Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2208/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(014)-35/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(014)-35/2021 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2187.00 manat (iki min yüz səksən yeddi) manat, faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 10 (on) manat olmaqla ümumilikdə 2197.00 (iki min yüz doxsan yeddi) manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə əsassız olduğundan rədd edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “10” noyabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2187.00 manat (iki min yüz səksən yeddi) manat, 12 noyabr 2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 218.70 ( iki yüz on səkkiz 70 qəpik) manat olmaqla ümumilikdə 2405.70 (iki min dörd yüz beş 70 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMCnin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış «10» noyabr 2016-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə «12» noyabr 2019-cu il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 2537 (iki min beş yüz otuz yeddi) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1,2.2 və 4.1ci bəndləri). Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxx" MMC-yə satılmışdır. (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında «10» noyabr 2016-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikası Maliyyə bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilən kompensasiyaya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə kompensasiyaya düşüb-düşməməsi dəqiqləşdirilmişdir. Belə ki, dövlət büdcəsi vəsaiti hesabına Cavabdeh1 görə iddiaçıya kompensasiya ödənilməmişdir. Cavabdeh1 və Cavabdeh2 13 mart 2020-ci il tarixli arayışa əsasən BOKT "xxxx" MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 2187.00 manat, faiz üzrə 0.00 manat, cərimə 218.70 manat olmaqla ümumlikdə 2405.70 manat təşkil edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış «10» noyabr 2016-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə «12» noyabr 2019-cu il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 2537 (iki min beş yüz otuz yeddi) məbləğində kredit verilmişdir. Həmin krediti vaxtı-vaxtında ödəyə bilmədiyindən borc yaranmışdır. Bank tərəfindən cərimə borcu süni olaraq şişirdilmişdir. Məhkəmədən iddianın qismən təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı işin faktiki hallarını nəzərə almamışdır. Onlar tərəfindən BOKT Azkredit MMC-yə bugünədək borclarının xeyli hissəsi ödənilmiş, cəmi təqribən 1000 manat borcları qalmışdır. Məhkəməyə təqdim edilən ödəniş əlavə edilən ödəniş qəbzlərində öz təsdiqini tapır. Hazırda BOKT Azkredit MMC onlardan borcları təqribən 1000 manat olduğu təqdirdə 2187 manat pul tələb etmişdir. Bu isə öz növbəsində həm əsassız, həm də ki, cəfəngiyatdır. Hesab edir ki, onların iddia üçün əsas olaraq göstərdikləri maliyyə arayışı əsassızdır. Ona görə də, iddiaçının iddia üçün əsas olaraq göstərdiyi maliyyə arayışının mübahisəli olması, həmçinin borclarının təqribən 1000 manat olması səbəbindən Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-75/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin real borc məbləğində hesablanaraq müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(014)-35/2021 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin olunmuş 1197 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş BOKT "xxxx" tərəfindən verilmiş 16.01.2020-ci il tarixli arayışdan məlum olurki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMCyə olan borcunun məbləği əsas məbləğ üzrə2187.00 manat, faiz üzrə 0.00 manat, cərimə 218.70 manat olmaqla ümumlikdə 2405.70 manat təşkil edir İş materiallarına əlavə olunmuş 10 noyabr 2016-cı il tarixli LD/16315/00087 saylı kredit müqaviləsindən məlum olur, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 noyabr 2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə «12» noyabr 2019-cu il tarixə qədər aylıq borcun 0 % dərəcəsini tətbiq etməklə 2537 ( iki min beş yüz otuz yeddi) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 10 noyabr 2016-cı il tarixli LD/16315/00087 saylı Zaminlik müqaviləsindən məlum olur, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli 9/1691 saylı ekspert rəyindən məlum olur ki, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və iddiaçı "xxxx" MMC ilə cavabdeh X2 arasında bağlanılmış 10 noyabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh X1 iddiaçı "xxxx" MMC-yə iddia tələbinin tarixinə yəni 12.11.2019-cu il tarixə olan borcu 2.187 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 2.187 manat, faiz borcu üzrə 0.00 manat. İş materiallatından göründüyü kimi X2 ilə "xxxx" MMC arasında bağlanmış 10 noyabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə cəmi pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Bu görə də hazır ki tədqiqatla X2na cərimə hesablanmır İş materiallarına əlavə olunmuş BOKT "xxxx" tərəfindən verilmiş 24.05.2021-ci il tarixli arayışdan məlum olurki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMCyə olan borcunun məbləği əsas məbləğ üzrə 2187.00 manat, faiz üzrə 0.00 manat, cərimə 218.70 manat olmaqla ümumlikdə 2405.70 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, 467, 472.1, 739.1 və 739.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 10 noyabr 2016-cı il tarixli LD/16315/00087 nömrəli Kredit Sazişinə əsasən BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 oğlu 36 ay müddətinə aylıq qalıq borcun 0 faiz dərəcəsi ilə 2537 (iki min beş yüz otuz yeddi) məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə banka borcu yaranmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə Cavabdeh1 məhkəmə iclasında qeyd edilən borc məbləği ilə razı olmadığını və iş üzrə məhkəmə mühasibat ekspertizasının təyin edilməsini xahiş etmiş, məhkəmə-mühasibat ekspertizasının ekspert rəyi ilə əsas borc üzrə 2187.00 manat, faiz borcu üzrə 0.00 manat müəyyən olunmuşdur. BOKT "xxxx" MMC Cavabdeh1 cəmi 2405.70 (iki min dörd yüz beş 70 qəpik) manat məbləğində borcunun yarandığını bildirir və həmin məbləği cavabdehlərdən tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehlərdən tələb edir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 13.03.2020-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab etmişdir ki, iddia tələbi tələb edilən əsas borcu məbləği hissəsində əsaslıdır, cərimə hissəsində isə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 10 manat müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2187.00 manat (iki min yüz səksən yeddi) manat, faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 10 (on) manat olmaqla ümumilikdə 2197.00 (iki min yüz doxsan yeddi) manat pul vəsaiti BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 AZN pul tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmuş 1197 manata aid hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin olunmuş 1197 manata aid hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçıya təqribən 1000 manat borclarının qaldığı barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyi ilə əsas borc üzrə 2187.00 manat, faiz borcu üzrə 0.00 manat müəyyən olunmuşdur. Cavabdeh isə ekspert rəyinin hansı səbəbdən inandırıcı hesab olunmamalı olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində və iddianı etiraf etdiyi 1000 manata aid hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin olunmuş 1197 manata aid hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(014)-35/2021 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin olunmuş 1197 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(014)-35/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş mübahisələndirilən 1197 manata aid hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2208/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2208/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver