Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2181/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə İddiaçı BOKT ASC-nin verdiyi iddianın təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında Qəbələ Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(025)-1383/2021 nömrəli qərardadından İddiaçı BOKT ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh 17728,14 (on yeddi min yeddi yüz iyirmi səkkiz dollar 18 sent) ABŞ dolları əsas borc, 9697,97 (doqquz min altı yüz doxsan yeddi dollar 97 sent) ABŞ dolları faiz borcu, 22641,77 (iyirmi iki min altı yüz qırx bir dollar 77 sent) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 50067,88 (əlli min altmış yeddi dollar 88 sent) ABŞ dolları və 30 AZN məbləğində dövlət rüsumunun tutulub İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı BOKT ASC məhkəməyə iddianın təmin tədbiri barədə ərizə göndərərək, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, ev 3, 304 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25.11.2015-ci il tarixli, reyestr nömrəsi **********54-05301-093020, qeydiyyat nömrəsi ********** olan Çıxarışdakı Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, ev 3, 304 saylı mənzilin cavabdeh tərəfindən özgəninkiləşdirilməsi qadağan olunması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərardadından Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Mülki Kollegiyasının 14.09.2021-ci il tarixli 2(107)- 1844/2021 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)- 1383/2021 nömrəli qərardadı ləğv edilmiş, mülki işin yenidən araşdırılıb baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərardadı ilə İddiaçı BOKT ASC-nin iddianın təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı BOKT ASC tərəfindən verilmiş 20.10.2021-ci il tarixdə elektron qaydada göndərilmiş şikayət Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərardadı ilə təmin edilməmiş və onların şikayəti müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. X2 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(025)- 1383/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 157.1-ci mаddəsinə əsаsən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 158.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 1-ci bəndinə əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 158, 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı BOKT ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2181/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2181/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver