Məhkəmə qərarları › İş №2(107)-221/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-221/2021

02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-221/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Cavabdeh - Cavabdeh iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-777/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)-777/2020 saylı (hakim Tural Həsənov) qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi olaraq 4290 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, Cavabdeh İddiaçı qarşı məhrum edilmiş gəlirin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmiş, İddiaçı dövlətə büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh ödədiyi 30 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 4290 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 19 il onu məhrum etdiyi 4750 kq fındıq məhsulunun dəyəri olan 16525 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərmişdir ki, xx xxxxxx 2000-ci il tarixdə Cavabdeh və həyat yoldaşı X4 ilə o və həyat yoldaşı X6 arasında cavabdehə məxsus olan 25 dib fındıq bağı torpağı ilə birlikdə əbədi olaraq torpaq sahəsini almaq məqsədi ilə razılığa gələrək, Zaqatala rayon İcra Hakimiyyətinin Əliabad qəsəbə icra nümayəndəliyində torpağın alqı-satqısına dair akt tərtib olunmuşdur. O, torpaq sahəsinin və fındıq topalarının ona satılması müqabilində cavabdehə 125000 manat pul vermişdir. O, cavabdehə məxsus torpaq sahəsini alan zaman həmin fındıq bağında faktiki olaraq 25 dib fındıq topası olmuşdur. Sonradan onun tərəfindən 5 dib fındıq topası həmin fındıq bağına əlavə əkilmişdir. Torpaq sahəsinə dair torpaq vergiləri onun tərəfindən ödənilmişdir. Cavabdeh xx xxxxxx 2000-ci ildə faktiki olaraq ona satdığı fındıq bağını hal hazırda onun adına sənədləşdirməkdən imtina edir. Həmçinin bildirmişdir ki, həmin fındıq bağını sənədləşdirərək 2019-cu ildə X1. Bundan sonra o, Nəzir Muradovla əlaqə saxladığında özü ona dedi ki, Veysəl Ramazanov həmin fındıq bağını 2019-cu ildə ona satmışdır. Sonra onun yanında cavabdeh Veysələ zəng elədi ki, həmin pulu geri qaytarsın. Daha sonra ona məsləhət verərək dedi ki, bu işi məhkəməyə versin. Qeyd edərək bildirir ki, həmin torpaq sahəsində onun tərəfindən qulluq olunmuş 30 (otuz) topa fındıq ağacı vardır. Həmin fındıq ağacının bir topasının hal-hazırda bazar qiyməti 150 manat və 80 manat təşkil edir. Belə olduğu təqdirdə cavabdehdən alınacaq 30 ədəd fındıq topasının ümumi dəyəri 4290 manat təşkil edir. Bunun üçün cavabdehə qarşı ona dəymiş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı vəkili X9 iddiaçının izahatına uyğun çıxış edərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilk iddianı isə qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı X2 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona qarşı 4290 manat dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı qismən qəbul edir və bildirir ki, o, 2000-ci il tarixdə özünə məxsus olan 25 kol fındıq ağacını İddiaçı satmışdır. Lakin alqı-satqı müqaviləsi cavabdehin hərəkətsizliyi nəticəsində rəsmiləşdirilməmişdir. O, dəfələrlə torpağı sənədləşdirmək istəsə də, cavabdeh bundan imtina etmiş və müxtəlif bəhanələr gətirərək daha sonra sənədləşdirəcəyini bildirmişdir. Belə olan halda o, 2019-cu il tarixdə həmin fındıq bağını həmkəndlisi Nəzir Muradova satmışdır. Göründüyü kimi həmin fındıq bağı faktiki olaraq satılmışdır. Cavabdeh sonradan 5 kol fındıq ağacı basdırmışdır və həmin ağaclara isə 80 manat qiymət qoyulmuşdur. İddianın bu hissəsini qəbul edir və cavabdehə 5 kol fındıq ağacının qiyməti olan 400 manat pul ödəməyə razıdır. Bundan əlavə olaraq qeyd edir ki, cavabdeh həmin fındıq bağının məhsulunu 19 il yığaraq gəlir götürmüşdür. Bir kol fındıq ağacından orta hesabla 10-12 kq fındıq yığmaq mümkündür. Bir il ərzində isə 25 kol fındıq ağacından 250 -300 kq fındıq yığmaq mümkündür. (25x10=250), (25x12=300). Bu məhsulu isə o, 19 il əldə etmiş və gəlir götürmüşdür. 250x19=4750, və ya 300x19=5700. Cavabdeh onu 4750 kq fındıq məhsulundan məhrum etmişdir. 1 kq fındığın hazırda orta bazar qiyməti 3.50 manat təşkil edir. 4750x3.50=16.625 manat. Cavabdeh ona məxsus olan fındıq bağından 16.625 manat gəlir əldə edərək qanunsuz varlanmış və onu bu gəlirdən məhrum etmişdir. O, cavabdehdən 19 il onu məhrum etdiyi 16.525 manat pulu tələb edir. Həmin torpaq sahəsini 25 topa fındıq ağacı ilə birlikdə iddiaçıya satmışdır. Lakin müqavilə rəsmiləşdirilməmişdir. O da 19 il sonra torpaq sahəsini başqa bir şəxsə satmışdır. İddiaçı ona qarşı iddia qaldırdığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddia qaldırmasa, onun da iddia qaldırmaq fikri yox idi. Hesab edir ki, onunla iddiaçı arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçı həmin torpaqdan yetərincə gəlir götürmüşdür. Onun iddiası əsassızdır. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh аpellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: Аpellyаsiyа şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsi qəbul edilərkən prosesual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki O, 2019-cu il tarixdə həmin fındıq bağını həmkəndlisi Nəzir Muradova 3000 manat məbləğində satmışdır. Göründüyü kimi həmin fındıq bağı faktiki olaraq 3000 manata satılmışdır. Yəni əmlakın hazırkı dəyəri 4290 manat deyil, 3000 manat təşkil edir. Cavabdeh tərəfindən alınmış mütəxəssis rəyi isə olduqca şişirdirilmişdir. Cavabdeh sonradan 5 kol fındıq ağacı basdırmışdır və həmin ağaclara isə 80 manat qiymət qoyulmuşdur. İddianın bu hissəsini qəbul edir və cavabdehə 5 kol fındıq ağacının qiyməti olan 400 manat pul ödəməyə razıdır. Bundan əlavə olaraq qeyd edir ki, iddiaçı həmin fındıq bağının məhsulunu 19 il yığaraq gəlir götürmüşdür. Bir kol fındıq ağacından orta hesabla 10-12 kq fındıq yığmaq mümkündür. Bir il ərzində isə 25 kol fındıq ağacından 250-300 kq fındıq yığmaq mümkündür. İddiaçı onu 4750 kq fındıq məhsulundan məhrum etmişdir. 1 kq fındığın hazırda orta bazar qiyməti 3.50 manat təşkil edir. İddiaçı, ona məxsus olan fındıq bağından 16.625 manat gəlir əldə edərək qanunsuz varlanmış və onu bu gəlirdən məhrum etmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)-777/2020 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın qismən, yəni 2000-ci ildə iddiaçıdan alınmış pulun hazırda hesablanaraq ödənilməsi və 5 kol fındığın hazırkı dəyərinin ödənilməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh аpellyаsiyа şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)-777/2020 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın qismən, yəni 2000-ci ildə iddiaçıdan alınmış pulun hazırda hesablanaraq ödənilməsi və 5 kol fındığın hazırkı dəyərinin ödənilməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, аpellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)-777/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Əliabad qəsəbə üzrə nümayəndəsi tərəfindən möhürlənməklə təsdiq edilmiş xx xxxxxx 2000-ci il tarixli aktdan görünür ki, Cavabdeh özünə məxsus olan 25 dib fındıq bağı torpağı ilə birlikdə əbədi olraq Əliabad qəsəbə sakini İddiaçı 125000 manata satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala Dövlət X12 xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Əliabad qəsəbəsində olan fındıq bağına qiymtələndirmə aparmaq üçün baxış keçirilmiş, baxış zamanı ərazidə 30 ədəd fındıq topası olduğu aşkarlanmışdır. Topaların təxmini yaşı 30 ildən yuxarıdır, onlardan 27 ədədinin bugünki bazar qimyəti ilə hər birinin dəyəri 150 manat, 3 topanın isə 80 manat məbləğində olması müəyyən edilmişdir. Beləliklə cəmi bugünki bazar məzənnəsinə uyğun olaraq 30 ədəd fındıq topasının qiyməti 27x150=4050 manat, 3x80=240 manat, cəmi 4290 manatdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx xxxx 2020ci il tarixli 794 nömrəli arayışından görünür ki, həqiqətən Əliabad qəsəbə sakini Cavabdeh məxsus torpaq sahəsinin vergi borcunu Əliabad qəsəbə sakini İddiaçı ödəyir və halhazırda bələdiyyə torpaq vergi borcu yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı X8 xx xxxxxxxx 2020-ci il tarixli **********67 nömrəli məktubundan görünür ki, Cavabdeh adına Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə 168 saylı reyestr kitabının 89-cu səhifəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Zaqatala rayonu 2 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə- 1807 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. Həmin müqaviləyə əsasən X3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Zaqatala RİHB tərəfindən xx.xx.2018-ci il tarixində təsdiq edilmiş Əliabad qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə dair cədvəldə Cavabdeh və ailə üzvlərinin adına 0,12 ha həyətyanı və 0,64 ha kənd təsərrüfatı təyiantlı torpaq sahələrinin olması qeyd edilmişdir. Həmin torpaq sahələrinə dair ilkin torpaq sənədləri tərtib edilməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh adına olan Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən 25 topa fındıq ağacı olan bağı öz və ailə üzvlərinin razılığı ilə 125000 manata İddiaçı satmışdır. Lakin həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı akt tərtib olunsa da, notarial qaydada rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsindən cavabdehin və ailə üzvlərinin razılığı ilə İddiaçı tərəfindən 2000ci ildən başlayaraq 2019-cu ilə qədər istifadə edilmiş, əlavə 5 topa da fındıq ağacı əkilmişdir. Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə 168 saylı reyestr kitabının 89-cu səhifəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Zaqatala rayonu 2 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-1807 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. Həmin müqaviləyə əsasən X3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Mübahisəli ərazidə olan ağaclar məhz iddiaçı tərəfindən becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə çatdırılmışdır. İddiaçı həmin torpaq sahəsində olan 30 topa fındıq ağacının dəyərinin ona verilməsini tələb edir. Cavabdeh isə həqiqətən qeyd olunan torpaq sahəsini fındıq ağacları ilə birlikdə iddiaçıya satdığını bildirir. Lakin iddiaçınin hərəkətsizliyi nəticəsində həmin torpaq sahəsi rəsmiləşdirilmədiyindən, o, da torpaq sahəsini başqa bir şəxsə satdığını bildirir. İddiaçı ona qarşı iddia qaldırdığı üçün hazırki qarşılıqlı iddia ilə məhkəməyə müraciət etdiyini, qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. İş materialları ilə müəyyən olunur ki, qeyd edilən daşınmaz əmlakla bağlı tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun hər hansı bir notarial qaydada əqd bağlanılmasa da, torpaq sahəsi iddiaçının istifadəsində olmuş və bu razılıq (tərəflər arasında imzalanaraq yazılmış akt, hansı ki, bu hal mübahisələndirilmir) əsasında iddiaçı tərəfindən 19 il istifadə etdiyi həmin torpağın keyfiyyətinin artırılması üçün orada əkilmiş 25 ədəd və özünün əkdiyi 5 ədəd fındıq ağacı becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə gətirilmiş və nəticədə 4290 manat vəsait sərf etmişdir. Qeyd olunan hal Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala Dövlət X12 rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 19 il ərzində iddiaçının istifadəsində olmuş torpaq sahəsində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılaraq ağaclara qulluq olunması və onların dəyərinin 4290 manat dəyərinə çatdırılmasının əsassız və ya şişirdilmiş olması cavabdeh tərəfindən mübahisələndirilsə də, işin bu halını təkzib edən hər hansı bir mötəbər sübut işə baxılarkən cavabdeh tərəfindən məhkəmələrə də təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 19 il ərzində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılması, 30 ədəd fındıq ağacının becərilməsi və nəticədə fındıq ağaclarının 4290 manat dəyərinə çatdırılması ağlabatan olmaqla mövcud olmuş xərcləri tam əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sаhiblik hüququ - əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifаdə hüququ əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncаm hüququ - əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, əgər iddiaçı tərəf öz xərci hesabına satın alaraq becərdiyi, 19 il razılıq əsasında (Zaqatala RİHB-nın Əliabad qəsəbə üzrə nümayəndəsi tərəfindən möhürlənməklə təsdiq edilmiş xx xxxxxx 2000-ci il tarixli akt) qulluq edərək özününki zənn etdiyi fındıq ağaclarından gələcəkdə bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Cavabdehin mülkiyyətində olmuş torpaq sahəsinə iddiaçı tərəfindən 4290 manat vəsait sərf olunmuşdur. İddiaçı tərəfindən tələb edilən həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iş üzrə alınmış mütəxəssis rəyinin şişirdildiyini qeyd etsə də, özü iddiaçı tərəfindən əkilmiş fındıq ağacının qiymətinin 80 manat (rəydə olduğu kimi) olduğunu etiraf edir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının torpaq sahələrinə mülkiyyət hüququ xx xxxxxx 2019-cu il tarixdə yaranmışdır. O, da öz növbəsində çıxarış aldıqdan sonra iddiaçıya müraciət etmiş, iddiaçı da həmin torpaq sahəsindən, hüquqmüəyyənedici sənədi olmadığından çıxmışdır. Həmin vaxta kimi torpaq sahəsinin zəbt edildiyi barədə müraciət etməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası xatırladır ki, cavabdeh sözü gedən fındıq 2000ci ildə qeyri-rəsmi olsa da, iddiaçıya həmin dövrün qiymətinə uygun satmışdır (yuxarıda da qeyd edildiyi kimi bu fakt işin mübahisələndirilməyən halıdır və cavabdeh qarşılıqlı iddia ərizəsində və məhkəmə iclaslarında alqı-saqının sonradan rəsmiləşdirilməməsinin iddiaçının günahı ucbatından olduğunu göstərmişdir). Bu isə onu deməyə əsas verir ki, sözü gedən torpaq sahəsindən cavabdehi gəlir götürmək imkanından məhrum olması barədə bəyanı həqiqətə uyğun deyildir. Beləliklə məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh iddia etdiyi əmlakın İddiaçı olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin, yəni 16525 manat pulu İddiaçı tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası аpellyаsiyа şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinin dəlilləri ilə razılaşmır. Аpellyаsiyа şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən аpellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, аpellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmişdir. Ona görə də, аpellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)-777/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(033)-777/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyаsiyа Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar