Məhkəmə qərarları › İş №2(107)-2175/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2175/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2175/2021 30.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçı LPO olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(033)-42/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızından ödənilməmiş 404,89 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 0,00 manat faiz, 315,60 manat cərimə, müqavilənin bitdiyi tarixdən 03.06.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 81,84 manat borc, ümumilikdə 802,33 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 24 avqust 2021-ci il tarixli, 2(033)- 42/2021 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ödədiyi 30 (otuz) manat dövlət rüsumu özünə aid edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 145 (bir yüz qırx beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4 hesabına köçürülməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızı arasında bağlanmış 19.08.2014-cü il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Ağayeva (Musayeva) Mehriban Məmməd qızı tərəfindən LPO İddiaçı ASC-dən kredit götürülməyinə baxmayaraq, müştərinin sənədləri filial tərəfindən LPO İddiaçı ASC-nin PKHTD-ə təhvil verilməmiş, bu barədə filiala müraciət edildikdə isə sənədlərin naməlum səbəbdən itirildiyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilən məxaric orderinin və maliyyə arayışından cavabdehə 2000 manat məbləğində kreditin verilməsi müəyyən edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borcalanın 03.06.2020-ci il tarixinədək ləğv prosesində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 404,89 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 0,00 manat faiz, 315,60 manat cərimə, müqavilənin bitdiyi tarixdən 03.06.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 81,84 manat borc, ümumilikdə 802,33 manat məbləğində kredit borcu vardır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicis Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsinin rədd olunması qanunsuz və əsassız olduğuna görə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Bildirirlər ki, mübahisələndirilən qətnamə məhkəmə aktının qanuni əsaslı olması ilə bağlı tələblərin heç birinə cavab vermir, məhkəmənin yalnız kredit müqaviləsinin olmamasına əsaslanaraq qətnamə qəbul etməsi əsassız və qanunsuzdur. Belə ki, məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının tələb etdiyi əsas borca hesablanmış faizin pulunun verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ancaq iddiaçının bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi həmin xüsusat üzrə onun iddia tələbini sübut edə bilməməsini göstərir. Lakin, qətnamədən göründüyü kimi məhkəmə qeyd etdiyi normaya əsaslansa da, iş materiallarına əlavə edilmiş kassa-məxaric və kassa-mədaxil orderlərinə münasibət bildirməmişdir. Kassa-məxaric orderi pulun götürülməsini təsdiq edən, kassa-mədaxil orderi isə ödənilmiş pul vəsaitini təsdiq edən əsas sübutdur. İş materiallarında olan hesabdan çıxarışdan da (şikayətə əlavə edilir) göründüyü kimi cavabdehə Bank tərəfindən 19 avqust 2014-cü il tarixdə 2.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditdən 1923 manatı Ağayeva (Musayeva) Mehriban Məmməd qızı kassa-məxaric orderinə (şikayətə əlavə edilir) imza çəkərək kassadan götürmüşdür. Belə ki, 19.08.2014-cü il tarixli kassa-məxaric orderində müştərinin imzası qrafasındakı imza cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızına məxsusdur. Cavabdehə kassa-məxaric orderi ilə verilən məbləğ sözügedən kredit müqaviləsinə əsasən verilmişdir. Məhkəmə müqavilənin olmadığı qənaətinə gələrək iddianı rədd edərək, cavabdehin hər hansı qanuni əsas olmadan məxaric orderi ilə verilən məbləği mənimsəməsinə və iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2(033)-42/2021 nömrəli, qətnaməsini ləğv edilməsini və Fondun iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı LPO olan İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qərar qəbul edərkən obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, ekspert rəyindən, həmçinin restrukturizasiya məbləğinə dair əlavə məlumatlardan görünür ki, cavabdehin kredit üzrə əsas borcu 404.89 manat təşkil edir. Birinci instansiya məhkəməsi isə lüzüm olmadan ekspertiza təyin etmiş, lakin sonradan ekspert rəyilə də razılaşmayaraq iddia tələbini təmin etməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Sonuncu dəfə məhkəmə bildirişi (Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən) cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə ünvan 1 ünvana çatdırılması üçün Zaqatala şəhər İcra Nümayəndəsliyinə göndərilmiş və həmin orqan tərəfindən “cavabdeh həmin ünvanda yaşamadığından çatdırılması mümkün olmamışdır” qeydi edilməklə məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: 17.09.2014-cü il tarixli kredit ödənişi qəbzindən görünür ki, X4 tərəfindən 110 manat kredit ödənişi həyata keçirilmişdir. 19.12.2014-cü il tarixli kredit ödənişi qəbzindən görünür ki, X4 tərəfindən 110 manat kredit ödənişi həyata keçirilmişdir. 19.03.2015-ci il tarixli kredit ödənişi qəbzindən görünür ki, X4 tərəfindən 110 manat kredit ödənişi həyata keçirilmişdir. 17.12.2015-ci il tarixli kredit ödənişi qəbzindən görünür ki, X4 tərəfindən 110 manat kredit ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3461 nömrəli 29 iyun 2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Ağayeva (Musayeva) Mehriban Məmməd qızı tərəfindən banka 17 sentyabr 2014-cü il tarixdən 03 iyun 2020-ci il tarixədək 2202 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 2202 manat məbləğində pulun 1596,33 manat əsas borcdan, 605,67 manat isə faiz borcundan silinir. Hazırki tədqiqat zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 19 avqust 2014-cü il tarixli, LD********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Ağayeva (Musayeva) Mehriban Məmməd qızının ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 518,13 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 403,67 manat, faiz borcu üzrə 114,46 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən birinci cavabdehə hesablanmış 5826.39 manat məbləğində kompensasiya ödənişi sonuncunun bankdakı borcuna yönəldildilmiş, qalıq borcun isə restrukturizasiya olunması nəzərdə tutulmamışdır. Kompensasiya ödənişi birinci cavabdehin bankdakı borcuna yönəldildikdən sonra birinci cavabdeh qalıq borcundan ödəniş etməmiş və kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün yenidən faiz və cərimələr hesablanmışdır. Borcun məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 1.1-ci bənd 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Fərmanın 2-ci bəndinə görə bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 6********.0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 2********.0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0.5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İş materiallarından görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızına hesablanmış restrukturizasiya olunması təklif olunan kredit məbləği 404.89 manat müəyyən edilmişdir (i/m səh. 211). Göründüyü kimi sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Sözügedən Fərman cavabdehə münasibətdə xarici valyutada olan kreditin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır. Lakin bununla əlaqədar birinci instansiyası məhkəməsi iddia tələbi üzrə borc məbləğinin hansı hüquqi əsasla qeyd olunan Fərmanın tələblərinə zidd olaraq əsas borca münasibətdə təmin etməmiş, həmin tələbin qalıq borca uyğun olub-olmamasını araşdırmamışdır. Göründüyü kimi cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızının kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və restrukturizasiya olunması təklif olunan məbləğ 404.89 manat müəyyən edilmişdir. İddiaçının tələb etdiyi əsas borc da məhz həmin qalan qalıq borcdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -741-ci maddəsinə əsasən,əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu barədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyin icrasını təmin etməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun olmaması barədə dəlilləri əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında'' Azərbaycan Respublikası Prezidentinin məlum 28 fevral 2019-cu il tarixii 551 saylı Fərmanına uyğun olaraq həll etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(033)-42/2021 qətnaməsi qismən ləğv edilərək, ləğv olunmuş hissədə yeni qətnamə qəbul edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Kollegiya belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu və ekspertiza xərci tərəflərin arasında bərabər şəkildə bölünməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(033)-42/2021 nömrəli qətnaməsi qismən-yəni əsas borcun (404.89 manatın) təmin edilməməsi və dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza xərci 145 manatın iddiaçı LPO İddiaçı ASCdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hissəsində ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə, cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızından 404.89 (dörd yüz dörd manat 89 qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun 15 manatı alınaraq iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Ödənilmiş dövlət rüsumunun qalan 15 manatı iddiaçıya aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 145 manatın - 72.50 manatı iddiaçı LPO İddiaçı ASC-dən, 72.50 mantı isə cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Hakim: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar