Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2174/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin həcminin artırılması» tələbinə dair mülki işə (Açar sözlər: aliment məbləğinin artırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1578/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 13.08.2009-cu il təvəllüdlü X8, 04.10.2011-ci il təvəllüdlü X3, 05.12.2012-ci il təvəllüdlü X1 üçün onlar, yetkinlik yaşına çatana qədər Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər hər birinə 200 manat, cəmi 600 manat sabit pul məbləğinin cavabdeh X5 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci il tarixdə Cavabdeh ilə qeyrirəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə onların birgə qeyri-rəsmi nikahlarından üç övladları:13.08.2009-cu il təvəllüdlü X12, 05.10.2011-ci il təvəllüdlü X6 və 05.12.2012-ci il təvəllüdlü X13 olmuşdur. Cavabdehlə yeddi ildən artıq müddətdir ki, xasiyyətlərinin bir-birinə uyğun gəlməməsi səbəbindən münasibətləri soyumuş və ailə münasibətlərini kəsmişlər. Ailələri faktiki olaraq dağılmışdır və bərpası mümkün olmamışdır. O, 2015-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqların saxlanılması üçün formal olaraq hər birinə 40 manat, cəmi 120 manat aliment tutulmasını xahiş etmişdir. Hesab etmişdir ki, özü uşalara baxa bilər. Uşaqların atası özü köməklik göstərəcəkdir. Lakin hazırki günədək cavabdeh sadəcə Mingəçevir Şəhər Məhkəməsinin 21.01.2020-ci il tarixli 2(051)-240/2020 saylı qətnaməsinə əsasən qəbul edilmiş, cəmi 330 manat alimenti ona göndərmiş və digər heç bir köməklik göstərməmişdir. Məlum məsələdir ki, indiki zəmanədə uşağın gündəlik tələbatı yüksəkdir, alimentdə qeyd olunan 110 manat uşağın saxlanılması üçün heç yetərli deyil. Uşaqlarının hər üçü məktəbdə oxuyur. Onların gündəlik xərcləri kifayət qədərdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Heç bir köməklik göstərmir. Uşağın maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. O özü heç bir yerdə işləmir. Məcburi köçkün olduğu üçün 60 manat çörək pulu alır. Birdə cavabdehdən cəmi 330 manat aliment alır. Bu da cəmi 390 manat təşkil edir. Bu məbləğlə o hər üç uşağının saxlanmasını təmin etməkdə çox çətinlik çəkir. Uşaqların ataları yerli qeydiyyat olduğu üçün uşaqlara çörək pulu da ala bilmir. Maddi imkanı olduqca çətindir. Cavabdeh Rusiya Federasiyasında daim biznes fəaliyyəti ilə məşğul olur, yüksək gəliri var, lakin qazancı dəyişkən və qeyrimüntəzəmdir. Cavabdeh avtomobil idarə etməsi barədə sübut olaraq borclunun barəsində DİN tərəfindən EQ3213929 saylı 25.02.2020-ci il tarixli protokol, EQ3017294 saylı 24.01.2020-ci il tarixli protokol, EQ3068112 saylı 01.02.2020-ci il tarixli protokollardan görünür ki, borclu yol hərəkəti qaydalarını pozduğu üçün barəsində inzibati protokol tərtib edilmişdir. İmkanı yüksəkdir. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yüksək gəlirlərinin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq uşaqların hər birinə hər ay 200 manata, cəmi 600 manata çatdırılmalıdır. Ona görə də məhkəmədən bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 13.08.2009-cu il təvəllüdlü X8, 04.10.2011-ci il təvəllüdlü X3, 05.12.2012-ci il təvəllüdlü X1 üçün onlar, yetkinlik yaşına çatana qədər Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər hər birinə 200 manat, cəmi 600 manat sabit pul məbləğinin cavabdeh X5 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1578/2021 saylı qətnaməsi ilə ( hakim Ə.Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2304/2015 saylı Qiyabi qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, 13.08.2009-cu il təvəllüdlü X12, 05.10.2011-ci il təvəllüdlü X6 və 05.12.2012-ci il təvəllüdlü X13 adlı uşaq ların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat miqdarında aliment tutulub İddiaçı verilməsi, artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 13.08.2009-cu il təvəllüdlü X12, 05.10.2011-ci il təvəllüdlü X6 və 05.12.2012-ci il təvəllüdlü X13 adlı uşaqların ataları Cavabdeh anaları isə İddiaçıdır. xx xxx 1991-ci il təvəllüdlü İddiaçı doğulmuş 13.08.2009cu il təvəllüdlü X12, 05.10.2011-ci il təvəllüdlü X6 və 05.12.2012-ci il təvəllüdlü X13 adlı uşaqların ataları xx xxxx 1981-ci il təvəllüdlü Cavabdeh olduğu müəyyən edilmişdir. Cavabdeh 13.08.2009-cu il təvəllüdlü X8, 05.10.2011-ci il təvəllüdlü X4 və 05.12.2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər birinə 40 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin 07.07.2015-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. 13.08.2009-cu il təvəllüdlü X12, 05.10.2011-ci il təvəllüdlü X6 və 05.12.2012-ci il təvəllüdlü X13 adlı uşaqlar iddiaçının yanındadırlar. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış 13.08.2009-cu il təvəllüdlü X12, 05.10.2011-ci il təvəllüdlü X6 və 05.12.2012-ci il təvəllüdlü X13 adlı uşaqlar böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyyədədir və o uşağını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay hər uşağa 150 manat, cəmi 450 manat miqdarında tutulmasını məqsədə uyğun sayır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2304/2021 saylı Qiyabi qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, 13.08.2009-cu il təvəllüdlü X12, 05.10.2011-ci il təvəllüdlü X6 və 05.12.2012-ci il təvəllüdlü X13 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat miqdarında aliment tutulub İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddələri, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü, 5-ci, 8-ci, 13-cü maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 76-cı, 78.1-ci, 78.2-ci, 112-ci maddələri, Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, 25.08.2021-ci il tarixli, iş N- 2(051)- 1578/2021 saylı qətnaməsinə əsasən 450 manat sabit pul məbləğində aliment ödəməli, bu da onun qazancından artıq miqdar təşkil etmişdir. Hal-hazırda ailəlidir. Həmin nigahdan 2 yaşlı 1 övladı vardır. Əlilik müavinətindən başqa digər gəlir yeri yoxdur. Ailənin təminatını çətinliklə ödəyir. Ona görə də Mingəçevir Şəhər məhkəməsinin (hakim Ə.Hüseynov) 25.08.2021-ci il tarixli,iş N-2(051)-1578/2021 saylı qətnaməsinə əsasən Cavabdeh 13.08.2009-cu il təvəllüdlü X12, 05.11.2010-cu il təvəllüdlü X6 və 05.12.2012-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment Cavabdeh 450 manat deyil, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) aldığı müavinətin yarısınin tutulması və əlavə olaraq hər ay hər uşağa görə 80 manat aliment ödəməyi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1578/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun: Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1578/2021 saylı qətnaməsini tam mübahisələndirir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1578/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 13.08.2009-cu il təvəllüdlü X12, 05.10.2011-ci il təvəllüdlü X6 və 05.12.2012-ci il təvəllüdlü X13 adlı uşaqların ataları Cavabdeh anaları isə İddiaçıdır. xx xxx 1991-ci il təvəllüdlü İddiaçı doğulmuş 13.08.2009cu il təvəllüdlü X12, 05.10.2011-ci il təvəllüdlü X6 və 05.12.2012-ci il təvəllüdlü X13 adlı uşaqların ataları xx xxxx 1981-ci il təvəllüdlü Cavabdeh olduğu müəyyən edilmişdir. Cavabdeh 13.08.2009-cu il təvəllüdlü X8, 05.10.2011-ci il təvəllüdlü X4 və 05.12.2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər birinə 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 13.08.2009-cu il təvəllüdlü X12, 05.10.2011-ci il təvəllüdlü X6 və 05.12.2012-ci il təvəllüdlü X13 adlı uşaqlar iddiaçının yanındadırlar. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 950 manat aliment borcu vardır. Eyni zamanda tərəflərin isə ailə vəziyyətinin dəyişəsi barədə iş materiallarında hər hansı bir sübut növü yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1578/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1578/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı yetkinlik yaşına çatmayan 13.08.2009-cu il təvəllüdlü X8, 04.10.2011-ci il təvəllüdlü X3, 05.12.2012-ci il təvəllüdlü X1 üçün onlar, yetkinlik yaşına çatana qədər Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər birinə 200 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin cavabdeh X5 tutularaq İddiaçı ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2174/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2174/2021
02.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver