Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-218/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinə əsasən borc məbləğinin tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan Məhəmməd oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinə əsasən borc məbləğinin tutulması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(075)- 678/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixdə aralarında bağlanmış, notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi əsasında 8000 manat borc pul verilmişdir. Kredit müqaviləsinin şərtinə əsasən Cavabdeh aldığı borcu 30 avqust 2020-ci il tarixədək 11 ay 650 manatla, sonuncu ay isə 850 manat ödəməklə borc verənə qaytarmalı olmuşdur. Lakin borc məbləği tam şəkildə qaytarılmadığından tərəflər arasında xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsinə dəyişiklik edilməsi barədə saziş” imzalanmış və Cavabdeh qalıq qalmış 5000 manat borcundan 2000 manatını xx.xx.2021-ci il tarixədək, 3000 manatını isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə Bakı Şəhəri 52 saylı Notariat Ofisində 3M-867 reyestr qeydli kredit müqaviləsinin əsasında bağlanmış 3M-11 reyestr qeydli və xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsinə dəyişiklik edilməsi barədə saziş” üzrə ümumi borcdan yerdə qalan 5000 manatın, hüquqi yardıma görə vəkilə ödənmiş 200 manatın, uzun sürən süründürməçiliyə və öhdəliyin icra edilməməməsi səbəbindən vurulan mənəvi zərərə görə 1000 manatın və iddianın verilməsi üçün ödənilmiş 82 manatın – cəmi 6282 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 52 saylı Notariat Ofisində kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı Cavabdeh 8000 manat borc pul vermişdir. Müqavilənin 2-ci yarımbəndinə əsasən Cavabdeh İddiaçı aldığı borcu hissəvi şəkildə, 11 ay ərzində aylıq 650 manat olmaqla, yekun 12-ci ayda isə 850 manat ödənilməklə, 1 il müddətində, yəni xx.xx.2020-ci il tarixədək tam şəkildə ödəməli olmuşdur. Cavabdeh tərəfindən borcun tam şəkildə qaytarılması təmin edilmədiyindən və verilmiş borcdan hissəvi olaraq yalnız 3000 manat ödənildiyindən, tərəflər arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli saziş bağlanmışdır. Sazişə əsasən cavabdeh iddiaçıya qalıq qalmış 5000 manat borcundan 2000 manatını 30 aprel 2021-ci il tarixədək, qalan 3000 manatını isə 30 noyabr 2021-ci il tarixədək iddiaçıya qaytarmalı olmuşdur. Lakin Bakı Şəhəri 52 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsinə dəyişiklik edilməsi barədə saziş”-i də icrasız qalmış və cavabdeh 5000 manat borcdan hər hansı bir məbləğin iddiaçıya qaytarılmasını təmin etməmişdir. Cavabdeh iddiaçıya olan borcunu vaxtında geri qaytarmadığından iddiaçıya mənəvi zərər dəymiş və iddiaçı həmin zərəri 1000 manat həddində qiymətləndirmişdir. Həmçinin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün vəkillə müqavilə bağlamış və 200 manat vəkil xərci ilə yanaşı dövlət büdcəsinə 82 manat dövlət rüsumunu da ödəmişdir. İddiaçı vergi ödəyicisi olmamaqla vergi orqanında vergi qeydiyyatda deyildir. Həmçinin iddiaçı tərəfindən cavabdehə 8000 manat məbləğ məhz borc olaraq verilmişdir. İddianı müdafiə edir və iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
4. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, 2019-cu ildə dönərxana fəaliyyəti üçün zəruri avadanlıqların alınmasında maddi köməkliyin göstərilməsi ilə bağlı iddiaçı ilə razılığa gəlmişdir. Belə ki, iddiaçı dönərxana avadanlıqlarının alınması məqsədi ilə 30 avqust 2019-cu il tarixdə bağlanmış, notarial qaydada təsdiq edilmiş borc müqaviləsi əsasında ona 8000 manat borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən o, həmin məbləği hər gün 25 manat olmaqla bir il ərzində iddiaçıya ödəyib qurtarmalı, 8000 manat məbləğ ödənilib yekunlaşdıqdan sonra da dönərxana fəaliyyəti ilə məşğul olacağı bütün dövr ərzində iddiaçıya hər gün 25 manat pul vəsaitini verməli olmuşdur. O, iddiaçıdan 8000 manat pulu aldıqdan sonra 11 ay ərzində iddiaçıya 7000 manat pul vəsaitini ödəmiş, lakin sonradan məlum pandemiya səbəbli işləyə bilmədiyindən iddiaçıya qalan borcunu ödəyə bilməmişdir. İddiaçı dönərxana avadanlığı üçün pul vəsaiti verməsinə baxmayaraq verdiyi pul tam şəkildə qaytarılmadığından və işlədiyi müddət ərzində iddiaçının əlavə qazanc əldə etməli olması da nəzərə alınaraq 2021-ci ilin yanvar ayının 11-də iddiaçı ilə notarial qaydada borc müqaviləsinə əlavə saziş imzalanmışdır. Həmin sazişə əsasən o, iddiaçıya olan 5000 manat borcunun 2000 manatını 2021-ci ilin aprel ayının 30-dək, qalan 3000 manatını isə 2021-ci ilin noyabr ayının 30-dək qaytarmalı olmuşdur. Lakin o, 2021-ci ilin mart ayının 30-da yol qəzasına düşərək ağır xəsarətlər almış və müalicəsinə kifayət qədər vəsaitlər sərf edilməklə səhhətinin vəziyyəti bir qədər yaxşılaşmışdır. Həmçinin onun əlavə olaraq da cərrahiyyə əməliyyatlarına ehtiyacı vardır və maddi vəziyyəti yaxşı deyildir. İddianı 5000 manat əsas borc, 200 manat vəkil xərci və 82 manat dövlət rüsumunun tutulması hissəsində qəbul edir. Lakin 1000 manat mənəvi ziyanın tutulması hissəsində iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçıya olan borcunu imkanı daxilində hissə-hissə ödəyəcəkdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixdə aralarında bağlanmış, notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi əsasında 8000 manat borc pul verilmişdir. Kredit müqaviləsinin şərtinə əsasən Cavabdeh aldığı borcu 30 avqust 2020-ci il tarixədək 11 ay 650 manatla, sonuncu ay isə 850 manat ödəməklə borc verənə qaytarmalı olmuşdur. Lakin borc məbləği tam şəkildə qaytarılmadığından tərəflər arasında xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsinə dəyişiklik edilməsi barədə saziş” imzalanmış və Cavabdeh qalıq qalmış 5000 manat borcundan 2000 manatını xx.xx.2021-ci il tarixədək, 3000 manatını isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. 5000 manat borc məbləğinin hər hansısa bir hissəsinin Cavabdeh tərəfindən qaytarılmadığını göstərən İddiaçı 5000 manat borcla yanaşı 1000 manat mənəvi zərərin, 200 manat vəkil xərcinin, 82 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etməsinə baxmayaraq cavabdeh tərəfindən 1000 manat mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbi qəbul edilməmiş, qalan hissədə isə iddia tələbi qəbul edilmişdir.
6. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında 8000 manat pul vəsaitinin iddiaçı tərəfindən ona həm borc, həm də birgə fəaliyyətdən qazanc götürülməsi məqsədi ilə verildiyini göstərsə də, məhkəməyə təqdim edilmiş müqavilələrdə həmin məbləğin digər məqsədlərlə deyil, məhz borc olaraq verilməsi nəzərdə tutulmuşdur. İddiaçının nümayəndəsi (vəkili) də məhkəmə iclasında verdiyi izahatında 8000 manat məbləğin iddiaçı tərəfindən cavabdehə məhz borc olaraq verildiyini göstərmişdir. Beləliklə cavabdehin izahatında ona borc şəklində verilmiş 8000 manat pul vəsaiti hesabına iddiaçı ilə birgə fəaliyyətdən qazancın da götürülməsinin razılaşdırılmasına dair göstərdiyi xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda əldə edilmiş məhkəmə elektron sorğu məlumatları ilə iddiaçının vergi ödəyicisi olmaması müəyyən edilmişdir.
7. İddia tələbində göstərilən 5000 manat borcun cavabdehə verilməsini təsdiq edən müqavilələr, 200 manat vəkil xərcinin ödənilməsinə dair sənədlər məhkəməyə təqdim edilərək, həmin hissələrdə tələb cavabdeh tərəfindən də qəbul edilməsinə baxmayaraq, iddiaçı tərəfindən Cavabdeh hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirtməsi, bununla bağlı ona mənəvi zərər dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
8. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı 5000 manat borc məbləğinin, vəkilə ödənilmiş 200 manat pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsinə dair tələbində haqlı olsa da məhkəmə iddia tələbinin 1000 manat mənəvi zərərin alınmasına dair hissəsini əsaslı hesab etmir
9. Məhkəmə iddia tələbini qismən əsaslı hesab etdiyindən cavabdehdən iddiaçının xeyrinə məhz tələbin əsaslı hesab edildiyi həcmdə dövlət rüsumu tutulmalıdır.
10. İddia qismən təmin edildiyindən iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 82 manat dövlət rüsumunun 10 manatı İddiaçı özünə aid edilməlidir.
11. Şəki Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(075)-678/2022 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin olunmuş, Cavabdeh 5000 manat borc, vəkilə ödənilmiş 200 manat pul vəsaiti və 72 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 82 manat dövlət rüsumunun 10 manatının onun özünə aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 386, 442, 448, 739, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
13. İşdə olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə imzalanmış, Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-867 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 8000 manat borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borcalan krediti 30 avqust 2020-ci il tarixədək 11 ay 650 manatla, sonuncu ay isə 850 manat ödəməklə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
14. İşdə olan xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsinə dəyişiklik edilməsi barədə saziş”dən görünür ki, borcalan Cavabdeh 8000 manat borcundan 3000 manatını iddiaçının hesabına ödəmiş, yerdə qalan borcundan 2000 manatını xx.xx.2021-ci il tarixədək, 3000 manatını isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.
15. İşdə olan hüquqi yardımın göstərilməsinə dair 25 dekabr 2021-ci il tarixli, 803 nömrəli müqavilədən görünür ki, İddiaçı Vəkil tərəfindən Şəki Rayon Məhkəməsində göstərəcəyi hüquqi yardıma görə 200 manat vəsaitin ödənilməsi razılaşdırılmışdır.
16. İşdə olan eManat ödəniş sistemi vasitəsi ilə ödənilmiş sənəddən görünür ki, 25 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 7 saylı Vəkil Bürosuna 201 manat vəsait mədaxil edilmişdir.
17. İşdə olan məhkəmə elektron sorğu məlumatlarından görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyatda olması barədə məlumat yoxdur.
18. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qanunvericiliyin tələbinə görə, borc müqaviləsi zamanı bir tərəf digər tərəfin mülkiyyətinə pul vəsaitini keçirməlidir. Lakin iddiaçı onun mülkiyyətinə heç bir pul vəsati verməmişdi və o, həmin pul vəsaiti əvəzində ona nəsə ödəmək vəzifəsi də daşımamışdır. Qeyd edilən müqavilə borc verilməsi və ya alınması məqsədilə bağlanmamışdır. Həmin müqavilə gələcəkdə onların şərikli fəaliyyət göstərəcəyinin təminatı kimi bağlanılmışdır. Əgər aralarında həqiqətən də borc müqaviləsi bağlanmış olsaydı, o zaman 8000 manat pul bankın depozitinə iddiaçı tərəfindən qoyulmalı və onun tərəfindən götürülməli idi. Sonradan isə kredit müqaviləsinə dəyişiklik edilməsi barədə saziş görüntü xatirinə bağlanmışdır, əslində elə bir müqavilə olmamışdır, bu onunla yenidən 5000 manat borca görə bağlanmış, yalnız pulun bankın depozitinə qoyulub-götürülməsi prosesi olmadığından yalançı borc müqaviləsi bu cür pərdələnmişdir. Bütün bunların heç birinin olmaması isə təsdiq edir ki, onların arasında bağlanan müqavilə görüntü xatirinə bağlanan müqavilədir.
20. Qeyd edilən əqd yuxarıda da qeyd etdiyi kimi, uydurma əqd olmuşdur. Heç bir hüquqi nəticə gözlənilmədən bağlanılmışdır. Yalnız onların gələcəkdə də şərikli fəaliyyət göstərməyinin təminatı kimi bağlanılmışdır.
21. Ona görə də, Şəki Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(075)- 678/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
24. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(075)-678/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. Cavabdeh Şəki Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(075)-678/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 19-20-ci bəndlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh 8000 manat pul vəsaitinin iddiaçı tərəfindən ona borc olaraq deyil, şərikli olaraq birgə fəaliyyətdən qazanc götürülməsi məqsədi ilə verildiyini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, məhkəməyə təqdim edilmiş müqavilələrdə isə həmin məbləğin digər məqsədlərlə deyil, məhz borc olaraq verilməsi nəzərdə tutulmuşdur. Beləliklə cavabdehin apellyasiya şikayətində ona verilmiş 8000 manat pul vəsaiti hesabına iddiaçı ilə şərikli birgə fəaliyyətdən qazancın da götürülməsinin razılaşdırılmasına dair göstərdiyi xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
31. xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsinə dəyişiklik edilməsi barədə saziş”ə gəlincə isə onun məzmunundan da göründüyü kimi, müstəqil müqavilə deyildir, xx.xx.2019-cu il tarixli müqavilənin davamıdır. Həmin müqavilə üzrə borcalan Cavabdeh 8000 manat borcundan 3000 manatını iddiaçının hesabına ödəmiş, yerdə qalan borcundan 2000 manatını xx.xx.2021-ci il tarixədək, 3000 manatını isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin hallar bu qətnamənin 13-14-cü bəndlərində göstərildiyi qaydada birinci istansiya məhkəməsi tərəfindən araşdırma aparılaraq düzgün dəyərləndirilmişdir.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 15 aprel 2022ci il tarixli 2(075)-678/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(075)-678/2022 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Vəzirxan Məlikov