Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2210/2021 29.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızına və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(025)-84/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızına və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 02 iyul 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 6959.77 AZN əsas, 6205.6 AZN faiz, 1894.42 AZN cərimə və kredit müqaviləsi üzrə 02.07.2017-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1115.3 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16175.09 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh1 qızma məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşmlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, İ.B.Qutqaşmlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşmlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 , X1 və Cavabdeh2 Qəbələ şəhəri, İ.B.Qutqaşmlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m şaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim E.isayev) 09 sentyabr 2021-ci il tarixli, 2(025)- 84/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 02.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6959 manat 77 qəpik əsas borc, 4114 manat 29 qəpik faiz, 700 manat cərimə borcu, kredit müqaviləsi üzrə 02.07.2017-ci il tarixdən 24.09.2020- ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1115 manat 30 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12889 manat 36 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 77000 (yetmiş yeddi min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilməsi, Borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızı və Cavabdeh2 həmin mənzildən çıxarılması, 300 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızı və Cavabdeh2 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızı və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Qeyd olunan mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatında olan zaman birinci instansiya məhkəməsi tərəfindən işin geri qaytarılması barədə məktub daxil olmuşdur. Həmin məktubda Cavabdeh1 tərəfindən qeyd edilən mülki iş üzrə apellyasiya şikayəti verildiyi qeyd edilmiş və hazırki mülki işin Qəbələ Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası sənədləri əlaqəli şəkildə araşdıraraq belə hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin uyğunluğunu yоxlаmаq üçün mülki iş Qəbələ Rаyоn Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 364-cü mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsi аpellyаsiyа şikаyətinin bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə uyğunluğunu yоxlаyır. Bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə cаvаb verən аpellyаsiyа şikаyəti оnа əlаvə оlunmuş sənədlərlə və işlə birlikdə аpellyаsiyа şikаyətinin verilmə müddəti bitdikdən sоnrа 7 gün müddətində аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Göründüyü kimi, аpellyаsiyа şikаyətinin prоsessuаl tələblərə uyğunluğu birinci instаnsiyа məhkəməsi tərəfindən yоxlаnılmаlı və şikаyətin göstərilən tələblərə uyğunluğu müəyyən edildikdə iş аpelyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, 2(107)-2210/2021 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(025)-84/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: Şəki Apellyasiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, 2(107)-2210/2021 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(025)-84/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarmaqla, Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2210/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2210/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver