Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2181/2020 05.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-718/2020 saylı qərardadından X1 ASC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Cavabdeh məxsus olan VOLSWAGEN TOUAREG, Ban WVGZZZPZDD006906, rəngi ağ, buraxılış ili 2012-ci il olan ** HV *** dövlət nömrə nişanlı avtomobilin cavabdehə və üçüncü şəxslərə istismarının qadağan edilməsi və İddiaçı ASC-yə məxsus cərimə meydançasında saxlanılması barəsində qərardad çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-718/2020 saylı qərаrdаdı ilə iddianı təmin etmə tədibiri barədə ərizə təmin edilməmişdir. X1 ASC həmin qərаrdаddan şikayət vermişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(016)-718/2020 saylı qərаrdаdı ilə şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və hansı səbəbdən iştirak etməməsi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-718/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 095/f-15 saylı kredit müqaviləsi bağlanmışdır. İşdən görünür ki, qeyd edilən kredit müqaviləsinin təminatı olaraq iddiaçı və cavabdeh arasında daşınar əmlaka dair xx.xx.2015-ci il il tarixdə 095/f-15 saylı ipoteka müqaviləsi bağlanmış, qeyd edilən daşınar əmlaka tutma yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması mövcud iddianın predmetidir. İş materiallarında olan AC seriyalı 351014 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VOLSWAGEN TOUAREG minik markalı, buraxılış ili 2012, rəngi ağ, ** HV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli avtomobil cavabdehin mülkiyyətində olduğundan və ipoteka predmeti olaraq yüklü edildiyindən onun özgəninkiləşdirilməsi mümkün deyildir. Ona görə də ərizənin təmin edilməsi, yəni cavabdehə avtomobilin istismarının qadağan edilməsi və cərimə meydançasında saxlanması mülkiyyətçi kimi cavabdehin mülkiyyət hüquqlarını pozmuş olar. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü mаddələrinə əsаsən iddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında qərardad dərhal icra edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-718/2020 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)- 718/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-718/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2181/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2181/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver