yadigar qızı 2009-cu ildən mübahisəli mənzilə köçüb orada yaşasa da baldızı, yəni evin mülkiyyətçisi ilə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında yazılı müqavilə bağlamamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə qeyd edir ki, ilk növbədə İddiaçı Yadigar qızının evin mülkiyyətçisinin ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2- ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
9. Məhkəmə hesab etmişdir ki, İddiaçı Mülki Məcəllənin 228-ci maddəsinə əsasən mübahisəli mənzildən istifadə hüququ da mövcud deyil.
10. İddiaçının övladlarının istifadə hüquqlarının tanınmasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçının övladları azyaşlı olduqlarından və onların yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edildiyindən, hazırda uşaqlar iddiaçının himayəsində olduqlarından onlara münasibətdə də iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 228.1, 228.2, 228.5-ci maddələrinə,Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4 və 30.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan İddiaçı Yadigar qızı apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh2 ilə nikahlarının bağlandığı tarix xx.xx.2009-cu il. Həmin tarixə, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin rəsmi mülkiyyətçisi X7 (xx.xx.2005-ci il tarixdə vəfat etmiş, cavabdehlərin nənəsi) idi. Cavabdehlərin atası;-xx.xx.2018-ci il tarixdə vəfat etmiş X11 və qardaşı X15 övladları olaraq, Sayat Əliyeva-nın İ dərəcəli vərəsələri idilər və onlardan Ələddin Əliyev miras əmlakın 1/3 hissəsini xx.xx.2018-ci ildə, qardaşı Nazim Əliyev isə, qalan 2/3 hissəsini xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmişlər. xx.xx.2022-ci il tarixdə, Ələddin Əliyev-in tək (?) vərəsəsi (hazırkı iş üzrə İ cavabdeh nəzərə alınmadan) İİ Cavabdeh1 elan edilərək, Əliyev Ələddinin 1/3 hissə payı rəsmiləşdirilmiş, xx.xx.2023-cü il tarixdə Nazim Əliyev özünə məxsus, mübahisəli evdəki 2/3 payı, İİ Cavabdeh1 bağışlamışdır. İş üzrə İ cavabdehin də, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Ələddin Əliyevin İ dərəcəli vərəsəsi olması və hansı əsaslarla mübahisəli miras əmlakın tək, İİ Cavabdeh1 adına rəsmiləşdirilməsi aydınlaşdırılmamışdır. xx.xx.2022-ci il tarixdə, iş üzrə cavabdehlərin atası, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Ələddin Əliyev-in mirası üzrə, onun tək (?) vərəsəsinin, hazırkı iş üzrə İ cavabdeh nəzərə alınmadan, İİ Cavabdeh1-nın elan edilməsinin, hansı şərtlərlə yeri-nə yetirilməsi araşdırılmamış, Ələddin Əliyev-in 1/3 hissə payı rəsmiləşdirilərkən, iş üzrə İ cavabdehin də, Ələddin Əliyev-in İ dərəcəli vərəsəsi olması və hansı əsaslarla mübahisəli miras əmlakın tək, İİ Cavabdeh1-nın adına rəsmiləşdirilməsi aydınlaşdırılmamışdır. Belə ki, iş üzrə iddiaçının, iş üzrə İ cavabdehlə nikahlarının bağlandığı xx.xx.2009-cu il tarixində, mübahisəli daşınmaz əmlakın mülkiyyətçisi, iş üzrə cavabdehlər deyildi.
14. İş üzrə Cavabdeh2 ilə, iddiaçının nikah bağladığı xx.xx.2009-cu il tarixində, iş üzrə mübahisəli evin mülkiyyətçisi X7, artıq 4 ilə yaxın bir müddət idi ki, vəfat etmişdi və iş üzrə cavabdehlərin valideynləri də, miras əmlakı vərəsələri olaraq hələ qəbul etməmişdi. Yəni, qanunun “mülkiyyətçinin razılığı” tələbinin yerinə yetirilməsi, hüqiqi və həm də praktik olaraq mümkün deyildi. Əlavə, iş üzrə iddiaçının bu günkü günədək 2 uşaq dünyaya gətirməsi ilə, mübahisəli evdə yaşamağa davam etməsi halı, mübahisəli daşınmaz əmlakın vərəsələrinin, faktiki razılıqlarının olması şərtləri ilə mümkün ola bilərdi.
15. İş üzrə iddiaçının, iş üzrə İ cavabdehlə nikah bağladığı xx.xx.2009-cu il tarixində, mübahisəli daşınmaz əmlakın mülkiyyətçisi, iş üzrə cavabdehlər deyildi və mübahisəli evin, iş üzrə İİ cavabdehin adına, hansı şərtlərlə iş üzrə İ cavabdehin vərəsəliyi nəzərə alınmadan rəsmiləşdirilməsi araşdırılmamışdır. İş üzrə iddiaçının iş üzrə İ cavabdehlə nikah bağladığı xx.xx.2009-cu il tarixindən bu yana, 2 uşaq dünyaya gətirməsi ilə, həmin evdə yaşamaması sübut edilməmişdir.
16. İş üzrə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddüalarının tətbiq edilməsi, iddiaçının iş üzrə İ cavabdehlə nikah bağladığı xx.xx.2009-cu il tarixinə münasibətdə, uyğun deyil.
17. Odur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1744/2024 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Yadigar qızı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli, e-2(075)-1744/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, onun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evdən istifadə hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməsi bsrədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli, e-2(075)-1744/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli, e-2(075)-1744/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Qərarlar:
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinin müddəaları tətbiq edilməlidir.
25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
26. 47. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarında X18 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunubolunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli, e-2(075)-1744/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli, e- 2(075)-1744/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Yadigar qızı Cavabdeh2 ilə xx.xx.2009-cu ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, ailə qurub, cavabdehlərin ataları X9 və əmiləri X10 gözlənilən, lakin cavabdehlərin xx.xx.2005-ci il tarixdə vəfat etmiş nənələri X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X12 adlı iki övladları doğulmuşdur. 02 fevral 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 26 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla Şəki, M.Ə.Rəsulzadə prospekti 121 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi X9 mülkiyyətinə rəsmiləşdirilmişdir. 08 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 22 aprel 2022ci il tarixdə verilmiş **********30-10301 reyestr nömrəli çıxarışla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 121 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi X10 mülkiyyətinə rəsmiləşdirilmişdir. X11 05 iyun 2018-ci il tarixdə vəfat etdiyindən 14 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 06 iyun 2022-ci il tarixdə verilmiş **********30-10301 reyestr nömrəli çıxarışla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 121 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi Cavabdeh1 mülkiyyətinə rəsmiləşdirilmişdir. Daha sonra 13 noyabr 2023cü il tarixdə X15 ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsi əsasında X23 şəhəri İstiqlaliyyət prospekti ev 121 (əvvəlki ünvanı Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 121) ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus 2/3 hissə payını Cavabdeh1 bağışlamış, daşınmaz əmlakın dövlət reyestrindən 04 dekabr 2023-cü il tarixdə verilmiş **********13-10301 reyestr nömrəli çıxarışla Şəki şəhəri İstiqlaliyyət prospekti ev 121, yeni qaydalarla ünvan 9 ünvanı Şəki, M.Ə.Rəsulzadə prospekti 121) ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.0456 ha torpaq sahəsi Cavabdeh1nln tam mülkiyyətinə rəsmiləşdirilmişdir. Ailə qurduqdan bir müddət sonra İddiaçı Yadigar qızı ilə Cavabdeh2 münasibətləri pisləşmiş və aralarında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı Yadigar qızı iddia tələbini cavabdehlərin evin satışı təşəbbüsündə olmaları ilə əsaslandırmış, cavabdehlər tərəfindən isə iddia tələbi qəbul edilməmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə iddiaçının, iş üzrə İ cavabdehlə nikahlarının bağlandığı xx.xx.2009-cu il tarixində, mübahisəli daşınmaz əmlakın mülkiyyətçisinin iş üzrə cavabdehlər olmaması, iddiaçının nikah bağladığı xx.xx.2009-cu il tarixində, iş üzrə mübahisəli evin mülkiyyətçisi X2 artıq 4 ilə yaxın bir müddət idi ki, vəfat etmiş olması və iş üzrə cavabdehlərin valideynlərinin də miras əmlakı vərəsələri olaraq hələ qəbul etməmələri, iş üzrə iddiaçının 2 uşaq dünyaya gətirməsi ilə mübahisəli evdə yaşamağa davam etməsi halının mübahisəli daşınmaz əmlakın vərəsələrinin faktiki razılıqlarının olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə Cavabdeh2 ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmaqla köçməsi işin mübahisəsiz halıdır.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
36. Hazırki mülki iş üzrə isə tərəflər arasında hüquq münasibətləri 2001-ci ildən sonra və 01 oktyabr 2009-cu il tarixədək yarandığından, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğun həll etməklə doğru mövqedən çıxış etmişdir.
37. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının həmin evə köçdüyü zaman mərhum X1 mülkiyyətində, X1 vərəsələri X15 ilə X9 isə gözlənilən mülkiyyətlərində olmuşdur. Hansı ki, sonradan məhz bu qanuni gözləntiyə istinadən fərdi yaşayış evi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydlər aparılmışdır. Bu səbəbdən iddiaçının mübahisəli fərdi yaşayış evinə köçdüyü zaman və sonradan mülkiyyətə gözləntisi olan şəxslərlə müqavilə bağlamaq hüququ istisna edilməmişdir.
38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından buna dair yazılı müqavilənin bağlanması halı müəyyən edilməmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə İ cavabdehin də, xx.xx.2018ci il tarixdə vəfat etmiş Ələddin Əliyevin İ dərəcəli vərəsəsi olması və hansı əsaslarla mübahisəli miras əmlakın tək, İİ Cavabdeh1 adına rəsmiləşdirilməsinin aydınlaşdırılmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
40. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
41. Göründüyü kimi mirası qəbul etməsi, yaxud da mirasın qəbulundan imtina edilməsi vərəsənin hüququdur. Bu səbəbdən də məhkəmənin hazırkı vəziyyətdə mübahisəli miras əmlakın hansı əsaslarla tək, İİ Cavabdeh1 adına rəsmiləşdirilməsini aydınlaşdırmaq kimi bir vəzifəsi olmamışdır.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsinin iddiaçının iş üzrə İ cavabdehlə nikah bağladığı xx.xx.2009-cu il tarixinə münasibətdə uyğun olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4 və 30.5-ci maddələri sadalansa da birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticəni məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbi baxımından əsaslandırması müəyyən edilmişdir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
45. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı Yadigar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli, e-2(075)-1744/2024 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı Yadigar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli, e-2(075)-1744/2024 nömrəli qətnaməsi İddiaçı Yadigar qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.